Məhkəmə qərarları › İş №2-1(103)-1727/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1727/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1727/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1727/2023 (Açar sözlər:“ güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ) Bakı şəhəri 23 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10329/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus 605827 nömrəli Diplomdan görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.21982-ci il tarixədək 166 nömrəli Ordubad kənd orta Texniki Peşə Məktəbində təhsil almışdır.

2. İddiaçıya məxsus ИT-İ ******* №-li əmək kitabçasına əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır.

3. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 53 nömrəli Arayışında göstərilmişdir: “1964-cü il təvəllüdlü İddiaçı müraciəti və təqdim etdiyi əmək kitabçasına əsasən o, xx.xx.1981 -ci il tarixli 75/5 saylı əmrə əsasən xx.xx.1981-ci il tarixindən barama döyən peşəsinə qəbul olunmuşdur. xx.xx.1981- ci il tarixli 124/1 saylı əmrə əsasən xx.xx.1981-ci il tarixindən baramaaçan şagirdi peşəsinə keçirilmişdir. xx.xx.1981-ci il tarixli 52/14 saylı əmrə əsasən xx.xx.1981-ci il tarixindən baramaaçan peşəsinə keçirilmişdir. xx.xx.1981-ci il tarixli 164/2 saylı əmrə əsasən xx.xx.1981-ci il tarixindən ipəkaçan peşəsinə keçirilmişdir. xx.xx.1982-ci il tarixli 209/9 saylı əmrə əsasən xx.xx.1982-ci il tarixindən işdən azad olunmuşdur. xx.xx.1983-cü il tarixli 693/3 saylı əmrə əsasən xx.xx.1983-cü il tarixindən toxucu şagirdi peşəsinə qəbul olunmuşdur. xx.xx.1983-cü il tarixli 175/1 saylı əmrə əsasən xx.xx.1983-cü il tarixindən toxucu peşəsinə keçirilmişdir. xx.xx.1985-ci il tarixli 296 saylı əmrə əsasən xx.xx.1985-ci il tarixindən baramaaçan peşəsinə keçirilmişdir. xx.xx.1994-cü il tarixli 15/4 saylı əmrə əsasən xx.xx.1994-cü il tarixindən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı, kod 2210600a—12819 (baramaaçanlar) və sonradan xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahının 26.5. İpək və baramaaçma istehsalatları və 32. Toxuculuq istehsalatı uyğun olaraq; baramaaçan işlədiyi peşə üzrə sosial sığorta (əmək) stajı 10 il 1 ay lgün, toxucu işlədiyi peşə üzrə sosial sığorta (əmək) stajı 1 il 2 ay 1 gün, ümumi sosial sığorta (əmək) stajı isə 11 il 3 ay 2 gün təşkil edir. Əlavə olaraq qeyd etmək istəyirik ki, baramaaçan peşəsində işləyənlər iş vaxtı ərzində mexaniki və ya avtomat barama sarman dəzgahda müəyyən xətti sıxlıqda xam ipək istehsal edir, daimi olaraq əlləri və ayaqları su ilə təmasda olur. Baramaçanlar xam ipək sapın üzərində olan çatdan, nazik təbəqədən çıxıntıdan təmizlənməsinə baxır, uc verməmiş baramaları uc verənlərdən ayırmaq, barama saplarının ucunun barama sarman tazdakı qarmağa və ya dartıcı vala bərkidilməsi, uclu baramaların tutucu altına atılması və tutumu altındakı artıq baramaları və köynək baramaıarı qoparmaq, xam ipək sapın qırılmasını aradan qaldırmaq, köynəkləri açılmamış baramalardan ayırmaq. Barama açan tazlarda suyun tapşırılan səviyyəsini və hərarətini təmin edir. Avtomat barama sarman dəzgahda işləyənlərdən fərqli olaraq mexaniki barama sarıyan dəzgahlarda işləyənlər 80-85 0C qaynar su ilə təmasda olurlar. Toxucu peşəsində işləyənlər isə iş vaxtı ərzində parçanın toxunması prossesi zamanı daimi olaraq ayaqüstə çalışır, toxucu dəzcahları çalışdığı zaman yüksək səs olur, ipək nazik (incə) və ağ rəngdə olduğu üçün saplar qırıldıqda uclarını bağladıqları zaman gözlərinin yorulmasına səbəb olur.”

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 05 fevral 2019-cu il tarixdən hesablanmaqla güzəştli şərtlər ilə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1964-cü il tarixdə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad şəhərində anadan olmuşdur. Əmək fəaliyyəti aşağıdakı qaydada davam etmişdir: 04 may 1981-ci il tarixdən başlayaraq 03 fevral 1994-cü il tarixədək X3, 11 aprel 2006-cı il tarixdən başlayaraq 06 oktyabr 2006-cı il tarixədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikası X5 Xidməti Maliyyə Təsərrüfat Şöbəsinin xadiməsi vəzfiəsində çalışmışdır. 06 oktyabr 2006-cı il tarixdən başlayaraq hazırkı vaxta kimi isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Maliyyə və Təminat İdarəsinin xadiməsi vəzifəsində çalışır. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Filialdan ərizəsinə baxaraq təqdim olunmuş sənədlərdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmadığını əsas gətirilərək yaşa görə pensiya hüququnun təmin edilməsindən imtina olunmuşdur.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.

7. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə Etiraz təqdim edilmişdir və Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı dəfələrlə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının müraciətlərə cavab olaraq ərizəçiyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********4 nömrəli, xx.xx.2021-ci il tarixli **********8 nömrəli, xx.xx.2022-ci il tarixli **********7 nömrəli və son olaraq xx.xx.2022-ci il tarixli **********0 nömrəli imtina məktublarında bildirilmişdir ki, onun güzəştli iş stajı 10 ildən az olduğu səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün qanuvericilikdə nəzərdə tutulmuş yaş həddinə 55 yaşının tamam olduğu xx.xx.2019- cu il tarixdə çatmışdır. İddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş üç şərt ödənilməlidir: 1) ümumi iş stajının 20 il olması; 2) güzəştli iş stajının 10 il olması; 3) pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtləri ödəmir.Belə ki, iddiaçının güzəştli iş stajı 10 ildən az təşkil edir. İddiaçının güzəştli iş stajı xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək X1 işlədiyi müddətdir ki, bu da həmin dövrdə aldığı əməkhaqqına uyğun olaraq ümumilikdə 4 il 2 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Bildirirlər ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda göstərilən əsaslara uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Beləliklə, iddia tələbi əsassızdır və cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10329/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 2017-ci il iyulun 1-dək 20 il sığorta stajına malik olduğundan və bu müddətin azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işlədiyindən, həmçinin xx.xx.2016-cı il tarixdə 52 yaşı tamam olduğundan və həmin dövrdə qanunvericilikdə pensiya kapitalı tələb olunmadığından ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan 9.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməlidir.

11. İddiaçının hazırkı tələblə xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etməsi iş materiallarında olan inzibati icraat materialları ilə öz təsdiqini tapdığından və iddiaçı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə “əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, təyin ediləcək pensiya məbləğinin əvvəlki dövr (əvvəlki 3 il) üçün ödənilməsi ilə bağlı iddiası əsaslıdır və təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə və 38-ci maddəsinin İ və İİİ hissələrinə, xx.xx.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (2017-ci il iyulun 1dək qüvvədə olan redaksiyası), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci, 31.1-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10329/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı dəfələrlə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı müraciətlərə cavab olaraq ərizəçiyə ünvanladığı xx.xx.2020-ci il tarixli **********4 nömrəli, xx.xx.2021-ci il tarixli **********8 nömrəli, xx.xx.2022-ci il tarixli **********7 nömrəli və son olaraq xx.xx.2022-ci il tarixli **********0 nömrəli imtina məktublarında bildirilmişdir ki, onun güzəştli iş stajı 10 ildən az olduğu səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.iddiaçının güzəştli iş stajı 10 ildən az təşkil edir. İddiaçının güzəştli iş stajı xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək X1 işlədiyi müddətdir ki, bu da həmin dövrdə aldığı əməkhaqqına uyğun olaraq ümumilikdə 4 il 2 ay təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Bildirirlər ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

19. xx.xx.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

21. - 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına (Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair) əsasən müəyyən edilir.

22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. -32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. İddianın mahiyyəti ilə bağlı isə Məhkəmə Kollegiyası qeyd edir ki, İddiaçı 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün əmək pensiyasının ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.

29. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçının iddia tələbinə etiraz olaraq bildirir ki, iddiaçının güzəştli iş stajı 10 ildən az olduğu səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

30. İddiaçıya məxsus ИT-İ ******* №-li əmək kitabçasına əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır.

31. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 53 nömrəli Arayışında göstərilmişdir: “1964-cü il təvəllüdlü İddiaçı müraciəti və təqdim etdiyi əmək kitabçasına əsasən o, xx.xx.1981 -ci il tarixli 75/5 saylı əmrə əsasən xx.xx.1981-ci il tarixindən barama döyən peşəsinə qəbul olunmuşdur. xx.xx.1981- ci il tarixli 124/1 saylı əmrə əsasən xx.xx.1981-ci il tarixindən baramaaçan şagirdi peşəsinə keçirilmişdir. xx.xx.1981-ci il tarixli 52/14 saylı əmrə əsasən xx.xx.1981-ci il tarixindən baramaaçan peşəsinə keçirilmişdir. xx.xx.1981-ci il tarixli 164/2 saylı əmrə əsasən xx.xx.1981-ci il tarixindən ipəkaçan peşəsinə keçirilmişdir. xx.xx.1982-ci il tarixli 209/9 saylı əmrə əsasən xx.xx.1982-ci il tarixindən işdən azad olunmuşdur. xx.xx.1983-cü il tarixli 693/3 saylı əmrə əsasən xx.xx.1983-cü il tarixindən toxucu şagirdi peşəsinə qəbul olunmuşdur. xx.xx.1983-cü il tarixli 175/1 saylı əmrə əsasən xx.xx.1983-cü il tarixindən toxucu peşəsinə keçirilmişdir. xx.xx.1985-ci il tarixli 296 saylı əmrə əsasən xx.xx.1985-ci il tarixindən baramaaçan peşəsinə keçirilmişdir. xx.xx.1994-cü il tarixli 15/4 saylı əmrə əsasən xx.xx.1994-cü il tarixindən işdən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı, kod 2210600a—12819 (baramaaçanlar) və sonradan xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahının 26.5. İpək və baramaaçma istehsalatları və 32. Toxuculuq istehsalatı uyğun olaraq; baramaaçan işlədiyi peşə üzrə sosial sığorta (əmək) stajı 10 il 1 ay l gün, toxucu işlədiyi peşə üzrə sosial sığorta (əmək) stajı 1 il 2 ay 1 gün, ümumi sosial sığorta (əmək) stajı isə 11 il 3 ay 2 gün təşkil edir. Əlavə olaraq qeyd etmək istəyirik ki, baramaaçan peşəsində işləyənlər iş vaxtı ərzində mexaniki və ya avtomat barama sarman dəzgahda müəyyən xətti sıxlıqda xam ipək istehsal edir, daimi olaraq əlləri və ayaqları su ilə təmasda olur. Baramaçanlar xam ipək sapın üzərində olan çatdan, nazik təbəqədən çıxıntıdan təmizlənməsinə baxır, uc verməmiş baramaları uc verənlərdən ayırmaq, barama saplarının ucunun barama sarman tazdakı qarmağa və ya dartıcı vala bərkidilməsi, uclu baramaların tutucu altına atılması və tutumu altındakı artıq baramaları və köynək baramaıarı qoparmaq, xam ipək sapın qırılmasını aradan qaldırmaq, köynəkləri açılmamış baramalardan ayırmaq. Barama açan tazlarda suyun tapşırılan səviyyəsini və hərarətini təmin edir. Avtomat barama sarman dəzgahda işləyənlərdən fərqli olaraq mexaniki barama sarıyan dəzgahlarda işləyənlər 80-85 0C qaynar su ilə təmasda olurlar. Toxucu peşəsində işləyənlər isə iş vaxtı ərzində parçanın toxunması prossesi zamanı daimi olaraq ayaqüstə çalışır, toxucu dəzcahları çalışdığı zaman yüksək səs olur, ipək nazik (incə) və ağ rəngdə olduğu üçün saplar qırıldıqda uclarını bağladıqları zaman gözlərinin yorulmasına səbəb olur.”

32. Həmçinin, iddiaçının təhsil müddəti də nəzərə alınmaqla, 2017-ci il 1 iyulunadək tələb olunan 20 ildən artıq (25 il 7 ay 15 gün) ümumi iş stajı mövcud olmuşdur.

33. Məhkəmə iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği ilə bağlı qeyd edir ki, “zəruri pensiya kapitalının mövcud olması” tələbi xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu xx.xx.2017-ci il tarixəndək qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

34. İddiaçı 2017-ci il iyulun 1-dək 20 il sığorta stajına malik olduğundan və bu müddətin azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işlədiyindən, həmçinin xx.xx.2016-cı il tarixdə 52 yaşı tamam olduğundan və həmin dövrdə qanunvericilikdə pensiya kapitalı tələb olunmadığından ona «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2017-ci il iyulun 1-dək qüvvədə olan 9.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməlidir.

35. İddiaçının hazırkı tələblə xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etməsi iş materiallarında olan inzibati icraat materialları ilə öz təsdiqini tapdığından və iddiaçı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə “əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, təyin ediləcək pensiya məbləğinin əvvəlki dövr (əvvəlki 3 il) üçün ödənilməsi ilə bağlı iddiası əsaslıdır və təmin edilməlidir.

36. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri təsdiqini tapmadığından təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10329/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10329/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar