Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1714/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X27 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 və 3-cü şəxs X15 nümayəndəsi X13 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər X24, X25, X5) “plan ölçünün ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-1(112)-219/2021 saylı qərarından 3-cü şəxs X25 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X24 cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəyə dair X16 adına verilmiş torpaq sahəsinin planı və ölçüsünün, çıxarışın və daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyət hüququna dair X16 adına olan qeydiyyatın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridən verilmiş RX seriyalı, ******* nömrəli, Daşınmaz əmlakın reyestr nömrəsi **********57-10301 olan, ********** qeydiyyat nömrəli, 06.04.2017-ci il tarixli çıxarışa əsasən Səbail Rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ev 1806X saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Bildirir ki, o, həmin torpaq sahəsini Səbail Rayonu Badamdar Bələdiyyəsinin 15 sentyabr 2006-cı il tarixli 166 saylı qərarı ilə alqı-satqı yolu ilə almışdır. Bundan sonra həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Qeyd edir ki, onun evinin qarşısında heç kimə məxsus olmayan uzunsov zolaq formasında təxminən 2,5 sot civarında ümumi istifadədə olan çökəklik boş sahə vardı. Həmin sahənin altından su xətti, evinin yağış suları üçün tikilmiş anbar və kanalizayiya xətti və qaz xətti keçir. Sonradan həmin boş ərazini doldurmuş, orda ağaclar əkmiş, asvalt çəkmiş və oranı abadlaşdırmışdır. Bütün bu işlər Məhərrəm Miriyevin və digər qonşularının gözü qarşısında aparılmışdır. Onu da qeyd edir ki, onun yerilə üzbəüz aşağı tərəfdə Ağayev Teymura məxsus olan 600 kvadrat metr hasarlanmış torpaq sahəsi olmuşdur. Həmin hasara alınmış 600 kvadrat metr torpaq sahəsinin ortasından yeni hasar tikməklə özünün əvvəldən mövcud olan hasarının bir tərəfini sökərək ərazini genişləndirmək üçün iddiaçının abadlaşdırdığı yerdəki ağacları kəsmiş, həmin altından komunikasiya xətləri keçən torpaq sahəsini öz torpaq sahəsinə qatmaq üçün hasar tikdirmişdir ki, bu da iddiaçının qanuni mənafeyinə toxunduğu üçün bu barədə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin həmin vaxt iddia ərizəsi başqa cavabdehə yəni Miriyev Məhərrəmə qarşı olmuşdur. Lakin bu hal sonradan müəyyən olunmuşdur. Məhkəmə araşdırması və aparılmış ekspertizalardan məlum olmuşdur ki, cavabdeh həmin yerə kadastr planını düzgün verməmiş və qeyd olunan yer üzrə ilkin torpaq ayırma sənədləri ilə kadastr planında qeyd olunan ölçülər fərqlənir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, həmin torpaq sahəsinə dair X16 adına verilmiş kadastr planı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestridə aparılmış qeydiyyatı əsassız hesab olunmalıdır. Məhkəmənin qərardadı ilə X25 üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı 06 dekabr 2019-cu il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə tədim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair X1 adına verilmiş torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(81)-3285/2019 saylı 06.12.2019-cu il tarixli qərardadı ilə iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər X25 və X24 cəlb olunmaqla) iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz olunması, iş üzrə X1 3-cü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin 2-1(81)-3285/2019 saylı 28.12.2019-cu il tarixli qərardadı ilə iddiaçının vəsatəti təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı 05 fevral 2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə tədim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 05 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəyə dair X16 adına verilmiş torpaq sahəsinin planı və ölçüsünün, çıxarışın və daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyət hüququna dair X16 adına olan qeydiyyatın etibarsız hesab edilməsi barədə iddiası etirazla qarşılanır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi idarəsinə rəsmi müraciəti daxil olmamışdır. Bundan əlavə, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə Səbail rayon İcra Hakimiyyəti Başçısının 8 fevral 1995-ci il tarixli, 464 nömrəli sərəncamı əsasında X6 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, 31.03.2014-cü il tarixli çıxarış verilmişdir. X12 ilə X24 arasında bağlanmış 11.04.2014-cü il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X16 adına qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, 02.05.2014-cü il tarixli çıxarış verilmişdir. X24 ilə X25 arasında 19.07.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə X19 bağışlanılmış və A.T.Ağayevə ********** qeydiyyat nömrəli, 09.08.2016-cı il tarixli çıxarış verilmişdir. Həmçinin, iddiaçı X6 adına verilmiş çıxarışın, plan və ölçünün ləğv edilməsi tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə əvvəllər müraciət etmiş, daha sonra isə iddiaçının ərizəsi əsasında məhkəmənin 12.09.2017-ci il tarixli, 2-1(81)-3044/2017 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Eyni zamanda bildirirlər ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə qarşı X12 və X25 3-cü şəxs qismində cəlb olunmaqla sərəncamın ləğv edilməsi tələbinə dair 2-1(81)-313/2018 saylı inzibati iş üzrə sorğu daxil olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; huquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron usulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bakı İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-1(112)-219/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 05 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 94,0 (doxsan dörd) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı Layihə- Tədqiqat İdarəsinin büdcəsinə (Az23AİİB********************, VÖEN **********) ödənilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs X25 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə mübahisəli torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Eyni zamanda, iddiaçı tərəfindən bu əmlaka dair hər hansı hüquqa malik olmasını təsdiq edə biləcək hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Həmin sahənin altından su xətti, kanalizasiya xətti və qaz xətti keçmir. Buna dair müvafiq orqanların arayışları da məhkəməyə təqdim edilib. Sadəcə olaraq iddiaçı və onun ailə üzvləri həmin torpaq sahəsindən qeyri-qanuni istifadə edirlər. Belə ki, iddiaçı özbaşına torpağının bir hissəsini asfaltladıb oradan avtodayanacaq kimi istifadə edir, evinin yağış suları üçün quyu (şambo) qazdırıb ordan şəxsi ehtiyacları üçün istifadə edir. Bütün bunlar azmış kimi iddiaçının təqdim etdiyi qeyri-qanuni iddia nəinki məhkəmə tərəfindən icraata götürülərək baxılır, hətta təmin olunur. İddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğu Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Lakin İddiaçı mübahisəli torpaq sahəsinə hər hansı bir hüququnun mövcudluğunu təsdiq edən sübut iş materiallarında yoxdur. Mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırkı iş üzrə iddiaçının bu iddia tələbi ilə çıxış etmək hüququ yoxdur. Məhkəmə müəyyən şəxslərin maraqlarını təmin etmək məqsədilə iddianı təmin etmişdir. Əks halda normal araşdırma aparardı. Məhkəmənin qərəzli olması, araşdırmanın birtərəfli aparılmasındadır. Hazırkı iş üzrə nümayəndə və vəkili elektron kabinetə yerləşdirilməsində maraqlı olmayan məhkəmə iddiaçının bütün vəsatətlərini məmnuniyyətlə, müzakirəsiz təmin etmişdir. Halbuki, bu vəsatətlər barədə onlara heç bir məlumat verilməmişdir. Bundan başqa, məhkəmə hazırkı iş üzrə mübahisəli əraziyə baxış keçirilməsi üçün bir neçə dəfə vaxt müəyyən etsə də, müxtəli səbəblərdən təxirə salmışdır. Məhkəmə tərəfindən yerində baxış keçirilsəydi bu halda iddiaçının iş üzrə mübahisəli əmlaka aidiyyətı olmadığını, iddiaçının əmlakı ilə mübahisəli əmlakın eyni simmetriyada yerləşdiyi, ərazilərin ətrafından keçən avtomobil yollarının eyni ölçüdə olması və s. müəyyən edər və düzgün olmayan nəticəyə də gəlməzdi. Ən nəhayət, məhkəmə absurd qərarını əsaslandırmaq üçün hansısa qaydada keçirilməsi şübhə altında olan, ona məlum olmayan şəraitdə keçirilən ekspertiza rəyinə istinad etmişdir. Halbuki, mübahisəli torpaq sahəsinin ayrılmasına dair sənədlərin və koordinatların həqiqiliyi iddiaçının iddiası üzrə keçirilən məhkəməyə təqdim edilən 04 sentyabr 2015-ci il, 25 yanvar 2017-ci il tarixli ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Hansısa torpaq sahəsinin zəbt edilməsi, yaxud mənimsənilməsinə qaldıqda isə bu halı daha çox iddiaçının özünə aid etmək olar. Belə ki, iddiaçı məhkəməyə mübahisəli ərazinin və onun ətrafının 2008-ci ildə çəkilmiş fotolarını iş materiallarına əlavə edib. Əgər həmin ərazinin 2006-cı ildə çəkilmiş fotoşəkillərinə baxsaq o zaman iddiaçının özünün nə qədər torpaq sahəsi mənimsədiyi müəyyən edilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X29 oğlunun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cü şəxslər X24 və X4 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən 3cü şəxslər X24 və X1 iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1806X saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 370 nömrəli reyestr kitabının 34656 nömrəli vərəqində (00401300Ö351 reyestr nömrəsi) ********** qeydiyyat nömrəsi ilə 06 aprel 2017-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 481 nömrəli reyestr kitabının 45530 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 02 may 2014-cü il tarixdə X16 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 481 nömrəli reyestr kitabının 45530 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 09 avqust 2016-cı il tarixdə X15 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı sahə fərdi yaşayış evi tikmək məqsədilə ayrılmış 0,06 ha xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 481 nömrəli reyestr kitabının 45530 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə 31 mart 2014-cü il tarixdə X6 adına qeydiyyata alınmışdır. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 08 fevral 1995-ci il tarixli 464 saylı “fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamına əsasən Badamdar qəsəbəsində 600 kv.m.fərdi ev tikmək üçün X9 torpaq sahəsi ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti Başçısının İ müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş 464 №li 08 fevral 1995-ci il tarixli Sərəncama əsasən X9 ayrılmış Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı 500 kv.m torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastr kitabında 37681 nömrə ilə qeydə alınan AN №li 05.03.2014-cü il tarixli Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin plan ölçüsü tərtib edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkəmə araşdırması zamanı Məhkəmənin 2-1(112)-175/2020 saylı 16 mart 2020-ci il tarixli Qərardadı əsasında iş üzrə məhkəmə tikinti ekspertizası təyin edilmiş, lakin Məhkəmə Ekspertiza mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Məlumat əsasında ekspertizanın aparılmasından imtina edilmişdir. 15 oktyabr 2020-ci il tarixdə Məhkəmənin 2-1(112)- 175/2020 saylı 16 mart 2020-ci il tarixli Qərardadı icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmişdir. Məhkəmə tərəfindən ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: X4 ayrılan Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi, 128 saylı sahəyə dair ilkin torpaq ayırma sənədlərində olan ölçülərlə həmin torpaq sahəsinin hazırkı plan və ölçüsü arasında fərq vardırmı? X4 ayrılan Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi, 128 saylı sahəyə dair ilkin torpaq ayırma sənədlərində olan ölçülər, sxemlər nəzərə alınmaqla işlənmişdirmi? Mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: Mübahisələndirilən torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır. Bakı İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli 2-1(112)-175/2020 nömrəli qərardadında mütəxəssis qarşısında qoyulmuş suallar arxiv və elektron baza məlumatları ilə bağlı olduğu üçün "xxxx"-nə sorğu göndərilmiş “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" tərəfindən suallar aşağıdakı kimi cavablandırılmışdır: Araşdırma zamanı məlum olmuşdur ki, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 08.02 1995-ci ilratixli 464 nömrəli sərəncamının ayrılmaz hissəsi olan X9 Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı 600 kv.m. torpaq sahəsinin ayrılmasına dair Səbail RİFİB-nın birinci müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsi F.Qasımzadə tərəfindən təsdiq olunmuş mart 2005-ci il tarixli 12 nömrəli torpaq sahəşinin yerləşmə sxemi ilə Səbail Rayon İcra Hakimiyyəti Başçısının 06.04.1998-ci il tarixli 463 nömrəli sərəncamının ayrılmaz hissəsi olan Məmmədova (Vəliyeva) Şəbinə İsmayıl qızına ayrılmış Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı 600 kvadrat metr torpaq sahəsinə dair tərtib olunmuş və Səbail RİHB-nın birinci müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbə üzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş 19.01.2005-ci il tarixli torpaq sahəsinin yerləşmə sxemi hazırlandığı zaman mövcud olan torpaq qanunvericiliyinin müvafiq qaydalarına uyğun hazırlanmamış, sözügedən sxemlər miqyassız, situasiyasız, məsafələrlə heç bir istinad nöqtələrinə bağlanmamış olmaları ilə yanaşı, bu sxemlərləri naturada (yerində) müəyyən etmək mümkün deyil. Sxemlərin vizual görüntüsündə hər iki vətəndaşa müxtəlif vaxtlarda hazırlanmış sxemlər eyni nömrə ilə nömrələndiyindən bu sahənin eyni yer olmasını deməyə əsas verir. Araşdırma zamanı 2008-2015-ci illərdə sözügedən ərazidəki torpaq sahəsi mövcud olmuş, hal-hazırda isə həmin ərazidə üç həyətyanı sahə mövcuddur ki, bunlardan M.M.Miriyevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin 280 kv.m hissəsi qəsəbə daxili yolundan mənimsənilmişdir. Toplanmış materiallara, elektron kadastr baza məlumatlarına və yuxarıda qeyd edilənlərə əsasən: X9 ayrılmış torpaq sahəsinin sxem ilə Məmmədova (Vəliyevə) Səbinə İsmayıl qızına ayrılmış torpaq sahəsinin sxeminin eyni yer və nömrə olması, naturada yerinin müəyyən edilməsinin mümkün olmaması, sxemlərin vizual görüntüsündə hər iki vətəndaşa müxtəlif vaxtlarda hazırlanmış eyni yerə, eyni nömrə ilə verildiyini, M.M.Miriyevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədindən əvvəl qeyd edilən sxemə əsasən Məmmədova (Vəliyeva) Səbinə İsmayıl qızına mülkiyyət hüququna dair sənəd verildiyi üçün X4 ayrılan Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi, 1228 saylı sahəyə dair ilkin torpaq ayırma sənədlərində olan ölçülərlə həmin torpaq sahəsinin hazırkı plan və ölçüsü fərqlidir. 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin 280 kv.m hissəsi qəsəbə daxili yoldan mənimsənilmişdir. X9 ayrılmış torpaq sahəsinin sxem ilə Məmmədova (Vəliyeva) Səbinə İsmayıl qızına ayrılmış torpaq sahəsinin sxeminin eyni yer və nömrə olması, naturada yerinin müəyyən edilməsinin mümkün olmaması, sxemlərin vizual görüntüsündə hər iki vətəndaşa müxtəlif vaxtlarda hazırlanmış eyni yerə, eyni nömrə ilə verildiyini, M.M.Miriyevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədindən əvvəl sözügedən sxemə əsasən Məmmədova (Vəliyeva) Səbinə İsmayıl qızına mülkiyyət hüququna dair sənəd verildiyi üçün X4 ayrılan Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi, 1228 saylı sahəyə dair ilkin torpaq ayırma sənədlərində olan ölçülər, sxemlər nəzərə alınmamaqla işlənmişdir (497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin 280 kv.m hissəsi qəsəbə daxili yoldan mənimsənilmişdir). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-313/2016 saylı mülki işi üzrə 25 dekabr 2017-ci il tarixli Ekspert rəyində müəyyən edilən hallardan da görünür ki, X11 Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı 600 kv torpaq sahəsinin ayrılmasına dair Səbail RİHB-nın İ müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi uzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş Torpaq sahəsinin yerləşməsi cizgisində qeyd olunmuş torpaq sahəsinin ölçüləri ilə M.M Miriyevın adına Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin olçüləri şimaldan 1.46 metr, şərqdən 0.72 metr, cənubdan 1.01 metr, qərbdən 2.81 metr fərqləndiyi, o cümlədən X9 Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı 500 kv.m torpaq sahəsinin ayrılmasına dair Səbail RİHB-nın İ müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş Torpaq sahəsinin yerləşməsi cizgisində qeyd olunmuş torpaq sahəsi ilə M.Miriyevin adına Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin ölçülərində fərqlər olduğu, X7 ayrılmış Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı, 600 kv.m torpaq sahəsinə dair tərtib olunmuş və Səbail RİHB-nın müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbəsi üzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş 19.01.2005-ci il tarixli Cizgidə qeyd olunan torpaq sahəsinin X10 ayrılmış Badamdar qəsəbəsi 3-cü yaşayı massivi 1228 saylı torpaq sahəsinə dair Səbail RİHB-nın İ müavini V.Muxtarov və RİHB-nın Badamdar qəsəbə uzrə nümayəndəsi H.Qasımzadə tərəfindən təsdiq olunmuş Cizgidə qeyd olunmuş torpaq sahəsi ilə nömrələri eynilik təşkil etdiyi, M.Miriyevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilmiş 49783 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin olçüləri ilə 18.03.2005-ci il tarixdə Məmmədova (Vəliyeva) Səbinə İsmayıl qızına verilmiş JN-19575D nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan torpaq sahəsinin ölçüləri ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6530/2018 saylı 01 avqust 2018-ci il tarixli Qətnaməsi üzrə müəyyən edilən hallardan görünür ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin müvafiq olaraq həmin torpağa aid plan və ölçülərdə əks olunmuş sərhədlərdən kənara çıxmadığı, RX seriyalı 0386179N9 №li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (**********10 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, 02.05.2014-cü il qeydiyyat tarixi) əsasən xüsusi mülkiyyət hüququ üzrə X20 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1228 saylı, ölçüsü 0,06 ha olan torpaq sahəsinin üzərindəki hasarın həmin torpaq sahəsinin sərhədlərinin hüdudları daxilində inşa edildiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, Qanun torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; qanunvericilikdə nəzərdə tutulan digər əsaslar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq, mübahisəli torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma apararaq, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı, 05 mart 2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan kordinatları özündə əks etdirən plan ilə Səbail Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilən 464 №li 08 fevral 1995-ci il tarixli Sərəncam əsasında tərtib edilən yerləşmə cizgisini müqayisəli şəkildə təhlil edərkən, cizgilər arasında vizual baxımdan açıq-aşkar fərqin olduğunu aşkar etmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, Səbail Rayon Məhkəməsinin 2(009)-313/2016 saylı mülki işi üzrə 25 dekabr 2017-ci il tarixli Ekspert rəyi üzrə müəyyən edilən hallara əsasən X9 ayrılmış torpaq sahəsinin yerləşməsi cizgisində qeyd olunmuş torpaq sahəsinin ölçüləri ilə M.M.Miriyevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin olçülərinin şimaldan 1.46 metr, şərqdən 0.72 metr, cənubdan 1.01 metr, qərbdən 2.81 metr fərqləndiyi, o cümlədən qeyd olunan torpaq sahəsinin yerləşməsi cizgisində qeyd olunmuş torpaq sahəsi ilə Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin ölçülərində fərqlər olduğu ekspert tərəfindən də vurğulanmışdır. Qeyd olunan məsələnin araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilən ekspertiza nəticəsində də yuxarıda sadalanan məqamlar ekspert tərəfindən araşdırılmış və belə nəticəyə gəlinmişdir ki, M.M.Miriyevin adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən əvvəl sözügedən sxemə əsasən Məmmədova (Vəliyeva) Səbinə İsmayıl qızına mülkiyyət hüququna dair sənəd verildiyi üçün X4 ayrılan Bakı şəhəri, Səbail rayonu, 3-cü yaşayış massivi, 1228 saylı sahəyə dair ilkin torpaq ayırma sənədlərində olan ölçülər, sxemlər nəzərə alınmamaqla işlənmiş, o cümlədən 497830 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsinin 280 kv.m hissəsi qəsəbə daxili yoldan mənimsənilmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası 3-cü şəxs X15 apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-1(112)-219/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1714/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1714/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver