Məhkəmə qərarları › İş №2-1(103)-1719/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1719/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1719/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10652/2022 nömrəli 26 dekabr 2022ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 23 avqust 1977-ci il tarixdən 06 mart 1981-ci il tarixədək Bakı Energetika Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10652/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 23 avqust 1977-ci il tarixdən 06 mart 1981-ci il tarixinədək Bakı Energetika Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilərək 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10652/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 3 ay 27 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az (11 il 6 ay (xx.xx.1988xx.xx.1995-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 57 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan BT №037776 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1977-1981-ci illərdə Bakı Energetika Texnikumunda təhsil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli xx-xx-1025/10 saylı arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Arxiv Fonduna əsasən, İddiaçı həqiqətən, 23 avqust 1977-ci il, 142 saylı əmrlə Bakı Energetika Texnikumunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci) “Elektrik stansiya şəbəkə və sistemləri” ixtisası üzrə əyani şöbəyə daxil olmuş və 06 mart 1981-ci il, 57 saylı əmrlə tam kursu bitirmişdir. Ona BT № 037776 nömrəli diplom verilmişdir. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 18 iyul 2022-ci il tarixində daxil olmuş ərizənizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Mərkəzi Filial tərəfindən sizə 16 iyun 2022-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnuzun yarandığı 19 may 2022-ci il tarixindən hesablanmışdır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə teyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il 3 ay 27 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2001-ci il və xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az (11 il 6 ay (xx.xx.1988-xx.xx.1995-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2001xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 57 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan “Neftqaztikinti” tresti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1984-cü il tarixində (əmr № 161/k, xx.xx.1984-cü il) “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə elektrik montyoru peşəsinə işə qəbul edilib. xx.xx.1988- ci il tarixindən (əmr № 80, xx.xx.1988-ci il) xx.xx.1995-ci il tarixinədək polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində, xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək isə elektrik montyoru peşəsində işləmişdir (əmr № 5, xx.xx.1995-ci il) və xx.xx.1998-ci il tarixində (əmr № 03/s, xx.xx.1998-ci il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 6 il 5 ay (altı il beş ay) təşkil edir. İddiaçı xx.xx.1998-ci il tarixində (əmr № 11/k, xx.xx.1998-ci il) “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma idarəsinə elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.2000-ci il tarixindən (əmr № 135/a, xx.xx.2000-ci il) xx.xx.2001-ci il tarixinədək (əmr № 46/k, xx.xx.2001-ci il) quraşdırıcı peşəsi üzrə işləmişdir. Zərərli peşə üzrə əmək stajı 5 ay (beş ay) təşkil edir. İddiaçı xx.xx.2001-ci il tarixində (əmr № 01/k, xx.xx.2001-ci il) “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialına polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib. xx.xx.2014-cü il tarixində (əmr № 144/k, xx.xx.2014-cü il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 13 il 6 ay (on üç il altı ay ) təşkil edir. İddiaçı xx.xx.2014-cü il tarixində (əmr № 114/k, xx.xx.2014-cü il) “Neftqaztikintl” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib. xx.xx.2015-ci il tarixində (əmr № 60-k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 4 ay 1 gün (dörd ay bir gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № 92-k, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib. xx.xx.2015-ci il tarixində (əmr № 390-k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 5 ay 28 gün (beş ay iyirmi səkkiz gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx-000404, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. Zərərli peşə üzrə əmək stajı 6 il 7 ay 13 gün (altı il yeddi ay on üç gün) təşkil edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci i! 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə zərərli iş staj: 27 il 9 ay 12 gün (iyirmi yeddi il doqquz ay on ik gün) təşkil edir. İş materiallarında olan “Neftqaztikinti” tresti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixində (əmr № 161/k, xx.xx.1984-cü il) «Azərdənizneftinşaat» trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə elektrik montyoru peşəsinə işə qəbul edilib, xx.xx.1988-ci il tarixindən (əmr №80, xx.xx.1988-ci il) xx.xx.1995-ci il tarixinədək polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində, xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək isə elektrik montyoru peşəsində işləmişdir (əmr № 5, xx.xx.1995-ci il). xx.xx.1998-ci il tarixində (əmr № 03/s, xx.xx.1998-ci il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 6 il 5 ay (altı il beş ay) təşkil edir. İddiaçı xx.xx.1998-ci il tarixində (əmr № 11/k, xx.xx.1998-ci il) “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə elektrik montyoru peşəsinə işə qəbul edilib. xx.xx.2000-ci il tarixindən (əmr № 135/k, xx.xx.2000-ci il) xx.xx.2001-ci il tarixinədək (əmr № 46/k, xx.xx.2001-ci il) quraşdırıcı peşəsi üzrə işləmişdir. İddiaçı xx.xx.2001-ci il tarixində (əmr № 01/k, xx.xx.2001-ci il) “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir filialına polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib. xx.xx.2014-cü il tarixində (əmr № 144/k, xx.xx.2014-cü il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 13 il 6 ay (on üç il altı ay ) təşkil edir. İddiaçı xx.xx.2014-cü il tarixində (əmr № 114/k, xx.xx.2014-cü il) “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib. xx.xx.2015-ci il tarixində (əmr № 60-k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 4 ay 1 gün (dörd ay bir gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № 92-k, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib. xx.xx.2015-ci il tarixində (əmr № 390-k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Zərərli peşə üzrə əmək stajı 5 ay 28 gün (beş ay iyirmi səkkiz gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx- 000404, xx.xx.2015-ci il) “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilib və hal-hazıradək bu peşədə işləyir. Zərərli peşə üzrə əmək stajı 6 il 7 ay 13 gün (altı il yeddi ay on üç gün) təşkil edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə zərərli iş stajı 27 il 4 ay 12 gün (iyirmi yeddi il dörd ay on iki gün) təşkil edir. İş materiallarında olan “Azərikimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 1 və 2 nömrəli siyahıda sadalanmış istehsalatlarda və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri (bölmə Vİİİ, 1080A010; bölmə X.2110A030-17531) güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdirlər. Vətəndaş İddiaçı çalışdığı elektrik təmiri sexi (Sumqayıt Səthi Aktiv Maddələr zavodu) həmin siyahıda nəzərdə tutulmadığına görə tələb olunan arayışın təqdim olunması mümkün deyildir. İş materiallarında olan cavabdehin xx.xx.2022-ci il tarixli **********2 saylı əmək pensiyasının təyin edilməsi haqqında qərarından görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən (60 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli, 18 iyul 1984-cü il tarixli əmək kitabçasının tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1983-ci ildən xx.xx.1984-cü ilədək Sumqayıt şəhər M.Əzizbəyov adına X3 Elektrik təmir sexində elektrik montyoru, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilədək Bakı poçtamda Mexanizasiya müəssisəsində mexanik, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru, xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində elektrik montyoru, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək “Azərdənizneftinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, xx.xx.2001-ci ildən xx.xx.2014-cü ilədək “Azərdənizneftinşaat” trestinin 2 saylı İxtisaslaşmış Tikinti Quraşdırma və Təmir fılialına polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı, xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləmişdir, xx.xx.2015-ci ildən hal-hazıradək “Neftqaztikinti’ trestinin 7 saylı Tikinti Quraşdırma bölümündə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsində işləyir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli, 06 may 1994-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilədək Dövlət Neft Şirkəti Dənizdə neft və qaz çıxarma üzrə İstahsalat Birliyinin Bakı Texnoloji Nəqliyyat İdarəsində texnik elektrik, xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək “X11 Ltd” Şirkətinin Azərbaycan X1raşdırıcı peşəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci ilədək qüvvədə olan redaksiyasına əsasən əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçının 57 yaşı xx.xx.2019-cu ildə tamam olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, iddiaçı əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsun. İş materiallarında olan sənədlərdən isə görünür ki, iddiaçının xx.xx.2006cı ilədək ümumi iş stajı 25 ildən çox - 27 il 10 ay 17 gün təşkil etsə də (xx.xx.1977xx.xx.1981 (təhsil), xx.xx.1981-xx.xx.1983 (hərbi), xx.xx.1983-xx.xx.1984, xx.xx.1984xx.xx.1984, xx.xx.1984-xx.xx.1998, xx.xx.1998-xx.xx.2001, xx.xx.2001-xx.xx.2006 (işlədiyi dövr)), iddiaçının güzəştli iş stajı xx.xx.2006-cı ilədək 11 il 6 ay 03 gün təşkil edir (xx.xx.1988-xx.xx.1995, xx.xx.2000-xx.xx.2001, xx.xx.2001-xx.xx.2006). Belə ki, iddiaçının «Azərdənizneftinşaat» trestində xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur (XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri; a) fəhlələr; kod - 2290000a—14612 polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar). Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ilədək güzəştli iş stajı isə 12 il 6 aydan azdır. Bu səbəbdən də onun 57 yaşının tamam olduğu xx.xx.2019-cu ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10652/2022 nömrəli 26 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar