Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1718/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı və onun vəkili XN, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi XN iştirakı ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-NN54/NNNN nömrəli iş üzrə xx xxxx NNNN-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.N996-cı il tarixdən NNNN-ci ilin iyun ayına qədər döyüş bölgəsində olduğu xidmət illərinin güzəştli şərtlərlə, yəni bir ay xidmət müddətinin üç ay xidmət müddəti kimi hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.NNNN-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı N993-cü ilin yanvar ayının 6-dan xx xxxxxx N996-cı ilə qədər cavabdehin tabeçiliyində olan N saylı hərbi hissədə əvvəlcə müddətdən artıq hərbi qulluqçu kimi, sonra isə kiçik çavuş hərbi rütbəsində xidmət etmişdir. Hərbi hissənin özü arxa cəbhədə dislokasiya olunsa da, xidmət etdiyi N saylı hərbi hissənin tabeçiliyində olan N saylı (əvvəlcə sovetdən qalma 5NN nömrəli yarımqrup adlanırdı) zenit raket divizionu döyüş bölgəsində yerləşirdi və döyüş tapşırığını yerinə yetirirdi. O səbəbdən xidmət illəri hesablanan zaman N saylı hərbi hissənin tərkibində olarkən xidməti döyüş bölgəsində N saylı zenit raket divizionun tərkibində keçirilməsi güzəştli şərtlərlə hesablanmalıdır (N ay 3 ay kimi). N996-cı il dekabr ayının N9-da cavabdeh üzrə verilmiş əmrə əsasən döyüş bölgəsində xidmət etdiyi N saylı zenit raket divizonu əvvəlki döyüş mövqeyində saxlanılmaqla 99N saylı hərbi hissənin tərkibinə verildi. O səbəbdən N997-cı il NN yanvar tarixindən siyahıya daxil və bütün növ təminatlarla təmin edilməklə, xidməti 99N saylı hərbi hissənin tərkibinə verilmiş N-ci zenit raket divizionun tərkibində - döyüş bölgəsində davam etdirmişdir. Məhkəmənin qərarında cavabdehin təqdim etdiyi sənədlərə baxış zamanı müəyyən edilib ki, o, NNNN-ci ilin iyun ayının N7-ə qədər 99N saylı hərbi hissənin N-ci zenit raket divizionunda xidmət etmişdir, xx xxxx NNNN-ci ildən xx.xx.NNN4-cü ilə qədər isə xidmətini arxa cəbhədə keçirmişdir. Beləliklə, cavabdehin arayış formasında məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur: xx xxxxxx N993-cü il tarixindən xx xxxx NNNN-ci ilə qədər döyüş bölgəsində olan və döyüş tapşırığı yerinə yetirən N-ci zenit raket divizionunun tərkibində xidmətdə olmuşdur; həmin illərə aid xidmətdə olduğu xx xxxxxx N993-cü ildən xx xxx N997-ci ilə qədər xidmət illəri güzəştli şərtlərlə - N gün N gün kimi hesablanmışdır ki, bu da xidmət illərinə əlavə N4 il N3 ay N5 günün əlavə edilməsinə səbəb olmuşdur, xx xxx N997-ci ildən sonra hər hansı güzəşt hesablanmamışdır. AR Nazirlər Kabuinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara,daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx xxxxxx N99N-ci il tarixli 63N saylı Qərarının N-ci bəndinin: a) yarımbəndində nəzərdə tutulduğu halda xidmətin bir ayı üç ay, b) yarımbəndinə görə xidmətin bir ayı iki ay, v) yarımbəndində isə xidmətin bir ayı ayyarım sayılır. Dərhal qeyd edir ki, v) yarımbəndində nəzərdə tutulmuş halların ona heç bir aidiyyatı yoxdur və cavabdeh də həmin yarımbəndi onun xidmət illərinə tətbiq etməkdən imtina edibdir. b) yarımbəndinin onun xidmət illərimə tətbiq edilməsinə heç bir əsas yoxdur. Belə ki, həmin yarımbəndin birinci hissəsi Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddətini nəzərdə tutur. “Xidmət” anlayışı eyni mənanı daşısa da, Qərarın a) yarımbəndinin birinci hissəsi döyüş şəraitində olmuş, konkret döyüş tapşırığına malik və döyüş əməliyyatlarında iştirak edən hərbi birləşmələrdə xidməti, b) yarımbəndinin birinci hissəsində isə döyüş şəraitində olmayan, lakin Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövründə xidməti nəzərdə tutur. Göründüyü kimi, a) yarımbəndinin birinci hissəsi ilə b) yarımbəndinin birinci hissəsi arasında zahiri cəhətdən oxşarlıq olsa da, birinci hal döyüş şəraitində olan, döyüş tapşırığına malik, döyüş əməliyyatlarında iştirakı nəzərdə tutur. İkinci halda isə, bu halların mövcudluğu zamanı döyüş şəraitndə olmayan, lakin Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda gedən əməliyyatlar dövründə döyüş şəraitindən kənardakı hərbi birləşmələrdə xidməti nəzərdə tutur. Məhkəmənin qərarında müdafiə nazirinin müvafiq əmrlərinə istinadən göstərilir ki, N-ci zenit raket divizonu döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilmişdir. Məhkəmənin qərarından və cavabdehin verdiyi məlumatdan görünür ki, onun güzəştli xidmət illəri AR Nazirlər Kabinetinin xx xxxxxx N99N-ci il tarixli 63N saylı Qərarının b) bəndinə uyğun olaraq, xx xxxxxx N993-cü ildən xx xxx N997-ci ilə qədər bir ay iki ay əvəzi kimi hesablanmışdır. Həmin Qərarın b) bəndinin ona aidiyyatı yoxdur. Belə ki, xidmət etdiyi zenit raket divizionu bütün xidməti müddətində (həmin divizionda xidmət etdiyi xx.xx.NNNN-ci ilə qədər) döyüş tapşırığını yerinə yetirmiş, döyüş şəraitində olmuşdur. O səbəbdən hesab edir ki, onun xx xxxxxx N993-cü il tarixdən xx.xx.NNNN-ci il tarixə qədər xidmət illərinə Nazirlər Kabinetinin xx xxxxxx N99N-ci il tarixli Qərarının a) bəndinə uyğun “bir ay üç ay əvəzi” kimi güzəştli xidmət illəri hesablanmaqla digər xidmət illərinə əlavə olunmalıdır. Qərarın özündə də “bir ay 3 ay əvəzi” güzəştli xidmət illərinin hüquqi əsasları göstərilsə də, məhkəmə qanunvericiliyin tətbiqində səhvə yol vermişdir. Məhkəmə iddianı rədd edərkən cavabdehin nümayəndəsinin təqdim etdiyi əmrin surətləri hesab etdiyi sənədlərə istinad edərək qərarında qeyd edir ki, guya xx xxxx N995ci il tarixə və xx xxxxxx NNNN-ci il tarixdən N-ci zenit raket divizonu döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilmişdir. Yəni, xx xxxx N995-ci il tarixdən xx xxxxxx NNNN-ci il tarixə qədər dislokasiya yerini dəyişməyən, eyni döyüş tapşırığını yerinə yetirən, döyüş bölgəsində olan, döyüş əməliyyatlarında iştirak edən digər qoşun növlərini havadan mühafizə edən, ölkənin hava məkanının böyük bir sahəsini düşməndən qoruyan N-ci zenit raket divizonu cavabdehin nümayəndəsinin və məhkəmənin qənaətinə görə təqribən 5 il ərzində heç bir döyüş tapşırığı almamış, döyüş əməliyyatlarında iştirak etməmiş, 5 ildən sonra yada düşmüşdür ki, belə bir döyüş vahidi mövcuddur və cavabdehin əmrinə əsasən xx xxxxxx NNNN-ci il tarixdən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) NN-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 3N gün ərzində verilmişdir (İPM-N5.N), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-N5.N, N5.3). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bakı şəhəri Xətai rayon idarəsinin xx.xx.NNN9-cu il tarixli 3N nömrəli arayışına görə, N96N-ci il təvəllüdlü ehtiyatda olan kiçik gizir İddiaçı xx.xx.N9NN-ci ildən xx.xx.N9NN-ci ilədək kursant, xx.xx.N9NN-ci ildən xx.xx.N9N3-cü ilədək SSRİ SQ-də, xx.xx.N993-cü ildən xx.xx.N996-cı ilədək N saylı hərbi hissədə, xx.xx.N996-cı ildən xx.xx.NNN4-cü ilədək 99N saylı hərbi hissədə, xx.xx.NNN4-cü ildən xx.xx.NNN6-cı ilədək N54 saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq HHMQ və HHQK-nın xx.xx.NNN6-cı il tarixli NN9 gm əmrinə əsasən ehtiyata buraxılmışdır. AR Müdafiə Nazirliyi İşlər X3 tərəfindən verilmiş xx.xx.NNN9-cu il tarixli 5/N-6399 nömrəli arxiv arayışına əsasən, İddiaçı Bakı şəhəri Nəsimi RHK-dan ehtiyatdan həqiqi hərbi xidmətə göndərilmiş, sıravi İddiaçı 9NN nömrəli hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli 3 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, 5NN nömrəli yarımqrupun mühafizə tağımının komandir müavini vəzifəsinə təyin edilmişdir. HHQ və HHQM komandirinin xx xxxxxx N996-cı il tarixli müvafiq əmrinə əsasən hərbi xidmətini davam etdirmək üçün 99N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş kiçik gizir İddiaçı Tahir oğlu 9NN nömrəli hərbi hissə komandirinin xx xxxxxx N996-cı il tarixli N69 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. 9NN nömrəli hərbi hissədən gəlmiş, “Hərbi xidmət haqqında” AR Qanununa müvafiq olaraq AR SQ HHQ və HHMQ komandanının xx.xx.N996-cı il tarixli müvafiq əmrilə N-ci divizionun aparat rəisi vəzifəsinə təyin edilmiş kiçik gizir İddiaçı Tahir oğlu 99N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N997-ci il tarixli N6 nömrəli əmrilə xx.xx.N997ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. 99N nömrəli hərbi hissə komandirinin NNN4-cü il tarixli N55 nömrəli hərbi hissə komandirinin NNN4-NNN7-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.NNN9-cu il tarixli NN/3N73 nömrəli imtina məktubuna görə, onun hərbi xidmət illəri təqvimlə N6 il N ay NN gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət N4 il N3 ay N5 gün, ümumi xidmət illəri isə NN il N4 ay N5 gün təşkil edir. İddiaçının xidmət illəri kifayət qədər, yəni NN təqvim ili təşkil etmədiyi üçün, o, hərbi qulluqçu kimi xidmət illərinə görə əmək pensiyası hüququna malik deyil. İddiaçıya məxsus SQ-NNN5NNN nömrəli xidməti siyahıya əsasən, iddiaçı xx.xx.N993-xx.xx.N993-cü il tarixədək 9NN nömrəli hərbi hissəsinin 5NN nömrəli yarımqrupunun mühafizə tağımının komandiri vəzifəsində; xx.xx.N993-cü il ildən xx.xx.N994-cü il tarixədək həmin hərbi hissədə aparat birləşmə rəisi vəzifəsində; xx.xx.N994-cü ildən xx.xx.N996-cı il tarixədək 9NN nömrəli hərbi hissənin N-ci divizionunun aparat birləşmə rəisi vəzifəsində; xx.xx.N996-cı ildən xx.xx.N997-ci il tarixədək 99N saylı hərbi hissənin N-ci zenit raket briqadasının N-ci C-NN5 zenit raket divizionunun aparat birləşmə rəisi vəzifəsində; xx.xx.N997-ci ildən xx.xx.N99N-ci il tarixədək 99N saylı hərbi hissəsinin N-ci zenit raket briqadasının NN-cu C-NN5 zenit raket divizionunun radiorele stansiyasının rəisi vəzifəsində; xx.xx.N99N-ci ildən xx.xx.NNNN-ci il tarixədək 99N saylı hərbi hissənin N-ci zenit raket briqadasının N-ci C-NN5 zenit raket divizionunun təsərrüfat bölməsinin rəisi vəzifəsində; xx.xx.NNNN-ci ildən xx.xx.NNNN-ci il tarixədək 99N saylı hərbi hissəsinin N-ci zenit raket briqadasının maddi təminat tağımının ərzaq anbarının rəisi vəzifəsində; xx.xx.NNNN-ci ildən xx.xx.NNN4-cü il tarixədək 99N saylı hərbi hissəsinin N-ci zenit raket briqadasının anbar rəisi vəzifəsində; xx.xx.NNN4-cü ildən xx.xx.NNN6-cı il tarixədək N54 saylı hərbi hissənin komanda məntəqəsinin rabitə bölüyünün radiorele stansiyasının rəisi vəzifəsində işləmişdir. Cavabdehin Maliyyə və büdcə idarəsi tərəfindən tərtib olunmuş Hərbi qulluqçunun xidmət illərinin hesablanması adlı sənəddən görünür ki, kiçik gizir İddiaçı xx.xx.N9NN-ci ildən xx.xx.N9N3-cü il tarixədək N il NN ay NN gün; xx.xx.N993-xx.xx.NNN6-cı il tarixədək N3 il NN ay NN gün, ümumilikdə N6 il NN gün və bir ay xidmətin iki ay hesabı ilə xx.xx.N993-xx.xx.N997-ci il tarixədək N4 il N3 ay N5 gün, cəmi NN il N4 ay N5 gün ümumi xidmət illərinə malikdir. Cavabdehin xx.xx.NNNN-ci il tarixli NN/N67 nömrəli Arayış-məruzəsində göstərilmişdir ki, “Azərbaycan Ordusunun döyüş şəraitində olan hərbi hissə və bölməsinin tərkibinin müəyyənləşdirilməsi” haqqında Azərbaycan Respublikası Müdafiə Nazirinin N339 nömrəli xx.xx.N993-cü il tarixli, N4N nömrəli xx.xx.N994-cü il tarixli, N65 nömrəli xx.xx.N994-cü il tarixli, NNNN nömrəli xx.xx.N994-cü il tarixli, NN3N nömrəli xx.xx.N994cü il tarixli, NN46 nömrəli xx.xx.N994-cü il tarixli, NN64 nömrəli xx.xx.N994-cü il tarixli, NNNN nömrəli xx.xx.N994-cü il tarixli, NNNN nömrəli xx.xx.N994-cü il tarixli, NN99 nömrəli xx.xx.N994-cü il tarixli, NN nömrəli xx.xx.N995-ci il tarixli, N3 nömrəli xx.xx.N995-ci il tarixli və NN7 nömrəli xx.xx.N995-ci il tarixli əmrlərinə əsasən Müdafiə Nazirliyinin 99N nömrəli hərbi hissəsinin yalnız 3-cü, 6-cı və N-ci zenit raket divizionları xx xxxxxx N993-cü il tarixdən xx xxxxx N995-ci il tarixədək, habelə Müdafiə Nazirinin NN5 nömrəli xx.xx.NNNN--ci il tarixli, N67 nömrəli xx.xx.NNNN-ci il tarixli, NN45 nömrəli xx.xx.NNNN-ci il tarixli, NN5N nömrəli xx.xx.NNNN-ci il tarixli, NN3N nömrəli xx.xx.NNN3-cü il tarixli və NN35 nömrəli xx.xx.NNN4-cü il tarixli əmrlərinə əsasən Müdafiə Nazirliyinin 99N nömrəli hərbi hissəsinin yalnız N-ci zenit raket divizionu xx xxxxxx NNNN-ci il tarixdən xx xxxxxx NNN6-cı il tarixədək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. Tərəflər arasında mübahisəli sayılan hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” AR Qanununun: N-ci maddəsinin N-ci hissəsinə görə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar; Azərbaycan Respublikası Prezidentinin xx.xx.NNN4-cü il tarixli Fərmanı qüvvəyə minənədək qüvvədə olan redaksiyada NN-ci maddəsinin a) bəndinə əsasən, xidmətdən buraxılanadək NN il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər; N6-cı maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. AR Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.N99N-ci il tarixli 63N nömrəli Qərarının xx.xx.NNN5-ci il tarixədək qüvvədə olmuş redaksiyada N-ci bəndinə əsasən: “N. Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri; Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında alınan yaralar, kontuziya, şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti b) xidmətin bir ayı iki ay sayılmaqla: Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddəti; respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən NNNN metr və daha çox hündürlükdə; reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə; su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla: v) xidmətin bir ayı ayyarım sayılmaqla: bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində (bu qərarın N-ci bəndini “b” yarımbəndində göstərilən dalğıclardan sağayi); müdafiə, milli təhlükəsizlik, daxili işlər nazirliklərinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə - bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə; sırada olan, bilavasitə Azərbaycan Respublikası sərhədlərinin keşiyində duran dəniz sərhəd gəmilərində və katerlərində; sərhəd qoyumlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədinə onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və nəzarət – buraxılış məntəqələrində); respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsində NNNN metr və daha çox hündürlükdə; sualtı qayıqlarda onların sırada olduğu dövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə - Müdafiə Nazirliyinin müəyyənləşdirdiyi şərtlərlə; Azərbaycan Respublikası ali hakimiyyət və idarəetmə orqanlarının təhlükəsizliyi idarəsində - bilavasitə post xidməti aparan operativ heyət üçün – idarə rəisinin təsdiq etdiyi vəzifəsi siyahısı üzrə; cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı fövqəladə vəziyyətlərdə ictimai asayişi və dövlət təhlükəsizliyini qorumaq vəzifələri yerinə yetirilərkən – respublikanın qanunverici orqanlarının müəyyən etdiyi dövrlərdə; müvafiq nazirlik, xidmət və baş idarə rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrıayrı kateqoriyalarına daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə.” AR Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.N99N-ci il tarixli 63N nömrəli Qərarının xx.xx.NNN5-ci il tarixdən qüvvədə olan redaksiyada N-ci bəndinə əsasən: “N. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya), şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən NNNN metr və daha çox hündürlükdə; reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə; su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin habelə Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla: b) xidmətin bir ayı ayyarım sayılmaqla: bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində (bu qərarın N-ci bəndinin “b” yarımbəndində göstərilən dalğıclardan savayı); müdafiə, daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə; sırada olan, bilavasitə Azərbaycan Respublikası sərhədlərinin keşiyində duran dəniz sərhəd gəmilərində və katerlərində; sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarəti məntəqələrində); respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən NNNN metr və daha çox hündürlükdə; sualtı qayıqlarda onların sırada olduğu dövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə - Müdafiə Nazirliyinin müəyyənləşdirdiyi şərtlərlə; Azərbaycan Respublikası ali hakimiyyət və idarəetmə orqanlarının təhlükəsizliyi idarəsində - bilavasitə post xidməti aparan operativ heyət üçün - idarə rəisinin təsdiq etdiyi vəzifə siyahısı üzrə; cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı fövqəladə vəziyyətlərdə ictimai asayişi və dövlət təhlükəsizliyini qorumaq vəzifələri yerinə yetirilərkən – respublikanın qanunverici orqanlarının müəyyən etdiyi dövrlərdə; müvafiq nazirlik, xidmət və baş idarə rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrıayrı kateqoriyalarına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illərin hesablanması 3 iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyə olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə müəssisələrinin şöbələrində) isə əməkdaşlara N iş günü 3 iş günü kimi hesablanır. Terrorizmə qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə bir xidmət günü üç xidmət günü kimi sayılır.” İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, iddiaçının mübahisəli xidmət illəri N996-NNNN-ci illəri əhatə edir. İddiaçı həmin xidmət illərinin güzəştli şərtlərlə, yəni bir ay xidmət müddətinin üç ay xidmət müddəti kimi hesablanmasını tələb etsə də, o, yalnız xx.xx.N994-cü il (N-ci zenit-raket divizionunun aparat birləşmə rəisi vəzifəsində olduğu) tarixdən xx.xx.N995-ci il (Müdafiə Nazirliyinin 99N nömrəli hərbi hissəsinin N-ci zenit raket divizionunun döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edildiyi) tarixədək “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.N99N-ci il tarixli 63N nömrəli Qərarının xx.xx.NNN5-ci il tarixədək qüvvədə olmuş redaksiyada N-ci bəndinin a) yarımbəndində göstərilən kateqoriyaya daxil olan şəxs sayıla bilər. Belə ki, Müdafiə Nazirliyinin müvafiq əmrləri ilə 99N nömrəli hərbi hissəsinin yalnız 3-cü, 6-cı və Nci zenit raket divizionları xx.xx.N993-xx.xx.N995-ci il tarixlərdə, habelə 99N nömrəli hərbi hissəsinin yalnız N-ci zenit raket divizionu xx.xx.NNNN-xx.xx.NNN6-cı il tarixlərdə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilmiş, iddiaçı xx.xx.N993xx.xx.N993 və xx.xx.N993-xx.xx.N996-cı il tarixlərdə N-ci zenit raket divizionunda xidmət etmiş, qalan vaxtlarda isə o, döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilməyən bölmələrdə qulluq etmiş, N-ci zenit raket divizionunda xidmət etdiyi müddətdən yalnız xx.xx.N993-xx.xx.N995-ci illər (N il 3 ay 5 gün) həmin divizion döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilən dövrə təsadüf etmişdir. İPM-in N.N-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin NN-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bütün qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, N-ci zenit-raket divizionu yalnız xx.xx.N993xx.xx.N995-ci il tarixlərdə və xx.xx.NNNN-xx.xx.NNN6-cı il tarixlərdə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edilmiş, iddiaçı isə, N-ci zenit-raket divizionunun döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edildiyi bu müddətlərdən yalnız xx.xx.N993-xx.xx.N995-ci il tarixləri aralığında həmin divizionda xidmət etmişdir. Onun N-ci zenit-raket divizionunda qulluqda olduğu digər dövrlər (xx.xx.N993-xx.xx.N993, xx.xx.N993-xx.xx.N993 və xx.xx.N995-xx.xx.N996-cı illər) divizionun döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən bölmə hesab edildiyi xx.xx.N993-xx.xx.N995 və xx.xx.NNNN-xx.xx.NNN6-cı il tarixlərinə düşmədiyi üçün, “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.N99N-ci il tarixli 63N nömrəli Qərarının xx.xx.NNN5-ci il tarixədək qüvvədə olmuş redaksiyada N-ci bəndinin a) yarımbəndi iddiaçıya şamil oluna, bu səbəbdən onun N996-NNNN-ci illərdə xidmətinin bütövlükdə bir ayı üç ay sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçının xidmət müddətinin müəyyən dövrünün bir ayının üç ay sayılması barədə arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun N3.N və N7-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-N7.6). Göstərilənlərə əsasən və İPM-in 6N, 69, N7 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin N-N(NNN)-NN54/NNNN nömrəli iş üzrə xx xxxx NNNNci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZNN73 Bakı şəhəri Z.Xəlilov küçəsi 54N-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZNNN5 Bakı şəhəri Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağılyeva Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-1718/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1718/2020
19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver