Məhkəmə qərarları › İş №2-1(103)-173/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-173/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-173/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin tanınması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2544/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə X1rşı öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - Rusiya Federasiyasının X3, Statistika və İnformatika Universiteti tərəfindən ona təqdim edilmiş xx.xx.2013-ci il tarixli, KA 40399 saylı diplomun tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Agentliyə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı Rusiya Federasiyasının X3, Statistika və İnformatika Universitetində 2005-2013-cü illərdə təşkilat menecmenti ixtisası üzrə sərbəst-eksternat təhsilalma formasında təhsil almış, Dövlət Attestasiya Komissiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə ona KA 40399 saylı diplom təqdim edilmişdir. O, eksternat təhsialma formasında “Təşkilat menecmenti” ixtisası üzrə tədris planını tam yerinə yetirdiyinə, dövlət imtahanından keçdiyinə və buraxılış ixtisas işini müdafiə etdiyinə görə ona xx.xx.2013- cü il tarixli 1478-BHO-3 nömrəli əmrlə “Menecer” ixtisası verilmişdir. Həmin diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması üçün o, ilk öncə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, Təhsil Nazirliyi C-21476/03-24 saylı xx.xx.2015-ci il tarixli məktubu ilə diplom üzrə ixtisasın tanınmasından imtina etmişdir. İmtinanın əsası kimi X3 Statistika və İnformatika Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddət qarşılığında (əyani-5 il, qiyabi-1 il artıq) həmin ölkədə olmadığı qeyd olumuşdur. Məsələ ilə bağlı yenidən xx.xx.2021-ci il tarixli ərizə ilə hazırkı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş, lakin sonuncu da Təhsil Nazirliyinin qeyd olunan xx.xx.2015-ci il tarixli imtina məktubuna istinadən və sərbəst (eksternat) təhsil alması barədə arayış olmadan xx.xx.2021-ci il tarixli C-264/03-TKTA nömrəli formal cavabı ilə diplum üzrə ixtisasın tanınmasından imtina etmişdir. Halbuki, Təhsil Nazirliyi tərəfindən ondan sərbəst (eksternat) təhsil alması barədə arayış tələb etmiş, o da ttəhsil aldığı Universitetdən 2005-2013-cü illərdə eksternat (sərbəst) təhsil alması barədə müvafiq arayışı almış, lakin həmin arayışı təqdim edənə qədər, nazirlik onun müraciətinə baxmışdır. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə dair etirazında, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən təyin etdiyi müddət ərzində iddiaçının müraciətinə yenidən baxılması barədə tapşırığına dair cavab məktubunda iddianı qəbul etməmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, imtinası qanuni və əsaslıdır. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki,iddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalan”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2544/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “X3, Statistika və İnformatika Universiteti tərəfindən ona təqdim edilmiş xx.xx.2013cü il tarixli, KA 40399 saylı diplomun tanınması ilə bağlı müraciətlərinə formal cavab verilmiş və sərbəst (eksternat) təhsil almağını barədə təqdim etdiyi arayışa baxılmamışdır. Hpalbuki, Təhsil Nazirliyi iddiaçıdan sərbəst (eksternat) təhsil almağı barədə arayış tələb etmiş və buna uyğun olaraq da X3, Statistika və İnformatika Universitetindən 2005-2013cii illərdə eksternat (sərbəst) təhsil almağı barədə müvafiq arayışlar almışdır. Lakin sözügedən arayışları təqdim edənə qədər, artıq Təhsil Nazirliyi iddiaçının müraciətinə eksternat arayışı olmadan baxmış və diplomun tanınmasından imtina etmişdir. Eksternat təhsil forması Azərbaycan Respublikası ərazisi hüdudlarında da tanımır və müvafiq olaraq Azərbaycan Respublikasının Təhsil qanunvericiliyi ilə də tənzimlənir. Belə ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.39cumaddəsinə əsasən "sərbəst (eksternat) təhsil - müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır. Baki İnzibati Məhkəməsinin hakimi, işi mahiyyəti üzrə hərtətfli və obyektiv araşdırmamışdır, odur ki, işin mahiyyəti olan serbest (eksternat) təhsil forması ilə bağlı müvafiq sorğular verilməmişdir və həmin təhsil formasını iddiaçı almağına baxmayaraq, işə baxarkən hakim əyani və qiyani təhsil formasına aid olan maddi və prosessual maddələri tətbiq etmişdir. Bu birinci instansiyanın qərarından açıq aydın görünür. Birinci isntansiyanın hakimi əhəməyyətli olan bir necə faktı aydınlaşdırılması üçün və İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsini kobud surətdə pozaraq nəzərə almayıb ki, iddiaçının aldığı təhsil forması sərbəst (eksternat) təhsil formasına aid olduğuna görə məhkəmə qərarında əyan, qiyabi və distant təhsil formasına aid olan maddələri, sərbəst(eksternat) təhsil forması üçün istifadə edilməsi düzgün deyil. Bununla barəbər hakim tərəfindən sərbəst (ekternat) təhsil forması ilə bağlı olan maddi və prosessual maddələri qərarında qeyd etməmişdir və əsaslandırmamışdır. Qeyd etmək istəyirəm ki, sərbəst (ekternat) təhsil formasının anlayışını açıqlaması üçün təhsil nazirliyinə və ya digər qurumalara müvafiq sorğularını verməmişdir. Beləliklə xarici diplomun təsdiq edilməsi tələbi üzrə standart olaraq hakim tərəfindən yalnız əyani və qiyabi təhsil formasına aid olan maddi və prosessual normaları istifadə edərək, iş üçün əhəməyyət kəsb edən və işin mahiyəti olan serbsəst (eksternat) təhsil formasını araşdırmamışdır...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, cavabdehin nümayəndəsi isə eksternat təhsilalma formasının «Bakalavriat (əsas)baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda nəzərdə tutulmadığını bildirərək,birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 2005-2013-cü illərdə Rusiya Federasiyasının X3, Statistika və İnformatika Universitetində təşkilat menecmenti ixtisası üzrə sərbəst-eksternat təhsilalma formasında təhsil almış, Dövlət Attestasiya Komissiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə ona KA 40399 saylı diplom verilmişdir. Konkret halda, cavabdehin işə əlavə ounmuş etirazına, birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubuna, təqdim etdiyi ekspert rəynə (elektron surətinə) və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarına əsasən müəyyən olunur ki, iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina edərək mübahisələndirir ki, diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmir. Belə ki, iddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində (2005/2006-4gün;2006/2007-«0»;2008/2009-5gün; 2009/2010-4gün, 2010-2011gün; 2011/2012-«0»; 2012/2013-3gün) olmuşdur. Bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Ümumiyyətlə, «Bakalavriat (əsas)baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin qeyd olunan əsaslarla iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina olunmasını əsassız sayır. İddiaçının işə əlavə olunmuş həmin KA 40399 saylı diplomdan, həmin diploma Əlavədən, əmrlərdən çıxarışlara əsasən və «Apotil»dən görünür ki, o, Rusiya Federasiyasının X3, Statistika və İnformatika Universitetində eksternat (sərbəst) təhsilalma formasında - 49 fən üzrə 8258 saat miqdarında, «məqbul», «yaxşı» və «əla» yekun qiymətləri ilə, 2 həftə-tanışlıq, 6 həftə istehsalat və 8 həftə diplom təcrübələrini “məqbul” ödəməklə və ixtisası üzrə dövlət imtanını əla verərək və diplom işini əla müdafiə edərək təhsilini başa vurmuş, bütün bunların nəticəsi olaraq da onun diplomu 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına müvafiq qaydada Rusiya Federasıiyasında «Apostile» olunaraq xx.xx.2014-cü il tarixdə Moskva şəhər Təhsil Departamentində təsdiq olunmuşdur. Bundan əlavə işə materiallarının 25-26-cı vərəqlərində olan Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin Federal Dövlət büdcə Ali Təhsil Müəssisəsi Q.V.Plexanov adına Rusiya İqtisadiyyt Universitetinin» xx.xx.2021-ci il tarixli 14.03-10/118 saylı arayışnda aşağıdakılar bildirilmişir: «İddiaçı(xx.xx.1970) həqiqətən Rusiya Federasiyasının X3, Statistika və İnformatika Universitetində «Təşkilat menecmenti» ixtisası üzrə «eksternat» təhsilalma formasında, təhsil almış, qəbul olunması haqqında xx.xx.2005-ci il tarixli 4837 d-st saylı əmr verilmiş, təsilini bitirməsi və ixtisasın verilməsi haqqında xx.xx.2013-cü il tarixli, 1478-VPO-e saylı əmrlə ona «Menecer» ixtisası verilməklə, 13/2187 qeydiyyat nömrəsi, xx.xx.2013-cü il tarixli KA-40399 seriayalı diplom verilmişdir. Tədqiq olunan sənədlərlə müəyyən olunan hallardan göründüyü kimi, iddiaçı Rusiya Federasiyasının X3, Statistika və İnformatika Universitetində eksternat təhsilalma formasında təhsilini uğurla başa vurmuş və təhsil aldığı ölkə tərəfindən onun diplomu «Apostil» olunmuşdur. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının Universitetdə təhsilalma formasının eksternat olmasını və həmin ölkədə qısa müddət ərzində olduğunu əsas tutaraq diplom üzrə ixtisasının tanmasından imtina olunması tamamilə əsassızdır. Əsassızdır həm də ona görə ki, qüvvədə olan «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 13.1.4-cü maddəsində sərbəst (eksternat) təhsilalma forması Azərbaycan Respublikasında təhsilalma formalarından biri kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 6.3-cü maddəsinin tələbinə görə dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanına (sentyabr 2009-cu il, № 156) əsasən müvafiq icra hakimiyyəti səlahiyyətini Nazirlər Kabineti həyata keçirir.) İddiaçının həmin Universitetdə təhsil aldığı vaxt Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 117 №-li qərarı ilə təsdiq edilmiş «bakalariat (əsas(baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.6-cı bəndinin xx.xx.2020-ci il tarixinə qədər qüvvədə olan redaksiyası (3-cü abz.) nəzərdə tuturdu ki, «Balavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma-fultime və tədrisə qismən cəlbolunma-parltime), qiyabi distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma fultime və tədrisə qismən cəlbolunma-parltime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) eksternat formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamələri əsasında olunan əsasnamələri əsasında həyata keçirilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı Rusiya Federasıyasında eksternat təhsil alma forması nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikasının təhsil qanunvericiliyində də əhəmiyyətli fərqlərin mövcud deyil, baklavriat səviyyəsində eksternat (sərbəst) təhsilalma forması nəzərdə tutulur. Azərbaycan Respublikasının xx.xx.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsində isə nəzərədə tutur ki, Razılığı gələn Tərəf ixtisasın tanınmasından o halda imtina oluna bilər ki, ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər aşkar edilmiş olsun. Qeyd olunmalıdır ki, 13 may 2003-cü il, 455-İİQ №-li Azərbaycan Respublikası Qanunlu ilə təsdiq edilmiş, Azərbaycan və Rusiya hökumətləri arasında «Təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» Sazişin 6-cı maddəsindən də görünür ki, bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respubliekasında tanınır. İddiaçının təhsil aldığı vaxt və cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ının 1.6-cı bəndinin 2-ci cümləsi nəzərdə tuturdu ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tərəfdar çıxdığı dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyyən edilibsə şəhadətnamə ekspertiza keçirilmədən verilir. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini, mahiyyətcə, işin sübutlarla müəyyən olunan hallarına və qanunvericiliyin qeyd olunan tələblərinə münasibətdə səhv nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, həmin qərarın işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmadığını vurğulayan dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2544/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddianın təmin olunması və iddiaçının Rusiya Federasiyasının X3, Statistika və İnformatika Universiteti tərəfindən verilmiş xx.xx.2013-ci il tarixli KA 40399 saylı diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2544/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin olunsun. İddiaçı Rusiya Federasiyasının X3, Statistika və İnformatika Universiteti tərəfindən verilmiş xx.xx.2013-ci il tarixli KA 40399 saylı diplom üzrə ixtisasının tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar