Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1733/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “sürücülük vəsiqəsinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1818/2023 saylı 24 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sürücülük hüquqlarının məhdudlaşdırılması və sürücülük vəsiqəsinin dəyişdirilməsindən imtina edilməsinə görə 2019-cu ildən 2023-cü ilə qədər məhrum olduğu 50.000 manat məbləğində pul vəsaitinin, qeydiyyat nişanı 90MX294 olan “MERCEDES E220 CDİ” minik avtomobilinə dəymiş zərər kimi 14873.45 manat məbləğində pul vəsaitinin, qeydiyyat nişanı 10ZG849 olan “SZAP 9327” markalı yarımqoşquya dəymiş zərər üçün 4820 manat məbləğində pul vəsaitinin, qeydiyyat nişanı 10VP398 olan “RENAULT RVİ F BA02A7” yük avtomobilinə dəymiş zərər kimi 8410 manat məbləğində pul vəsaitinin, qeydiyyat nişanı ** MM *** olan “Zil 130 76” minik avtomobilinə dəymiş zərər kimi 4620 manat məbləğində pul vəsaitinin, xx.xx.2019-cü il tarixdə ödədiyi 80 manat pul vəsaitinin, ümumlikdə maddi ziyana görə 82853.45 manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsi və sürücülük vəsiqəsinin dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2-1(112)-10970/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “zərərin ödənilməsi” tələbləri üzrə inzibati işdən İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli təqib nəticəsində, xx.xx.2022-ci ildə qanuna zidd olaraq 10VP398 nömrə nişanlı “Renault” markalı ** ZG *** nömrə nişanlı yarımqoşqulu əmlakının qərar təqdim etmədən 18 saylı duracaqda 3 gün saxlanması nəticəsində 1000 manat zərərin ödənməsi (həmin zaman GMS firmasının köçürülməsi üçün yük daşıma xidməti göstərirdi), 64 manat ödədiyi pul vəsaitnin geri qaytarılması, xx.xx.2020-ci il tarixində ona saxlanma barədə qərar təqdim etməyərək 18 saylı duracaqda zərər çəkmiş, dörd təkəri yararsız vəziyətə düşüb, təzə aldığı akkumulyator batareykası sıradan çıxıb, açıq havada qalaraq kosmetik xəsər almış ** XT *** dövlət nömrə nişanlı “Qaz 3110” markalı əmlakının yararlı vəziyyətə salınaraq özünə qaytarılması, 7-8 min manat zərərin ödənilməsi, 6-7 il əsassız olaraq mənəvi əzablara görə 10.000 manat pul vəsaitinin ona ödənilməsi” barədə iddia tələbi və İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “Asan Xidmət mərkəzində sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün yaradılmış suni maneənin aradan qaldırılması” barədə iddia tələbi üzrə icraatlar ayrılmışdır. İddiaçının hazırki iş üzrə iddia tələbi “Asan Xidmət mərkəzində sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün yaradılmış suni maneənin aradan qaldırılması”ndan ibarətdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Səbail rayon məhkəməsinin qərarları ilə iddiaçının sürücülük hüquqları 6 ay müddətinə məhdudlaşdırılmış, lakin məhkəməyə verdiyi vəsatətlər üzrə icrasına xitam verilmişdir. Buna baxmayaraq bu xitam qərarları cavabdeh tərəfindən icra edilməmişdir. Sürücülük vəsiqəsinin dəyişdirilməsindən cavabdehin imtinası inzibati xəta haqqında protokol üzrə cərimənin ödənilməməsi ilə əsaslandırılır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Belə ki, Bakı şəhər Səbail rayon Məhkəməsi sürücülük hüquqlarının 6 (altı) ay müddətinə məhdudlaşdırılması haqqında qərarına 15 yanvar 2019-cu il tarixli, 3(009)- 51/2019 saylı qərara 01 sentyabr 2022-ci il tarixdə, 27 may 2019-cu il tarixli, 3(009)-852 saylı qərara 15 sentyabr 2022-ci il tarixində, 30 aprel 2019-cu il tarixli, 3(009)-475/2019 saylı isə 15 sentyabr 2022-ci il tarixində xitam vermişdir. Səbail rayon Məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, DİN BDYPİ-si tərəfindən tərtib edilmiş İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “RENAULT RVİ FBA 027” yük markalı,** VP *** dövlət nömrə nişanlı N/V-sini idarə edən iddiaçı tərəfindən yol hərəkəti əleyhinə olan inzibati xətanın törədilməsinə görə MMX seriyalı, ******* saylı protokol üzrə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Ümumiyyətlə iddiaçı barəsində tərtib olunmuş inzibati xətalar haqqında protokolların İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə istinadən qanunsuz tərtib edildiyini hesab edir. İddiaçının cəriməyə görə xx.xx.2019-cu ildə 80 manat pul vəsaitini ödəməyinə və məhkəmənin xitam qərarlarını təqdim etməyinə baxmayaraq xx.xx.2022-ci il tarixli müraciətinə 3 saylı "Asan" Xidmət Mərkəzində sürücülük vəsiqələrinin dəyişdirilməsi şöbəsi ona imtina vermişdir. Müraciətlərinin DİN BDYPİ-nə göndərilməsi barədə 17 oktyabr 2022-ci il tarixli, MİHO/4.1-2-2022-6005 saylı məktubla məlumat e-poçta daxil olmuşdur. Bu günə kimi BDYPİ-si ona cavab verməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1818/2023 saylı 24 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2816/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazirkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “həm “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun, həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “04” avqust 2012-ci il tarixli Q16- 001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın yuxarıda göstərilən normalarının tələblərindən görünür ki, şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə şəxsin sürücülk vəsiqəsinin dəyişdirilməsi mümkündür. Bu halları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. ” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: 12) sürücülərin hazırlanmasını və onların ixtisasının artırılmasını həyata keçirən təhsil müəssisəsi və kursların açılmasına razılıq vermək, onların fəaliyyətinə nəzarət etmək, nəzəri və təcrübi imtahanlar qəbul etmək, imtahanlardan müvəffəqiyyətlə keçənlərə sürücülük vəsiqəsi vermək, onların uçotunu aparmaq. Həmin Qanununun 34-cü maddəsinə əsasən : V. Sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət. Həmin Qanununun 35-ci maddəsinə əsasən : Vİ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 1) onun etibarlıq müddətinin qurtarması; 2) sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi; 3) onun yazılarında dəqiqsizlik müəyyən edilməsi; 4) onun yararsız hala düşməsi; 5) onun itirilməsi; 7) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması; 8) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması. Vİİ. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir. Xİİ. Bu Qanunun tələblərinə zidd olaraq, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi haqqında ərizəyə baxılmamasında və ya baxılarkən süründürməçilik edilməsində, yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlara buraxılmasından əsassız imtina edilməsində, habelə sürücülük vəsiqəsinin qəsdən korlanmasında, oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “04” avqust 2012-ci il tarixli Q16- 001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” təlimata əsasən: 6.2. Sürücülük vəsiqəsinin dəyişdirilməsi vəsiqə sahibinin bu Təlimata 6 saylı əlavəyə uyğun formada ərizəsi əsasında ərazi üzrə QİM-də imtahansız, əvvəllər malik olduğu kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla bu Təlimatın 6.3-cü bəndində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə 30 dəqiqə ərzində həyata keçirilir. Bu hal Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ nümunəli sürücülük vəsiqələrinə də şamil edilir. 6.3. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir: 1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla) , habelə bu Təlimatın 6.10-1-ci və 6.10-2-ci bəndlərində nəzərdə tutulmuş hallarda xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi; 3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi; 4) bu Təlimatın 3.5.2 – 3.5.4-cü yarımbəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış; 5) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə həmin icazənin notarial qaydada təsdiq edilmiş surəti. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər (şəxsiyyət vəsiqəsi, zəruri halda sürücülüyə yararlı olmaq barədə tibbi arayış, sürücülük vəsiqəsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd) təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan, yəni cərimə ödənildikdən sonra imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ("ASAN xidmət" mərkəzlərində) 30 dəqiqə ərzində həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından iddiaçının sürücülük vəsiqəsinin dəyişdirilməsi barədə cavabdehə müraciət etdiyi zaman barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən ödənilməmiş inzibati cərimələrin olduğu müəyyən olunur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimələrin ödənilməsi barədə də hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinası “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun, həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “04” avqust 2012-ci il tarixli Q16- 001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın yuxarıda göstərilən normalarının tələblərinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1818/2023 saylı 24 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiаçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1818/2023 saylı 24 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1733/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1733/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver