Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1720/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4426/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1972-ci il təvəllüdlür.
2. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək N.Nərimanov adına Azərbaycan Dövlət Tibbi İnstitutunda ali təhsil almışdır (05 il 09 ay 12 gün).
3. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Nizami rayonu ərazisində yerləşən 325 №-li aptekdə sanitar (11 ay 29 gün); - xx.xx.1996-cı il tarixdən xx.xx.2019-cu il tarixədək (xx.xx.2005-ci il tarixədək 09 il 05 ay) Taun əleyhinə stansiyada həkim-interna, həkim-infeksionist (22 il 09 ay); - xx.xx.2024-cü il tarixdən hal-hazıradək Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Tibbi Sosial Ekspertiza xidmətinin təşkili departamentinin tibbi-sosial ekspertiza xidmətinin təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir.
4. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir: “...Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin güzəştli iş stajınız 10 ildən az (9 il 5 ay (xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövr)) təşkil edir.
6. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1990-cı il tarixdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdur. 1996-cı il tarixdə İnstitutu "Tibbiprofilaklitka işi” ixtisası üzrə bitirmişdir. X4 Komissiyasının xx.xx.1996-cı il tarixli qərarı ilə "həkim" ixtisası verilmişdir. İnstituta qəbul olmamışdan əvvəl xx.xx.1989-cu ildə Nizami rayonu ərazisində yerləşən 325 №-li aptekdə sanitar vəzifədində işləmişdir. xx.xx.1990-cı il tarixdə Universitetə qəbul olmuşdur. xx.xx.1996-cı il tarixdə Taun əleyhinə stansiyada həkim-interna vəzifəsində işə qəbul olmuşdur. xx.xx.1997-ci il tarixdə Taun əleyhinə stansiyada həkim-infeksionist vəzifəsinə qəbul edilmişdir. xx.xx.2013-cü il tarixdə Epidemioloji tədqiqat şöbəyə həkim-infeksionist keçirilmişdir. Əmək şəraiti zərərli hesab edildiyi üçün Nazirlər Kabineti tərəfindən təsdiq olunan Siyahının 320-ci maddəsinin 24-cü bölməsinə əsasən iş stajı ikiqat ölçüdə hesablanmalıdır. xx.xx.2016-cı il tarixdə stansiyanın epidemioloji tədqiqat şöbəsinin 0,5 ştat vahidi ilə həkim-infeksionist vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə stansiyanın nümunələrin qəbulu bölməsinə 0,5 ştat vahidi ilə həkim-infeksionist vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə stansiyanın nümunələrin qəbulu bölməsinə əvəzçilik üzrə 0,5 ştat vahidi ilə həkim-infeksionist vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "a" yarımbəndinə əsasən (öz xahişi) ilə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlat Mərkəzinin səhiyyə mütəxəssislərinin sertifikasiyası şöbəsinə 1.0 ştat vahidi ilə şöbə müdiri vəzifəsinə qəbul edilmişdir. xx.xx.2019-cu ildə akreditasiya şöbəsinə 1.0 ştat vahidi ilə şöbə müdiri vəzifəsinə qəbul edilmişdir. xx.xx.2024-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən (öz xahişi) ilə xitam verilmişdir. xx.xx.2024-cü il tarixdə Aparatın Tibbi Sosial Ekspertiza xidmətinin təşkili departamentinin tibbi-sosial ekspertiza xidmətinin təşkili şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. Bugünə qədər həmin vəzifədə çalışır.
9. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsdə həkim-infeksionist vəzifəsində işlədiyi dövrün ikiqat hesablanaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 47 yaşı tamamolmuş qadınların, həmin maddənin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini sözügedən Qərarla təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsi üzrə qadınlara 52 yaşdan pensiya təyin edilməsi üçün isə aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur:
1. İddiaçının 52 yaşı tamam olmalıdır (yaş tələbi);
2. İddiaçı xx.xx.2006-cı il tarixədək ən azı 20 il ümumi sığorta stajına malik olmalıdır (ümumi staj tələbi);
3. İddiaçı 2-ci bənddə qeyd edilən stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli staj tələbi). İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1972-ci il tarixdə doğulmuş vəxx.xx.2024-cü il tarixdə 52 yaşı tamam olmuşdur. Belə ki, həmin maddəyə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdəgüzəştli şərtlərlə pensiya hüququ verən taməmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 47-ci maddəsinə əsasən bu Qanun xx.xx.2006cı il tarixdən qüvvəyə minmişdir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçı xx.xx.2006-cı il tarixədək həmin qanunla tələb olunan ümumi və güzəştli sığorta stajını qazanmış olmalıdır.İş materiallarından göründüyü kimi, İddiaçı ümumi iş stajı 43 il 8 ay 11 gün(xx.xx.2006-cı il tarixədək 25 il 7 ay 11 gün (xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1996-cı il, xx.xx.1996- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, həmin tarixdən sonra 18 il 1 ay), güzəştli iş stajı isə 9 il 5 ay(xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil edir. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunvericiliyin yuxarıda sadalanan ilk 2 tələbi təmin olunsa da, güzəştli iş stajına münasibətdə təmin edilməmişdir. Əlavə olaraq qeyd edirlər ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinə əsasən cüzam və taun əleyhinə müəssisələrdə işləmiş şəxslərin iş müddəti ikiqat ölçüdə hesablanır. Sözügedən maddənin tələbləri isə iddiaçının iş stajı hesablanarkən ona tətbiq edilmişdir (taun əleyhinə müəssisədə xx.xx.1996- xx.xx.2005-ci il tarixlərdə-09 il 04 ay30 gün x2 = 18 il 10 ay). Qeyd olunanlardan göründüyü kimi, iddiaçının taun əleyhinə müəssisədə işlədiyi dövr (xx.xx.2005-ci il tarixədək) ikiqat hesablandıqdan sonra onun ümumi iş stajı tələb olunan (20 il) stajı tamamlasa da, güzəştli iş stajı 09 il 05 ayolmaqla tələb olunan (10 il) güzəştli iş stajı tamamlanmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4426/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında iş stajının hansı dövrlər üzrə hesablanması ilə bağlı mübahisə yoxdur. Mübahisə güzəştli iş stajı ikiqat hesablandıqdan sonra onun ümumi və ya güzəştli iş stajına daxil edilməli olması ilə bağlıdır. Belə ki, cavabdeh orqan da iddiaçının işlədiyi təşkilat tərəfindən verilmiş arayışı nəzərə alaraq onun xx.xx.1996-xx.xx.2005-ci illərdə işlədiyi dövrü güzəştli iş stajı kimi nəzərə alır, həmin dövrü ikiqat hesablayır, lakin bu zaman onu güzəştli staja deyil, ümumi staja daxil edir.
12. Məhkəmə cavabdehin həmin mövqeyini əsaslı hesab etmir. Belə ki, həm iddiaçının pensiya hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24- cü maddəsinə, həm də iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablanması qeyd edilmişdir.
13. Göründüyü kimi, qanunun göstərilən normalarında yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Bir vəzifənin güzəştli iş stajı verən vəzifə olması, onun ikiqat hesablanması, lakin bu zaman ümumi staj kimi nəzərə alınması məntiqə sığmır. Sanki həmin vəzifə ikiqat hesablanarkən güzəştli (zərərli) iş xüsusiyyətlərini itirir. Şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 71-ci maddəsinin X bölməsinə əsasən Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Cavabdeh orqan iddiaçının güzəştli iş stajını ikiqat hesablayaraq, onu ümumi staj kimi nəzərə alınmalı olmasının hüquqi əsasını nə imtina məktubunda, nə iddiaya etirazda göstərmiş, nədə ki, məhkəmə iclasında iştirak etmiş nümayəndəsi əsaslandıra bilmişdir.
14. b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
15. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4426/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin müraciətə baxılaraq İddiaçı xx.xx.2024-cü il tarixli 3-17-1/2-C250043/2024 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, «Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi» publik hüquqi şəxsində həkim-infeksionist vəzifəsində işlədiyi dövrün ikiqat hesablanaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 47 yaşı tamamolmuş qadınların, həmin maddənin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini sözügedən Qərarla təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsi üzrə qadınlara 52 yaşdan pensiya təyin edilməsi üçün isə aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunur:
1. İddiaçının 52 yaşı tamam olmalıdır (yaş tələbi);
2. İddiaçı xx.xx.2006-cı il tarixədək ən azı 20 il ümumi sığorta stajına malik olmalıdır (ümumi staj tələbi);
3. İddiaçı 2-ci bənddə qeyd edilən stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli staj tələbi). İşin faktiki hallarından məlum olur ki, İddiaçı xx.xx.1972-ci il tarixdə doğulmuş vəxx.xx.2024-cü il tarixdə 52 yaşı tamam olmuşdur. Belə ki, həmin maddəyə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdəgüzəştli şərtlərlə pensiya hüququ verən taməmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 47-ci maddəsinə əsasən bu Qanun xx.xx.2006cı il tarixdən qüvvəyə minmişdir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iddiaçı xx.xx.2006-cı il tarixədək həmin qanunla tələb olunan ümumi və güzəştli sığorta stajını qazanmış olmalıdır. İş materiallarından göründüyü kimi, İddiaçı ümumi iş stajı 43 il 8 ay 11 gün(xx.xx.2006-cı il tarixədək 25 il 7 ay 11 gün (xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1996-cı il, xx.xx.1996- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, həmin tarixdən sonra 18 il 1 ay), güzəştli iş stajı isə 9 il 5 ay(xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil edir. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunvericiliyin yuxarıda sadalanan ilk 2 tələbi təmin olunsa da, güzəştli iş stajına münasibətdə təmin edilməmişdir. Əlavə olaraq qeyd edirlər ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinə əsasən cüzam və taun əleyhinə müəssisələrdə işləmiş şəxslərin iş müddəti ikiqat ölçüdə hesablanır. Sözügedən maddənin tələbləri isə iddiaçının iş stajı hesablanarkən ona tətbiq edilmişdir (taun əleyhinə müəssisədə xx.xx.1996- xx.xx.2005-ci il tarixlərdə-09 il 04 ay30 gün x2 = 18 il 10 ay). Qeyd olunanlardan göründüyü kimi, iddiaçının taun əleyhinə müəssisədə işlədiyi dövr (xx.xx.2005-ci il tarixədək) ikiqat hesablandıqdan sonra onun ümumi iş stajı tələb olunan (20 il) stajı tamamlasa da, güzəştli iş stajı 09 il 05 ayolmaqla tələb olunan (10 il) güzəştli iş stajı tamamlanmamışdır. Analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)2019/2021 nömrəli qərarında məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimi əsaslandırılmışdır; Göründüyü kimi, iddiaçıya 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin etmək üçün tələb olunan 20 ildən artıq ümumi iş stajı toplasa da, güzəştli iş stajı tələb olunan 10 ildən artıq stajının qarşılığında cəmi 5 il 09 ay olmuşdur. İddiaçının apelyasiya şikayətindəki “güzəştli arayışa əsasən o, həkim vəzifəsində 5 il 09 ay tam iş günü ərzində işləmişdir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən onun cüzamvə taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə sığorta stajına daxil olmalı, 11 il 08 ayhesablanmalıdır” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 24.0.3- cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə güzəştli şərtlərlə daxil edilir. Qanunun qeyd edilən müddəasından görünür ki, cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti ikiqat ölçüdə yalnız əmək pensiyası hüquq verən sığorta stajına daxil edilə bilər. Həmin dövrün güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi staja yenidən daxil edilməsi qanunun tələbinə ziddir və iddiaçının bu barədə dəlili əsassızdır. Birinci instansiya məhkəməsi qərarının əsaslandırma hissəsində aşağıdakıları qeyd etmişdir: “Göründüyü kimi, qanunun göstərilən normalarında yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Bir vəzifənin güzəştli iş stajı verən vəzifə olması, onun ikiqat hesablanması, lakin bu zaman ümumi staj kimi nəzərə alınması məntiqə sıxmır. Sanki həmin vəzifə ikiqat hesablanarkən güzəştli (zərərli) iş xüsusiyyətlərini itirir. Şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır.” Məhkəmənin mövqeyindən də aydın olur ki, burada iki hüquqi termin səhv salınaraq yanlış təfsir edilir. Belə ki stajın güzəştli şərtlərlə hesablanması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tamamilə fərqli mahiyyət daşıyır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçı qanunvericlikdə tələb olunan güzəştli iş stajına malik olmadığından ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericliyin tələblərinə ziddir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 24. Sığorta stajının hesablanmasında güzəştlər: 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; Maddə 47. Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.
21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
22. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu: İ.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 814; 1994-cü il, № 15, maddə 177; 1995-ci il, № 22, maddə 354) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. Bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspirantura da, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 68. İş stajının hesablanmasında güzəştlər Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti-ikiqat ölçüdə;
23. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №‐li Siyahısı: 22600000 XXİV. Səhiyyə və sosial təminat idarələri 22600000-1754a tauna qarşı idarələrdə məşğul olan işçilər
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.
29. Məhkəmə Kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh iddaya qarşı etirazda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir sıra qərarlarına istinad etsədə, həmin qərarların hazırki mübahisəyə aidiyyəti yoxdur.
30. Mübahisə üzrə iddiaçıya 52 yaşdan pensiya təyin edilməsi üçün aşağıdakı şərtlər tələb olunur:
1. İddiaçının 52 yaşı tamam olmalıdır (yaş tələbi);
2. İddiaçı xx.xx.2006-cı il tarixədək ən azı 20 il ümumi iş stajına malik olmalıdır (ümumi staj tələbi);
3. İddiaçı stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli staj tələbi).
31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışında göstərilir ki, “...İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2019-cu il tarixədək “Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi” publik hüquqi şəxsində (əvvəlki S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) həkim-infeksionist vəzifəsində işləmişdir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarın 2 №-li əlavəsinin 2 №-li Siyahısının XXİV bölməsinin (Səhiyyə və sosial təminat idarələri) 22600000-1754a şifrəsi (tauna qarşı idarələrdə məşğul olan işçilər) Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin işçilərinə şamil olunur. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun “Sığorta stajının hesablanmasında güzəştlər” 24-cü Maddəsinin 24.0.3. bəndinə əsasən XTİNM işçilərinin iş müddəti ikiqat ölçüdə hesablanır.”
33. Tərəflər arasında iş stajının hansı dövrlər üzrə hesablanması ilə bağlı mübahisə yoxdur. Mübahisə güzəştli iş stajı ikiqat hesablandıqdan sonra onun ümumi və ya güzəştli iş stajına daxil edilməli olması ilə bağlıdır. Belə ki, cavabdeh orqan da iddiaçının işlədiyi təşkilat tərəfindən verilmiş arayışı nəzərə alaraq onun xx.xx.1996xx.xx.2005-ci illərdə işlədiyi dövrü güzəştli iş stajı kimi nəzərə alır, həmin dövrü ikiqat hesablayır, lakin bu zaman onu güzəştli staja deyil, ümumi staja daxil edir.
34. Məhkəmə cavabdehin həmin mövqeyini əsaslı hesab etmir. Belə ki, həm iddiaçının pensiya hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24- cü maddəsinə, həm də iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablanması qeyd edilmişdir.
35. Göründüyü kimi, qanunun göstərilən normalarında yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Bir vəzifənin güzəştli iş stajı verən vəzifə olması, onun ikiqat hesablanması, lakin bu zaman ümumi staj kimi nəzərə alınması məntiqə sıxmır. Sanki həmin vəzifə ikiqat hesablanarkən güzəştli (zərərli) iş xüsusiyyətlərini itirir. Şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 71-ci maddəsinin X bölməsinə əsasən Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Cavabdeh orqan iddiaçının güzəştli iş stajını ikiqat hesablayaraq, onu ümumi staj kimi nəzərə alınmalı olmasının hüquqi əsasını nə imtina məktubunda, nə iddiaya etirazda göstərmiş, nədə ki, məhkəmə iclasında iştirak etmiş nümayəndəsi əsaslandıra bilmişdir.
36. Məhkəmə həmçinin qeyd edir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisələrdə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay; “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində tələb olunan güzəştli iş stajının (10 il) yarısını, yəni 5 il kimi hesablanmasını nəzərdə tutur. Əks halda həmin maddələr həmin kateqoriyadan əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı.
37. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır.
38. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
39. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası əlavə olaraq diqqətə çəkir ki, analoji mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2163/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında kassasiya instasiyası məhkəməsinin mövqeyi eyni olmuşdur.
40. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2163/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında məhkəmə qeyd etmişdir ki:” 35. Lakin cavabdeh iddiaçıya təyin edilmiş pensiya ödənişlərini bərpa etməyərək öz mülahizəsinə uyğun olaraq araşdırma aparmış və təyin edilmiş pensiyanın ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli yeni qərar qəbul etmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçıya pensiya təyinatı zamanı onun xüsusi (güzəştli) stajı düzgün hesablanmamışdır. Belə ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixinədək Respublika Taun Əleyhinə X3 Əleyhinə Şöbəsində zooloq işlədiyi dövr iki qat ölçüdə hesablanaraq yalnız ümumi iş stajına daxil edilməli olduğu halda, qanunvericiliyin tələblərinə zidd olaraq həm ümumi, həm də güzəştli iş stajına iki qat ölçüdə daxil edilmişdir. 36. Məhkəmə kollegiyası cavabdehin həmin mövqeyini əsaslı hesab etmir. Belə ki, iddiaçının pensiya hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsində cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablanması qeyd edilmişdir (hazırkı qərarın 24-25-ci bəndləri). 37. Göründüyü kimi, qanunun göstərilən normalarında yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Digər tərəfdən şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır. 38. Məhkəmə kollegiyası həmçinin apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisələrdə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay kimi hesablanmasını nəzərdə tutur. Əks halda 24-cü maddə həmin kateqoriyadan əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı. 39. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır.”
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4426/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4426/2025 saylı, 10 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.