Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1722/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11795/2024 saylı, xx.xx.2024cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı əmək pensiyasının 2513,56 manat məbləğindən 1835,69 manat məbləğinə azaldılması barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin (indeksləşdirmə faizi və əmək pensiyası təyin edildikdən sonra fərdi hesabın sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə pensiya məbləğinin artırılması nəzərə alınmaqla) bərpa edilməsi, qanunsuz olaraq tutulmuş və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək pensiyadan tutulma halının dayandırılması və əvvəlki pensiya məbləğinin (2513,56 manat) 2024-cü il üzrə indeksləşdirmə faizi nəzərə alınmaqla bərpa olunmasını xahiş etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı 14 iyun 2024-cü il tarixli 3-17-1/2-141511/2024 saylı məktubunda ərizəni təmin etməməklə qalmamış, əlavə olaraq guya artıq ödənilmiş 15 903,76 manat pul vəsaitinin büdcəyə qaytarılması üçün onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəz Filiala təqdim etməyi xahiş olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının imtinasını və tələbini əsassız hesab edərək aşağıdakıları bildirir. İddiaçı DSMF-nin Səbail rayonuna müraciət etmiş və ona 18 noyabr 2016-cı il tarixdən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vergi orqanlarındakı əmək fəaliyyətinə dövlət qulluqçusunun dövlət qulluğunda olmanın yaş həddinə çatması səbəbi ilə xitam verilmişdir. Bundan sonra əmək fəaliyyətini özəl şirkətlərdə davam etdirmişdir. 16 may 2023cü il tarixdə DOST Mərkəzinə yaxınlaşaraq yaşa görə əmək pensiyası təyin olunduqdan sonra 6 il işlədiyini, belə olan halda pensiyasına əlavənin hesablanmasının mümkün olub- olmadığını aydınlaşdırmaq üçün müraciət etmişdir. Lakin gözləmədiyi halda, 26 may 2023-cü il tarixdə 055 *** ** ** saylı mobil nömrəsinə DSMF-dən əmək pensiyanın yenidən hesablanaraq 2513,56 manat məbləğindən azaldılaraq 1835,69 manat məbləğində müəyyən edildiyi barədə sms şəklində məlumat gəlmişdir. Lakin hansı əsasa və hesablama qaydasına görə belə etdiklərinin səbəbi ona məlum olmamış, qeyd etdiyi azalma ilə bağlı ona hər hansı hesabat forması və ya məktub təqdim edilməmişdir. Bundan sonra, 2023-cü ilin iyun ayına görə yenə də heç bir səbəb göstərilmədən və izah verilmədən 1835.69 manat əvəzinə pensiya kartına 1444,58 manat vəsait köçürülmüşdür. Bundan sonra, ünvanına poçt vasitəsi ilə Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 22 iyun 2023-cü il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına 01 iyun 2023-cü il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar müvafiq məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu verilmişdir və sorğumuza cavab verildikdən sonra sözügedən məsələyə baxılacaqdır. ” 22 iyun 2023-cü il tarixli məktubdan ona məlum olmuşdur ki, müraciətilə bağlı araşdırmaya başlamadan pensiya məbləği azaldılmışdır. Bundan sonra, aylarla araşdırma aparmışlar, əsassız olaraq azaldılmış pensiya məbləğinə müəyyən məna vermək (“don geyindirmək”) üçün müxtəlif qanunsuz üsullardan istifadə etmişlər. Uzun müddət davam edən araşdırmadan sonra 30 dekabr 2023-cü il tarixli məktubla bildirilmişdir ki, əmək pensiyası təyin edildikdən sonra fərdi hesabın sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə pensiya məbləği artırılaraq 2073,89 manat müəyyən edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən vətəndaş yaşa görə pensiya təyin olunduqdan sonra da işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il x 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur. Onun da işlədiyi müddət qeyd olunan qanunun tələblərinə cavab verdiyindən əmək pensiyasına əlavə olaraq 238,2 (2073,89-1835.69) manat əlavə hesablanaraq 2073,89 manata çatdırılmışdır. Belə olan halda da əvvəlki pensiya məbləği olan 2513,56 manat 677,87 manat azaldılmışdır (2513,56-1835.69=677,87). Pensiya məbləği azaldılmadığı təqdirdə 2751.76 (2513,76+238,2) manat əmək pensiyası (2024-cü il üzrə indeksləşdirmə faizi nəzərə alınmadan) almalı idi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının qeyd olunan hərəkətinin heç bir hüquqi əsası yoxdur. Belə ki, çoxsaylı müraciətlərinə baxmayaraq pensiya məbləğinin məhz hansı əsaslara görə azaldığı göstərilməsə də, əsas səbəb kimi əvvəlki illərə görə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləğinin hesaba alınmaması qeyd olunmuşdur. Qeyd olunan hal isə qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının 9-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə ahnır. Əvvəlki illərə görə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği məcburi dövlət sosial sığortasına cəlb edilən məbləğdir. İddiaçıya son haqq hesab kimi hesablanmış kompensasiya məbləğindən məcburi dövlət sosial sığortasına cəlb edilən ayırmalar həmin ildə (2016-cı ildə) qüvvədə olan dərəcələrə uyğun hesablanmışdır və həmin ildə mövcud olan valyutanın kursuna görə dövlət büdcəsinə ödənilmişdir. Buna görə də inzibati orqanın pensiyanın azaldılması barədə gəldiyi qənaətin heç bir hüquqi əsası yoxdur. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı qanunun tələblərini pozaraq əmək pensiyasından müəyyən tutulmalar aparmışlar. Belə ki, inzibati orqan onun razılığını almadan və heç bir məhkəmə qərarı olmadan 2023-cü ilin iyun və iyul ayları üçün 391,105+391,105 olmaqla cəmi 782,21 manat, 2024-cü ilin yanvar ayına görə ödənilməli olan indeksləşdirmə fərqi - 232,28 manat, həmçinin 2022-ci il üçün maddi yardıma görə ödənilməli olan - 222,11 manat pul vəsaitini qanunsuz olaraq tutmuşdur. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Bundan başqa, 17 may 2023-cü il - 31 oktyabr 2023-cü il tarixləri arasındakı dövr üçün “əmək pensiyası təyin edildikdən sonra fərdi hesabın sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə pensiya məbləğinin artırılması” ilə bağlı - 978,27 manat pul vəsaiti də ona ödənilməmişdir. İddiaçı əmək pensiyası üçün müraciət edərkən Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarının 3-cu bəndi ilə müəyyən edilmiş iki seçim hüququmdan biri olan “əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı ərzində aldığı dövlət məvacibindən hesablanma” metodundan istifadə etmişdir. Yuxarıda qeyd etdiklərindən aydın görünür ki, cavabdeh təşkilat tərəfindən düzgün riyazi hesablamalar aparılmamış və qanunun tələbləri pozulmaqla əmək pensiyasından tutulmalar aparılmışdır. Cavabdeh təşkilatın nümayəndəsi 14 oktyabr 2024-cü il tarixdə keçirilən iclasında pensiya məbləğinin azadılmasının səbəbi kimi yalnız iki ilə məzuniyyətə görə kompensasiya məbləğini, yəni 3141 manat məbləğini əsas götürüb iddiaçının pensiya məbləğini azaldılmasını etiraf etmişdir (3141/24=130,87). Halbuki, göstərilən səbəbin heç bir hüquqi əsası yoxdur və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği kimi vergi orqanının məktubunda göstərildiyi kimi məcburi dövlət sosial sığortasına cəlb edilən 14097,41 manat məbləği əsas götürülməlidir (14097,41/24=587,39). Qeyd olunan 14097,41 manat məbləğindən məcburi dövlət sosial sığortasına cəlb edilən ayırma məbləği tutularaq DSMF-yə köçürülmüşdür. Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları ilə müəyyən edilir. İddaçı qeyd olunan Qaydalarının 3-cu bəndi ilə müəyyən edilmiş iki seçim hüququndan biri olan “əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı ərzində aldığı dövlət məvacibindən hesablanma” metodundan istifadə etmişdir. Qaydalardan da aydın göründüyü kimi əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği vergi orqanının məktubunda göstərilən 14097,41 manat məbləği də əmək pensiyaçısı tərəfindən 24 ayı ərzində alınmışdır. Digər tərəfdən Qaydaların 4-cü bəndində dövlət məvacibinin tərkibinə hansı dövrlərin daxil edilmədiyi dəqiq göstərilmişdir. Kompensasiya məbləği həmin istisnaya aid deyil. Bundan başqa, Qaydaların 9-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Əvvəlki illərə görə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği (yəni 14097,41 manat) məcburi dövlət sosial sığortasına cəlb edilən (və cəlb edilmişdir) məbləğdir. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları ilə müəyyən edilir. İddiaçı qeyd olunan Qaydalarının 3-cu bəndi ilə müəyyən edilmiş iki seçim hüququndan biri olan “əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı ərzində aldığı dövlət məvacibindən hesablanma” metodundan istifadə etmişdir. Qaydalardan da aydın göründüyü kimi əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. İstifadə edilməmiş görə kompensasiya məbləği vergi orqanının məktubunda göstərilən 14097,41 manat məbləği də əmək pensiyaçısı tərəfindən 24 ayı ərzində alınmışdır. Cavabdeh təşkilatın nümayəndəsi 14 oktyabr 2024-cü il tarixdə keçirilən iclasda pensiya məbləğinin azaldılması əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 saylı qərarı ilə təsdiq edilmiş "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”na istinad etmişdir. Sözügedən Siyahı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1999-cu il 15 aprel tarixli, 122 nömrəli və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi və onlara dəyişiklik edilməsi barədə” 2000-ci il 6 mart tarixli, 292 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Həmin Siyahının qeyd hissəsində göstərilmişdir ki, "bu Siyahı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallar üçün orta əmək haqqının hesablanmasında tətbiq edilir.” Əmək Məcəlləsinin 177-ci maddəsinin beşinci hissəsində göstərilmişdir ki, orta əmək haqqının hesablanması qaydası Əmək Məcəlləsinin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. Lakin hazırki işdə Əmək Məcəlləsinin sadalanan maddələrində nəzərdə tutulmuş hallar mövcud olmamışdır. Ona görə də, Nazirlər Kabinetinin sözü gedən qərarı pensiya məbləğinin azaldılması üçün hüquqi əsas ola bilməz. Digər tərəfdən “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaların 4-cü bəndində dövlət məvacibinin tərkibinə hansı dövrlərin daxil edilmədiyi dəqiq göstərilmişdir. Əvvəlki illərə görə ödənilən kompensasiya məbləğinin pensiya hesablanan dövrə aid olmaması ilə bağlı hər hansı bir bənd yoxdur. Bundan başqa, sözü gedən Qaydaların 9-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) də nəzərə alınır. Əvvəlki illərə görə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği (yəni 14097,41 manat) məcburi dövlət sosial sığortasına cəlb edilən (və cəlb edilmişdir) məbləğdir. Buna görə də inzibati orqanın pensiyanın azaldılması barədə gəldiyi qənaətin heç bir hüquqi əsası yoxdur və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya məbləği kimi 14097,41 manat məbləği əsas götürülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 3 nömrəli əlavədə (Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayış) də “son haqq-hesab kompensasiya” qrafası var və əmək haqqının ümumi məbləği tapılan zaman (cəm) həmin “son haqq-hesab kompensasiya” qrafasının nəticəsidə yekun cəmə daxildir. Ümumiyyətlə, inzibati orqan kompensasiya məbləğini dövlət məvacibi hesablayarkən əsas götürür. Belə ki, 20 oktyabr 2023-cü il tarixli və 30 oktyabr 2023-cü il tarixli qərarlardan da bunu görmək olar. İnzibati orqan yalnız son 24 ay ərzinə düşən kompensasiya məbləğini götürür. Bunun da, yəni niyə son 24 aya münasibətdə kompensasiya məbləğini götürdüyünü, son haqq hesabı ümumlikdə götürmədiyini əsaslandıra bilmir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun keçmiş Səbail rayon şöbəsi tərəfindən 18 noyabr 2016-cı il tarixindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonraQanun) 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Qanunun 39.1ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi 17 may 2023-cü il tarixində daxil olmuş müraciətindən 3 il geri dövr üzrə məhdudlaşdırılmaqla yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 18 noyabr 2016- cı il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 315,00 manat, qulluq illərinə görə əlavəsi 30,00 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 728,22 manat, digər növ əlavəsi 130,90 manat olmaqla orta aylıq əmək haqqısı 1243,12 manat təşkil etmişdir. Bununla əlaqədar onun əmək pensiyası Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 19 il 10 ay 3 gün qulluq illərinə uyğun olaraq orta aylıq əmək haqqısının (1243,12 manat) 80 faizi-994,50 manat məbləğində hesablanıb. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 19 il 10 ay 3 gün qulluq illərinə görə əmək pensiyası hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 64,50 faiz təşkil edir. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 347,00 manat, qulluq illərinə görə əlavəsi 30,00 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 802,20 manat, digər növ əlavəsi 130,90 manat olmaqla orta aylıq əmək haqqısı 1349,10 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1243,12 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1349,10 manat) arasındakı fərq məbləğinin (105,98 manat) 64,50 faizi-68,36 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (994,50 manat) üzərinə əlavə olunmaqla əmək onun əmək pensiyası 1062,86 manat məbləğində hesablanıb. Vergi orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2018-ci il tarixindən onun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 525,00 manat, qulluq illərinə görə əlavəsi 30,00 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1213,71 manat, digər növ əlavəsi 130,90 manat olmaqla orta aylıq əmək haqqısı 1938,61 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1349,10 manat) ilə 1 sentyabr 2019- cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (1938,61 manat) arasındakı fərq məbləğinin (589,51 manat) 64,50 faizi-380,23 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (1062,86 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1443,09 manat məbləğində hesablanıb. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2018-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 525,00 manat, qulluq illərinə görə əlavəsi 157,50 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1213,71 manat, digər növ əlavəsi 130,90 manat olmaqla orta aylıq əmək haqqısı 2066,11 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1938,61 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (2066,11 manat) arasındakı fərq məbləğinin (127,50 manat) 64,50 faizi-82,23 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (1443,09 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1525,32 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən xx.xx.2020xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 47530,94 manat ödənilməli olduğu halda, 62079,52 manat pul vəsaiti ödənilib. Buna görə də həmin dövr üzrə ona 14548,58 manat artıq pul vəsaiti ödənilib. Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-ci bəndinə əsasən müddətli həqiqi hərbi xidmət dövrünün dövlət qulluğu stajına aid edilməsi ilə əlaqədar onun qulluq stajı 22 dekabr 2022-ci il tarixindən 20 il 10 ay 11 gün təşkil edib. Nəticədə pensiyasının artım hissəsinə tətbiq edilən faiz dərəcəsi 64,50- dən 67,50-ə artıb. Bununla əlaqədar onun əmək pensiyası 22 dekabr 2022-ci il tarixində 1529,15 manat məbləğində (10 gün üçün-493,27 manat) hesablanmalı olduğu halda, 2022-ci ilin dekabr ayında 1992,20 manat (10 gün üçün-642,65 manat) məbləğində köçürülüb. Bu səbəbdən də həmin ay üzrə ona 149,38 manat artıq pul vəsaiti ödənilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 1682,07 manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 1929,33 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ona ümumilikdə 8713,10 manat pul vəsaiti ödənilməli olduğu halda, 11351,56 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 2638,46 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda bildirilir ki, Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən (17 may 2023- cü il tarixində) əmək pensiyası təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə pensiyası yenidən hesablanaraq 17 may 2023-cü il tarixindən 2073,89 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üçün pensiyası üzrə ona ümumilikdə 11372,95 manat pul vəsaiti ödənilməli olduğu halda, 10394,68 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 978,27 manat əskik pul vəsaiti ödənilib. Əlavə olaraq bildirilir ki, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya ödənilməli olan 222,11 manat pul vəsaiti müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə 16136,04 (14548,58+149,38+2638,46-978,27-222,11) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi iddiaçıdan xahiş olunub. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11795/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, tutulmuş 1014.49 manat və əvəzləşdirilmiş 978.27 manat pulun İddiaçı geri qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın qismən ləğv olunmasını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-11795/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.9. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Azərbaycan Respublikası Audiovizual Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri; 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları:
1. Bu Qaydalar "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.
2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.
3. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçının əmək pensiyasının xx.xx.2014xx.xx.2016-cı illərdəki aldığı dövlət məvacibi əsasında hesablandığı müəyyən edilmiş, son iki ilə məzuniyyətə görə kompensasiya 3141.60 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarının preambulasına görə həmin qərar Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1999-cu il 15 aprel tarixli, 122 nömrəli və "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi və onlara dəyişiklik edilməsi barədə" 2000-ci il 6 mart tarixli, 292 nömrəli Fərmanlarının icrasını təmin etmək məqsədi ilə qəbul edilmişdir. Həmin Qərarla təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”na əsasən “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclərə aid edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının “əmək pensiyasının 2513,56 manat məbləğindən 1835,69 manat məbləğinə azaldılması barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin (indeksləşdirmə faizi və əmək pensiyası təyin edildikdən sonra fərdi hesabın sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə pensiya məbləğinin artırılması nəzərə alınmaqla) bərpa edilməsi” barədə tələbi əsaslı deyil. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini bu hissədə rədd edilməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11795/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11795/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.