Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1736/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis idarəsinə qarşı “evə qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X18 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis idarəsinə qarşı “evə qeydiyyata alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2551/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10521/2019 saylı 12 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən X10, X11 və X3 apellyasiya şikayətinin təmin edilməməsi, X14 və İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3650/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 3 ünvanda yerləşən mübahisəli yaşayış sahəsi üzərində X14 və İddiaçı hüquqlarını məhdudlaşdıran və Binəqədi Rayon Məhkəməsinin 2405/2000 saylı iş üzrə 2 may 2000-ci il tarixli qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn X10. X11 və X3 hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, X14 və İddiaçı aid yaşayış sahəsindən istifadə etmə qaydalarına X10, X11 və X15 tərəfindən edilən müdaxilələrin aradan qaldırılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1084/2020 saylı 3 mart 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı sözügedən yaşayış evinə istifadə hüququnun olduğuna əsaslanaraq hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, Binəqədi rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 059-29568Ş saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən ünvana qeydiyyata alınması qanunamüvafiq deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis idarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ünvan 5 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2934/2016 saylı iş üzrə 5 iyul 2016-cı il tarixli qərarı ilə onun Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 4 saylı evə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 680/2017 saylı iş üzrə 11 aprel 2017-ci il tarixli qərardadı ilə 3-cü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 5 iyul 2016-cı il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1389/2017 saylı iş üzrə 23 iyun 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, iddiaçı qismində X10, X11 və X15 cavabdeh qismində X6 və İddiaçı (3-cü şəxs Bakı şəhəri Binəqədi RİH başçısının Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin və digər şəxslərin zəbt etdikləri, iddiaçıların istifadələrində olan ünvan 6 ünvanında yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılması, həmin sahələrin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmislər. O və X14 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək həmin iddia tələbinin rədd olunması, X10, X11 və X15 tərəfindən ünvan 7 ünvanında yerləşən və ünvan 8ixli qətnaməsi ilə hazırkı iddiaçının qardaşı X7 istifadəsinə verilmiş (iki yaşayış otağı – 20 kv.m. və 18 kv.m, veranda 18 kv.m. olan) və ölümündən sonra hazırda iddiaçının yaşadığı yaşayış sahəsi üzərində hüquqları məhdudlaşdıran və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəktlərə son qoyulması, hazırkı iddiaçıya aid yaşayış sahəsindən istifadə etmə qaydalarına edilən müdaxilələrin aradan qaldırılması və törədilmiş deliktə görə müştərək qaydada hər birinə 10.000 manat miqdarında mənəvi ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 2(001)-3650/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələblərinin rədd olunması qət edilmişdir. Qətnamədən həm iddiaçılar, həm də cavabdehlər apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10521/2019 saylı iş üzrə 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə X10, X11 və X3 apellyasiya şikayətinin təmin edilməməsi, X14 və İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3650/2019 saylı iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 3 ünvanında yerləşən mübahisəli yaşayış sahəsi üzərində X14 və İddiaçı hüquqlarını məhdudlaşdıran və Binəqədi Rayon Məhkəməsinin 2405/2000 saylı işi üzrə 2 may 2000-ci il tarixli qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn X10, X11 və X3 hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, X14 və İddiaçı aid yaşayış sahəsindən istifadə etmə qaydalarına X10, X11 və X15 tərəfindən edilən müdaxilələrin aradan qaldırılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1084/2020 saylı 03 mart 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10521/2019 saylı 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Onun həmin yaşayış sahəsindən orada yaşamaqla istifadə hüququ artıq məhkəmə qərarı əsasında müəyyən edilmişdir. Bununla bağlı cavabdeh orqanın onun adı çəkilən yaşayış evinə qeydiyyata alınması barədə tələbinin təmin olunmasından imtinası əsassız olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2551/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin 2-1(112)-2551/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən həqiqət müəyyən edilməmiş, iş hərtərəfli, tam və ədalətli araşdırılmamış, nəticədə əsassız qərar çıxarılmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis idarəsinə qarşı tələbi, “ünvan 5 ünvanına qeydiyyata alınması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi sözügedən evin özbaşına tikili olmasına, cavabdeh orqan tərəfindən verilmiş imtinanın qanuni və əsaslı olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın imtinasının yeganə dəlili “Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi ünvanında yerləşən 4 saylı evə dair hüququnu təsdiq edən sənədin iddiaçı tərəfindən təqdim olunmamasıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1084/2020 saylı 3 mart 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi ilə X8 X12 qarşı “yaşayış sahəsindən və həyətyanı sahədən istifadə qaydasının müəyyən edilməsi” barədə iddiası təmin edilərək, evdən istifadə qaydası müəyyən edilməklə, X2 20 kv.m. olan yaşayış otağından və sahəsi 12 kv.m. olan verandadan; X16 və F.A.Yeniskanyanın isə sahəsi 20 və 12 kv.m. olan 2 yaşayış otağından və sahəsi 18 kv.m. olan verandadan; X9 isə sahəsi 24 kv.m. olan yaşayış otağından və sahəsi 12 kv.m. olan verandadan istifadə etmələri qət edilib. X16 xx.xx.2012-ci ildə ölüb. X17 isə xx.xx.1990-cı ildə rəsmi nikah əsasında X13 ilə ailə qurub. Rəşid Hüseynov xx.xx.2014-cü il tarixdə ölüb. Tərəflər mübahisəli evdə yaşayış yeri üzrə daimi qeydiyyatdadırlar. Almas Həsənova, Seyara Səmədova, Gülnarə Məmmədova və Rahib X1 miras qalmış (mübahisəli evdə yerləşən yaşayış sahəsi 20 kv.m. və 12 kv.m. olan otaqlar və sahəsi 18 kv.m. olan veranda) əmlakı qəbul etməkdən imtina etmişlər. Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Solmaz Şərifovanın "xxxx" ASC və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsindən və əşyalardan istifadə etmək faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək, Solmaz Şərifovanın xx.xx.2012-ci il tarixdən mübahisəli evdən və Binəqədi rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi ilə mərhum qardaşı Rafiq Hüseynov tərəfindən istifadə edilməsi üçün (istifadə etmə qaydaları) müəyyən edilmiş yaşayış sahəsindən və orada yerləşən əşyalardan istifadə etmək faktı müəyyən edilmişdir. Buna görə də Solmaz Şərifova və İddiaçı ünvan 3 ünvanda yerləşən mübahisəli yaşayış sahəsi üzərində hüquqlarını məhdudlaşdıran və Binəqədi Rayon Məhkəməsinin 2405/2000 saylı iş üzrə 2 may 2000-ci il tarixli qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn X10, X11 və X3 hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, X14 və İddiaçı aid yaşayış sahəsindən istifadə etmə qaydalarına X10, X11 və X15 tərəfindən edilən müdaxilələrin aradan qaldırılması barədə apellyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, İddiaçı (X5 övladı) qeydiyyata alınmasını tələb etdiyi ünvan 9 ünvanında yerləşən 4 saylı evə istifadə hüququnun mövcudluğu iş materiallarında olan mülki işlər üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə sübuta yetirilir. Bu fakt həmçinin apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş müvafiq sənədlərlə də təsdiq olunur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə yuxarıda sadalanan faktları nəzərə almamaqla yanaşı, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi evdə başqa şəxslərin qeydiyyatda olub-olmaması, belə şəxslərin qeydiyyatda olduğu halda iddiaçının həmin şəxslərlə qohumluq əlaqələrinin olub-olmadığı, iddiaçının adına başqa daşınmaz əmlakın müvafiq reyestrdə qeydiyyata alınıb-alınmadığı məsələlərini də araşdırmamışdır. Qeyd olunmalıdır ki, məhkəmə iddiaçının tələbinin təmin olunmasından imtina üçün cavabdehin əsas kimi göstərdiyi “evə dair hüquqmüəyyənedici sənədin olmaması əsası”nın yeganə əsas kimi çıxış etməsinin mümkünlüyü məsələsinə də hüquqi qiymət verməli idi. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, 4 saylı evdə qeydiyyatda olan şəxslər barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, ünvan 5 ünvanında xx.xx.1992-ci il təvəllüdlü X19, xx.xx.1974-cü il təvəllüdlü İlxas-zadə Dürdanə Müzəffər qızı, xx.xx.2003-cü il təvəllüdlü X20 və xx.xx.1984-cü il təvəllüdlü X21 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Eyni zamanda məhkəmə tərəfindən İddiaçı adına daşınmaz əmlakın qeydiyyata alınıb-alınmaması barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, iş üzrə müəyyən olundu ki, İddiaçı hazırda qeydiyyata alınmasını tələb etdiyi ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində onun və anasının istifadə hüququ olmaqla qeydiyyatsız yaşayır. Buna görə də iddiaçı uzun müddət yaşadığı və həmin evdən istifadə hüququ qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə tanınmış ünvana qeydiyyata alınmasını tələb etməkdə haqlıdır. Cavabdeh inzibati orqan isə iddiaçını sözügedən evə qeydiyyata almaqdan imtina edərkən buna əsas kimi həmin evə dair sənədlərin mövcud olmadığına istinad edir. Halbuki həmin evə dair əvvəllər mərhum X22 adına texniki pasport mövcud olmuş, sonradan həmin evdən mərhumun oğlu X7 istifadə etmə qaydası məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, sonuncunun vəfatından sonra isə ondan miras qalmış əmlakdan İddiaçı və anası Solmaz Şərifovanın istifadə etmələri və mirası qəbul etmələri faktı digər vərəsələrin ərizəsi və yuxarıda adı çəkilən məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Bununla yanaşı, iddiaçı və anasının həmin əmlakdan (qeydiyyata alınmasını tələb etdiyi yaşayış evindən) istifadəsinə maneə törədən digər şəxslərə belə hərəkətlərin edilməsinin qadağan olunması barədə məhkəmə qətnamələri mövcuddur. Bütün bu hallar cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamış, belə ki, inzibati orqan iddiaçının müraciəti ilə bağlı inzibati icraatı Qanunla müəyyən edilmiş qaydalara uyğun aparmamış, bu icraatın tam və hərtərəfli aparılmasına xidmət edə biləcək müvafiq zəruri sənədlərin icraata təqdim olunmasına təşəbbüs göstərməmiş, nəticədə yarımçıq icraat apardığı üçün iddiaçının sözügedən yaşayış evinə qeydiyyatının aparılmasından yalnız həmin evə dair hüquqmüəyyənedici sənədin mövcud olmaması əsası ilə imtina etmişdir ki, bu da əsassız olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Digər tərəfdən inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərkən həmin ünvana digər şəxslərin də qeydiyyatda olduğunu nəzərə almamışdır. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, ünvan olaraq adı çəkilən ünvanda qeydiyyatda olan şəxslər iddiaçı ilə qohumluq münasibətlərində olan şəxslərdir, hansı ki həmin şəxslər İddiaçı və anası Solmaz Şərifova ilə əvvəllər aralarında məhkəmə mübahisələrinin mövcud olduğu şəxslərin, o cümlədən Solmaz Şərifovanın qardaşı Rahib Hüseynovun ailə üzvləridir. Bu fakt məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili tərəfindən də təsdiq olunmuşdur. Beləliklə, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi yaşayış evi digər şəxslərin qeydiyyatda olduqları ünvanla eyni ünvanda yerləşsə də, həmin şəxslərin yaşadığı evdən ayrıdır ki, bu da həmin yaşayış sahələrindən ayrı-ayrılıqda istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qətnamələri ilə təsdiqini tapır. Belə olan halda iddiaçının məhkəmə qətnamələri ilə istifadə hüququ tanınmış yaşayış evinin yerləşdiyi ünvanda digər şəxslərin (həmin ünvanda yerləşən başqa evlərdən istifadə qaydaları müəyyən edilmiş şəxslərin) qeydiyyatda olduğunu bildiyi halda cavabdeh inzibati orqan iddiaçının həmin ünvanda ayrıca yerləşən yaşayış evinə qeydiyyata alınmasından imtina edərkən onun qanunla qorunan bərabərlik hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Göründüyü kimi, apellyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2551/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməli, iddaçının Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi ünvanında yerləşən 4 saylı evə qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2551/2022 saylı 24 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi ünvanında yerləşən 4 saylı evə qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1736/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1736/2022
07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver