Məhkəmə qərarları › İş №2-1(103)-1725/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1725/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1725/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təhsildə X1rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “qərarın ləğv edilməsi, xarici dövlətin ali təhsilə dair kvalifikasiyasının Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 15097/2023 saylı 20 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 2015-ci ildə G.V.Plexanov adına Rusiya İqtisad Universitetinə qəbul olub və 2020-ci ildə həmin universitetin “38.03.06 Ticarət işi” ixtisası üzrə qiyabi təhsil formasında “Bakalavr” proqramını mənimsəmiş, ona xx.xx.2020-ci il tarixli 133-OP qeydiyyat nömrəli 107718 ******* seriyalı Bakalavr Diplomu verilmişdir. İddiaçı həmin diplomun ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınması haqqında şəhadətnamənin verilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edib, lakin cavabdeh onun müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli qərarla imtina edərək bildirmişdir ki, “...təhsilin bakalavriat səviyyəsi üzrə hər hansı bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmayıb”. Hazırda iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Kvalifikasiyanın tanınmasından imtina etməsi barədə” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, G.V.Plexanov adına Rusiya İqtisad Universitetini tərəfindən həmin Universiteti “38.03.06 Ticarət işi” ixtisası üzrə bitirməyi barədə ona verilmiş xx.xx.2020-ci il tarixli, 133-OP qeydiyyat nömrəli, 107718 ******* seriyalı Bakalavr diplomuna əsasən Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın tələblərini pozmaqla əsassız olaraq imtina etmişdir. Çünki həmin Konvensiyada cavabdehin ərizənin təmin olunmasından imtinası ilə əlaqədar əsaslandığı tələblər mövcud deyildir. O, həmin Universitetə daxil olduqdan sonra ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinə uyğun təhsil aldığı ölkənin ərazisində olub. Belə ki, təhsil qiyabi formada olduğuna görə Universitet tərəfindən çağırıldığı bütün hallarda oraya gedib, çağırılmadığı hallarda isə özbaşına getməyib, 2020-ci ildə başlanan pandemiya vaxtı da iradəsindən asılı olmayaraq bu qeyri-mümkün olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının müraciəti üzrə inzibati icraat aparılaraq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğu müəyyən edilmişdir: 2015/2016-cı tədris ili üzrə- 5 gün, 2016/2017-ci tədris ili üzrə- getməyib, 2017/2018-ci tədris ili üzrə-11 gün, 2018/2019-cu tədris ili üzrə-14 gün, 2019/2020-ci tədris ili üzrə- 5 gün (İ semestr) (İİ semestr pandemiya dövrü) olmuşdur. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2023-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Belə ki, bakalavr (magistratura) səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçi təhsil müddətində hər bir tədris ili üzrə tələb olunan normativ müddətə riayət etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (magistratura) səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3-cü bölməsinə əsasən ərizəçinin aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından da göründüyü kimi, iddiaçıya məxsus olan kvalifikasiyanın tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15097/2023 saylı 20 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Kvalifikasiyanın tanınmasından imtina etməsi barədə” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və G.V.Plexanov adına Rusiya İqtisad Universitetinin “38.03.06 Ticarət işi” ixtisası üzrə bitirməyi barədə İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli 133-OP qeydiyyat nömrəli, 107718 ******* seriyalı, Bakalavr diplomuna əsasən Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı ərizəçinin sərhəd keçmə məlumatlarının yoxlanılması zamanı onun təhsil aldığı müəssisədə olmaq üçün xarici ali təhsil aldığı ölkədə olma müddəti illər üzrə aşağıdakı kimi müəyyən edilmişdir: İ il- 5 gün, İl il- getməyib, İll il- 11 gün, İV il- 14 gün, V il- 5 gün (İ semestr) (İİ semestr pandemiya dövrü). Qeyd etmək istərdik ki, ərizəçilərin müraciətləri üzrə inzibati icraat aparılarkən pandemiya dövrünə təsadüf edən dövrlər güzəştə gedilir. Buna münasibətdə bildiririk ki, iddiaçı 5 illik tədris ilinin (10 semestr) yalnız 1 semestri pandemiya dövrünə təsadüf edib. Ümumilikdə 9 semestrlik təhsil müddətində cəmi 36 gün yəni 5 həftə ali təhsil müəssisəsində dərslərdə iştirak üçün xarici ölkədə olmuşdur ki, qiyabi təhsilalma forması üzrə Azərbaycan Respublikasında təhsil alan tələbələr üçün bu tələb sadəcə hər tədris ili üçün 6-8 həftə gün təşkil edir. Məhkəmə o qənatə gəlmişdir ki, Azərbaycan Respublikasında bir tələbə yerli ali təhsil müəssisəsində qiyabi təhsilalma forması üzrə tədris yükünü yerinə yetirmək üçün dörd il ərzində 40 həftə sessiyalarda iştirak edərkən İddiaçı 5 il üzrə sadəcə 5 həftəyə bunu bacarmaq iqtidarındadır. İddiaçının cavabdehə icraat zamanı təqdim etdiyi diplom əlavəsinin 5-ci bəndindən iddiaçının təhsil formasının qiyabi formada olması müəyyən edilir. Məhkəmə qərarın 5-ci səhifəsində Dövlət Sərhəd Xidmətinə göndərilmiş sorğunun nəticəsi barədə məlumat vermişdir. Məhkəmə “İAMAS” bazasından əldə edilmiş məlumatlarla, cavabdehin istinad etdiyi müddətlər arasında ziddiyət olduğu qənaətinə gəlmişdir. Məhkəmə ziddiyyətli hesab etdiyi əsası lazımınca araşdırmamışdır. Cavabdehin ziddiyyətli məsələni aradan qaldırmaq üçün gördüyü tədbirlərə məhəl qoymamışdır. Sübutların lazımınca araşdırılmamasına baxmayaraq məhkəmə tələsik qərar qəbul etmişdir. Məhkəmə əldə etdiyi sərhəd keçmə məlumatlarına əsasən iddiaçının tələbini təmin etmişdir. Sorğu əsasında məhkəməyə təqdim olunmuş sərhəd keçmə məlumatları hesablandığı zaman belə iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Məhkəmə əldə etdiyi sərhəd keçmə məlumatlarının ekspert tərəfindən hesablanmasını zəruri hesab etməmişdir. Məhkəmənin əldə etdiyi müddətlər səthi və öz mülahizəsi əsasında hesabladığı zaman aşağıdakı kimi müəyyən olunur: İ il- 22 gün, İl il- getməyib, İll il- 12 gün, V il- 14 gün, V il- 5 gün (İ semestr) (İİ semestr pandemiya dövrü). Bu səthi hesablama zamanı belə iddiaçının nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkə ərazisində olmasını demək qeyrimümkündür. Bu hesablama ekspert tərəfindən aparıldıqda tədris müddətinin birinci ilinin 5 gün olduğu müəyyən olunmuşdur. Bunun səbəbi məhkəmənin əldə etdiyi və təhsil dövrünə əlavə etmək istədiyi müddətlər iddiaçının tədris dövrü başlamadan əldə olunmuş müddətlərdir. Bildiririk ki, MDB ölkələri və bir sıra digər ölkələr kimi Rusiya Federasiyasında da Ümumi təhsil müəssisələrində tədrisin müddəti sentyabr ayından başlanılır. Hətta nəzərinizə çatdırmaq istərdik ki, qiyabi təlsilalma formasında təhsil dövrünün başlanğıcı ən tezi oktyabr ayına təsadüf etməkdədir. Müddətlərin hesablanması zamanı ekspertin olması zəruridir. Məhkəmə qərarının 5-ci səhifəsinin son bəndində iddiaçı "Universitet tərəfindən tələb edilən müddət ərzində həmin ölkəyə getmiş, ölkədə olduğu müddətlər onun tədris yükünü mənimsəməsi üçün kifayət etmişdir" ifadəsi işlənmişdir. Belə olduğu təqdirdə iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aid olduğu nəticəsinə gəlmək olar. Cavabdeh orqan xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması fəaliyyətini Təhsil haqqında Azərbaycan Respublikasının qanunu və digər əlaqəli normativ hüquqi aktlarla (Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı) bu məsələnin onun səlahiyyətinə aid edilməsi və cavabdeh orqanın bu sahədə səlahiyyətli orqan kimi müəyyən edilməsinə əsaslanaraq həyata keçirir. Əldə olunan kvalifikasiyanın ölkə ərazisində tanınması xarici təhsil müəssisəsinin deyil, Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında bu barədə məlumatlandırılmasına baxmayaq iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın elektron formada göndərilmiş imtina məktubunun (qərarın) tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı “Kvalifikasiyanın tanınmasından imtina etməsi barədə” xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, G.V.Plexanov adına Rusiya İqtisad Universitetini tərəfindən həmin Universiteti “38.03.06 Ticarət işi” ixtisası üzrə bitirməyi barədə ona verilmiş xx.xx.2020-ci il tarixli, 133-OP qeydiyyat nömrəli, 107718 ******* seriyalı Bakalavr diplomuna əsasən Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini arzu edir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərək onun təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasına istinad etmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə qanunvericilikdə təhsilin normativ müddətlərinə istisna hal kimi, əlavə ali təhsil, distant təhsil və digər xüsusi təhsilalma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilməsi imkanının nəzərdə tutulmasına, iddiaçının da həmin imkanlardan istifadə edərək qiyabi təhsil üzrə ali təhsil proqramını mənimsəməsi və bu barədə ona həmin təhsil müəssisəsi tərəfindən təhsili başa vurmasına dair diplomun verilməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kollegiya ilk növbədə kassasiya instansiya məhkəməsinin oxşar işlər üzrə əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqeyinə istinadla qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Belə ki, həmin bəndə əsasən xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetirilmir. Belə ki, iddiaçının təhsilinin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olmamış, ona verilən bakalavr diplomunun verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olmamış, aldığı təhsilin forması (qiyabi) Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə mövcud təhsil formasına uyğun olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2046/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı). “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.4-cü maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” nın 1.6-cı bəndinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən “Bakalavr” dərəcəsi almış məzunlar: - təhsil aldıqları ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməyi bacarmalı; - humanitar və ixtisasın peşə hazırlığı sahəsində əsas bilikləri mənimsəməli, onlardan peşə və sosial fəaliyyətin müxtəlif sahələrində istifadə etməyi, sosial əhəmiyyətli məsələləri və prosesləri araşdırmağı bacarmalı; - təhsil proqramına uyğun tədris olunan fənlər üzrə müvafiq hazırlığa malik olmalı, qazanılmış nəzəri bilikləri təcrübədə tətbiq etməyi bacarmalı; - əmək fəaliyyətində ixtisasa dair məsələləri həll etmək bacarığına malik olmalı; -peşə fəaliyyətində qarşıya çıxan məsələləri optimal həlletmə qabiliyyətinə malik olmalı; - əmək fəaliyyətində informasiya və kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq olunmuş "Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti" nin 1.5-ci bəndinə görə ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrıayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 5.5-ci bəndinə görə ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. Həmin proqramın 8.7-ci bəndinə görə ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir. Həmin proqramın 8.7.1-ci bəndinə əsasən ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. Həmin proqramın 8.7.2-ci bəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrıixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. Həmin proqramın 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” təsdiq olunsa da, həmin Qaydalar və onun təsdiq edilməsi haqqında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 03 fevral 2023-cü il tarixli Qərarı ilə ləğv edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 4.1-ci bəndində tanınmaya dair ümumi tələblər qeyd edilmişdir. Həmin tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). İşin hallarından görünür ki, İddiaçı 2015-ci ildə G.V.Plexanov adına Rusiya İqtisad Universitetinə qəbul olub və 2020-ci ildə həmin Universitetin “38.03.06 Ticarət işi” ixtisası üzrə qiyabi təhsil formasında “Bakalavr” proqramını mənimsəmiş, xx.xx.2020-ci il tarixli 133-OP qeydiyyat nömrəli 107718 ******* seriyalı Bakalavr Diplomu verilmişdir. İddiaçı ona verilmiş diplom əsasında aldığı ali təhsilə aid kvalifikasiyanın tanınması ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh onun tələbinin təmin olunmasından imtina edərək ona əsaslanmışdır ki, təhsilin bakalavriat səviyyəsi üzrə hər hansı bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmayıb. İddiaçı təhsili qiyabi formada olduğuna görə Universitet tərəfindən çağırıldığı bütün hallarda oraya getdiyini və 2020-ci ildə başlanan pandemiya vaxtı da iradəsindən asılı olmayaraq ora getmək imkanının olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətindən iddiaçının dövlət sərhəd hərəkətləri barədə “İAMAS” bazasından əldə edilmiş məlumatlar məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş sərhədkeçmə məlumatlarında müəyyən edilir ki, iddiaçı xx.xx.2015-xx.xx.2015-ci ildə (16 gün), xx.xx.2016-xx.xx.2016-cı ildə (6 gün), xx.xx.2017-xx.xx.2017-ci ildə (6 gün), xx.xx.2018xx.xx.2018–ci ildə (6 gün), xx.xx.2019-xx.xx.2019-cu ildə (14 gün), xx.xx.2019-xx.xx.2019cu ildə (5 gün) Rusiya Federasiyasında olmuşdur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib-gəlmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı müəssisə tərəfindən ona tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmiş, iddiaçı göründüyü kimi, bütün akademik borclarını ödəmiş, təhsil aldığı müəssisə onu hər il imtahan sessiyasını uğurla başa vurduğuna görə növbəti kürslara keçirmiş, imtahanlarından müvafiq qiymətlər almışdır. O ki qaldı sonuncu kursun İİ semestrində təhsil aldığı ölkəyə gedə bilməməsinə, göründüyü kimi, həmin dövr dünyada COVİD-19 pandemiyasının hökm sürdüyü dövrə təsadüf edir, hansı ki, həmin dövrdə də bütün təhsil müəssisələri və iş yerlərində hansı məhdudiyyətlərlə təhsilin və işin təşkil olunması hamı üçün bəllidir və bu danılmaz faktdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, yuxarıda adı çəkilən Qaydaların 4.1.4-cü maddəsinə istinad etməklə cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Oxşar işlər üzrə Azərbayxcan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi müvafiq qərarlarında belə sərgilənmişdir (2-1(102)-2046/2020 saylı xx.xx.2020-ci il tarixli, 2-1(102)-1074/2023 saylı xx.xx.2023-cü il tarixli qərarları). Beləliklə, cavabdehin təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğu və diplomda qeyd olunmuş tədris yükünün yerinə yetirilmədiyinə dair bildirdiyi dəlillər əsassızdır və qəbul edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırki işdə cavabdeh qurum mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən, eyni zamanda iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. Buna görə də birinci instansiya məhkəməsi mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və iddiaçıya verilmiş diploma əsasən Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15097/2023 saylı 20 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15097/2023 saylı 20 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar