Məhkəmə qərarları › İş №2-1(103)-1730/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1730/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1730/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin cizgisinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12339/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı öhdəyliyin icrası haqqında iddia ərizəsi təqdim edərək, keçmiş Əzizbəyov Rayon Xalq X1 Komitəsinin («XDS İK») 8 dekabr 1989-cu il tarixli 23 nömrəli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı verilmiş 2 nömrəli sahədə 875 kv.m torpaq sahəsinin yerləşmə sxeminin hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM.m.34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Əzizbəyov (indiki Xəzər) Rayon XDS İK-nin 8 dekabr 1989-cu il tarixli 23 nömrəli qərarı ilə ona Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 2 nömrəli sahədə fərdi yaşayış evi tikintisi üçün 875 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılarkən sahəsinin yerləşmə cizgisi verilməmiş, bundan ötrü Cavabdehnə müraciət etmiş,lakin sonuncu 8.06.2023-cü il tarixli məktubu ilə onun müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, torpaq sahəsi Zirə qəsəbəsinin keçmiş Südçülük-Tərəvəzçilik sovxozunun ərazisində yerləşdiyindən sözügedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12339/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Əzizbəyov Rayon Xalq X1 Komitəsinin 8 dekabr 1989-cu il tarixli 23 nömrəli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı verilmiş 2 nömrəli sahədə 875 kv.m torpaq sahəsinin yerləşmə sxeminin hazırlanaraq verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “...Məhkəmənin qərarı əsassızdır. Belə ki, iddiaçının müraciətinə cavab olaraq torpaq sahəsinin Zirə-Südçülük-Tərəvəzçilik sovxozu ərazisində yerləşməsi səbəbindən cizgi və xəritədən çıxarışın verilməsinin məqsədə uyğun olmadığı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon era Hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi ‘Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. ’’Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır.Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində qeyd olunduğu kimi, daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aiddir…» Məhkəmə kollegiyası iclaslarının vaxtı və yeri barədə, habelə məhkəməyə gəlmədiyi halda işə baxılacağı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nüsmayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiysı onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyiasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazını bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçıya keçmiş Əzizbəyov Rayon XDS İK-nin 8 dekabr 1989-cu il tarixli 23 nömrəli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi məqsədilə verilmiş 2 nömrəli sahədə 875 kv.m torpaq sahəsi ayrılmış, lakin bu zaman həmin sahənin yerləşmə cizgi- sxemi hazırlanıb həmin qərarla birlikdə ona verilməmişdir. Halbuki, həmin vaxt qüvvədəolmuş Azərbaycan SSR-in 7 iyul 1970-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Torpaq Məcəlləsinin 13 və 107ci maddələrininə müvafiq olaraq şəhər (rayon) xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri daimi istifadəyə torpaqayırma qaydasında yer quruluşu sxemləri hazırlanmaqla verilməsini nəzərdə tuturdu. Başqa sözlə, torpaq sahəsi tərtib olunmuş ayrıc aktları əsasında verilə bilərdi. 2001-ci ilə qədər qüvvədə olmuş, 9 noyabr 1991-ci ildə qəbul edilmiş suverən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsi də nəzərdə tutudu ki, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək...; Həmin Qanunun 23-cü maddəsi isə nəzərdə tuturdu ki vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 100-cü maddəsinə əsasən yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının, eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını...» Hazırda qüvvədə olan, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq qanunvericiliyinin qeyd olunan tələbləri baxımından, cavabdehin sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya torpaq sahəsi ayrılarkən, cavabdeh tərəfindən həmin vaxt qüvvədə olmuş torpaq qanunvericilyinin tələblərinə müvafiq olaraq ilk öncə yerquruluşu qaydalarına müvafiq torpağayırma həyata keçirilməmiş, torpağın naturada planı hazırlanmamış, sadəcə, sərəncamın qəbulu ilə kifayətlənilmiş, hal-hazırda da həmin nöqsanın aradan qaldırılması üçün iddiaçının müraciətinə cavabdeh tərəfindən imtina verilir. Ən azından, plan-cizginin yoxluğu, həmin sərəncamla ona ayrılan torpaq sahəsinin yerini, konfiqursiyası və ölçülərini dəqiqliyi ilə müəyyən olunmasını imkansız edir. Yəni, plan-cizgi mövcud olmadığı halda, torpaq sahəsinin əraziyə uyğun gəlib-gəlməməsini müəyyən edilməsini mümkünsüz olur və məhkəmə tərəfindən yerində baxış keçirilməsini səmərəsiz edir. Halbuki, keçmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında» Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına aid edilirdi (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür). Bundan sonra da qəbul olunmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndi isə nəzərdə tuturdu ki, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndi də nəzərdə tutur ki, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Göründüyü kimi, cavabdeh, qanunvericiliyin qeyd olunan tələbləri ilə üzərinə düşən öhdəliyini, o cümlədən, qəbul etdiyi sərəncamla iddiaçıya ayrılan torpaq sahəsinin plan cizgisinin tərtib olunub ona verilməsindən imtina etməklə, iddiaçının həmin torpaq sahəsinə dair hüququnu rəsmiləşdirilməsi istiqamətində məhdudlaşdırır və onun “legitim gözlənti” hüququnu pozur. Cavabdehin apellyasiya şikayətinin, mübahisəli torpaq sahəsinin Zirə qəsəbəsinin keçmiş Südçülük-Tərəvəzçilik sovxozunun ərazisində yerləşməsini mübahisələndirməsinə gəldikdə isə birincisi, həmin torpaq sahəsi ayrıldığı vaxtdan faktiki olaraq iddiaçının istifdəsindədir. İkincisi, cavabdehin hüquq sələfi keçmiş Əzibəyov rayon XDS İK-nin 8 dekabr 1989-cu il tarixli 23 nömrəli qərarı ləğv olunmamiş,etibaprsız hesab edilməmiş,halzhazırda qüvvədədir. Üçüncüsü, həmin qərarla ayrılan torpaq sahəsinin cizgisi, sadəcə olaraq, yerləşdiyi yeri müəyyən etməyə imkan verən hüquqmüəyyənedici sənəd xüsusiyyətlərinə malik olmayan texniki bir sənəddir. Dördüncüsü, cavabdehin mübahisələndirdiyi həmin məsələ iddiaçının həmin torpaq dair hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün müraciəti zamanı inzibati icraat mərhələsində qeydiyyat orqanı ilə münasibətlərində ortaya çıxa biləgək və həmin mərhələdə həllini edilməli olan bir məsələni ehtiva edir. Odur ki, qeyd olunanlar baxımından məhkəmə kollegiyası cavabdehin sözügedən dəlillərini əsassız sayır. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12339/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12339/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar