Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1730/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təhsil illərinin, hərbi xidmətdə olduğu illərin, işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək, ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təhsil illərinin, hərbi xidmətdə olduğu illərin, işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək, ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7680/2022 saylı 01 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 may 2023cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. 3353 saylı xx.xx.1972-ci il tarixli attestatdan görünür ki, Adişirin İsmayılov xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək Bakı şəhəri 12 saylı texnikomda təhsil almışdır. İZ seriyalı ******* saylı hərbi biletdən görünür ki, Adişirin İsmayılov 08 may 1975-ci ildən 08 may 1977-ci ilə qədər hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1973- cü ildən xx.xx.1973-cü ilədək Azərbaycan Dövlət Sənaye İdarəsi “Xəzərbalıq” balıq konserv zavodunda 2-ci dərəcəli balıq təmizləyici qismində, Azərbaycan SSR, DOSAAF MK TTİ-də xx.xx.1980-ci ildən 1-ci dərəcəli fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 2-ci dərəcəli fəhlə vəzifəsində işləmişdir. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasından görünür ki, o, “Dzerjinski adına maşınqayırma zavodu”nda xx.xx.1973-cü ildən xarrat şagirdi, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər 2-ci dərəcəli xarat qismində işləmiş, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər Sovet orudusunda xidmət etmiş, xx.xx.1977-ci ildən zavodun ştatında 2-ci dərəcəli xarrat, xx.xx.1980-ci ildən 3-cü dərəcəli xarrat, xx.xx.1981-ci ildən 4-cü dərəcəli xarrat, xx.xx.1984-cü ildən xx.xx.1997-ci ilə qədər 6-cı sexdə 5-ci dərəcəli xarrat işləmiş, Azərbaycan Respublikası Nazirlər Sovetinin 90 nömrəli xx.xx.1992-ci tarixli qərarına əsasən F.Dzerjinsjki adına maşınqayırma zavodunun adı dəyişdirilərək Suraxanı maşınqayırma zavodu adlandırılmış, xx.xx.1993-cü ildə xarrat peşəsinin 6-cı dərəcəsi verilmiş, xx.xx.1986-cı ildə F.Dzerjinski adına maşınqayırma zavodu 1986-cı il 3-cü rübdə 1-ci yer tutduğuna 25 rubl məbləğində mükafat verilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********5 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçasının, hərbi biletin və attestatın surətlərinə əsasən sığorta stajı (xx.xx.1971-ci il tarixindən xx.xx.1972ci il tarixinədək təhsil aldığı illər və xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 23 il 8 ay 15 gün təşkil edir. Eyni zamanda xx.xx.2000-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 2 ay 15 gün sığorta stajına uyğun olaraq 17685.67 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021- ci il tarixinədək 428.87 manat olmaqla, ümumilikdə 18114.54 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli monitorinqinin nəticəsinə əsasən xx.xx.1996-cı il tarixindən işdən azad olunan (xx.xx.1997-ci il tarixinədək) tarixədək öz hesabına məzuniyyətdə olduğundan, həmin dövrlər (xx.xx.1996-xx.xx.1997) sığorta stajına əlavə edilməyib. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixindən 130 manat, xx.xx.2022-ci il tarixindən isə 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil illərinin, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinə qədər hərbi xidmətdə olduğu illərin, xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçalarında göstərilmiş xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixə qədər işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş xx.xx.1972-ci il tarixli attestat, xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçaları, H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən 37 ilə yaxın stajı vardır. Əmək pensiyasının təyin edilməsi üçün iddiaçı sənədlərini qeydiyyatda olduğu Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etsə də, yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. İmtina məktubu onunla əsaslandırılmışdır ki, əmək kitabçasındakı, attestatdakı və hərbi biletdəki göstərilən illər üzrə 23 il 08 ay 15 gün iş stajı vardır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il, 02 ay, 15 gün sığorta stajına uyğun olaraq 17685,67 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək -128,87 manat olmaqla, ümumilikdə 18114,54 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Araşdırma zamanı məlum olub ki, Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli monitorinqin nəticəsinə əsasən xx.xx.1996-cı il tarixdən işdən azad olunan xx.xx.1997-ci il tarixinədək öz hesabına məzuniyyətdə olduğundan həmin dövrlər sığorta stajına əlavə edilməyib. Hesab edir ki, cavabdehin imtinası və qeyd etdiyi səbəblər əsassızdır. Belə ki, imtina məktubunda istinad olunan iş stajının 25 ildən az olması və buna müvafiq olaraq fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı əsaslar onun iradəsindən asılı deyildir. xx.xx.1996-cı il tarixdən işdən xx.xx.1997-ci il tarixinədək öz hesabına məzuniyyətdə olduğuna görə həmin dövrlərin sığorta stajına əlavə edilməməsi hissəsi ilə razı deyil. Belə ki, sözügedən dövr üzrə əmək funksiyalarını yerinə yetirməsə belə, həmin dövr sosial sığorta stajına əlavə edilməlidir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı 15 mart 2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə AR ƏƏSMN tabeliyində Dayanıqlı və X2 3 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi filialı tərəfindən İddiaçı qanunvericiliklə tələb olunan pensiya hüququna təminat verən kifayət qədər sosial sığorta stajının və pensiya kapitalının olmaması səbəbindən yaşa görə pensiyanın təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. İddiaçının pensiya hüququ 65 yaşla xx.xx.2021-ci il tarixində yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçası, atestat (xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil aldığı illər) və hərbi biletin surətlərinə ( xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) əsasən sığorta stajı 23 il 8 ay 15 gün təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23 il 2 ay 15 gün sığorta stajına uyqun olaraq 17685.67 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 428.87 manat olmaqla, ümumilikdə 18114,54 manat təşkil edir ki, bu məbləğ İddiaçı pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı məxsus əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1977-ci il tarixindən xx.xx.1997-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli monitorinqinin nəticəsinə əsasən iddiaçı xx.xx.1996-cı il tarixdən işdən azad olunan xx.xx.1997-ci il tarixədək öz hesabına məzuniyyətdə olduğu aşkar edildiyindən, həmin dövrlər (xx.xx.1996-xx.xx.1997) sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajına daxil edilmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən isə 180 manata çatdırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7680/2022 saylı 01 dekabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sosial müavinətin təyinatı üzrə xx.xx.2022-ci il tarixli 11318 nömrəli qərarına əsasən ona yaşa görə müavinət xx.xx.2021ci ildən xx.xx.2021-ci ilədək 130 manat məbləğində, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 180 manat məbləğində təyin olunmuşdur. Məhkəmə hesab etmişdir ki, onun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixləri ərizində təhsil illərinin, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinə qədər hərbi xidmətdə olduğu illərin, xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçalarında göstərilmiş xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixə qədər işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək, iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Bildirilir ki, xx.xx.2020-ci il tarixdən fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2020-2021-ci illərdə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ödədiyi məcburi dövlət sığorta haqqı 532.10 manat təşkil edir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq “Əmək pensiyaları haqqında” Qanunun müvafiq maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 189 saylı xx.xx.1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sıortası üzrə ödəmələrin və əmək qabiliyyyətini müvəqqəti itirmiş işçilərə sığrtaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin müvafiq bəndlərinə də istinad olunmuşdur. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi, “xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil illərinin, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinə qədər hərbi xidmətdə olduğu illərin, xx.xx.1973-cü il tarixli və xx.xx.1973-cü il tarixli əmək kitabçalarında göstərilmiş xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixə qədər işlədiyi iş stajının sosial sığorta stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun sığorta stajının 25 ildən az, yəni 23 il 8 ay 15 gün, həmin dövrə münasib olaraq 17685.67 manat, xx.xx.2020ci il tarixindən xx.xx.2021- ci il tarixinədək 428.87 manat olmaqla, ümumilikdə 18114.54 manat təşkil etməsi, bu məbləğin pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından az olması, əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan verməməsinə, həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasına, xx.xx.1996-cı il tarixindən işdən azad olunan (xx.xx.1997-ci il tarixinədək) tarixədək öz hesabına məzuniyyətdə olduğundan, həmin dövrlərin (xx.xx.1996-xx.xx.1997) sığorta stajına əlavə edilməməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 1996-ci ilin iyun ayından xx.xx.1997-ci ilə qədər əmək haqqı almamasının və müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları ödəməsinin təsdiq edilməməsinə istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İddiaçı iddia ərizəsinin məzmunundan və məhkəmə araşdırmaları zamanı verdiyi izahatlardan görünür ki, onun hüquqi marağı ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunmasına yönəlmişdir. İddiaçı xx.xx.1956-cı ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun 65 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil haqda sənədi (attestatını), hərbi biletini və əmək kitabçalarını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən və atestatdan görünür ki, o, müvafiq olaraq xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək təhsil almış, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Yuxarıda bəhs edilən qanunvericiliyin normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçalarından müəyyən olunur ki, onun xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək təhsil aldığı dövr 9 ay 29 gün, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmət dövrü 2 il və əmək kitabçasında qeyd olunan əmək stajı nəzərə alınmaqla, ümumi iş stajı 25 ildən çox təşkil edir. Hazırki iş üzrə cavabdeh inzibati orqan imtinasını iddiaçının sığorta stajının 25 ildən az, yəni 23 il 8 ay 15 gün olması, həmçinin pensiya kapitalının ümumilikdə 18114.54 manat təşkil etməsi, bu məbləğin pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından az olması, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, xx.xx.1996-cı il tarixindən işdən azad olunan xx.xx.1997-ci il tarixinədək öz hesabına məzuniyyətdə olduğundan, həmin dövrlərin (xx.xx.1996-xx.xx.1997) sığorta stajına əlavə edilməməsi təşkil etmişdir. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş sorğulara cavab olaraq "xxxx" ASC xx.xx.2022- ci il tarixdə 08/130 nömrəli məktubu ilə bildirmişdir ki, X6 xx.xx.1996-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək öz ərizəsi əsasında əmək haqqı saxlanılmadan məzuniyyətdə olmuşdur. Bu müddət ərzində ona əmək haqqı hesablanmamışdır. "xxxx" Dövlət Şirkəti "xxxx" ASC-nin İddiaçı (sex № 6 tornaçı) barədə əmrlərində qeyd olunmuşdur: Bakı şəhəri, 04 iyun 1996-cı il tarixli № 153/k əmr - xx.xx.1996. 1 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 04 iyul 1996cı il tarixli № 187/k əmr - xx.xx.1996. 1 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 05 avqust 1996-cı il tarixli № 231/k əmr xx.xx.1996. 1 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 04 iyun 1996-cı il tarixli № 153/k əmr - xx.xx.1996. 1 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 03 sentyabr 1996-cı il tarixli № 277/k əmr - xx.xx.1996. 1 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 08 oktyabr 1996-cı il tarixli № 303/k əmr - xx.xx.1996. 1 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 13 noyabr 1996-cı il tarixli № 321/k əmr - xx.xx.1996. 2 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 10 yanvar 1997-ci il tarixli № 11/k əmr - xx.xx.1997. 1 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 10 fevral 1997-ci il tarixli № 28/k əmr - xx.xx.1997. 2 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin; Bakı şəhəri, 08 aprel 1997-ci il tarixli № 68/k əmr - xx.xx.1997. 2 ay müddətinə əmək haqqı saxlanılmadan məzuniyyətə göndərilsin. "xxxx" ASC-nin əmək haqqı və gəlirlər haqqında xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı 1996-cı ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında və 1997-ci ilin yanvar, fevral, mart, aprel, may aylarında öz hesabına məzuniyyətdə olmuşdur. Cavabdeh inzibati orqanın **********2 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı müraciəti ilə bağlı inzibati icraat materiallarının surətlərini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sosial müavinətin təyinatı üzrə xx.xx.2022-ci il tarixli 11318 nömrəli qərarına əsasən İddiaçı yaşa görə müavinət xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 130 manat məbləğində, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 180 manat məbləğində təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın əmək pensiyasının təyin olunması haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı yaşa görə pensiya təyin olunmasından imtina edilmişdir. Tələb olunan staja malik olmadığından pensiya təyin etmək mümkün hesab edilməmişdir. xx.xx.2022-ci il tarixli akta əsasən, aktı tərtib edənlər monitorinq və araşdırma şöbəsinin aparıcı mütəxəssisləri Kərimov N.Ş., Qədimov H.F. və "xxxx" ASC-nin baş mühasibi X3 olmaqla, İddiaçı 1977-1997-ci illərdə "xxxx" ASC-də işləməsi faktının yerində qarşılıqlı araşdırılması nəticəsində məlum olmuşdur ki, İddiaçı xx.xx.1977-ci ildə (28 nömrəli əmr) "xxxx" ASC-də (köhnə Dzerjinski adına maşınqayırma zavodu) işə qəbul olunmuş, xx.xx.1997-ci ildə (138 nömrəli əmr) işdən azad edilmişdir. Suraxanı maşınqayırma zavodu” ASC-nin arxiv sənədlərinə baxış keçirilən zaman İddiaçı xx.xx.1996-cı ilədək fasiləsiz olaraq əmək haqqı alması öz əksini tapmış, eyni zamanda xx.xx.1996-cı ildən işdən çıxdığı tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olması arxiv sənədlərinə əsasən müəyyən olunmuş, araşdırma Y-2 uçot kartına, əmrlər kitablarına və əmək haqqı cədvəllərinə əsasən aparılmışdır. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçasının və sorğulara cavab məktublarının məzmunundan aydın olur ki, iddiaçı işlədiyi "xxxx" ASC-də xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək öz hesabına məzuniyyətlərdə olmuşdur. Məhkəmə kollegiyası iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olmasını qəbul etdiyi halda belə qeyd edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olması onun təqsiri üzündən baş verməmişdir və həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən qeyd edilən aylar iddiaçının arzusu ilə onun iş stajına daxil edilə bilər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 149.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169.1-ci maddəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır, pensiya üçün müraciət edənin arzusuna əsasən aşağıdakılar həmin aylardan çıxılır: növbəti məzuniyyətlərə, o cümlədən tam olmayan, eləcə də ödənişsiz məzuniyyətlərə təsadüf edən aylar... Qeyd edilən normaların məzmunundan da aydın olur ki, işçinin təqsiri olmadan ödənişsiz məzuniyyətə göndərilməsi boşdayanma hesab olunur və həmin vaxtlarda onun əmək haqqısı ödənilir. Əmək haqqı ödənildiyi halda müvafiq olaraq məcburi sosial sığorta ödəmələri də həyata keçirilir. Həmçinin işçinin pensiya məbləği hesablanarkən götürülən müvafiq dövrlərdə ödənişsiz məzuniyyətdə olduğu vaxt onun arzusu ilə həmin dövrlərdən çıxılması onu göstərir ki, həmin dövrlər sığorta stajına hesablanır. Yəni işçinin ödənişsiz məzuniyyətdə olduğu vaxt pensiya məbləği hesablanarkən onun öz arzusu ilə nəzərə alına bilər. Bundan əlavə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Yəni, iddiaçının xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək ödənişsiz məzuniyyətdə olması həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmamasını istisna edir. xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 7-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmçinin kollegiya qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 14-cu maddəsinə əsasən, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Kollegiya qeyd edir ki, qeyd edilən maddə əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri deyil, məhz məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri nəzərdə tutduğundan işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün əmək stajına daxil edilməsini də istisna etmir. Digər tərəfdən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti iş stajına daxil edilir. Odur ki, məhkəmə işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün dövlət tərəfindən mütləq sosial sığorta edilməli olmayan qənaətinə gəlməsi üçün əsas görmür və hesab edir ki, həmin dövr (işçinin ödənişsiz məzuniyyətdə olduğu dövr) işçinin sığorta stajına daxil edilməlidir. Belə olan halda iddiaçının xx.xx.1971-ci ildən xx.xx.1972-ci ilədək təhsil aldığı dövr (9 ay 29 gün), xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmət dövrü (2 il) və əmək stajı nəzərə alınmaqla, ümumi iş stajı 25 ildən çox təşkil edir. Bununla da iddiaçının xx.xx.2006-cı il tarixədək qanunla tələb olunan 25 il ümumi stajı tamamlandığı üçün bu da ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması üçün yetərlidir. Belə olan halda qanunun digər şərtinin- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7680/2022 saylı 01 dekabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının “xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinə qədər hərbi xidmətdə olduğu illər, xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixə qədər işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməklə, ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7680/2022 saylı 01 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı “xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil aldığı illər, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinə qədər hərbi xidmətdə olduğu illər, xx.xx.1973-cü il tarixdən xx.xx.1997-ci il tarixə qədər işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilməklə, ona 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1730/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1730/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver