Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-173/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının təsisçisi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı1 MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-751/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı1 MMC cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirilmə haqqında iddia qaldıraraq Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (cavabdehin əvvəlki adı) “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********394900 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 32B ünvanında yerləşən qeyri-yaşayış binası (avto-mobillərə texniki xidmət məntəqəsi) “Afina-Q" MMC-nin xüsusi mülkiyyətində olmuş, xx.xx.2017-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş və əmlakın dağıdılması ilə bərabər bütün fəaliyyət infrastrukturu da ləğv edildiyindən, iddiaçının hər hansı fəaliyyət növü ilə məşğul olması mümkünsüz olmuş, müəssisə fəaliyyət göstərməmiş və ləğv edilməsi barədə vergi orqanına müraciət olunmuşdur. Lakin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin qərarı ilə ona əsassız olaraq 4583 manat məbləğində borc hesablanmışdır. Halbuki bundan qabaq, xx.xx.2018-ci il tarixli **********443900 saylı məktubu ilə “Ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması haqqında” xəbərdarlıq iddiaçının ünvanına daxil olduqda müəyyən edilmişdir ki, İddiaçı1 MMC- nin xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə 4309.0 manat, o cümlədən: vergilər üzrə 3266.23 manat, faizlər üzrə 1042.77 manat borcu vardır və 10 gün müddətində ödəniş edilməlidir. Bu hesablanma ilə bağlı məhkəməyə verilmiş iddiadan sonra cavabdeh orqan tərəfindən yenidən araşdırılma aparılacağı bildirilsə də, sonradan iddiaçının şəxsi hesab vərəqəsinə yenidən borc hesablanmış və bu borcun artaraq 4583 manat olması müəyyən edilmişdir. Lakin Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus həmin əmlak söküldüyü üçün 2017-ci ilin aprel ayından İddiaçı1 MMC-nin fəaliyyəti dayandırılmış, bununla əlaqədar, heç bir gəliri olmamış və maliyyə əməliyyatları aparılmamışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddanı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotu kassa metodu ilə aparılmaqla 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsində icarəyə verilmiş obyekti üzrə bağlanmış icarə müqaviləsində göstərilən illik icarə haqqı məbləğləri ilə bəyannamələrdə əks etdirilmiş göstəricilər arasında elektron uyğunsuzluğa əsasən kənarlaşma müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə xx.xx.2017-ci il tarixli **********433300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Vergi ödəyicisinə daha əvvəllər icarə məbləği ilə əlaqədar uyğunsuzluq məktubu və hesablamalar getdiyini nəzərə alaraq vergi ödəyicisi tərəfindən xx.xx.2017-ci il tarixli **********375000 nömrəli məktub göndərilmişdir. Vergi ödəyicisi məktubda icarəyə verdiyi obyektlərin söküldüyünü və vergi orqanı tərəfindən həmin əraziyə baxış keçirə biləcəyini bildirmiş və şəkil göndərmişdir. Uçot-baza məlumatlarına əsasən vergi ödəyicisinin icarəyə verdiyi obyektlərə baxış keçirilməsi müəyyən edilməmişdir. Lakin, vergi ödəyicisi mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri tam təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci il mənfəət vergisi bəyannaməsi üzrə 1498 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2017-ci il tarixli **********394900 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmədə olan iş materiallarından və vergi orqanında olan uçot baza məlumatlarından iddiaçının Tukanov Tural, X6, “Avto Brend" MMC ilə icarə müqavilələri bağladığı və həmin müqavilələrin 2016-cı il ərzində qüvvədə olduğu öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı ilə Tukanov Tural arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə, X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə, “Avto Brend" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Tukanov Tural ilə bağlanmış icarə müqaviləsində aylıq icarə məbləği 100 manat, X6 ilə bağlanmış icarə müqaviləsində aylıq icarə məbləği 300 manat, "xxxx" MMC ilə bağlanmış icarə müqaviləsində isə aylıq icarə məbləği 500 manat olaraq müəyyən edilmişdir.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-751/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (əvvəlki Bakı şəhəri Lokal Gəlirlər Departamenti) İddiaçı1 MMC barəsində qəbul olunmuş “Vergilərin hesablanması” barədə xx.xx.2017-ci il tarixli **********394900 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən qeyd edir ki, iddiaçı qeyd olunan icarə müqavilələrini ləğv edilməsi barədə məlumatı vergi orqanına rəsmi qaydada təqdim etmədiyi təqdirdə belə, vergi orqanı qeyd olunan icarə müqavilələrinin ayrı-ayrı daşınmaz əmlak və onun müəyyən hissələri ilə bağlı deyil, Xətai rayonu, Babək prospekti, 32 B ünvanda yerləşən avtomobillərə texniki xidmət məntəqəsi olmasını nəzərə almamışdır. Məhkəmənin qeyd olunan əsaslandırılması tamamilə absurddur. Belə ki, iş materiallarının 160-cı səhifəsinin 2-ci abzasından İddiaçı1 MMC-nin mülkiyyətində olmuş qeyri yaşayış binasının xx.xx.2017-ci il tarixdə Xətai rayon İH tərəfindən söküldüyü müəyyən edilir. Uçot baza məlumatlarından da göründüyü kimi iddiaçının -Tukanov Tural ilə xx.xx.2016-cı il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə, X6 ilə bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə, “Avto Brend" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə qeydiyyatdan çıxmışdır. İcarə müqavilələri 2017-ci ilin qeyd olunan dövrlərində qüvvədə olduğu və Xətai RİH tərəfindən qeyri-yaşayış binasının xx.xx.2017-ci il tarixdə söküldüyü üçün həmin dövr üzrə ödəyicinin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri olmuşdur. 2017-ci ilin mənfəət vergisi üzrə aparılmış hesablama tam əsaslıdır. Məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, qanunvericiliyin tələblərini tam araşdırmamış, qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, iddiaçı isə Xətai RİH tərəfindən qeyriyaşayış binasının mübahisələndirilən dövrdə söküldüyünü və icarə obyektlərinin fəaliyyət göstərmədiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakı əsaslara görə təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Konkret halda, işin hallarından göründüyü kimi, iddiaçının mübahisələndirmə haqqında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin (cavabdehin əvvəlki adı) “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********394900 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası birinci instansiya məhkəməsinin qərarı ilə təmin edilmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində mübahisələndirilən qərar qəbul olunarkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37 və 67-ci maddələrinin tələblərinə əməl olunmamış, vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə məlumat və sənədlər nəzərə alınmadan, əlavə vergilərin hesablanması barədə əsaslandırılmamış nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilməsi nəzərdə tutulurdu. Mənfəət vergisinin ödəyiciləri Azərbaycan Respublikasının Vergi Məcələsinin 49.2-ci maddəsinə əsasən hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Həmin Məcəllənin 149.3-cü maddəsinin cavabdehin qərarı qəbul olunduğu vaxt qüvvədə olan redaksiasına əsasən vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Hazırkı mərhələdə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə rəsmi arayış təqdim edərək, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər fəaliyyətini dayandırmış və xx.xx.2017-ci il tarixdə cari bəyannamə (boş) təqdim edərək mənfəətinin olmadığını bəyan etmiş, həmin tarixdən də 30 iş günü müddətində Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli **********394900 nömrəli qərarı ilə iddiaçıya 2017-ci il üçün 1498 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Lakin həmin qərarla cavabdeh iddiaçının -Tukanov Tural ilə xx.xx.2016-cı il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə, X6 ilə bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsi xx.xx.2017-ci il tarixdə, “Avto Brend" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqavilələrinə istinadən 2017-ci il üçün mənfəət vergisi hesablayarkən, inzibati orqan olaraq, hərtərəfli araşdırma aparmamış, icarə obyektlərinin fəaliyyətdə olub-olmadığına aydınlıq gətirməmişdir. Belə ki, iddia ərizəsinə, iddiaçının nümayəndəsinin izahatına və onun hazırkı mərəhlədə məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin daşınmaz əmlakının qiymətləndirilməsi barədə 11 avqust 2017-ct il tarixli hesabatına, o cümlədən, həmin hesabatda əks olunan fotogörüntülərə əsasən müəyyən olunur ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 32B ünvanında yerləşən qeyri-yaşayış binası (avto-mobillərə texniki xidmət məntəqəsi) dağıdılmış və istimara yararsız vəziyyətdə olmuşdur. Yəni, cavabdeh vergi orqanında qeydiyyatda olan iddiaçıya məxsus təsərrüfat subyekti fəaliyyət göstərməmişdir ki, belə olan halda da, iddiaçının həmin ildə gəlir əldə etməsi istisna olunur. Cavabdeh tərəfindən isə mübahisəli təsərrüfat subyekti dağıdıldığı və həmin vəziyətdə onun fəailiyyət göstərməsi mümkünsüz olduğu halda, hansı meyarlardan çıxış edərək və hansı əlaqəli məlumatlara əsasən 2017-ci il üçün maddi ziyana məruz qalmış iddiaçıya məhz 1498 manat məbləğində mənfəət vergisi hesablanmasının Vergi Məcəlləsinin 67.1-ci maddəsinə uyğunluğu əsaslandırılmamışdır. Cavabdeh ən azından nəzərə almamışdır ki, vergi orqanı olaraq Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinin tələbinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. İPM-in 14.1-ci maddəsinin tələbinə görə sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirilmir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Bu baxımdan, məhkəmə kollegiysı yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-751/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-751/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-173/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-173/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver