Məhkəmə qərarları › İş №2-1(103)-173/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-173/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-173/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3087/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1964-cü il tarixdə İmişli rayonunda doğulmuşdur. O, xx.xx.2013-cü ildə yaşa görə pensiyaya çıxmışdır. xx.xx.1992-ci ildən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 bölmə rəisi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Müdafiə Nazirinin 0507 nömrəli xx.xx.2012-ci il tarixli əmri ilə ”Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə əsasən xx.xx.2013-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılaraq ehtiyyata buraxılmışdır. O, ehtiyyata buraxıldıqdan sonra xx.xx.2013-cü il tarixdən indiyədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında həkim-patoloqanatom vəzifəsində işləyir. Müdafiə Nazirliyi tərəfindən tərtib olunaraq 00711 saylı xx.xx.2019-cu il tarixli məlumat vərəqəsinə əsasən onun cəmi xidmət illəri 28 il, 10 ay, 24 gün (təqvimi xidmət illəri 20 il, 09 ay, 25 gün, güzəştli xidmət illəri 08 il, 00 ay, 29 gün) olmaqla, buraxıldığı günə indiki hesabla cəmi pul təminatının (təminat xərcliyi) Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi Qulluqçuların Pul təminatı Haqqında Əsasnamənin təsdiq edilməsi barədə Müdafiə Nazirinin 220 saylı xx.xx.2002-ci il tarixli əmrinə uyğun olaraq aylıq vəzifə maaşı 485.0 manat, rütbə (mayor) maaşı 130.0 manat, xidmət illərinə görə (30% əlavə) 184.5 manat, xüsusi qulluq şəraitinə görə vəzifə maaşının 15% əlavə olmaqla 72.75 manat, kateqoriya ixtisas dərəcəsinə görə vəzifə maaşının 25% əlavə olunmaqla 121.25 manat, elmi dərəcəyə (fəlsəfə doktoru) görə əlavə 40.0 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64.0 manat olmaqla, cəmi pul təminatı (təminat xərcliyi) indiki hesabla 1097.5 manat olmuşdur. İddiaçı əmək pensiyasına çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirdiyi üçün onun pensiya məbləğinə əlavələrin hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən Nuzami Cəfərovun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********8 saylı xx xxx 2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçıya xx xxxxx 2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. “X6” Qanunun 20.14.1-ci maddəsində hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3% miqdarında əmək pensiyasına əlavənı nəzərdə tutan müddəada sonuncu xidmət ilinin tamam olmaması halında əlavənin həmin ilin aylarının sayına mütənasib olaraq hesablanmasına dair dəyişiklik 2017-ci il 1 iyul tarixindən qüvvəyə minmişdir. Ona müvafiq əmək pensiyası isə xx.xx.2013-cü il tarixdə sözügedən Qanunun həmin tarixdə qüvvədə olan müddəalarına uyğun olaraq həyata keçirilmişdir. ”X8” Qanunun 20.14-cü maddəsinə əsasən baxılan halda onun əmək pensiyasının məbləği yalnız təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla dəyişə bilər. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci ilin 1 iyulunadək Qanunun 20-ci mddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci ilin iyulun 1-i tarixinədək azaldılmaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Qanunun həmin maddəsinə edilmiş bu dəyişiklik x xxxx 2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 26.3-cü maddəsinin icrası olaraq Azərbaycan Respublikası Prezidentinin 142 nömrəli xx xxxx 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş 2017-ci ilin iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər həmin Qanunun 20.14.1 və 20.14.4-cü maddələrinə əsasən hesablanmış əmək pensiyaları təminat xəcliyinin sonrakı artımları zamanı təminat xərcliyindəki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2% miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Sözügedən Fərmanda Qanuna edilmiş dəyişikliyə əsasən 2017-ci ilin 1 iyul tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tərxis olunaraq əmək pensiyası təyin olunmuş hərbi qulluqçulara qulluq stajına görə əlavənin hesablanması zamanı il tamam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq müəyyən edilməsi nəzərdə tutulmamışdır. “X8” Qanunun 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisəsində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinə elmlər doktoru dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İnzibati məhkəmə icraatı qaydasında iddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, pensiya hesablanarkən “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında Nazirlər Kabinetinin 60No-li xx.xx.1996-cı il tarixli Qərarının 12-ci bəndinin tələblərinə əsasən məlumat vərəqində göstərilmiş elmi dərəcəyə görə vəzifə maaşına 40 manat əlavənin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınması normasının, “X8” Qanunun 37.3.1-ci maddəsinin «Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır» müddəalarının ona şamil olunaraq, pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan göndərilmiş 00711 saylı məlumat vərəqəsində göstərilmiş məlumatların əksinə olaraq ona əmək pensiyasının hesablanması zamanı mövcud qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən xeyli az pensiya hesablamışdır. O, ehtiyyata buraxıldıqdan sonra xx.xx.2013-cü il tarixdən indiyənədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında həkim-patoloqanatom vəzifəsində işlədiyi üçün ona “X6” Qanunun 37.3.1-ci maddəsi tətbiq edilərək pensiyası yenidən hesablanmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının hər üç tələbi əsaslı deyildir. Elmi dərəcəyə görə əlavənin ödənilməsi 2017-ci ilin iyul ayının 1-dək ƏPQ-nin 19.3-cü (baza hissəsinə əlavə kimi), həmin dəyişiklikdən sonra isə 19.2-ci (sığorta hissəsinə əlavə kimi) maddəsində öz əksini tapmışdı. 2017-ci ilin iyul ayının 1-dək qüvvədə olmuş 19.3-cü maddəsinə əsasən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanması qeyd edilmişdir. Hazırda isə qüvvədə olan Qanunun 19.2-ci maddəsinə əsasən “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır”. Hər iki maddənin ortaq tərəfi ondan ibarətdir ki, ƏPQ-nin 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarının bu növ əlavəni almaq hüquqları yoxdur. İddiaçının Nazirlər Kabinetinin 60 nömrəli xx.xx.1996-cı il tarixli Qərarının 12-ci bəndinə əsaslanması haqlı sayıla bilməz. Belə ki, həmin Qərar pensiyanın hesablanması ilə bağlı deyildir. Təsadüfi deyildir ki, bəndin özündə məlum əlavənin orta əmək haqqının hesablanmasında nəzərə alınmalı olması öz əksini tapıb. Pensiyanın hesablanması qaydası ƏPQ ilə tənzimlənir və ƏPQ-nin 19.2-ci maddəsi bu növ əlavələrin İddiaçıya münasibətdə tətbiqini istisna edir. Digər tərəfdən, bu iki norma arasında ziddiyyətin olmasından çıxış edilsə, Konstitusiyanın 149-cu maddəsinin V hissəsinə əsasən ƏPQ-nin tətbiq edilməli olmasında tərəddüd yoxdur. İddiaçıya 13/800 nömrəli x xxx 2013-cii il tarixli qərar əsasında pensiya təyin edilmişdir. X8 Qanunun 20.14.1-ci maddəsinin həmin tarixdə qüvvədə olan mətninin maddəsinə görə “hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi. 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla” Sonradan xx xxxx 2017-ci il tarixli Qanunla 20.14.1 -ci maddədə ‘*hər ili" sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilmişdir. Göründüyü kimi, məlum dəyişiklik İddiaçının pensiyaya çıxdığı tarixdən 4 il sonra edilmişdir. Bu dəyişiklikdən gəlinən nəticə odur ki, həmin dəyişikliyə qədər natamam illər diqqətə alınmalı deyildi. Pensiya təyin edilərkən qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçı xx.xx.2013-cü ildən indiyənədək DSX-nın Hərbi hospitalında həkim kimi işlədiyini qeyd edir. Bu müddət ərzində sosial sığorta haqqı ödədiyini və X8 Qanunun 37.3.1 -ci maddəsinə əsasən bu məbləğin də pensiyasına daxil edilməli olmasını iddia edir. Həmin Qanunun 37.3.1-ci maddəsinə görə işləyən əmək pensiyaçılarına: yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəli 6 ildən bir həyata keçirilir. İdarənin mövqeyinə görə maddə hərbi qulluqçulara münasibətdə tətbiq edilə bilməz. Belə ki, yaşa görə əmək pensiyasının təyin edilməsi Qanunun 2-ci fəsli ilə tənzimlənir. Qanunun 9.5-ci maddəsi hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu nəzərdə tutur. Qanunun 10-cu maddəsi isə yaşa görə əmək pensiyasının məbləğinin hesablanması qaydasını/düsturunu ehtiva edir. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası 10-cu maddədəki düstura görə hərəkət edilmir. Qanunun 20.14.1-ci maddəsi bu halda pensiyanın təminat xərcliyi əsasında hesablanmalı olduğunu təsbit edir. Eyni zamanda, təminat xərcliyindəki sonrakı artımların da diqqətə alınmalı olması barədə şərt 20.14-cu maddədə göstərilmişdir. Təminat xərcliyi dedikdə, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. İddiaçıya pensiya təyin edilərkən təkcə onun yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalı deyil, Qanunun 20.14.1 -ci maddəsinə miivafiq hesablanmış əlavələr də diqqətə alınmışdır. Eyni zamanda iddiaçıya hazırda aldığı miqdarda pensiya təyin edilməsi üçün təkcə pensiya kapitalı yetərli olmazdı. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3087/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən idarənin etirazında göstərilmiş heç bir dəlilə hüquqi qiymət verilməmiş, qərar isə yalnız iddia ərizəsində qeyd edilmiş tələblər üzərində qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-2651/2019 saylı xx xxxxxx 2019-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3087/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsinin gəldiyi nəticə: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1041/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-2651/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında hazırda hərbi qulluqçu olmadığını bildirmiş və Qanunun 37.3.1-ci maddəsinin ona tətbiq olunmalı olduğuna istinad etmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin təkrar apellyasiya baxışı zamanı İddiaçı iddiasından hissəvi “pensiya hesablanarkən “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında Nazirlər Kabinetinin 60No-li xx.xx.1996-cı il tarixli Qərarının 12-ci bəndinin tələblərinə əsasən məlumat vərəqində göstərilmiş elmi dərəcəyə görə vəzifə maaşına 40 manat əlavənin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınması normasının ona tətbiq olunması” hissəsində imtina edərək həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan hissəvi imtinası qəbul edilmiş və iddiaçının həmin tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı tələbi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən ona pensiya hesablanarkən xx.xx.2006-cı il tarixli “X6” Qanunun 20.14.1-ci maddəsinin yeni redaksiyasının “20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin- 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla” hesablanmalı tələbinin bu dəyişikliyin qüvvəyə minməsindən (xx.xx.2017) əvvəl onun pensiyası ilə əlaqədar əmələ gələn münasibətlərə şamil edilməsi, «X8» Qanunun 37.3.1-ci maddəsinin «Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır» müddəalarının ona şamil olunaraq pensiyasının yenidən hesablanmasından ibarətdir. İşə baxmış birinci instansiya və apellyasiya instansiyası məhkəməsi iddiaçının yuxarıda qeyd olunan tələblərini təmin etsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1041/20200 saylı xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdi ki, iddiaçı hərbi qulluqçu olduğundan ona “X6” Qanunun 37.3.1-ci maddəsi tətbiq oluna bilməz. Belə ki, hərbi qulluqçulara həmin Qanunun 9.6-cı maddəsi şamil olunur ki, həmin maddənin göstərişinə görə də bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Belə olan halda sözügedən sığorta pensiya kapitalının müəyyən edilməsi üçün müvafiq pensiya işi tələb edilərək araşdırılmalı, iddiaçının fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalının miqdarı müəyyən edilməli idi. Həmçinin kassasiya instansiya məhkəməsi qərarında iddiaçının sonuncu tələbinə dair hesab etmişdir ki, MPM-nin 217.2-ci maddəsinə əsasən iddiaçıya münasibətdə pensiyaya çıxdığı tarixdə qüvvədə olan maddi normalar tətbiq olunmalıdır. İddiaçı “X6” Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş yeni redaksiyasının ona şamil edilməsini tələb etsə də, ona pensiya təyin edilən xx.xx.2013-cü il tarixində həmin dəyişiklik qüvvədə olmamış, cavabdeh orqan həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq iddiaçıya pensiya hesablamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iddianın “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən ona pensiya hesablanarkən xx.xx.2006-cı il tarixli “X6” Qanunun 20.14.1-ci maddəsinin yeni redaksiyasının “20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin- 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla” hesablanmalı tələbinin bu dəyişikliyin qüvvəyə minməsindən (xx.xx.2017) əvvəl onun pensiyası ilə əlaqədar əmələ gələn münasibətlərə şamil edilməsi” hissəsində təmin oluması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. «X6» Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 20.14.1-ci maddəsinə əsasən «Hərbi quluqçulara əmək pensiyası hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla müəyyən edilir». xx.xx.2017-ci il tarixdən qüvvədə olan «X6» Qanununun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin— 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir. Qeyd edildiyi kimi, iddiaçıya xx.xx.2013-cü il tarixdə pensiya təyin olunmuşdur. Hazırda iddiaçının tələbi «X6» Qanunun 20.14.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş müddəasının ona şamil olunmasını tələb etsə də, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərkən istinad olunan normanın xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə mindiyinə görə iddiaçıya münasibətdə tətbiq olunmasının qeyri-mümkünlüyünə istinad etmişdir. «X6» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 32.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi müddətləri, yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilir. «X6» Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü maddəsinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanununun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən «Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən X9ın qüvvəsi geriyə şamil edilir. Başqa X9ın qüvvəsi geriyə şamil edilmir». “X9 Haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən «Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir». Həmin Qanunun 87.2.maddəsinə əsasən «Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir». Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, “X6” Qanunun 20.14.1-ci maddəsinin yeni redaksiyasının iddiaçıya da şamil edilməsi mümkündür. Belə olan halda cavabdehin apellyasiya şikayətində göstərdiyi “həmin dəyişikliyə qədər natamam illər diqqətə alınmalı deyildi” dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, sözügedən Qanunun 20.14.1-ci maddəsində edilmiş dəyişikliyə görə 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin əlavə olunmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı xx.xx.2013-cü il tarixdə pensiyaya çıxsa da, qanunvericiliyin tələbinə görə onun xidmət etdiyi hər il üçün, belə il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla təminat xərcliyinin hesablanmasını tələb etmək hüququ vardır. Odur ki, cavabdehin apellyasiya şikayətinin qeyd olunan tələblə bağlı dəlili əsassızdır və təmin oluna bilməz. İddiaçının «X8» Qanunun 37.3.1-ci maddəsinin «Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır» müddəalarının ona şamil olunaraq pensiyasının yenidən hesablanması” barədə tələbi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, həmin tələbin də təmin olunması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, “X6” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci madəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli 2017-ci il 11 dekabr tarixli qərarı ilə təsdiq edilmiş «X6» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 5.3-cü bəndinə əsasən Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı hazırda işləyən əmək pensiyaçısı statusundadır. Qanunvericiliyə uyğun olaraq o, xx.xx.2013-cü il tarixdə yaşa görə əmək pensiyasına çıxmışdır və bununla bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. Mübahisə yalnız “X6” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin iddiaçıya şamil olunub-olunmaması ilə bağlıdır. İddiaçı pensiyaya çıxdıqdan sonra işləməyə davam etmişdir və bu hal cavabdeh tərəfindən təkzib olunmur. Cavabdeh hesab edir ki, qeyd edilən norma iddiaçıya şamil edilməməlidir. Halbuki, iddiaçının istinad etdiyi norma əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan və bu hallar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən adı çəkilən norma iddiaçıya şamil edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, “X6” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi ümumən işləyən əmək pensiyaçılarına aid normadır və iddiaçı da həmin şəxslərin kateqoriyasına daxil olduğundan ona münasibətdə də tətbiq edilməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da (2-1(102)-760/2020 saylı xx.xx.2020-ci il tarixli qərar) hüquqi mövqeyi belə əsaslandırılmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarında göstərilənlərlə bağlı qeyd edir ki, işə birinci instansiya qaydasında baxılarkən cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaçının pensiya işinin materiallarına əsasən iddiaçı xx.xx.2013-cü il tarixdə hərbi qulluqçu kimi pensiyaya çıxmış və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə” arayışa əsasən onun fərdi hesabının sığorta hissəsində 3130 manat pensiya kapitalı vardır. Apellyasiya baxışı zamanı iddiaçının əmək pensiyaçısı kimi hazırki dövrə pensiya kapitalının nə qədər təşkil etməsi ilə bağlı müvafiq sənədi təqdim etmək cavabdeh trəfə təklif olunsa da, bu barədə hər hansı sənəd təqdim olunmamışdır. Məhkəmə kollegiyası “X6” Qanunun 37.3.1-ci maddəsinin tətbiqi ilə bağlı nəzərə alır ki, iddiaçı xx.xx.2013-cü il tarixdən hərbi qulluqçu kimi pensiyaya çıxsa da, sonradan işləyən pensiyaçı kimi sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmasının davam etdirildiyi cavabdeh tərəfindən mübahisələndirilmədiyi halda həmin pensiya kapitalına yığılan sığorta və yığım hissələrinin məbləğindən asılı olmayaraq formalaşan kapital hesabına iddiaçının ona pensiya təyin olunduğu gündən sonra 6 il üzrə pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ olduğundan onun həmin hüququ kapitalda yığılan məbləğin az olması və ya yetərli olmaması əsası ilə məhdudlaşdırıla bilməz. Odur ki, birinci instansiya məhkəməsi “X8” Qanunun 37.3.1-ci maddəsini tətbiq etməklə iddiaçının pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3087/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən iddiaçıya pensiya hesablanarkən xx.xx.2006-cı il tarixli “X6” Qanunun 20.14.1-ci maddəsinin yeni redaksiyasının “20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin- 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla” hesablanmalı tələbinin bu dəyişikliyin qüvvəyə minməsindən (xx.xx.2017) əvvəl onun pensiyası ilə əlaqədar əmələ gələn münasibətlərə şamil edilməsi, «X8» Qanunun 37.3.1-ci maddəsinin «Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır» müddəalarının iddiaçıya şamil olunaraq pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissələrində qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3087/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən iddiaçıya pensiya hesablanarkən xx.xx.2006-cı il tarixli “X6” Qanunun 20.14.1-ci maddəsinin yeni redaksiyasının “20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin- 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla” hesablanmalı tələbinin bu dəyişikliyin qüvvəyə minməsindən (xx.xx.2017) əvvəl onun pensiyası ilə əlaqədar əmələ gələn münasibətlərə şamil edilməsi, «X8» Qanunun 37.3.1-ci maddəsinin «Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır» müddəalarının iddiaçıya şamil olunaraq pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissələrində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar