Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1723/2025 27.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı birgə cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********754300 nömrəli qərarı qismən, həmin qərarın 6-cı bəndi istisna olmaqla və cavabdehin 2023-cü il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********317400 nömrəli qərarı qismən, həmin qərarın 6-cı bəndi və hesablanmış 546,85 manat vergi məbləği istisna olmaqla ləğv edilməsi və ləğv olunan hissədə həmin qərarların icrasının nəticələrinin aradan qaldırılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-758/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) 2022-ci il üzrə 5601,54 manat əlavə gəlir vergisinin hesablanmasına dair dəyişdirilmiş inzibati akt olan xx.xx.2023-cü il tarixli **********754300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının qismən (həmin qərarın 6-cı bəndi istisna olmaqla) və 2023-cü il üzrə 755,82 manat əlavə gəlir vergisinin hesablanmasına dair dəyişdirilmiş inzibati akt olan xx.xx.2023cü il tarixli **********816200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının tamamilə, həmçinin iddiaçı barəsində cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin dəyişdirilmiş inzibati akt olan xx.xx.2024-cü il tarixli **********317400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının qismən (həmin qərarın 6-cı bəndi istisna olmaqla) - 2023-cü il üzrə 546,85 (735,81-188,96) manat əlavə gəlir vergisinin hesablanması hissəsində ləğv olunması, eləcə də qeyd olunan qərarların icrasının nəticələrinin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, e-2-1(112)-758/2025 saylı qərarı ilə İddiaçı birgə cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********754300 nömrəli qərarı qismən, həmin qərarın 6-cı bəndi istisna olmaqla və cavabdehin 2023-cü il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********317400 nömrəli qərarı qismən, həmin qərarın 6-cı bəndi və hesablanmış 546,85 manat vergi məbləği istisna olmaqla ləğv edilməsi və ləğv olunan hissədə həmin qərarların icrasının nəticələrinin aradan qaldırılması” tələbinə dair iddia tələbi təmin edilmiş, İddiaçı münasibətdə cavabdeh İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən qəbul edilmiş 2022-ci il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2023-cü il tarixli, **********754300 nömrəli qərarı qismən, həmin qərarın 6-cı bəndi istisna olmaqla və cavabdehin 2023-cü il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********317400 nömrəli qərarı qismən, həmin qərarın 6-cı bəndi və hesablanmış 546,85 manat vergi məbləği istisna olmaqla ləğv edilməsi və ləğv olunan hissədə həmin qərarların icrasının nəticələrinin aradan qaldırılması qərara alınmışdır. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025 il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün şifahi məhkəmə iclasına təyin edilmişdir. Lakin xx.xx.2025-ci il tarixdə məhkəməyə sorğu daxil olmuş və Bakı İnzibati Məhkəməsi tərəfindən işin həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Belə ki, yekun məhkəmə aktında yalnışlığa yol verilmiş və həmin yalnışlığın aradan qaldırılması zəruridir. Məhkəmə iclasında iştirak edən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır və həll edilir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən isə, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. İş materiallarında olan sənədlərdən göründüyü kimi, hazırkı iş üzrə apellyasiya şikayəti məhkəmənin icraatına qanunvericiliyin tələblərinə zidd qəbul edilməmiş, digər şəxslərin apellyasiya şikayəti verməsi müəyyən edilməmiş, lakin birinci instansiyası məhkəməsində işə baxan hakimin məhkəmə iclasında həll etməli olduğu məsələ ortaya çıxmışdır. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarına istinadən belə qənaətə gəlir ki, İddiaçı birgə cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********754300 nömrəli qərarı qismən, həmin qərarın 6-cı bəndi istisna olmaqla və cavabdehin 2023-cü il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********317400 nömrəli qərarı qismən, həmin qərarın 6-cı bəndi və hesablanmış 546,85 manat vergi məbləği istisna olmaqla ləğv edilsin və ləğv olunan hissədə həmin qərarların icrasının nəticələrinin aradan qaldırılması” tələbinə dair inzibati iş apellyasiya baxışından çıxarılmalı və yekun məhkəmə aktında yol verilmiş yalnışlığın aradan qaldırılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 228.2 və 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı birgə cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********754300 nömrəli qərarı qismən, həmin qərarın 6-cı bəndi istisna olmaqla və cavabdehin 2023-cü il üzrə əlavə gəlir vergisinin hesablanmasına dair xx.xx.2024-cü il tarixli **********317400 nömrəli qərarı qismən, həmin qərarın 6-cı bəndi və hesablanmış 546,85 manat vergi məbləği istisna olmaqla ləğv edilsin və ləğv olunan hissədə həmin qərarların icrasının nəticələrinin aradan qaldırılması” tələbinə dair inzibati iş apellyasiya baxışından çıxarılsın və yekun məhkəmə aktında yol verilmiş yalnışlığın aradan qaldırılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1723/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1723/2025
27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver