Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-172/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi və şəxsi hesab vərəqindən maliyyə sanksiyasının azaldılması tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilər Nazirliyi yanında Bakı şəhəri X18 Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********0398 nömrəli, xx.xx.2018-ci il tarixli, **********1040 nömrəli və **********1050 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanında “Panda” marketi xx.xx.2018-ci il tarixdə fiziki şəxs X6 icarəyə götürmək üçün müqavilə bağlamış, bundan sonra sonuncunun işçilərlə köhnə əmək müqaviləsinə xitam verildikdən sonra yeni əmək müqaviləsi bağlayaraq fəaliyyətə başlamaq üçün obyekti olduğu yer üzrə qeydə aldırmaq, kassa aparatlarını qeydiyyata saldırmaq və malgöndərən şəxslərlə müqavilələr bağlamaq məqsədilə işlərə başlamışdır. xx.xx.2018-ci il tarixdə isə icarəyə götürdüyü həmin “Mağaza” adlı təsərrüfat subyekti vergi orqanında uçota aldırmış, o cümlədən, xx.xx.2018-ci il tarixdə isə Merkuri-130F-01 kassa aparatı qeydiyyata götürülmüşdür. İddiaçı fəaliyyətə başlayandan az sonra, yəni, xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X18 Departamenti tərəfindən **********8161 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə vergi nəzarəti tədbiri keçirilmiş, xx.xx.2018-ci il tarixli VN17 seriyalı 010264 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. Həmin akta əsasən xx.xx.2018-ci il tarixdə saat 17:17-də müştəri tərəfindən alınmış 3,06 manat dəyərində mal üçün çek vurulub verilməmiş və bunun təsdiqi kimi həmin məbləğə həmin tarixdə qeydiyyata alınmamış Merkuri-130F-01 markalı NKA-dan bərpa çeki çıxarılmış, xx.xx.2018-ci il tarixdə, saat 14:30-da keçirilmiş operativ vergi nəzarəti zamanı 11 (on bir) nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək, nəticəsi xx.xx.2018-ci tarixli, VN-11 seriyalı, 012786 nömrəli “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüququ qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunmuşdur. İddiaçı mağazada cəmi 5 gün işləmiş, 6-cı gün mağazanı bağlamaq məcburiyyətində qalmışdır. İddiaçı əmək müqaviləsi bağlamaqla, işə götürdüyü işçilərin hamısını işdən azad etmişdir. Akta imza etməyi isə onu vergi işçiləri məcbur etmişlər və bildirmişlər ki, bu, sadəcə heç bir hüquqi nəticəsi olmayan aktdır. Bu zaman, konkret olaraq 2018-ci ilin noyabr ayının 05-də cavabdehin əməkdaşları obyektə bir növ hücum çəkərək müqavilə üzrə başqa hüquqi şəxsin bəzi işçilərini onun işçiləri kimi təqdim etməklə guya əmək müqavilələri olmamaları barədə xx.xx.2018-ci il tarixli, VN seriyalı 012786 nömrəli akt yazaraq nəticədə iddiaçıya “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında’' xx.xx.2018-ci il tarixli, **********1050 nömrəli qərarla 11000 manat cərimə tətbiq etmişlər. Halbuki, on bir nəfər şəxsdən X10, X15, X7 və X16 "xxxx" MMC-nin rəsmi əmək müqaviləsi üzrə işçiləri olmaqla, həmin MMC-nin 01 noyabr 2018-ci il tarixli, 018 k/m nömrəli məktubuna və 03 noyabr 2018-ci il tarixli, 007k nömrəli əmrinə əsasən müəssisənin satdığı və istehsal etdiyi məhsulları yerində tanıtmaq məqsədilə iddiaçının fəaliyyət göstərdiyi mağazada təcrübə keçmək məqsədilə 05 noyabr 2018-ci il tarixdən 25 gün müddətinə ezam edilmiş şəxslər olmuşlar. "xxxx" MMC ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixli (əslində xx.xx.2018-ci il tarixli) “Ticarət yerinin idarə edilməsi" müqavilə olmuşdur. Həmin müqavilə ilə də iddiaçının qeyd etdikləri bir daha təsdiq olunur. Lakin vergi orqanının əməkdaşları səhvən, bəlkə də bilərəkdən həmin şəxsləri iddiaçı tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürülmüş şəxs kimi adlarını yuxarıda qeyd olunan akta daxil edərək, nəticədə iddiaçı barəsində 162-1.1-ci maddəsinin tələblərini pozmasında şübhəli durum yaratmışlar. Bununla bağlı 10 dekabr 2018-ci il tarixdə “AZCAKE" MMC-nin rəhbərliyinə sorğu ilə müraciət edilmiş və qeyd edilmiş halları təsdiq edən müvafiq sənədlər alınmışdır. Vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdən başlayaraq, keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə dair tərtib etdiyi aktda göstərilən mallar həqiqətən də iddiaçının fəaliyyət göstərdiyi obyektdə olsa da bu mallar ona məxsus olmamış və bu, mümkün də deyildir. Belə ki, fiziki şəxs A.S.Əliyevaya məxsus və mağazada mal göndərmiş şəxslərə qaytarılmaq üçün saxlanılan təxminən 310.000,00 manatlıq malı iddiaçıya məxsus və sənədsiz mal kimi yazaraq, nəticədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2018-ci il tarixli, **********1040 nömrəli qərarla iddiaçıya əsassız olaraq 30.711,40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama keçirilən təsərrüfat subyektində mövcud olan malların elektron vergi-hesab fakturası və digər sənədlər olmadan alındığı və mağazada alış qiyməti ilə 307113,40 manat dəyərində malların olduğu qənaətinə gəlinir. Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə əsas fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” olmaqla vergi orqanında vergi ödəyicisi kimi uçota alınmışdır. Vergi orqanının xx.xx.2018-ci il tarixli **********8161 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2018-ci il tarixdə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanda yerləşən “Panda market” adlı mağazada keçirilmiş operativ vergi nəzarəti zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə nöqsan aşkar edilərək, xx.xx.2018-ci il tarixli VN-17 seriyalı 010264 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edilmişdir. Bundan əlavə, qeyd olunan obyektdə həmin qərara əsasən keçirilmiş operativ vergi nəzarəti zamanı 11 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar edilərək, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2018-ci il tarixli VN-11 seriyalı 012786 nömrəli akt, həmçinin 307113,39 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura olmadan alınması faktı aşkar edilərək, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin keçirilməsi haqqında” eyni tarixli VN-16 seriyalı 009193 nömrəli akt tərtib edilmişdir. Operativ vergi nəzarəti zamanı İddiaçı və 11 nəfər fiziki şəxs izahat verərək işçilərlə əmək müqaviləsinin bağlanılmadığını, həmçinin İddiaçı izahatında obyektdə müəyyən edilmiş 307113,39 manat dəyərində malların alışını təsdiq edən sənədlərin olmadığını, malların alış və satış qiymətlərinin onun tərəfindən yoxlamaya bildirildiyini qeyd etmiş və operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş bütün aktları imza edərək nüsxələrini qəbul etmişdir. Tərtib edilmiş aktlar əsasında Baş İdarə tərəfindən xx.xx.2018-ci tarixli **********0398 nömrəli, xx.xx.2018-ci il tarixli **********1040 və **********1050 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar qəbul olunaraq, vergi ödəyicisinə müvafiq olaraq 400,0 manat, 11000,0 manat və 30711,4 manat olmaqla, ümumilikdə 42111,4 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı qeyd edilən qərarlardan Vergilər Nazirliyinə xx.xx.2019-cu il tarixdə **********110800 və **********110801 nömrəli şikayət məktubları ünvanlamışdır. Vergilər Nazirliyi tərəfindən inzibati şikayətlər araşdırılmış və xx.xx.2019-cu il tarixli, **********247000 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar çıxarılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə **********110800 və **********110801 nömrəli şikayət məktublarında göstərdiyi əsaslara istinad etməklə iddia tələbi irəli sürmüşdür. Halbuki Vergilər Nazirliyi tərəfindən inzibati şikayətlər üzrə aparılmış araşdırmada vergi ödəyicisinin istinad etdiyi faktların əsassız olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Sabunçu rayonu, Zabrat ŞTQ, Babək küçəsi, ev 223-də yerləşən "Panda” mağazasında 11 (on bir) nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunması barədə toplanmış 18200442 nömrəli materialların Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirildiyi və hazırda ibtidai istintaqının aparıldığı müəyyən edilmişdir. Bundan əlavə, inzibati şikayətdə vergi ödəyicisi X11 vergi borcuna görə siyahıya alınmış əmlakının qaytarılması məsələsi üzrə aparılan araşdırma zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********8 nömrəli “Vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarına əsasən A.Əliyevanın vergi borcuna görə əmlakının siyahıya alındığı və bu barədə xx.xx.2018-ci il tarixli **********8 nömrəli “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokol tərtib edildiyi, bu zaman A.Əliyeva yazılı iltizam verərək, əmlakın siyahıya alındığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanda yerləşən “Panda” marketdə mövcud olan bütün əmlakların ona məxsus olduğunu bildirərək, tərtib edilmiş bütün aktları imzası ilə təsdiq etdiyi, vergi borcunun dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən xx.xx.2019-cu il tarixli **********136500 nömrəli “Siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə” iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edildiyi və məhkəmənin xx.xx.2019-cu il tarixli e-2-2(083)-200/2019 nömrəli “Mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında" qərardadına əsasən iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edildiyi müəyyən edilmişdir. Müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə fərdi sahibkar İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil və vergi orqanı əməkdaşlarının izahatları alınmışdır. Vəkil araşdırmaya təqdim etdiyi xx.xx.2019- cu il və xx.xx.2019-cu il tarixli izahatlarında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında aktda adları qeyd edilmiş 4 nəfər fiziki şəxsin "xxxx" MMC-nin işçiləri olduğunu, operativ vergi nəzarətinin keçirildiyi gün, yəni xx.xx.2018-ci il tarixdən həmin şəxslərin 25 gün müddətinə mağazaya ezam edildiklərini, araşdırmaya təqdim etdiyi xx.xx.2018-ci il tarixli əmrə əsasən həmin işçilərin qeyd edilən mağazaya təcrübə üçün göndərildiyini göstərmiş, lakin xx.xx.2018-ci il tarixdən əmək müqaviləsi (bağlanılmış) hüquqi qüvvəyə minmiş şəxslərin 2 gün əvvəl, yəni xx.xx.2018-ci il tarixdən ezam edilmələri barədə əmr verilməsini əsaslı səbəblərlə izah edə bilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində 11 nəfər fiziki şəxslərin 4 nəfərinin ezam olunduğunu iddia etsə də, digər 7 nəfərlə bağlı operativ vergi nəzarətinin hansı əsaslarla ləğv edilməli olduğunu isə ümumiyyətlə qeyd etməmişdir. Bundan əlavə, operativ vergi nəzarəti zamanı İddiaçı izahatının vergi orqanı əməkdaşlarının sözləri əsasında yazıldığını, İddiaçı və 11 nəfər fiziki şəxslərin izahatların mahiyyətini başa düşmədən imzaladıqlarını, İddiaçı və fiziki şəxslərə psixoloji təsir göstərdiklərini, izahatları vergi orqanı əməkdaşlarının dedikləri kimi yazmayacaqları təqdirdə mağazanı bağlatdıracaqlarını və onları həbs etdirəcəklərini deyərək hədə-qorxu gəldiklərini bildirmiş, lakin bunu təsdiq edən sübutlarının olmadığını qeyd etmişdir. İzahatında həmçinin operativ vergi nəzarəti zamanı mağazada olmuş malların digər vergi ödəyicisi X12 məxsus olduğunu, A.Əliyeva həmin mağazada sahibkarlıq fəaliyyətini dayandırdığı üçün həmin malların müvəqqəti olaraq bir neçə günlük saxlanmasını xahiş etdiyini, malların A.Əliyeva tərəfindən İddiaçı verilməsi və ya həmin malların A.Əliyevaya məxsus olmasını təsdiq edən, həmçinin malların alışına dair sənədlərin olmadığını bildirmiş və bu səbəbdən də araşdırmaya təqdim edə bilmədiyini göstərmişdir. Bundan əlavə, A.Əliyevanın vergi borcuna görə siyahıya alınmış əmlakların bir hissəsinin “SKAY Ekspress" MMC-yə məxsus olduğunu bildirsə də, araşdırmaya "xxxx" MMC (VÖEN **********) ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Verilmiş tapşırığın icra edilməsi haqqında” müqavilə və həmin tarixli, lakin ciddi hesabat sənədi olmayan, sərbəst formada tərtib edilmiş “Təhvilqəbul aktı” təqdim edilmişdir ki, həmin aktda göstərilən malların adlarının və fərqləndirici əlamətlərinin xx.xx.2018-ci il tarixli **********8 nömrəli protokolda qeyd edilən əmlaklarla eyniliyini dəqiqləşdirmək mümkün olmamışdır. Bu fakt səlahiyyətli nümayəndə tərəfindən araşdırmaya təqdim edilmiş xx.xx.2019-cu il tarixli izahatda etiraf edilmiş, bundan əlavə siyahıya alınmış əmlakın "xxxx" MMC-yə məxsus olmasına dair araşdırmaya digər sübutlar təqdim ediləcəyi bildirilsə də, təqdim edilməmişdir. Baş İdarənin əməkdaşları araşdırmaya təqdim etdikləri xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli izahatlarında operativ vergi nəzarəti zamanı İddiaçı və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə yol vermədiklərini, etibarnamə üzrə səlahiyyətli nümayəndə Vəkil izahatında göstərdiklərinin həqiqətə uyğun olmadığını, operativ vergi nəzarəti zamanı İddiaçı və digər şəxslərin izahatları sərbəst formada yazdıqlarını, onlara heç bir təsir göstərilmədiyini və ya hədəqorxu edilmədiyini, mağazadakı bütün malların ona məxsus olduğunu və malların alış və satış qiymətlərinin İddiaçı tərəfindən bildirildiyini və bu barədə İddiaçı izahatında ətraflı məlumat verildiyini bildirmişlər. Bundan əlavə, operativ vergi nəzarəti zamanı 11 nəfər fiziki şəxsin sərbəst olaraq izahat yazdıqlarını, izahatlarında İddiaçı işçiləri olduqlarını və onlarla əmək müqaviləsinin bağlanmadığını etiraf etdiklərini göstərmişlər. Vergi ödəyicisi İddiaçı operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş aktlarla razılaşaraq, imzası ilə təsdiq etmiş, izahat verərək vergi qanunvericiliyinin tələblərini pozduğunu etiraf etmiş, inzibati şikayət əsasında aparılan araşdırmaya vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsini və siyahıya alınmış əmlakların "xxxx" MMC-yə məxsus olmasını təsdiq edən sübutlar təqdim edilməmiş, A.Əliyeva iltizam verərək əmlakın siyahıya alınması zamanı “Panda market”də olan malların ona məxsus olduğunu bildirmişdir. Həmçinin iddiaçı iddia ərizəsində hansı səbəbdən xx.xx.2018-ci il tarixli **********0398 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməli olduğunu bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-163/2021 saylı qərarı ilə (hakim P.Hüseynov) iddia qismən təmin edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri X18 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1050 nömrəli qərarı qismən, yəni İddiaçı 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri X18 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018- ci il tarixli 012786 nömrəli akt saat 14:30-da tərtib olunsa da, "xxxx" MMC tərəfindən həmin 4 nəfər fiziki şəxslə olan əmək müqaviləsi bildirişləri vergi orqanı əməkdaşları obyektə daxil olduqdan sonra ƏƏSMN-nin elektron informasiya sisteminə daxil edilmişdir. Məhkəmə qərarında istinad olunmuş ticarət yerinin idarə edilməsi müqaviləsi sözügedən faktın qiymətləndirilməsi baxımından mötəbər sübut hesab oluna bilməz. Əlavə olaraq bildirilir ki, işçi X10 xx.xx.2018-ci il tarixli etirafedici izahatında xx.xx.2018-ci il tarixindən İddiaçı məxsus obyektdə “usta” kimi fəaliyyət göstərdiyini, əmək haqqının 180 manat təşkil etdiyini, izahatı özünün yazdığını və imzası ilə təsdiq etdiyini bildirmişdir. X1 xx.xx.2018-ci il tarixli etirafedici izahatında xx.xx.2018-ci il tarixindən İddiaçı məxsus obyektdə “satıcı” kimi fəaliyyət göstərdiyini, əmək haqqının 140 manat təşkil etdiyini bildirmişdir. X4 xx.xx.2018-ci il tarixli etirafedici izahatında xx.xx.2018- ci il tarixindən İddiaçı məxsus obyektdə “usta" kimi fəaliyyət göstərdiyini, əmək haqqının 180 manat təşkil etdiyini, izahatı özünün yazdığını və imzası ilə təsdiq etdiyini bildirmişdir.X3 xx.xx.2018-ci il tarixli etirafedici izahatında xx.xx.2018-ci il tarixindən “Panda” marketdə şirniyyat şöbəsində “inzibatiçı” işlədiyini, əmək haqqının 185 manat təşkil etdiyini bildirmişdir. Həm fərdi sahibkarın öz izahatından, həm işçilərin izahatlarından, həm də "xxxx" MMC tərəfindən əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi saatlarından da görünür ki, operativ vergi nəzarəti həyata keçirilən zaman 4 nəfər fiziki şəxs "xxxx" MMC tərəfindən yox, İddiaçı tərəfindən muzdlu işə cəlb edilmişdirlər. Əmək Məcəlləsinin 7ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. xx.xx.2021-ci il tarixli **********462800 nömrəli 9/1207 nömrəli xx.xx.2021-ci il tarixli ekspert rəyinə dair mülahizə tərəfimizdən məhkəməyə təqdim edilmişdir. Həmin mülahizədə də qeyd edilmişdir ki, ekspert öz rəyində ekspertizaya təqdim edilən iki sualdan heç birinə dolğun cavab verməmişdir.Belə ki, ekspert “X11 fəaliyyət göstərdiyi obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı xx.xx.2018- ci il tarixdə tərtib edilmiş siyahıdakı mallarla İddiaçı məxsus obyektdə xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilən mallar arasında eyniadlı, eynimarkalı, eyni çəkidə, eyni ölçüdə malların yazılması halları vardı rmı?” sualına “Eyniadlı, eynimarkalı, eyni çəkidə, eyni ölçüdə malların yazılması halları vardır" cavabını verməklə məhkəmənin birinci sualına aydınlıq gətirmişdir”. Həmin malların ümumi məbləği və tətbiq edilmiş maliyyə sanksiyasının məbləği ilə əlaqədar suala isə heç bir tədqiqat aparmadan “Malların ümumi məbləği 299875,98 (iki yüz doxsan doqquz min səkkiz yüz yetmiş beş manat doxsan səkkiz qəpik) manat və həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyasının məbləği 29987,60 (iyirmi doqquz min doqquz yüz səksən yeddi manat altmış qəpik) manat müəyyən edilir” cavabı verilmişdir. Göründüyü kimi, ekspert öz rəyində hansı tədqiqat metodlarından istifadə edilməsi barədə məlumat verməmiş, sadəcə vergi orqanı tərəfindən tərtib edilmiş siyahıları müqayisə etmiş və bununla da tədqiqatını yekunlaşdırmaqla öz rəyini məhkəməyə təqdim etmişdir. Ekspert rəyindən açıq görünür ki, ekspert ikinci sualı cavablandırarkən yekunda 299875,98 manat məbləğində eyniadlı, eyni markalı, eyniölçülü və eyniçəkili məhsulların olduğunu bildirsə də, həmin məbləğə daxil olan məhsulların dəqiq siyahısı, çəkisi və məbləğini qeyd etməmişdir. Rəydə qeyd olunmuş müqayisələrin yanlış olduğunu bir neçə nümunə ilə məhkəmənin nəzərinə çatdırlır: Əliyeva Aynurun fəaliyyəti ilə bağlı aktın 2845ci sətrindəki mal “Mayonez sloboda 375 qr, 4 ədəd”, 2914-cü sətrindəki mal “Mayonez sloboda 400 ml, 5 ədəd”, 3011-ci sətrindəki “Mayonez slobada 200 ml, 67%, 8 ədəd", "Mayonez slobada 800 ml 67%, 7 ədəd” ilə İddiaçı fəaliyyəti ilə bağlı aktın 14213-cü sətrindəki “Mayonez slobada 900 ml 42 ədəd" müqayisə edilmişdir. Əliyeva Aynurun fəaliyyəti ilə bağlı aktın 47774- 4785 sətirləri (enerji içkiləri) ilə İddiaçı fəaliyyəti ilə bağlı aktın 2141-ci sətri (elidor sampun doganin enerjisi 350ML), 2244-cü sətri (nivea rol enerji fresh 50 ml ), 2312-ci sətri (pecenie ovsyanka shokol 600 qr), 2315-ci sətri (hellios dia cem moruqlu 280 qr) müqayisə edilmişdir.Yuxarıda qeyd olunan sadəcə bir neçə müqayisədən də göründüyü kimi, mallar eynilik təşkil etmir və ekspert rəyi tamamilə əsassızdır. İddiaçı fəaliyyəti ilə bağlı aktda malların qiyməti 307 113,4 manat, Əliyeva Aynurun fəaliyyəti ilə bağlı aktda qeyd olunan malların qiyməti isə 815 234,40 manat təşkil etmişdir.Məhkəmə isə iddiaçının və Əliyeva Aynurun fəaliyyəti ilə bağlı aktda qeyd olunmuş malların qiymətləri arasındakı fərqi belə araşdırmadan qərar qəbul etmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2277/2022 saylı 22 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər C.Yusifov - sədrlik edən və məruzəçi, A.Tanrıverdiyev və İ.Şirinov) Bakı İnzibati Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 941/2023 saylı 19 aprel 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-2277/2022 nömrəli qərarı qismən, yəni “cavabdehin “xx.xx.2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin” hissəsi ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə müdafiə edərək, təmin olunmasını, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 941/2023 saylı 19 aprel 2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı qismən, yəni yalnız “cavabdehin “xx.xx.2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,20 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin” hissəsində ləğv edilmiş, qərar qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası yalnız cavabdehin xx.xx.2018-ci il tarixli, **********1040 nömrəli qərarına münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini və əsaslılığını yoxlayır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 941/2023 saylı 19 aprel 2023-cü il tarixli qərarındakı qeyd edilmişdir ki, İddiaçı inzibati aktda qeyd eidlmiş mallara dair hər hansı bir mötəbər sənədlərin olub-olmaması apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. İşin İ cildinin 153-cü səhifəsində olan cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında əlavələr (dəyişiklər) edilməsi haqqında qərarında cavabdehin 3 (üç) nəfər yeni müfəttişin nəzarəti həyata keçirən obyektdə yoxlamaya cəlb edilməsi qərara alınmışdır. Lakin apellyasiya məhkəməsi sözügedən qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilib-edilməməsini araşdırmamışdır, halbuki bu hal mübahisənin baxılmasında həlledici rol oynayır. Həmçinin həmin qərarın tarixi və nömrəsi yoxdur. Həmçinin apellyasiya məhkəməsi sözügedən malların, onlar həqiqətən A.Əliyevaya məxsus olduğu halda, hansı hüquqi əsasla ən azından (saxlanc müqaviləsi) iddiaçıda saxlanılması, iddiaçının özündə malların A.Əliyevadan saxlanca götürülməsinə dair qaimələrin olub-olmaması ümumiyyətlə araşdırılmamışdır. Halbuki, məlum olduğu kimi, istənilən mallar dükanda saxlanıldığı zaman, həmin mallara onların əsasını təşkil edən sənədlər olmalıdır. Bu baxımdan qeyd edilməlidir ki, əgər mallar A.Əliyeva tərəfindən iddiaçıya saxlanca verilibsə, bunun Vergi Məcəlləsinin 71-1.5.7-ci maddəsinə əsasən uyğun qaimələrin verilib-verilməməsi araşdırılmalıdır. Həmçinin qeyd edilməlidir ki, işin İ cildinin 155-ci səhifəsində olan sənəddən görünür ki, cavabdeh tərəfindən yoxlamanın əsası üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilsə də, lakin buna dair heç bir açıqlama verilməmiş, lakin apellyasiya məhkəməsi həmin məsələni də araşdırmamışdır. Eyni zamanda həmin Məcəllənin 58.8.2-ci maddəsinin tələbləri də (yeni redaksiyada) nəzərə alınmamışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti yoxlanılan hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X18 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin.” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası iddianın mahiyəti üzrə əsaslı olması ilə bağlı qənaətini əsaslandırmaq üçün aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. -58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. - 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. - 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. - 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. - 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. - 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarındakı hüquqi mövqeyə uyğun iş üzrə araşdırma aparan məhkəmə kollegiyası aşağıdakıları nəzərə çatdırır. İşin hallarından görünür ki, cavabdehin xx.xx.2018-ci il tarixli **********8161 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2018-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 1 ünvanda yerləşən “Panda market” adlı mağazada operativ vergi nəzarəti həyata keçirilərək aşağıdakı aktlar tərtib olunmuşdur : - nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə nöqsan aşkar edilərək, xx.xx.2018-ci il tarixli VN-17 seriyalı 010264 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt; -11 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar edilərək, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2018-ci il tarixli VN-11 seriyalı 012786 nömrəli akt; - 307113,39 manat dəyərində malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaiməfaktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan alınması faktı aşkar edilərək, “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin keçirilməsi haqqında” VN-16 seriyalı 009193 nömrəli akt”. Həmin aktlar əsasında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ilə, iddiaçı barəsində aşağıdakı maliyyə sanksiyaları tətbiq olunmuşdur: birinci akt əsasında xx.xx.2018-ci tarixli **********0398 nömrəli qərarı ilə 400,0 manat”, ikinci akt əsasında xx.xx.2018-ci tarixli **********1050 nömrəli qərarı ilə 11000,0 manat, üçüncü akt əsasında xx.xx.2018-ci tarixli **********1040 nömrəli qərarı ilə isə 30.711,40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Hazırki apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınaraq yalnız sonuncu akt üzrə apellyasiya şikayətinin dəlilləri araşdırılır. Birinci instansiya məhkəməsi hazırki apellyasiya baxışının predmetini təşkil edən, cavabdehin inzibati orqanın xx.xx.2018-ci tarixli **********1040 nömrəli qərarına münasibətdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi ilə müəyyən edildi ki, X11 fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş malların siyahısındakı mallarla İddiaçı xx.xx.2018-ci il tarixdə tərtib edilmiş “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi-hesab faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınması, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktda qeyd edilən mallar əsasında eyniadlı, eyni markalı, eyni çəkidə, eyni ölçüdə malların yazılması halları vardır və həmin malların ümumi məbləği 299.875,98 manat və həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyasının məbləği 29.987,60 manat müəyyən edilir. Məhkəmə qeyd edir ki, digər şəxsin fəaliyyət göstərdiyi obyektdə aparılmış operativ vergi nəzarəti zamanı tərtib edilmiş malların siyahısındakı mallarla eyniadlı, eyni markalı, eyniçəkidə, eyniölçüdə olan malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura olmadan saxlanılmasına görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbul olunaraq maliyyə sanksiyasının tətbiq edilməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci tarixli **********1040 nömrəli qərarın ləğv edilməsi hissəsində qismən təmin edilməli, həmin qərar iddiaçının 29.987,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, adıçəkilən malların Aynur Əliyevaya məxsus olması mötəbər sübutlarla öz təsdiqini tapmır. Belə ki, ekspertin xx.xx.2021-ci il tarixli, 9/1207 saylı rəyində xx.xx.2018-ci il tarixdə tərtib edilmiş aktda qeyd edilən 307.113,39 manat dəyərində malların 299.875,98 manat dəyərində hissəsi eyniadlı, eyni markalı, eyniçəkidə, eyniölçüdə malların təşkil etməsinin göstərilməsi, həmin malların İddiaçı deyil, Aynur Əliyevaya məxsus olması barədə qənaətə gəlməsi üçün yetərli deyil, çünki əvvəla ekspert rəyində malların dəqiq sırası, çəkisi və məbləği qeyd edilməmişdir, digər tərəfdən sözügedən mallar unikal mallar deyildir. Bundan başqa həmin malların üzərində, onların Aynur Əliyevaya məxsusluğunu təsdiq edən hər hansı bir sənəd (qaimələr, möhürlər) mövcud deyildir. Həmçinin kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla sözügedən malların, onlar həqiqətən Aynur Əliyevaya məxsus olduğu halda, hansı hüquqi əsasla (saxlanc müqaviləsi) iddiaçıda saxlanılması, iddiaçının özündə malların Aynur Əliyevadan saxlanca götürülməsinə dair qaimələrin olub-olmaması, əgər mallar Aynur Əliyeva tərəfindən iddiaçıya saxlanca verilibsə, bunun Vergi Məcəlləsinin 71-1.5.7-ci maddəsinə əsasən uyğun qaimələrin verilib-verilməməsi araşdırılmış, iddiaçı tərəf bununla bağlı, yəni Aynur Əliyeva tərəfindən malların iddiaçıya saxlanca verilməsi ilə bağlı müqavilə, həmçinin bununla bağlı qaimə-fakturaları məhkəməyə təqdim edə bilməmişdir, bundan əlavə məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd olunan sənədlərin mövcud olmadığını bildirmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, iddiaçı cavabdehin sözügedən yoxlamasından həmin obyektdə yalnız 5 gün öncə işə başlamasına dair bildirməsi, cavabdehin orada operativ yoxlama aparmasını məhdudlaşdıran amil kimi qiymətləndirilə bilməz, belə ki, Vergi Məcəlləsində buna dair heç bir hüquq norması yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən göstərişlərdən biri də ondan ibarət olmuşdur ki, işin İ cildinin 153-cü səhifəsində olan cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında əlavələr (dəyişiklər) edilməsi haqqında qərarında cavabdehin 3 (üç) nəfər yeni müfəttişin nəzarəti həyata keçirən obyektdə yoxlamaya cəlb edilməsi qərara alınmışdır, lakin apellyasiya məhkəməsi sözügedən qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilib-edilməməsini araşdırmamışdır, halbuki bu hal mübahisənin baxılmasında həlledici rol oynayır, yeri gəlmişkən həmin qərarın tarixi və nömrəsi yoxdur. Kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınaraq bu istiqamətdə araşdırma aparılarkən müəyyən edilmişdir ki, iş materiallarının İ cildinin 153-cü səhifəsində olan qərar operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2018ci il tarixli, **********8161 saylı qərara əlavələrin (dəyişikliklərin) edilməsi barədədir, belə ki, həmin qərarla **********5973900 saylı, xx.xx.2018-ci il tarixli xidməti məruzəyə əsasən Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********8161 saylı qərara əlavələr (dəyişikliklər) edilərək kiçik vergi xidməti müşaviri X9, 3-cü dərəcəli müfəttiş X13 və kiçik vergi xidməti müşaviri X2 yoxlamaya təyin olunmuşlar. Həmin qərarla İddiaçı tanış olmuş və bunu imzası ilə təsdiq etmişdir. Həmin qərarın əsli cavabdeh inzibati orqandan tələb edilmiş, surəti ilə birlikdə əslinə baxış keçirilmiş və həqiqətən də müəyyən edilmişdir ki, qərarda nömrə və tarix qeyd edilməmiş, həmçinin qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməmişdir, bununla bağlı məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi sözügedən qərarın reyestrə daxil edilmədiyini bildirmişdir. Kollegiya hesab edir ki, əlavə və dəyişikliklər barədə qərarda nömrənin və tarixin olmaması və onun reyestrə daxil edilməməsi bütünlükdə operativ vergi nəzarətinin və onun nəticələrinin etibarsızlığına səbəb olan hal kimi qiymətləndirilməməlidir, belə ki, iş materiallarından görünür ki, həmin qərarın əsasını təşkil edən Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********8161 saylı qərar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməklə, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş və bununla bağlı iş materiallarında çıxarış mövcuddur (İ cild, səh 154). Həmçinin iddiaçı özü də əlavə və dəyişikliklər barədə qərarla tanış olaraq, bunu imzasıyla təsdiq etmiş, dolayısıyla həmin qərarla yoxlamaya sonradan təyin edilən şəxslərin iştirakı ilə operativ vergi nəzarətinin həyata keçirilməsinə etiraz etməmişdir. Bundan əlavə məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili yoxlamada iştirak edən şəxslərin həqiqətən vergi əməkdaşları olduğunu bildirmiş və əksi ilə bağlı mübahisə açmamışdır. Belə olan halda məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, sözügedən yoxlama ilə bağlı əsas inzibati aktın qanunvericiliklə müəyyən olunmuş formada tərtib edilməsi və yoxlama qərarının sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi halı mübahisəsiz olduğundan, həmçinin mübahisələndirilən inzibati aktın qanunsuz və əsassız olması məhkəmə araşdırması ilə sübuta yetirilmədiyindən, həmin qərarda aparılmış dəyişikliyin reyestrdə qeydiyyata alınmaması öz-özlüyündə qanuni inzibati aktın ləğvinə səbəb ola bilməz. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən göstərişlərdən biri də ondan ibarət olmuşdur ki, işin İ cildinin 155-ci səhifəsində olan sənəddən görünür ki, cavabdeh tərəfindən yoxlamanın əsası üçün Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilsə də, lakin buna dair heç bir açıqlama verilməmiş, lakin apellyasiya məhkəməsi həmin məsələni də araşdırmamışdır. Bununla bağlı olaraq məhkəmə kollegiyası diqqətə çatdırır ki, Vergi Məcəlləsinin 50.2-ci bəndi operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslardan bəhs edir, həmin bənddə sadalanan əsaslandan biri də vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdilmiş məlumatlardır. Hansı ki, qeyd edilən əsasın nələrdən ibarət olması açıqlanmamışdır. Bununla belə sonuncu apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, yoxlamanın əsası kimi AR Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə istinad edilməsini onunla əsaslandırırlar ki, həmin obyektdə VÖEN dəyişmə əməliyyatı olub, operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra qısa müddət ərzində VÖEN dəyişmə əməliyyatı olduqda bu artıq Vergi orqanı üçün mənbəyi bəlli olan məlumat sayılır. Məhkəmə kollegiyası qeyd edilən halın ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, inzibati orqan tərəfində sözügedən maddənin pozuntusu müəyyən edilmir. Kassasiya instansiya məhkəməsinin göstərişlərindən biri də AR Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinin nəzərə alınmaması ilə bağlıdır. Belə ki, AR Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İş materiallarından görünür ki, iddiaçıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyi üçün alınmış malların dəyərinin, yəni 307113,39 manat dəyərində malın 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, 307113,39 manat (alınmış malların dəyəri) x10%:100%=30711,339 manat, yuvarlaqlaşdırdıqda 30711,40 manat. Göründüyü kimi maliyyə sanksiyası tətbiq edilərkən AR Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələbləri nəzərə alınmışdır, bu barədə tərəflər arasında mübahisə də mövcud deyildir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti hazırki apellyasiya baxışının predmetini təşkil edən hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X18 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin.” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən- yoxlanılan hissədə təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı “Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X18 Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli **********1040 nömrəli qərarı qismən, yəni İddiaçı 29.987,60 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin.” hissəsində ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı tələbi xx.xx.2018-ci il tarixli, **********1040 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi hissəsində rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-172/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-172/2024
07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver