Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1719/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra məmuru tərəfindən verilmiş tələbin qanunsuz hesab edilməsi”tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Elmira Eyvaz qızı Nağıyevadan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra məmuru tərəfindən verilmiş tələbin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5710/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra məmuru tərəfindən verilmiş tələbin qanunsuz hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüsal Umarovun “mən İddiaçı 10331.15 manat pul vəsaiti və 30 manat dövlət rüsumunu tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə ödəyəsiniz” tələbinin qanunsuz hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsinin 2(011)- 11895/2016 saylı xx xxxxxxxx 2016-ci il tarixl məhkəmə əmrinə əsasən boclular X1 və iddiaçıdan müştərək qaydada 70210.72 manat məbləğində əsas borc, 2399.43 manat faiz borcu, 721 manat cərimə borcu olmaqla, cəmi 10331.15 manat məbləğində kredit borcunun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə ödənilməsi qərara alınmışdır. Məhkəmə əmri qanuni qüvvəsini almışdır. Məhkəmə əmrinin icra edilməsi Xətai rayon İcra və Probasiya şöbəsinə tapşırılmışdır. İcra məmuru icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcra işinin materiallarından görünür ki, o, heç yerdə işləmir, işsiz kimi məşğulluq mərkəzində qeydiyyatdadır, müavinət almır. Tələbin yönəldilə biləcəyi əmlakı yoxdur. Bir müddət keçdikdən sonra icra məmuru ondan izahat yazmağı tələb etmişdir. Bu da ona etiraz etmiş, ilk növbədə icra məmuru tərəfindən qanuni tələb verilməli olduğunu bildirmişdir. Bundan sonra isə icra məmuru tərəfindən ona qanuni tələb verilmişdir. Tələbə əsasən o, 10331.15 manat pul vəsaitini və 30 manat dövlət rüsumunu tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödəməlidir. Əks təqdirdə onun inzibati, daha sonra isə cinayət məsuliyyətinə cəlb olunacağı bildirilmişdir. Hesab edir ki, icra məmuru tərəfindən verilmiş tələb qanunsuzdur. Hazırki iş ürzə icra sənədinə əsasən, borcluya müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətlərin yerinə yetirilməsindən imtina etmək vəzifəsi tapşırılmamışdır. İcra sənədinə əsasən, məhkəmə icra məmurundan borcludan müəyyən məbləği tutmaq vəzifəsi tapşırılmışdır. Əgər o, pul verməlidirsə, onda burada məhkəmə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən qətnamə qəbul etməlidir (pulun qaytarılması barədə cavabdehin üzərinə ödəlik qoyulmas). Belə olan halda iddianın tələbi və əsası da başqa olmalıdır. İcra məmuru öz hərəkətlərini əlavə onunla əsaslandırmışdı ki, icra sənədinə əsasən borclu özü icra sənədini icra etməlidir. Hazırki icra sənədinə əsasən borcluya müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətlərin yerinə yetirilməsindən imtina etmək vəzifəsi tapşırılmır. Məhkəmə icra məmurundan borcludan müəyyən məbləği tutmaq vəzifəsi tapşırmışdır. Belə ki, inzibati xəta haqqında protokol qətnaməni icra etməməsinə görə yox, icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən yerinə yetirilməməsinə görə tərtib edilə bilər. Məhz qanuni tələb verdikdən sonra ondan həmin tələbin yerinə yetirməməsinə görə izahat tələb edə bilər. Bundan sonra əgər tələbin yerinə yetirilməməsi üzürsüz hesab edilsə, inzibati protokol tərtib edilə bilər. İlk növbədə qanuni tələb verməli, tələb yazılı surətdə tərtib edilməli, tələb icra sənədinə uygun olmalı, tələb borcluya və ya onun nümayəndəsinə rəsmi təqdim olunmalıdır. Tələb düzgün tərtib edilməsə və ya icra sənədinə uygun olmasa geri qaytarılacaq və ya məhkəmədə mübahisələndiriləcək. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5710/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindənapellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, o, icraata xitam verilməsi barədə qərarı yox, icra məmurunun hərəkətini mübahisələndirir. Tələbkarların və borcluların maraqlarının toqquşmasının məhkəmə tərəfindən həllinin normativ hüquqi baxımdan tənzimlənməsinə uyğun olaraq, bu, xüsusilə, icra sənədlərinin qanunverici tərəfindən müəyyən edilən təqdim edilmə müddətlərinin tələbkarın konstitusiya hüquqlarının müdafiəsinin maraqlarına cavab verməsi deməkdir, lakin onlar borclunun mahiyyəti heç bir halda itirilməməli olan konstitusiya hüquqlarının əsas məzmununa toxuna bilməz. İcra sənədlərində olan tələblərin məcburi qaydada icrası xüsusi qanunvericiliklə, o cümlədən məhkəmə aktlarının, digər orqanların və vəzifəli şəxslərin aktlarının düzgün və vaxtlı-vaxtında icra olunmasını icraat vəzifələrinə aid edən "İcra haqqında " qanunla tənzimlənir. İcraat göstərilən qanuna əsasən icra hərəkətlərinin icra olunmasının və məcburi icra tədbirlərinin görülməsinin qanuniliyi, vaxtlı-vaxtlılığı, vətəndaşın şərəf və ləyaqətinə hörmət olunması, borclu vətəndaşın və onun ailə üzvlərinin yaşaması üçün vacib olan minimum əmlakın toxunulmazlığı, tələbkarın tələblərinin və məcburi icra tədbirləri prinsipləri əsasında həyata keçirilir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olsalar da iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçı Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüsal Umarovun ondan “10331.15 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq tələbkar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə ödənilməsi” ilə bağlı tələbinin qanunsuz hesab edilməsini tələb edir. “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarında göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Həmçinin qaldırılmış iddia da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən birinə aid olmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar (tələblər) da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icrası zamanı icra məmurunun hərəkətləri və hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir, qanuni qüvvəsini almış məhkəmə qərarının (qərardadının) icrası olaraq, mülki icraatda baxılan iş üzrə onun tərəflərinin həmin icraat daxilində məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və onun davamı kimi qəbul edilir. Bu baxımdan icra orqanına qarşı onun hərəkət və hərəkətsizliyindən şikayətlərə baxılması, məhz, icra sənədini vermiş və icraya nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, yalnız icra orqanı tərəfindən icra icraatından kənara çıxarılmaqla yol verilən, icraatdan kənar şəxslərin hüquq və azadlıqlarının pozulduğu hallarda, həmin şəxslərin icra orqanının hərəkət və hərəkətsizliyindən və ya qərarlarından verdiyi şikayətlərin ümumi (publik) hüquq sahəsinə aid edilməsi və bu qəbildən olan mübahisələrə inzibati məhkəmələrə aid edilərək inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkündür. Cavabdehin mübahisələndirilən hərəkəti (icranın tələbi) icra sənədinin birbaşa icrasına yönəlmiş hərəkət olmuşdur. Həmin hərəkətin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı sözügedən hərəkətin qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması da yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, həmin maddədə göstərilmiş işin səlahiyyətli məhkəməyə göndərilməsi məhz inzibati mübahisə üzrə işə İnzibati Prosessual Məcəllənin müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddia ərizəsi ilə eyni məzmunlu olub, iş üzrə iddianın inzibati məhkəmə icraatında mümkün sayılması üçün əsas vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5710/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1719/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1719/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver