Məhkəmə qərarları › İş №2-1(103)-1734/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1734/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1734/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseynov Azər Soltanhəmid oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X5 iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı X4 üçüncü şəxs qismində göstərilməklə “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 30.04.2021-ci il tarixli, 2-1(112)-5382/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs X2 qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 10.000 manat, mənəvi zərərin əvəzi kimi 50.000 manat, 10 ayın alimenti və müalicə xərcləri olan 9.000 manat, ümumilikdə 69.000 manat pul vəsaətinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.04.2021-ci il tarixli, 2-1(112)-5382/2021 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim H.Ağalarov). Həmin qərardaddan iddaçı apelyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, 2017-ci ilin yanvarında X6 qarşı 'Təyin olunan alimentin, əlavə xərc kimi təyin olunan müalicə xərclərinin", "xüsusi qida ilə təmin olunma barədə" təyin olunan xərclərin miqdarlarının artırılması tələbinə və 15 ildir aliment və əlavə xərclərə dair məhkəmə qətnamələrini icra etmədiyi, borcları ona ödəmədiyi üçün maddi-mənəvi zərərin tələbinə dair" Bakı şəhəri Yasamal rayon məhkəməsində iddia qaldırdmışdır. Yasamal rayon məhkəməsinin 02.03.2017-ci il tarixdə qərardadı qəbul edərək, mülki proses zamanı məhkəmə proseslərini ləngidən,məhkəmə bildirişlərini alıb eyni vəsatətləri dəfələrlə göndərən, məhkəmə iclaslarına gəlməyən və sair hərəkətlər edən cavabdeh Zahid Yusibovu 1000 (bir min) manat məbləğində cərimə etdi. Həmin məhkəmə iclasında Z. Yusibovun hüquqlarını 3-cü şəxs vəkil Xatirə Cəbrayılova təmsil edirdi. Məhkəmənin, cərimənin təyin edilməsinə dair qərardadından şikayət verilməsi nəzərdə tutulmadığına baxmayaraq X. Cəbrayılova qərardaddan şikayət verdi,prosesual qanunvericilikdən sui istifadə edərək mülki işi mahiyyətindən uzaqda tutmaq üçün, mülki işi məhkəmə baxışından kənarlaşda qalmasına nail oldu. Bununla da ona əlil övladı ilə 10 ay müddətinə 3 məhkəmə instansiyaları arasında süründürdü. Bundan əlavə, 10 ay ərzində əlil övladımın xəstəxanalarda yatmasına, ağır xəstəlik olan "pnevmaniya", "kəskin bronxit" və s. xəstəliklərdən əziyyət çəkməsinə səbəb oldu. Əgər 10 ay tez qətnamə icraya yönəlsəydi, miqdarları artırılan müalicə xərcləri və aliment 10 ay tez mənə ödənilsəydi, övladı xəstəxanayalara düşməzdi və 16 il alimenti və müalicə xərcləri barədə icra sənədlərini icra etməyib alimenti ödənilməyən, buna görə səhhəti fəsadlaşan əlil övladın 10 ay tez müalicələri daha da ixtisaslaşmış və özəl klinikalarda aparılardı. Hal-hazırda da vəkilin bu qanunsuz hərəkətindən səhhəti fəsadlaşan övladın xəstəxanalarda müalicə olunur, həkim nəzarətində qalmaqda davam edir. Həmçinin 3-cü şəxs X.Cəbrayılova şikayət verilməsi qanunda nəzərdə tutulmayan qərardaddan şikayət verib mülki işi məhkəmələrdə əsassız süründürməklə, müvəkkilini 10 ay alınment ödəməkdən də kənarda saxladı. Vəkil X.Cəbrayılovanın hüquqlardan sui-istifadə etməsi və məhkəmə proseslərini əsassız yubatmaq niyyətinin olması,təmsil etdiyi şəxsi 10 ay aliment ödəməkdən kənarda saxlamaq niyyətinin olması, qərardaddan verilən şikayətlərə baxan Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarında öz əksini tapıb. Vəkil X.Cəbrayılovanın qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Vəkillər Kollegiyasına şikayət verdim,vəkilin barəsində intizam icraatı aparılmasını və qərar qəbul edilməsini xahiş etdi. Şikayətlə əlaqədar Vəkillər Kollegiyasının İntizam Komissiyası X.Cəbrayılovanın hərəkətlərini araşdırdı, həmin komissiyanın iclasına şəxsən ona əyani olaraq dəvət etdilər, 11 nəfərə yaxın intizam komissiyasının qarşısında tribunada, kürsüdə özüm çıxış etdi, vəkilin qanunsuz hərəkətlərini əyani olaraq onların diqqətinə çatdırdı, intizam komissiyasının nümayəndələri onu dinlədilər.Vəkillər Kollegiyasının iddiaçıya göndərdiyi 04 iyun 2018-ci il tarixli 216 saylı məktubda deyilir ki, vəkili X2 barəsində Vəkillərin İntizam Komissiyasında araşdırılma aparıldı, müvafiq rəy verildi, həmin rəyə Rəyasət Heyətinin iclasında baxıldı, X7 əsasən vəkil X.S.Cəbrayılova qanun pozuntusuna yol verilmədiyi müəyyən edildi. İinzibati işin içində Vəkillər Kollegiyasının həmin məktubunu əlavə edilib. İddiaçı hesab edir ki, Vəkillər Kollegiyası vəkilin peşə fəaliyyətini həyata keçirərkən vəkil etikasını, qanunvericilik normalarını kobud şəkildə pozması hallarını düzgün araşdırmayıb, bununla mənə və övladıma maddi və mənəvi zərər vurmuşdur, hazırda da zərər vurmaqda davam edir. Buna görə də inzibati məhkəmə vurulan maddi və mənəvi zərərə görə qərar qəbul etməlidir. İddiaçı qeyd etdi ki, Vəkillər Kollegiyasının hərəkətlərini düzgün araşdırmadığı 3-cü şəxs X.Cəbrayılova, şikayət verilməsi nəzərdə tutulmayan qərardaddan şikayət verib 10 ay mülki işi məhkəmə baxışından kənarda saxlaması eyni zamanda dövlətə, məhkəmələrə əlavə dəftərxana xərcləri yaratdı, 3 instansiya məhkəmələrindəki hakimlərdə əlavə vaxt itkisinə səbəb oldu, 3-cü şəxsin şikayət verilməsi prosesual qanunvericilikdə nəzərdə tutulmayan qərardadın verdiyi şikayətə baxan hakimlərin cəzalanmasına səbəb oldu. İnzibati qaydada qaldırığı iddia tələbinə Bakı İnzibati Məhkəməsi 30 aprel 2021-ci ildə Qərardad qəbul etdi. Qərardad əsassız olduğu üçün ləğv edilməlidir, inzibati iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə qərardadında qeyd edir ki, iddia mümkün sayılmamalıdır, mülki hüquq xarakterili iddiadır.İddiaçı qeyd etdi ki, inzibati məhkəmədə hüququ şəxsə - inzibati orqana qarşı, yəni Vəkillər Kollegiyasına qarşı iddia qaldırmışam. "İnzibati orqan"nın tərifi, izahı Azərbaycan Respublikasının "İnzibati İcraat haqqında" Qanununda açıq-aşkar yazılır. Yəni, Azərbaycan Respublikasının "İnzibati İcraat haqqında" Qanunun 2.0.1-ci maddəsində deyilir: inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs. Maddədən də aydın olur ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanun" Vəkillər Kollegiyasına inzibati akt qəbul etmək üçün səlahiyyət verilən hüquqi şəxsdir və inzibati orqandır. İddiaçı hazırkı iddia tələbi üzrə 3-cü şəxsin qanunsuz hərəkətlərindən inzibati orqana - Vəkillər Kollegiyasına şikayət etmişdir, 3-cü şəxsin barəsində inzibati qərar qəbul etməsini xahiş etmişdir. Vəkillər Kollegiyası da, 3-cü şəxs barəsində düzgün araşdırma aparılmayan bir cavab verdi. Hazırki iş üzrə 3-cü şəxsin qanun pozuntularına görə Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsuliyyət daşıyır. Çünki vəkillərin törətdikləri qanun pozuntulanna görə Vəkillər Kollegiyası onları intizam məsuliyyətinə cəlb edir, bu barədə qərar qəbul edir, həmçinin vəkillər apardıqları işlər üzrə proses iştirakçılarına maddi zərər vurduğu halda Vəkillər Kollegiyası vəkilin sığorta bank hesabından dəymiş zərəri ödəməlidir. Çünki bu məqsədlə vəkillər aylıq gəlirinin 2 faizi miqdarında həmin hesaba pul ödəyir. Buna görə də 3-cü şəxsin vurduğu zərərə görə Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsuliyyət daşıyır.3-cü şəxs X.Cəbrayılova prosesual qanunvericilikdə müəyyən olunmayan şikayət verilməsi mümkün olmayan bir qərardaddan şikayət verərək ona maddi və mənəzi zərər vurmuşdur, mülki işi mahiyyətindən 10 ay kənardan saxlamağa nail olmuşdur, Ali Məhkəmənin qərarında da yazıldığı kimi, vəkil prosesual hüquqlardan sui-istifadə etmişdir. Vəkillər Kollegiyası da bu vəkili cəzalandırmamışdır. İddiaçı qeyd etdi ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarından da görünür ki, 3-cü şəxs X.Cəbrayılova prosesual qanunvericiliyin tələbləri pozaraq məhkəməyə təqdim etdiyi şikayətlərin nəticəsində təmsil etdiyi şəxsi, müvəkkilini mülki proses zamanı 1000 AZN cərimə olunmasına da səbəb olmuşdur. Vəkillər kollegiyası da buna göz yumaraq, 3-cü şəxsin əməlinə düzgün hüququ qiymət verməmişdir. İşin hallarından da görünür ki, məhkəmə proseslərinin əsassız olaraq yubanması nəticəsində aliment öhdəliklərinin icrası 10 ay yubadılıb və məhkəmə qətnaməsi 10 ay gec qüvvəyə minərək icraya yönəlib, bundan əlavə, 3-cü şəxs X.Cəbrayılovanın qanunsuz hərəkətləri nəticəsində təmsil etdiyi müvəkkilini 10 ay aliment ödəməkdən də azad etmişdir, sonradan yeni iddia tələbləriylə, 10 ayın alimentini məhkəmə qaydasında təmin etdirsəmdə, 4 ildir, Ali Məhkəmə gah ləğv edir, gah da 10 ayın alimentini icraya göndərir, yəni 4 ayın alimentini hələ də ala bilmirəm, 3-cü şəxsin günahı üzündən. Buna görə də 10 ayın aliment və müalicə xərcləri cavabdeh orqan tərəfindən ödənməlidir. Qətnamə 10 ay gec qanuni qüvvəsinin aldığına görə hər ay 900 manat artırılan və mənə ödənilməli olan aliment və əlavə xərclərin 10 ayının pulu, ümumilikdə 9000 (doqquz min) manat məğləğində pul cavabdehdən alınaraq mənə verilməlidir, bu iddia tələbimə də inzibati məhkəmədə baxılmalıdır. İddiaçı apellyasiya şikayətinin təmin olunması,Bakı İnzibati məhkəməsinin 2-l(112)-5382/2021 saylı 30 aprel 2021-ci il tarixli Qərardadı ləğv edilməsi, iddia tələbləri üzrə, 3-cü şəxs X2 qanunsuz hərəkətləri nəticəsində mənə dəymiş maddi zərərin əvəzi kimi 10000 (on min) manat, mənəvi zərərin əvəzi kimi 50.000 manat, 10 ayın alimenti və müalicə xərcləri olan 9000 (doqquz min) manat məğləğində pulun,ümumilikdə 69.000 manat pulun cavabdeh Vəkillər Kollegiyasının Rəyasət Heyətindən alınaraq ona ödənilməsinə dair iddia ərizə üzrə inzibati işə mahiyyəti üzrə baxılması təmin olunması, məbləğlər qarşı tərəfdən alınıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili X9 məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətinin təmin olunmamasını, qərardadın qüvvədə saxlanılmasını xahiş etdi. 3-cü şəxs X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan 3-cü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsləri dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Vəkillər X3 yönəlmişdir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən edilməsi üçün iddia tələbinin faktiki əsasının aydınlaşdırılması zəruridir. İddiaçının iddia ərizəsindən və məhkəmə iclasında izahatından məlum olur ki, iddiaçının etirazı, narazılığı və şikayəti məhz iddia ərizəsində qeyd edilən, hazırkı iş üzrə üçüncü şəxs olan vəkil X2 hərəkətləri nəticəsində onun maddi və mənəvi zərər çəkməsi ilə bağlıdır. Hüquq münasibətinin mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı iddia irəli sürsə də, cavabdeh orqan ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törənmiş olsun. Çünki, iddia ərizəsində qeyd edilən maddi və mənəvi zərərin vurulması halları cavabdehin hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar deyil, iddiaçının özünün də iddia ərizəsində dönə-dönə vurğuladığı kimi, üçüncü şəxs olan X2 hərəkətləri ilə əlaqədardır. İddiaçı ilə üçüncü şəxs arasındakı münasibət isə mülki hüquq xarakterli, daha dəqiq, deliktdən yaranan öhdəlik münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Birinci instansiya məhkəməsinin qənaətinə görə, iddiaçının qaldırdığı məsələnin publik hüquq münasibətlərinə aid olmaması ilə yanaşı, cavabdeh Vəkillər Kollegiyasının Rəyasət Heyəti hazırkı iddiaya cavab verməli olan orqan deyil. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) və Vəkillər Kollegiyasının Rəyasət Heyəti Vəkillər Kollegiyasının orqanlarıdır. Həmin Qanunun 16-cı maddəsinin İİ hissəsinə əsasən, vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində müdafiə edilən və yaxud təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna vəkil maddi məsuliyyət daşıyır. Müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə vəkillərin sığorta bank hesabı yaradılır. Hər bir vəkil hər ay həmin hesaba aylıq gəlirinin 2 faizini keçirir. Hər hansı vəkil tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün onun vəsaiti kifayət etmədikdə, məhkəmə qərarına əsasən vəkillərin sığorta bank hesabı vəsaitindən istifadə edilir. Belə hallarda Vəkillər Kollegiyasının Rəyasət Heyəti Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sığorta bank hesabından ödənilmiş vəsaiti ziyan vurmuş vəkildən tələb etməlidir. İddiaçının tələbini əsaslandırdığı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin vəkilin vurduğu zərərə görə məsuliyyət daşıması ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda şərh edilən maddədən də göründüyü kimi, vəkilin qanun pozuntusuna yol verməsinə görə maddi məsuliyyəti vəkilin özü daşıyır və iddiaçının qeyd etdiyi sığorta bank hesabından ziyanın ödənilməsi isə vəkilin müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi daşıyır və vəkilin vəsaiti kifayət etmədikdə istifadə edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, birinci insytansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçı aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etməlidir. Həmçinin qeyd edilmişdir ki, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmaması və cavabdehin iddiaya cavab verməli olmaması əsası ilə mümkün sayılmadığından iddianın digər ümumi və xüsusi mümkünlük şərtlərinin yoxlanılması üçün əlavə araşdırılma aparılmasına zərurət görmür və özünün bu mövqeyini “prosessual qənaət” prinsipinə uyğun hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etmir, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq, düzgün nəticəyə gəlmişdir, ona görə də iddiaçının apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30.04.2021-ci il tarixli, 2-1(112)-5382/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Azər Hüseynov Səadət Bəktaşı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar