Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1718/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı iş üzrə (Açar sözlər: avtonəqliyyat vasitəsinin qeydə alınması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Mədətli Fərid İlham oğlu və X5 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı “avtonəqliyyat vasitəsinin qeydə alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2-1(112)-11410/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı “avtonəqliyyat vasitəsinin qeydə alınması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 may 2023-cü il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi”nə əsasən “X9” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, İC4JJXP6XNW21 8018 ban nömrəli, göy metallik rəngli, 2022-ci il buraxılışlı nəqliyyat vasitəsini X1 almış və bununla bağlı ona BB413211 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin nəqliyyat vasitəsi ilk dəfə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin 19 yanvar 2023-cü il tarixli rəyi ilə, **********2836 AMBGİ gömrük vəsiqəsi əsasında 23 yanvar 2023-cü il tarixində BDYPİ-si tərəfindən X6 adına qeydiyyata alınaraq AA000000 uçot vərəqəsi üzrə avtomobilə ilkin olaraq VNS972TR23 dövlət tranzit qeydiyyat nişanları təhkim edilmişdir. Daha sonra 25 may 2023-cü il tarixində X6 adına qeydiyyata alınaraq nəqliyyat vasitəsinə BB412024 nömrəli qeydiyyat şəhadətnaməsi verilməklə, **-GR-*** dövlət qeydiyyat nişanları təhkim edilmişdir. Yaranmış zərurətlə bağlı olaraq avtomobili təkrar qeydiyyat hərəkətləri aparılması üçün 29 may 2024-cü il tarixində BDYPİ-nə müraciət edilmişdir. Orada avtomobilin texniki baxışı aparılan zaman avtomobilin interpol üzrə axtarışda olması bildirilib qeydiyyat hərəkətləri aparılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis polkovniki X7 araşdırma apararaq müəyyən etmişdir ki, “X9” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 25 avqust 2022-ci il tarixində Kanadadan oğurlanmış, interpol üzrə axtarışda olması faktı isə yalnız 13 fevral 2024-cü il tarixində avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Vicdanlı alıcı hesab olunaraq iddiaçının və qeyrilərinin hərəkətlərində cinayət tərkibi olmadığına görə İ.B.Şirinov cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 iyun 2024-cü il tarixli qərar qəbul etmişdir. “X9” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının adına rəsmiləşdirilməsinə kömək göstərilməsi ilə bağlı müraciətinə cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev 04 iyul 2024-cü il tarixli məktubunda bildirib ki, həmin nəqliyyat vasitəsinə dair AR DİN Baş X12 İdarəsinin Qeydiyyat-imtahan idarəsində qeydiyyat hərəkətləri aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur.
3. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2-1(112)-11410/2024 nömrəli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
4. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı avtomobili alarkən və ondan sonrakı dövr ərzində istifadə edərkən onun oğurluq olmasını və axtarışda olmasını bilməmişdir. Bu səbəbdən də, istintaq orqanı onu vicdanlı alıcı kimi tanımış və cinayət işinin rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmçinin istintaq orqanı qərar qəbul edərkən avtomobillə bağlı hər hansı bir məhdudiyyət tətbiq etməmişdir. Lakin bütün bu qeyd olunanlara baxmayaraq qeydiyyatı aparan struktur bölmə əsassız və qanunsuz olaraq qeydiyyat aparamaqdan imtina etmişdir ki, bununla da İddiaçı hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, məhkəmə iddianı rədd edərkən MM-nin 182-ci maddəsinə istinad edərək, avtomobilin oğurluq olmasına istinad edərək İddiaçı vicdanlı alıcı hesab etməmişdir. Halbuki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis polkovniki İ.Şirinov 17 iyun 2024-cü il tarixli qərarına əsasən İddiaçı vicdanlı alıcı hesab olunmuş və cinayət işinin başlanmasını rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 64.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. Göründüyü kimi İddiaçı vicdanlı alıcı olması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarı olmasına baxmayaraq həmin qərarı nəzərə almamış, iddia tələbindən kənara çıxmaqla qanunsuzluğa yol vermişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
6. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
8. 17 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı, etibarnamə əsasında idarə edən X2 və qeyrilərinin «X9» minik markalı, 10- GR-080 dövlət qeydiyyat nişanlı, universal tipli, 1C4JJXP6XNW218018 ban nömrəli, göy metallik rəngli, 2022-ci il buraxılışlı avtomobilin Kanada dövlətindən oğurlanması fakt üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, mübahisəli məsələlər həll olunana qədər avtomobil Azərbaycan Respublikası daxilində istismar edilməsi üçün X3 təhvil verilməsi və avtomobilin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaması barədə ona xəbərdarlıq edilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən «X9» minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 1C4JJXP6XNW218018 ban nömrəli, göy metallik rəngli, 2022-ci il buraxılışlı avtomobilin beynəlxalq axtarışda olmasına dair material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və iddiaçıya qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilmişdir.
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpol-un Milli Mərkəzi Bürosu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İnterpolun Baş Katibliyinin məlumatına əsasən, VİN: 1C4JJXP6XNW218018 olan, göy rəngli “FCA US LLC WRAN” markalı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Kanadada oğurlanmış və xx.xx.2024-cü il tarixdə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
11. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
12. Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir.
13. İddia mümkün iddiadır.
14. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ hissə. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlikqaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir;.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.3-cü bəndinin ikinci cümləsinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. -8.1-ci bəndinə əsasən Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsində nəzərdə tutulmuş formada və qaydada verilir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
17. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək “X9” minik markalı, **- GR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, İC4JJXP6XNW21 8018 ban nömrəli, göy metallik rəngli, 2022-ci il buraxılışlı nəqliyyat vasitəsini vasitəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınması, qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi və həmin nəqliyyat vasitəsinə qoyulmuş məhdudiyyətlərin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
18. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpol-un Milli Mərkəzi Bürosu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İnterpolun Baş Katibliyinin məlumatına əsasən, VİN: 1C4JJXP6XNW218018 olan, göy rəngli “FCA US LLC WRAN” markalı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə Kanadada oğurlanmış və xx.xx.2024-cü il tarixdə təşkilatın «e- ASF» avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır.
19. Burada məhkəmə kollegiyası bir neçə məsələni nəzərə almağı zəruri hesab edir.
20. Belə ki, əvvəla cavabdeh “İnterpol”-dan belə bir məlumat aldığı zaman, “İnterpol”la müvafiq yazışma aparmalı və sözügedən məsələnin təfsilatlarını öyrəndikdən sonra, inzibati icraat qaydasında tam və hərtərəfli araşdırma aparmaqla müvafiq qərar qəbul etməli idi. Lakin cavabdeh bunları etməmişdir.
21. Xüsusi olaraq vurğulanmalıdır ki, işin 12-13-cü səhifələrində olan Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin 17 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı, etibarnamə əsasında idarə edən X2 və qeyrilərinin «X9» minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 1C4JJXP6XNW218018 ban nömrəli, göy metallik rəngli, 2022-ci il buraxılışlı avtomobilin Kanada dövlətindən oğurlanması fakt üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, mübahisəli məsələlər həll olunana qədər avtomobil Azərbaycan Respublikası daxilində istismar edilməsi üçün X3 təhvil verilməsi və avtomobilin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaması barədə ona xəbərdarlıq edilməsi qərara alınmışdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, «X9» minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 1C4JJXP6XNW218018 ban nömrəli, göy metallik rəngli, 2022-ci il buraxılışlı avtomobilin oğurluq predmeti olması iddiası əsasında hazırda onu alan şəxsin mülkiyyətinə qeydiyyata alınmaması hüquqi və faktiki baxımdan əsassızdır. Belə ki, alıcı nəqliyyat vasitəsini qanuni əsaslarla, açıq və şəffaf alqı-satqı münasibətləri çərçivəsində əldə etmiş, onun mənşəyinin qanunsuz olması barədə məlumatlı olmamış və bunu bilməsi üçün hər hansı əsas da mövcud olmamışdır. Alıcının vicdanlı davranışı, həmçinin səlahiyyətli orqan tərəfindən hadisə üzrə cinayət işinin başlanmasının rədd edilməsi faktı, nəqliyyat vasitəsinin qeydiyyata alınmasından imtina edilməsinin əsassız olması və alıcının mülkiyyət hüququnun əsassız şəkildə məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.
28. Məhkəmə kollegiyası (AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1807/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarını nəzərə alaraq) hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. 29.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 30.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. 31.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2024-cü il tarixli, 2-1(112)-11410/2024 nömrəli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan “X9” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, 1C4JJXP6XNW218018 ban nömrəli, göy metallik rəngli, 2022-ci il buraxılışlı nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması təmin edilsin və həmin nəqliyyat vasitəsinə qoyulmuş məhdudiyyətlərin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fərid Mədətli Elvin Əliyev