Məhkəmə qərarları › İş №2-1(103)-1730/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1730/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1730/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir (İPM 33.1) . İşin faktiki hallarına görə iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olub. Əmək pensiyasına çıxmaq üçün yaşı tamam olmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1978-ci il tarixədək PMK-4-də, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Qax rayon mədəniyyət evində, xx.xx.1979-cu ildən xx.xx.1996-ci il tarixədək Qax peşə məktəbində, 1996, 1998-ci illərdə Qax rayonu Fısaqiı kənd Birgə təsərrüfatında, xx.xx.2000-ci il tarixdən xx.xx.2004cü il tarixədək Qax rayon Fıstıqlı kənd bələdiyyəsində işləyib. Həmçinin 1985-1988-ci illərdə X4 texnikomunda təhsil alıb. Eyni zamanda xx.xx.1975-ci ildən xx.xx.1977-ci illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub. O, yaşa görə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu ona ünvanlanmış 09 mart 2021-ci il tarixli cavab məktubunda onun təqdim etdiyi Qax rayon Dövlət Arxivinin 24 iyul 2020-ci il tarixli arayışında qeyd olunmuş Fıstıqlı kənd Birgə Təsərrüfatında 1996-1998-ci illər üzrə və xx.xx.1978-ci il İT-İ ******* saylı əmək kitabçasında qeyd olunmuş Fıstıqlı bələdiyysində xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövr üzrə əmək fəaliyytinin araşıdırılmasına zərurət yarandığını bildirərək dolayısı ilə imtina pensiya təyin olunmasından imtina etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında iddianın qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının Qax rayon Fıstıqlı kənd Birgə Təsərrüfatında 1996-1998-ci illər üzrə işlədiyi dövrün onun iş stacjına daxil edilmədiyi və buna görə də onun tələb olunan 25 il sosial sığortı tamamlanmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmaqla, ona yaşa görə pensiya hüququnun yarandığı 08 yanvar 2021-ci il tarixdən olan dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, qərar qanuna ziddir. Belə ki, iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraatın nəticəsi olaraq onun işlədiyini iddia etdiyi Fıstıqlı kənd Birgə Təsərrüfatında 1996-1998-ci illər üzrə işlədiyi dövrün onun iş stajına daxil edilməmiş və buna görə də onun tələb olunan 25 il sosial sığortı tamamlanmadığı üçün iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Daha sonra cavabdeh Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsinə istinadən qeyd edir ki, yaşa görə pensiya təyin olunması üçün vətəndaş qaunda göstərilən yaş əhddinə çatmalı və onun fərdi hesabının sığorta himssəsində minimum pensiya məbləğinin ödənilməsinə imkan verən pensiya kapitalı olmalıdır. xx.xx.1958-ci il təvəllüdlü iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinədə göstərilən yaş həddinə xx.xx.2021-ci il tarixində çatmış, lakin onun ümumi iş stajı 23 il 24 gündür. 1996-1998-ci illərdə işlədiyi dövr ələavə edildikdə onun pensiya hüququ yaranır. Lakin həmin dövru iddiaçının sığorta stajına əlavə edilə bilməz Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Vəliyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, iddiaçının 1996-1998-ci illər üzrə arxiv arayışında göstərilən iş stajı əmək kitabçasında qeyd olunmadığından sığorta stajına daxil edilmədiyini qeyd edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş İddiaçı onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının cavabdeh orqan 2021-ci ilin əvvəlində müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. İddiaçının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə (Qax RPŞ xx.xx.2010; №0*******) əsasən xx.xx.1956-cı il tarixdə doğulmuşdur. Belə olan halda, onun xx.xx.2021ci il tarixində Qanunun qeyd olunan 7-ci maddəsinin birinci şərtində nəzərdə tutulan pensiya yaş həddi 65 yaşı tamam olur. Qanunun 7-ci maddəsinin digər şərtinda nəzərdə tutulan 25 il sığorta stajına gəldikdə isə onun işə əlavə olunmuş əmək kitabçasına əsasən aşağıdakı kimi sığorta stajı müəyyən olunur: İddiaçının işə əlavə olunmuş 20 iyun 1978-ci il tarixdə doldurulmasına başlanılmış İT- 1 ******* saylı əmək kitabçasının surətinin qeydlərinə əsasən onun aşağıdakı kimi iş stajı müəyyən olunur : - xx.xx.1978 - xx.xx.1978-də 4 saylı X1 montyor (2 ay 9 gün); - xx.xx.1978 - xx.xx.1979-da Nərimanov r. Mədəniyyət və incəsənət parkı nəzdində avtomat oyunların rəhbəri (1 il 1 ay 28 gün); - xx.xx.1979 - xx.xx.1996-da Qax r. 111 nömrəli orta texniki peşə məktəbində (sonrakı adı: X5 adlandırılmışdır) yataqxana növbətçisi ( 16 il 11 ay 20 gün); - xx.xx.2000 - xx.xx.2004 Fıstıqlı Bələdiyyəsində təsəürrüfat işləri üzrə mühəndis; Həmin Bələdiyyənin işə əlavə olunmuş 21 nömrəli 04 may 2021-ci il tarixli arayışına əsasən cəmi, 33 ay işlədiyi və əmək haqqı aldığı müəyyən olunur (2 il 7 ay) Bundan əlavə, işə əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmət04.052012-ci il tarixli 466 saylı arayışına əsasən iddiaçı: - xx.xx.1975-xx.xx.1977-ci il tarixədək keçmiş Sovet ordusu sıralarında xidmət etmiş (1 il 11 ay 27 gün). Eyni zamanda, iddiaçının təhsil aldığı dövrdə xx.xx.1956-cı ildən xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin «v» bəndi nəzərədə tuturdu ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. Bu baxımdan işə əlavə olunmuş X4 Texnikumu tərəfindən 18 iyul 1988-ci il tarixdə verilmiş MT-İ 269976 sayl diplomun surətinə əsasən iddiaçı: - 01.09.1985- xx.xx.1988 həmin Texnikumda “meyvə və tərəvəzçilik” ixtisası üzrə təhsil təhsil almışdır (2 il 10 ay 4 gün); İddiaçının qeyd olunan iş stajları ümumiləşdirildikdə, onun 25 il 6 ay 28 gün iş sığorta stajı toplanır. Bundan əlavə, işə əlavə olunmuş arxiv arayışına əsasən onun 1996-1998-ci illərdə Fıstıqlı kənd Birgə Təsərrüfatında da işlədiyi müəyyən olunur. Belə ki, Qax rayon Dövlət Arxivinin işə əlavə olunmuş - 120 nömrəli 04 may 2021 ci il tarixli arxiv arayışına və həmin Arxivin 115 nömrəli 10 noyabr 2021-ci il tarixli məktubu ilə birinci instansiya məhkəməsinə təqdim olunmuş 120 nömrəli 04 may 2021 ci il tarixli arxiv arayışına verilməsinə əsas olan sənədlərin (əmək haqqı cədvəli, əmrlər kitabı) təsdiq olunmuş surətlərinə əsasən müəyyən olunur ki, iddiaçı 1996-1998-ci illərdə Fıstıqlı kənd Birgə Təsərrüfatındaişləmiş, 1996-cı ildə 6 ay, 1997-ci ildə 12 ay, 1998-ci ildə isə 7 ay (cəmi, 25 ay) ona əmək haqqı hesablanmışdır. Belə olan halda, iddiaçının tədqiq olunan arxiv arayışına əsasən Qax rayon Fıstıqlı kənd Birgə Təsərrüfatında, 2 il 1 ay ərzində sığorta stajı müəyyən olunur. Lakin cavabdehin apellyasiya şikayətinin və iddiaçıya ünvanladığı imtina cavabının üst-üstə düşən dəlillərindən göründüyü kimi, Qax rayon Dövlət Arxivinin arayışına əsasən iddiaçının Fıstıqlı kənd Birgə Təsərrüfatında 1996-1998-ci illərdə işlədiyi dövrünün onun əmək kitabçasında göstərilmədiyindən sığorta stajı kimi nəzərə alınması qeyri-mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən həmin dövrün iddiaçının sığorta stajına daxil edilməməsini əsassız sayır. Çünki, iddiaçının Qax rayon Fıstıqlı kənd Birgə Təsərrüfatında 1996-1998-ci illərdə işlədiyi vaxt qüvvədə olmuş (xx.xx.2006-cı il tarixədək) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə aşağıdakıları nəzərdə tuturdu: - əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (b.1); - iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir(b.3). Onu da qeyd etmək lazımdır ki, işin hazırkı mərhələsində qüvvədə olan maddi-hüquq normaları da arxiv arayışları sığorta stajının hesablanması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən əsasən müəyyən edilir Beləliklə də, iddiaçının arxiv arayışına əsasən müəyyən olunan 2 il 1 ay sığorta stajı da nəzərə alınmaqla, ümumilkdə onun 27 il 7 ay 28 gün sığorta stajı mövcud olur. Deməli “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin 2-ci şərti də ödənilir. Göründüyü kimi, cavabdeh orqan iddiaçının xeyrinə olan halların araşdırılmasından imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələbinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən isə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə də cavabdehin maddi və inziabati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi faktlar nöşteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1027/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar