Məhkəmə qərarları › İş №2-1(103)-1721/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1721/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1721/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X12, cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMFin X7 İdarəsinin nümayəndəsi, vəkil X5 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-in X2rşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3791/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2013-cü il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, əmək pensiyası təyin edilərkən bugünədək məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3791/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3791/2020 saylı qərarının iddianın təmin edildiyi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının “xxxxxxxxxxxxxxxxxx” QSC-nin “xxxxxxxxxxxxxxxxxxxxx” SC-nin X10 İdarəsində xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək suvaqçı vəzifəsində işlədiyi dövrün 2003-cü il may, iyun və 2004-cü il aprel aylarında o həmin müəəssisədən əmək haqqı almamışddır və həmin aylarda iddiaçının xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməmişdir. Buna görə də iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. “Əmək Pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsində kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün müəyyənləşdirilmiş 25 il sığorta stajı olmadığına görə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilmiş hissəsində ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddianın təmin edilmiş hissəsində yoxlayır. İş materiallarınaəsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1956-cı ildə Ağdam rayonunda doğulmuşdur. İdddiaçı xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək təhsil almış, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək suvaqçı, xx.xx.1975-xx.xx.1978-ci il tarixədək Sovet Ordu sıralarında xidmət etmiş, xx.xx.1978-01.1987-ci il tarixədək Azərbaycan SSR Nəqliyyatda Tikinti Nazirliyində 2-ci, 3-cü, 4-cü və 5-ci dərəcəli suvaqçı, xx.xx.1991-xx.xx.1992-ci il tarixədək 5-ci dərəcəli suvaqçı, xx.xx.1992-xx.xx.1993-cü il tarixədək Nizami RUP-da muhafizəçi, xx.xx.1993xx.xx.1999-cü il tarixədək DİN-nin X4 3-cü dərəcəli bənnaçı, xx.xx.2002-xx.xx.2004-cü il tarixinədək “Azətunelmetrotikinti” SC-nin X9 İdarəsində 5-ci dərəcəli suvaqçı vəzifələrində işləmişdir. - “Azətunelmetrotikinti” SC-nin X9 İdarəsinin xx.xx.2003-cü il tarixli, 5 saylı əmrinin surətindən görünür ki, iş həcminin olmaması ilə əlaqədar 5-ci dərəcəli üzlükçü vəzifəsində işləyən İddiaçı ödənişsiz məzuniyyətinin müddəti 2 ay müddətinə uzadılmışdır. - Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxx” QSC-nin xx.xx.2020-ci il tarixli, A/51 saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixində “xxxxxxxxxxxxxxxxxxxxx” SC-nin X10 İdarəsinə 5-ci dərəcə ilə suvaqçı peşəsinə qəbul edilmiş (Əmr №46/K, xx.xx.2002-ci il), xx.xx.2004-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “A” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr №12/K, xx.xx.2004-cü il). İşlədiyi müddət ərzində 2003-cü ilin may və iyun aylarında, 2004-cü ilin aprel ayında İddiaçı əmək haqqı ödənilməmişdir. Bütün məbləğlərdən Dövlət X11 məcburi dövlət siğorta haqları ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən xxxxxxxxxxxxxxxxxx və “xxxxxxxxxxxxxxxxxxxxx” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxxxxxxxxxxxxxxxx” QSC yaradılmışdır. - Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxx” QSC-nin xx.xx.2019-cu il tarixli, A/357 saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroyun 901 №-li Spetsstroypoyezdə 2-ci dərəcə ilə suvaqçı peşəsinə qəbul edilmişdir (Əmr №352, xx.xx.1978-ci il); xx.xx.1979-cu il tarixdən 3-cü dərəcə verilmişdir (Əmr №168, xx.xx.1979-cu il); xx.xx.1980-ci il tarixdən 4-cü dərəcə verilmişdir (Əmr №192, xx.xx.1980-ci il); xx.xx.1984-cü il tarixdən 5-ci dərəcə verilmişdir (Əmr №41, xx.xx.1984- cü il); xx.xx.1992-ci il tarixdən Bakı filialına 5-ci dərəcəli suvaqçı peşəsinə keçilmişdir (Əmr №7-K, xx.xx.1992-ci il); xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr №15-K, xx.xx.1992-ci il). xx.xx.2002ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxx” SC-nin X10 İdarəsinə 5-ci dərəcə ilə suvaqçı peşəsinə qəbul edilmişdir (Əmr №46/K, xx.xx.2002-ci il). xx.xx.2004-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr №12/K, xx.xx.2004-cü il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə xx xxxxxx 2007-ci il tarixli, 12 №-li qərara müvafiq olaraq həmin siyahının 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidənqurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “b” bəndinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin suvaqçılar qrafasına uyğun olaraq İddiaçı güzəştli şərtlərlə yaşa ğörə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 15 il 04 ay 05 gün (on beş il dörd ay beş gün) təşkil edir. SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin xx.xx.1980-ci il tarixli, 229 №-li sərəncamına əsasən Qlavtonnelmetrostroyun 901 №-li X1 adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 91/H №-li sərəncamına əsasən Soyuzmetrospecstroy İdarəsi “xxxxxxxxxxxxxxxxxxxxx” Dövlət Şirkətinin xüsusi bəzək işləri İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamına əsasən X9 İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixlı, 289 saylı sərəncamına əsasən xxxxxxxxxxxxxxxxxx və “xxxxxxxxxxxxxxxxxxxxx” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxxxxxxxxxxxxxxxx” QSC yaradılmışdır. - AR ƏƏSMN yanında DSMF-nin X7 İdarəsinin iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq verdiyi xx.xx.2020-ci il tarixli, **********1 saylı məktubdan görünür ki, iddiaçının İdarəyə təqdim etdiyi xx.xx.1978-ci il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “xxxxxxxxxxxxxxxxxx” QSC-nin “xxxxxxxxxxxxxxxxxxxxx" SCnin X10 İdarəsində suvaqçı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmin dövrə aid əmək stajının dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq 2003-cü ilin may, iyun və 2004-cü ilin aprel aylarında həmin müəssisədə əmək haqqı almadığı qeyd olunmuşdur. Bu səbəbdən həmin dövrləri əmək stajına daxil etmək mümkün olmadığından ümumi iş stajı 25 ildən az təşkil edir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 9.1, 9.8-ci maddələrini, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, iddiaçının “xxxxxxxxxxxxxxxxxx” QSC-nin “xxxxxxxxxxxxxxxxxxxxx" SCnin X10 İdarəsində xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə qədər işlədiyi dövrün 2003-cü ilin may, iyun və 2004-cü ilin aprel aylarında əmək haqqı almamasına əsaslanaraq, ümumi iş stajının 25 ildən az olduğuna görə, cavabdehin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsindən imtina etməsi əsassızdır. Belə ki, işdə olan sənədlərin surətlərindən aydın görünür ki, iddiaçının 25 il 06 ay 08 gün ümumi və 15 il 4 ay 05 gün güzəştli iş stajı mövcuddur. Yəni iddiaçıya əmək haqqının ödənilmədiyi 3 ay nəzərə alınmasa belə ona 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2013-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi qismən əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in X7 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-3791/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Mirzəli Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar