Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1714/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Məzahir qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı pensiya təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3634/2017 saylı, 16 iyun 2017-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(81)-3634/2017 saylı qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrün iş stajının və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7651/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilədək Füzuli rayon X1 (PMK-15) dəmirçi vəzifəsində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ verən vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, həmçinin ARDNŞ/CAMOL Alyans sazişinə əsasən xx.xx.2001-ci ildən xx.xx.2003-cü il tarixədək “Aker Rauma (Marytime) Ofşor” şirkətində, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X2 LTD” şirkətində işlədiyi dövrün iş stajı sosial sığorta stajına daxil edilməklə xx.xx.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işin icraatının təzələnməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)- 3634/2017 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. İddiaçı tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə etiraz məhkəməyə təqdim edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3634/2017 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkünsüz hesab edilmişdir.
5. Qərardaddan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
TƏRƏFLƏRİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdilər.
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin və ərizəçinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirakılarını təmin etməmişlər.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
10. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3). Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (1.5). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır.
13. Yeni açılmış hallarla bağlı inzibati məhkəmə icraatının təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub-olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığını yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra ərizəni mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
14. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməs barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət.
15. Hazırkı işdə ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ilə əlaqədar mübahisəli məqam yoxdur.
16. Digər mümkünlük şərti yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün qanunvercilikdə nəzərdə tutulmuş prosessual müddətlərə əməl edilməsidir.
17. İPM-nin tələbinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə bu məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda həmin müddətlərin bərpasına yol verilmir (İPM-nin 103.1, 103.2 və 103.3-cü maddələri).
18. Məhkəmə kollegiyasi qeyd edir ki, ilkin məhkəmə icraatında baxılan zaman güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMF-nun rayon şöbələrinin səlahiyyətlərinə aid olduğundan, iş üzrə cavabdeh qismində məhz ƏƏSMN-nın DSMF-nun Binəqədi rayon şöbəsi çıxış etmişdir. Hazırda Qanunvericiliyin tələbi üzrə Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid edildiyini nəzərə alaraq Məhkəmə hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3634/2017 saylı, 16 iyun 2017-ci il tarixli qərarı ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğundan, ərizəçi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsi əsl ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
19. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(81)-3634/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilərək “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrün iş stajının və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7651/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.1975-ci ildən xx.xx.1977ci ilədək, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilədək Füzuli rayon X1 (PMK-15) dəmirçi vəzifəsində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ verən vəzifələrin 1 saylı siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, həmçinin ARDNŞ/CAMOL Alyans sazişinə əsasən xx.xx.2001-ci ildən xx.xx.2003-cü il tarixədək “Aker Rauma (Marytime) Ofşor” şirkətində, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “X2 LTD” şirkətində işlədiyi dövrün iş stajı sosial sığorta stajına daxil edilməklə xx.xx.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi qərara alınmışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 noyabr 2017-ci il tarixli qərardadına əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməmiş, apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilmiş və şikayət geri qaytarılmışdır.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-587/2018 saylı 07 mart 2018-ci il tarixli qərardadına əsasən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin kassasiya şikayəti mümkün hesab edilməmişdir.
22. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(81)-3634/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının icrasına dair xx.xx.2020-ci il tarixli icra vərəqəsi xx.xx.2022-ci il tarixli məktubla icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir.
23. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin 25 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 3634/2017 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə müvafiq icra tədbidrlərinin görüldüyü, icra tədbirlərinin davam etdirildiyi, nəticəsi barədə məhkəməyə məlumat veriləcəyi bildirilmişdir.
24. İddiaçı xx.xx.2020-ci il tarixdə Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək 2020-ci ilin iyun ayından ona ödənilən pensiyanın dayandırıldığından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin 2-1(81)-3634/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının icrasının bərpa edilməsini xahiş etmişdir.
25. Məhkəmənin 23 iyun 2022-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən cavab olaraq verilmiş 30 sentyabr 2022-ci il tarixli məktubunun məzmununa əsasən araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materialların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 7 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərildiyi, həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-275mat-22/5291 nömrəli məktuba əsasən sözügedən iş üzrə müraciətin ********* nömrəli cinayət işinə əlavə edildiyi bildirilərək, adıçəkilən şəxsin əmək pensiyasının bərpa edilməsi məsələsinə sözügedən cinayət işi üzrə icraatın yekunlaşmasına dair cinayət prosesini həyata keçirən orqanın yekun qərarı Mərkəzi Filiala daxil olduqdan sonra baxılacağı bildirilmişdir.
26. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 31 mart 2023-cü il tarixli məktubundan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 1825/2019 saylı icra sənədinin cavabdeh təşkilata göndərilmiş bildiriş və çoxsaylı bildiriş və xəbərdarlıqlara, habelə mütəmadi danışıqlara baxmayaraq icra sənədinin icrasının müsbət həllini tapmadığını, icra hərəkətlərinin davam etdirildiyi bildirilmişdir.
27. Beləliklə iş materiallarından müəyyən edilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3634/2017 saylı, xx.xx.2017-cı il tarixli qərarı cavabdeh tərəfindən icra edilərək iddiaçıya 2020-ci ilin iyun ayına qədər müvafiq pensiya ödənişləri edilmiş və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Yəni ərizəçinin sözügedən məhkəmə qərarı barədə məlumatlı olduğunu, hətta məhkəmə qərarını icra edərək, iddiaçıya pensiya ödənişinin edildiyi təqdirdə 04 mart 2024-cü il tarixdə məhkəməyə hazırkı ərizə ilə müraciət etməsi onu deməyə əsas verir ki, ərizəçi qərardan məlumatlı olmuş və belə olan təqdirdə yeni açılmış hallarla bağlı ərizənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddəti ötürmüşdür.
28. Yeni açılmış hallarla bağlı ərizə isə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni 6 il 08 ay vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı” ərizənin verilməsini məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır.
29. Beləliklə, qanunvericilik normalarının tələblərindən və işin sadalanan hallarından göründüyü kimi ərizəçi tərəfindən yeni açılmış hallarla bağlı ərizənin verilməsini mümkün edən iki şərtdən biri pozulmuş prosessual müddət ötürülmüşdür.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apellyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir.
31. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır.
32. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.
33. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür.
34. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər.
35. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir.
36. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır.
37. Mülki Prosessual Məcəllənin 432.2.1-ci maddəsinə gəldikdə isə qeyd edilməlidir ki, işə əvvəllər baxılarkən məlum olmayan materialların iş üçün həlledici əhəmiyyətə malik olması onda ifadə olunur ki, belə hallar (materiallar) işə baxılması zamanı məlum olsaydı, başqa məzmunda məhkəmə aktı qəbul edilmiş olardı. Bununla yanaşı bu maddənin məzmununa görə, yeni açılmış hallar işə baxıldığı zaman mövcud, lakin məhkəməyə təqdim edilməmiş olmalıdır.
38. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.
39. Bundan başqa, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsində qeyd etdiyi “şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materialların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi ” barədə dəlili qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır.
40. Beləliklə, məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni məhkəməyə İnzibati Prosessual Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətləri ötürməklə verdiyindən ərizə mümkün sayılmamalıdır.
41. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(81)-3634/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Cahangir Yusifov