Məhkəmə qərarları › İş №2-1(103)-1731/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1731/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1731/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X6 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh2 və X8) «mənzilə mülkiyyət hüquqlarının reyestrdə qeydiyyatının ləğv edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8789/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonunun 9-cu mikrorayonda yerləşən 119 saylı evin 24 saylı mənzilinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri, Binəqədi rayonunun 9-cu mikrorayonda yerləşən 119 saylı evin 24 saylı mənzili Bakı şəhəri XDS-nin İcarə Komitəsi tərəfindən verilmiş 30 yanvar 1979-cu il tarixli 173276 seriyalı order əsasında mərhum atası X20 məxsus olmuşdur. İddiaçı da həmin evdə yaşamışdır. 1998-ci ildə ailə qurduqdan sonra ailəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən evə köçüb yaşamağa başlamışdır. Lakin ata evindən çıxmağına baxmayaraq, atası vəfat etdiyi günədək, yəni, xx.xx.2016-ci ilədək həmin evə gəlib-getmiş, istifadə hüquqlarını həyata keçirmişdir.Atası vəfat etdikdən sonra isə bacı –qardaşları atasından qalmış evə gəlib-getməyə qoymamışlar. İddiaçının rəsmi müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubundan ona məlum olmuşdur ki, Bakı şəhəri, Binəqədirayonunun 9-cu mikrorayonda yerləşən 119 saylı evin 24 saylı mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına ilkin hüquqi qeydiyyatdan keçmiş və sonradan 5 saylı ASAN Xidmət Mərkəzində 4Ə-1907 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adına qeydiyyatdan çıxmış və hazırda onun xüsusi mülkiyyətindədir. Cavabdeh2 həmin mənzilə görə Binəqədi rayon məhkəməsində mübahisə getdiyi zaman iddiaçıdan xəbərsiz və məlumatsız mənzilin özəlləşdirilməsini həyata keçirmişdir. İşə əlavə olunmuş, cavabdehin iddiaçıya ünvanladığı 26 aprel 2022- ci il tarixli, **********18 saylı məktubundan görünür ki, iddiaçının həmin mənzilə verilmiş dövlət reyestrindən çıxarışların ləğv edilməsi ilə bağlı müraciətinə cavab olaraq məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etirazında da iddianı qəbul etməmiş, bunu onunla əsaslandırmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonunun 9-cu mikrorayonda yerləşən 119 saylı evin 24 saylı mənzili xx.xx.1979-cu il tarixli, 173276 nömrəli orderi əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reystrində ilkin qeydiyyatdan keçmişdir. xx.xx.2021-ci il tarixli, 4Ə-1907 npmrəli alqı-satqı müqaviləsi əsasında mənzil X4 adına özgəninkiləşdirilmişdir. Hazırda mənzil sonuncunun xüsusi mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8789/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı lə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar qanunsuz və əsassızdır. Belə ki, “ Bakı şəhəri , Binəqədi rayonu, 9-cu mk-on, 119 saylı evin 24 saylı mənzili Bakı şəhər XDS İK tərəfindən verilmiş 30.01. 1979-cu il tarixli 173276 seriyalı order əsasında mərhum atası X21 məxsus olmuşdur. O, həmin evdə yaşamış və 1998-ci ildə ailə qurduqdan sonra ailəsi ilə birlikdə ünvan 1 ünvanda yerləşən evə köçüb yaşamağa başlamış, ata mülkündən çıxsa da atası vəfat edənədək, 2016-cı il tarixədək həmin evə gəlib-getmiş və istifadə hüquqların həyata keçirmiş, atası vəfat etdikdən sonra bacı qardaşları arasında narazılıqlar yaranmış və onu ata evinə buraxmamışlar. Mübahisə predmeti olan mənzilin hüquqi status ilə əlaqədar cavabdeh orqana müraciət etdikdən sonra ona məlum olmuşdur ki, həmin mənzil 06. 10.2021 -ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında bacısı Cavabdeh2 adına ilkin hüquqi qeydiyyatdan keçmiş və sonradan Bakı 5 saylı “ASAN Xidmət Mərkəzində 4Ə -1907 reyetr nömrəli 11. 10.2021 -ci il tarixli alqı-satqı müqaviləsi əsasında X4 adına qeydiyyatdan keçmiş və hazırda onun xüsusi mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki halları tam və hərtərəfli şəkildə araşdırılmamış və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, ata mülkünü bacısı Cavabdeh2 ondan məlumatsız, eyni zamanda Binəqədi rayon məhkəməsində həmin mənzilə dair məhkəmə prosesləri getdiyi vaxt qanunsuz olaraq atasıın birinci dərəcəli vərəsəsi kimi onun razılığını almadan özəlləşdirməyə nail olmuşdur. Məhkəmə iddianın rədd edilmə əsası kimi iş materiallarında olan Daxili İşlər Nazirliyinin “ yaşayış yeri üzrə qeydiyyat haqqında “ 12626595 nömrə arayışına istinad edərək adları mənzildə qeydiyyatda olan şəxslərin mənzilin özəlləşdivilməsinə razılıqlarının olması faktına istinad etmişdir. Lakin hüquqmüəyənedicisi sənəd olan xx.xx.1979-cu il tarixli 173276 nömrəli orderdə onun adının olmasına və özəlləşdirmə zamanı onun da razılığının alınmaması faktına isə istinad etməmişdir (Mülki Məcəllənin 1159.1.1, 1151.1-ci və Mənzil Məcəlləsinin 53-cü maddələrinə istinad olunur).” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmiş, eyni zamanda məhkəmənin suallarını cavablandırarkən 2013-cü ildən mübahisəli evdən qeydiyyatdan çıxaraq həyat yoldaşı ilə Yasasmalda yaşadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayəti ilə razılaşmamış, mübahisəli mənzillə bağlı qeydiyyatın qanuni əsaslarla aparıldığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı Bakı şəhər XDS İK tərəfindən verilmiş 30 aprel 1979-cu il tarixli 173276 saylı orderə əsasən 01 fevral 2016-cı il tarixədək mərhum atası X20 məxsus olmuş – Bakı şəhəri, Binəqədi rayonunun 9-cu mikrorayonda yerləşən 119 saylı evin 24 saylı mənzilinə dair hüquqların dövlət reyestrində qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmişdir. (Həmin order və Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 fevra 2016-cı il tarixli ölüm haqqında həadətnamə işə əlavə olunmuşudr). İşə əlavə olunmuş həmin orderdən, eləcə də, həmin orderin verilməsinə əsas olmuş Bakı şəhər CXDS İK-nin 26 yanar 1979-cu il tarixli 150/7 nömrəli qərarıın arxiv surətindən görünür ki,iddiaçnın mərhum atası Ə.Nagıyevə 9 nəfər ailə tərkibində verilmiş mənzil orderində iddiaçı Sənəb Nağıyevanın (Rəcəbova) da adı mövcuddur. Lakin AR Daxili İşlər Nazirliyinin “ yaşayış yeri üzrə qeydiyyat haqqında “1262595 nömrəli, 15 yanvar 2018-ci il tarixli arayışına əsasən həmin tarixə evdə aşağıdakılar qeydiyyatda olmuşlar: -X28, X18, X12, X22, X13, Cavabdeh2, X14, X9 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, 119 saylı evin 24 saylı mənzilində qeydiyyatdadırlar. Qeydiyyatda olan şəxslər sırasından göründüyü kimi, iddiçının adı burada yoxdur. İddia ərizəsindən, habelə, hazırkı məhkəmə iclasında məhkəməyə verdiyi izahatından da göründüyü kimi, iddiaçı ərə getdikdən sonra, 2013-cü ildən evdən qeydiyyatdan çıxaraq köçmüş və əri ilə Yasamal rayonunda yaşamağa başlamış, atası evinə ölələnədək gəlib getmiş, yaşmamışdır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun: “ 5-ci maddəsinə əsasən - mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəsinə əsasən - mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq, həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.” Qanunun qeyd olunan imperativ tələblərinindən göründüyü kimi: birincisi, mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı olmalı, ikincisi, qeydiyyat orqanına ərizə ilə birlikdə mənzildə yaşayan şəxslər barədə arayış; üçüncüsü order və ya kirayə müqaviləsi, və yaxud mənzilin verilməsinə dair sərəncam təqdim olunması tələb olunur. Digər sənədlər tələb oluna bilməz. Konkret halda da, məhz, birinci instansiya məhkəməmsi tərəfindən məhkəmə sorğusu əsasında əldə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, mənzil cavabdeh qeydiyyat orqanı tərəfindən iddiaçının bacısı - üçüncü şəxs Cavabdeh2 adına qeydə alınarkən, Qanunun qeyd olunan tələbləri çərçivəsində aşağıdakı sənədlər əsasında həyata keçirilmişdir: - mənzildə qeydiyyatda olan şəxslərin: X28, X12, X9, X13, X22, X10 - mənzilin Cavabdeh2 adına özəlləşdirilməsinə razılıq ərizələri. -“yaşayış yeri üzrə qeydiyyat haqqında “ xx.xx.2021-ci il tarixli arayış -Bakı şəhəri Nəsimi rayon X11 İcraiyyə Komitəsinin 26 yanvar 1979- cu il tarixli 150/7 nömrəli qərarı; Göründüyü kimi, cavabdeh tərəfindən aparılan həmin qeydiyyat qanunvericiliyin sözügedən tələblərinə tam uyğun olmuşdur (İşdən görnür ki, üçüncü şəxs Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə reydiyyatı təsbit olunduqdan sonra ona reyestrdən çıxarış verilmişdir). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbindən də görünür ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11-ci maddəsinin tələbinə əsasən isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüququn yaranması üçün əsasdır. Bundan sonra, cavabdeh tərəfindən digər üçüncü şəxs X8 nun adına aparılan qeydiyyata gəldikdə isə həmin qeydiyyyat mənzilin birinci mülkiyyətçisi Cavabdeh2 ilə aralarında notarial qaydada bağlanmış alqı-satqı müqviləsinin hüquqi nəticələrindən irəli gəlmişdir. Belə ki, işdən görünür ki, notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 104,48 kv.m olan mənzili Alıcı X1 və həmin alqı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə reyestrdə qeydə arlınaraq ona çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsi də məhz nə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüququn yaranması üçün əsasdır. Beləliklə də, cavabdeh tərəfindən mübahisəli mənzilə dair hər üçüncü şəxslərin adına aparılmış qeydiyyat qanunun tələblərinə uyğun aparıldığı, ləğv edilməsi üçün hər hansı bir əsasın mövcud olmadığı sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının həmin qeydiyyatın ləğv edilməsi ilə bağlı müraciətinə imtina cavabı verilməsi qanuni və əsaslı olduğundan iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənası da onu ehtiva edir ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işin sübutlarla müəyyən olunan hallarına və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8789/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8789/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar