Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1718/2023 22.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 2010-cu ildə X4 Universiteti tərəfindən İddiaçı adına yazılmış qeydiyyat nömrəsi 111702 olan 17 avqust 2010-cu il tarixli BCГ ******* saylı diplomun (xarici ali təhsil ixtisasının) tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Rusiya Federasiyasının X4 Universitetinin “dünya iqtisadiyyatı” ixtisası üzrə bitirməyinə dair 17 avqust 2010-ci il tarixli BCГ ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci ildə anadan olmuşdur. 2004-cü ildə Rusiya Federasiyasının X4 Universitetinin Bakı Filialına daxil olmuşdur. Hər il tələb olunan təhsil haqqını ödəmişdir. 2010-cu ildə X4 Universitetini "Dünya iqtisadiyyatı" ixtisası üzrə bitirmişdir. Bu barədə iddiaçıya qeydiyyat nömrəsi 111702 olan 17 avqust 2010-cu il tarixli BCГ ******* saylı diplom verilmişdir. Həmin universitetin fəaliyyət göstərməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 031973 saylı Lisenziya verilmişdir. İddiaçı xx.xx.2022-ci ildə xarici ali təhsil ixtisasının tanınması barədə cavabdehə ərizə ilə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli 76/03- TKTA saylı cavab məktubu ilə ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1015/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı Kollegiyanın 2-1(103)-1718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və cavabdeh tərəfindən tələblərinin təmin olunduğunu, mübahisənin mövcud olmadığını və icraata xitam verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş sənəddən görünür ki, BCГ ******* saylı diplom cavabdeh tərəfindən tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının iddia tələbi “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” barədə olduğundan və cavabdeh tərəfindən iddia tələbi təmin olunduğundan həmin tələb artıq hüquqi mübahisə predmeti deyildir və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbi cavabdeh tərəfindən tam təmin olunduğundan, iş üzrə mübahisə predmeti artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1718/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1718/2023
22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver