Məhkəmə qərarları › İş №2-1(103)-1736/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1736/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1736/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1736/2023 (Açar sözlər: “güzəştli şərtlərlə pensiya təyin olunması”) Bakı şəhəri 30 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2127/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1963-cü ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

2. НЗ seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək hərbi xidmətdə olmuşdur.

3. 15.08.1980-ci ildə tərtib olunmuş ИT-İ ******* №-li əmək kitabçasının notarial qaydada tərcümə təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci ildə Əzizbəyov adına qoyunçuluq sovxozuna fəhlə qəbul edilmişdir (Əmr № 89, xx.xx.1980-ci il); xx.xx.1984-cü ildə fəhləçilikdən azad edilmişdir (Əmr № 118, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə 19 saylı orta peşə məktəbinə rəngsaz-suvaqçı ixtisasına qəbul olunmuş (Əmr № 81-K, xx.xx.1984-cü il); xx.xx.1985-ci ildə həmin peşə məktəbini bitirmişdir (Əmr № 39-K, xx.xx.1985-ci il); xx.xx.1985-ci ildə SSRİ Nəqliyyat Tikinti Nazirliyinin “Baştunelmetrotikinti”nin “İttifaqmetroxüsusitikinti” idarəsinə 4-cü dərəcəli suvaqçı-rəngsaz qəbul olunmuşdur (Əmr № 362, xx.xx.1985-ci il); xx.xx.1987-ci ildə 4-cü dərəcəli suvaqçı, 4-cü dərəcə dərəcəli rəngsaz (Əmr № 174-K, xx.xx.1987-ci il); xx.xx.1991-ci ildə 5-ci dərəcəli suvaq ustası dərəcəsi verilmişdir (Əmr № 23-k, xx.xx.1991-ci il); xx.xx.1992-ci ildə “İttifaqmetroxüsusitikinti” Bakı filialına keçirilmişdir (Əmr № 91-k, xx.xx.1992-ci il); xx.xx.1992-ci ildə “İttifaqmetroxüsusitikinti” İdarəsinin Bakı filialına 5-ci kateqoriya suvaqçı vəzifəsinə qəbul edilmişdir (Əmr № 7-k, xx.xx.1992-ci il); xx.xx.2014-cü ildə işdən azad edilmişdir (Əmr № 164/k, xx.xx.2014-cü il); xx.xx.2014-cü ildə "xxxx" QSC Tikinti Departamentinin Xüsusi X4 5-ci dərəcə ilə suvaqçı peşəsinə qəbul edilmişdir. xx.xx.2016-cı ildə 5-ci dərəcə ilə briqadir suvaqçı, xx.xx.2017-ci ildə isə yeraltı iş şəraitinə 5-ci dərəcəli suvaqçı-briqadir peşəsinə keçirilmişdir..

4. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş A/49, 16 fevral 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin “Baştunelmetrotikinti”nin “İttifaqmetroxüsusitikinti” (“Qlavtonnelmetrostroy” “Soyuzmetrospetsstroy”) idarəsinə xx.xx.1985-ci il tarixində 4-cü dərəcəli suvaqçırəngsaz peşəsinə qəbul edilmişdir. xx.xx.1991-ci il tarixindən 5-ci dərəcəli suvaqçı peşəsində işləmiş xx.xx.1992-ci il tarixindən “İttifaqmetroxüsusitikinti” idarəsinin Bakı filialına keçirilmişdir. xx.xx.1998-ci il tarixindən “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin Xüsusi Tamamlama İşləri idarəsində 5-ci dərəcəli suvaqçı peşəsində işləmişdir xx.xx.2014-cü il tarixindən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü tarixindən "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi X4 5-ci dərəcəli suvaqçı peşəsinə qəbul edilmişdir və xx.xx.2016-cı il tarixindən 5-ci dərəcəli suvaqçı-briqadir peşəsinə keçirilmişdir xx.xx.2017- ci il tarixindən yeraltı iş şəraiti üzrə 5-ci dərəcəli suvaqçı-briqadir peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri" siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li qərara uyğun olaraq həmin siyahının 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər hissəsinin a) fəhlələr bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına cıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 36 il 04 ay 27 gün təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 641 saylı qərarına və “Aztunelmetrotikinti” DŞ-nin xx.xx.1993-cü il tarixli 91/H saylı əmrinə əsasən Soyuzmetrospetsstroy idarəsinin Bakı filialı “Aztunelmetrotikinti” DŞ-nin Xüsusi Tamamlama İşləri İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı sərəncamı ilə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin Xüsusi Tamamlama İşləri idarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.

5. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 90 №-li, xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı Cəlal oğlu 01 sentyabr 1984-cü il tarixində 81-K nömrəli əmrə əsasən “Suvaqçı rəngsaz” ixtisası üzrə 19 nömrəli orta texniki peşə məktəbinə əyani daxil olmuş, 16 iyun 1985-ci il tarixində 39-K nömrəli əmrə əsasən həmin ixtisas üzrə tam kursu bitirmişdir. İddiaçı təhsil haqqında dövlət sənədi Diplom № 772693 verilmişdir.

6. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş **********0 saylı 29 iyul 2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin qüzəstli şərtlərlə vasa oörə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin “Qlavtonnelmetrostroyun Soyuzmetrospetstroy” İdarəsində, “Soyuzmetrospetstroy” idarəsinin Bakı filialında və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin Xüsusi Tamamlama işləri idarəsində müvafiq olaraq suvaqçı-rəngsaz və suvaqçı peşələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı "xxxx" QSC-də saxlanılan ona dair əmək haqqı barədə cədvəllərdə 2001-ci il üzrə 12 ay, 2002-ci il üzrə 6 ay, 2003-cü il üzrə 7 ay, 2004-cü il üzrə 10 ay və 2005-ci il üzrə 10 ay əmək haqqı ödənilmədiyi aşkar edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrləri onun iş stajına daxil etmək mümkün deyil. Eyni zamanda əmək kitabçası araşdırılarkən orada qeyd olunan 1-ci və 2-ci qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 42-43-cü səhifələrində müvafiq olaraq 1-ci qeyddə işə daxil olma tarixinə və əmr tarixinə düzəlişlər edilmişdir. Buna görə də xx.xx.1980- xx.xx.1984-cü il (xx.xx.1981xx.xx.1983-cü il hərbi xidmət dövrü əmək stajına daxil edilib) tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəblərdən də onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (19 il 6 ay 21 gün), güzəştli iş stajınız isə 12 il 6 aydan az (11 il 1 ay 16 gün) təşkil edir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı gündən ona həm pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.1963-cü il təvəllüdlü ona pensiya hüququ yarandığı yəni, 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüququ yarandığı üçün bununla bağlı olaraq cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 29 iyul 2022-ci il tarixli məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Həmin imtina əsassızdır və qanunsuzdur, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanaraq təyin edilməlidir. Ona məxsus olan əmək kitabçası və digər sənədlərə əsasən qanunla müəyyən edilmiş həm ümumi - 25 il sosial sığorta stajına, həm də əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş 12 il 6 ay sığorta stajına malikdir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

10. Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li . siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Vətəndaşın inzibati orqana təqdim etdiyi ИT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin “Qlavtonnelmetrostroyun” “Soyuzmetrospetstroy” idarəsində, “Soyuzmetrospetstroy” idarəsinin Bakı filialında və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin Xüsusi Tamamlama İşləri İdarəsində müvafiq olaraq suvaqçırəngsaz və suvaqçı peşələrində işlədiyi qeyd olunmuşdur. İnzibati orqanın mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı "xxxx" QSC-də saxlanılan iddiaçıya dair əmək haqqı barədə cədvəllərdə 2001-ci il üzrə 12 ay, 2002-ci il üzrə 6 ay, 2003-cü il üzrə 7 ay, 2004-cü il üzrə 10 ay və 2005-ci il üzrə 10 ay əmək haqqı ödənilmədiyi aşkar edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan dövrləri iddiaçının iş stajına daxil etmək mümkün olmamışdır.Eyni zamanda əmək kitabçasına vizual baxış zamanı orada qeyd olunan 1 -ci və 2-ci qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçıya məxsus əmək kitabçasının 42-43-cü səhifələrində müvafiq olaraq 1 -ci qeyddə işə daxil olma tarixinə və əmr tarixinə düzəlişlər edilmişdir. Buna görə də xx.xx.1980- xx.xx.1984-cü il (xx.xx.1981-xx.xx.1983-cü il hərbi xidmət dövrü əmək stajına daxil edilib) tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün deyil. Həmçinin əmək kitabçasının 45-ci səhifəsində sol sütundakı nömrələnmələrdəki rəqəmlər üzərində düzəlişlər edilmişdir. İddiaçı Cəlal oğlunun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 6 ay 21 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (11 il 1 ay 16 gün) təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

11. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2127/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

15. Hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur

16. Birinci instansiya məhkəməsi “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2; 2.0.1, 17-ci maddələrinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3; 14.3, 34.1, 73.1-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, 3.1, 3.2, 9.1, 21.1, 31.2-1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndin maddələrinə, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinə; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarına; “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67, 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə, 67-ci maddəsinə əsasən ....g), 69-cu maddəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci, 3-cü bəndlərinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

17. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2127/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2127/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2127/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı əsassızdır. Buna görə də həmin qərar ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, İddiaçı xx xxxx 1963-cü il tarixdə anadan olmuşdur. 25 il ümumi sığorta stajına malikdir. Həmin sığorta stajının 12 il 6 aydan artıq hissəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda göstərilən vəzifədə işləmişdir. Buna görə də ona 57 yaşdan, yəni 18 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 29 iyul 2020-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Həmin imtina qanunsuz və əsassızdır. Ona görə ki, şərh olunduğu əmək kitabçası, iş yerindən olan arayışlarla və digər sənədlərlə müəyyən olunur ki, İddiaçı 25 ildən artıq sosial sığorta stajına və həm də həmin müddətin 12 il 6 aydan artıq bir müddətini əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə işləmişdir. İş materiallarında olan İddiaçı əmək kitabçasından görünür ki, İddiaçı 15 sentyabr 1980-ci il tarixdə Laçın rayonu Əzizbəyov adına qoyunçuluq sovxozuna fəhlə qəbul olunmuşdur. 11 may 1981-ci il tarixdən 28 iyun 1983-cü il tarixədək (2 il 1 ay 17 gün) hərbi xidmətdə olmuşdur. Həqiq hərbi xidmətdən sonra 29 iyun 1983-cü il tarixdən 30 noyabr 1984-cü.il tarixədək yenidən həmin sovxozda fəhlə işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X7 və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin 90 №-li 07 iyun 2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki. İddiaçı Cəlal oğlu 01 sentyabr 1984-cü ildə 81-K nömrəli əmrə əsasən «Suvaqçı-rəngsaz» ixtisası üzrə 19 nömrəli orta texniki peşə məktəbinə əyani daxil olmuş 16 iyun 1985-ci il tarixində 39-K nömrəli əmrə əsasən həmin ixtisas üzrə tam kursu bitirmişdir. İddiaçı təhsil haqqında dövlət sənədi Diplom JG772693 verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş A/49. 16 fevral 2022-ci il tarixli arayışdan görünür ki. İddiaçı SSSR-i Nəqliyyat Tikintisi Nazirliyimin «Baştunelmetrotikinti»nin «İttifaqmetroxüsusitikinti» («Qlavtonnelmetrostroy» «Soyuzmetrospetsstroy») idarəsinə xx.xx.1985-ci il tarixində 4-cü dərəcəli suvaqçı-rəngsaz peşəsinə qəbul olunmuşdur. xx.xx.1991-ci il tarixindən 5-ci dərəcəli suvaqçı peşəsində işləmiş xx.xx.1992-ci il tarixindən «İtlifaqmetroxüsusitikinti» idarəsinin Bakı filialına keçirilmişdir. xx.xx.1998-ci il tarixindən «Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətinin Xüsusi Tamamlama İşləri idarəsində 5-ci dərəcəli suvaqçı peşəsində işləmişdir. xx.xx.2014-cü il tarixindən AR ƏM-nin 68-ci maddəsinirn 2-ci hissəsinin «a» bəndinə əsasən (tərflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi Tamamlama İşləri İdarəsinə 5- ci dərəcəli suvaqçı peşəsinə qəbul edilmişdir və xx.xx.2016-cı il tarixindən 5-ci dərəcəli suvaqçıbriqadir peşəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixindən yeraltı iş şəraiti üzrə 5-ci dərəcəli suvaqçı-briqadir peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li qərara uyğun olaraq həmin siyahının 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri işləri üzrə yeraltı işlər hissəsinin a) fəhlələr bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasısına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlə əmək stajı 36 il 04 ay 27 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.12.993-cü il tarixli 641 saylı Qərarına əsasən «Aztunelmetrotikinti» DŞ-nin xx.xx.1993-cü il tarixli 91\H saylı əmrinə əsasən «Soyuzmetrospetsstroy» idarəsimin Bakı filialı «Aztunelmetrotikinti» DŞ-nin Xüsusi Tamamlama İşləri İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metrpoliteni və «Azərtunelmetrotikimti» SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi əsası kimi ona istinad etmişdir ki, İddiaçı hərbi xidmət dövrü (xx.xx.1981-xx.xx.1983=2 il 1 ay 17 gün) təhsil dövrü -(xx.xx.1984 - xx.xx.1985 = 8 ay 15 gün) əmək stajı - (xx.xx.1980 - xx.xx.1981; xx.xx.1983 - xx.xx.1984; xx.xx.1985 - xx.xx.2006 = 22 il 1 ay 7 gün). Ümumilikdə 24 il 11 ay 09 gün təşkil edir. Beləliklə, birinci instansiya məhkəməsi İddiaçı ümuümi sığorta stajının 25 ildən az (öz hesablamasına görə 24 il 11 ay 09 gün) təşkil etməsinə əsaslanmaqla iddianın təmim edilməməsinə dair nəticəyə gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı ümumi sığorta stajına daxil edilməli olan təhsil, hərbi xidmət və əmək stajı dövrləri düzgün götürülmüş, lakin adi riyazi hesabalma vaxtı sadə səhvə yol verilmişdir. Belə ki. İddiaçı həqiqətən xx.xx.1981-xx.xx.1983 dövlər ərzində hərbi xidmətdə olmuşdur. Lakin, həmin müddət 2 il 1 ay 17 gün deyil. 2 il 1 ay 18 gün təşkil edir. Həmçinin İddiaçı 01 sentyabr 1984-cü ildə 81-K nömrəli əmrə əsasən «Suvaqçı-rəngsaz» ixtisası üzrə 19 nömrəli orta texniki peşə məktəbinə əyani daxil olmuş, 16 vun 1985-ci il tarixində 39-K nömrəli əmrə əsasən həmin ixtisas üzrə tam kursu əitirmişdir. Lakin, həmin müddət məhkəmə tərəfinidən hesablandığı kimi (xx.xx.1984 xx.xx.1985 = 8 ay 15 gün) deyik 08 ay 16 gün təşkil edir. Həmçinin İddiaçı əmək stajı - xx.xx.1980 xx.xx.1981 dövrlər üzrə 7 ay 26 gün təşkil edir. xx.xx.1983 - xx.xx.1984 dövrlər üzrə - 1 il 1 ay 30 gün. başqa sözlə 1 il 2 ay təşkil edir. Həmçinin xx.xx.1985 - xx.xx.2006-ci il tarixədək olan dövlər üzrə 20 il 3 ay 20 gün təşkil edir. Beləliklə, hərbi xidmət dövrü (xx.xx.1981-xx.xx.1983=2 il 1 ay 18 gün) təhsil dövrü -(xx.xx.1984 - xx.xx.1985 = 8 ay 16 gün) əmək stajı - xx.xx.1980 - xx.xx.1981 dövrlər üzrə 7 ay 26 gün təşkil edir. xx.xx.1983 - xx.xx.1984 dövrlər üzrə - 1 il 1 ay 30 gün. başqa sözlə 1 il 2 ay təşkil edir. Həmçinin xx.xx.1985 - xx.xx.2006-ci il tarixədək olan dövlər üzrə 20 il 3 ay 20 gün təşkil edir ki. bu da ümumilikdə 24 il 11 ay 20 gün təşkil edir. «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərləyaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqmda» Azərbay can Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş "Dövlət pensiyaları haqqında"’ SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli. 1044 saylı qərarı ilə təsdiqedilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydalarımın 109-cu maddəsinin «ıı» bəndində təsbit edilmişdi ki. ali. orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli "Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali. orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırla) an kurslarda. ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. "Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən təhsil dövrü - (xx.xx.1984 - xx.xx.1985 = 8 ay 16 gün) ümumi səğorta stağına daxil edilməlidir. İddiaçının hərbi xidmət dövrü (xx.xx.1981-xx.xx.1983=2 il 1 ay 18 gün), hərbi xidmət keçərkən qüvvədə olan "Dövlət pensiyalarının təyini və ödənilməsi" Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqq;nda” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər. Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" üzrə, həmin “Siyahı" təsdiq olunanadək isə Qanunun 9.8- ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı" və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı" (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Göründüyü kimi, İddiaçı xx.xx.1985-ci il tarixində 4-cü dərəcəli suvaqçı-rəngsaz peşəsinə qəbul olunmuşdur. xx.xx.1991 -ci il tarixindən 5-ci dərəcəli suvaqçı peşəsində işləmiş xx.xx.1992-ci il tarixindən «İttifaqmetroxüsusitikinti» idarəsinin Bakı fılialına keçirilmişdir. xx.xx.1998-ci il tarixindən «Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətinin Xüsusi Tamamlama işləri idarəsində 5-ci dərəcəli suvaqçı peşəsində işləmişdir. xx.xx.2014-cü il tarixindən AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən (tərflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 Nömrəli Siyahısının İ. Dağ-mədən işləri bölməsinin 2-ci yarımbölməsinin Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər adlanan a) bəndində fəhlələr 1010300a kod altında nəzərdə tutulmuşdur. Həmçinin həmin 1 nömrəli siyahının XXİ Nəqliyyat böməsinin Dəmir yolu və metropoliten yarım bölməsində a) bəndində fəhlələr 1200100a kod altında nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 No-li Siyahısının XXVİİİ Nəqliyyat Nəqliyyat bölməsinin 2. Metropolitenlər yarımbölməsinin a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr 2300200a kod altında, metropoliten müəssisələrinin briqadirləri isə 2300200a—112-2 altında nəzərdə tutulmuşdur. Şərh olunduğu kimi, İddiaçı məhkəmə tərəfindən adi riyazi hesablama zamanı yol verilmiş yanlışlığa görə 01 tarixə və yəni, əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinədək 24 il 11 ay 09 gün deyil. 24 il 11 ay 20 gün sığorta stağına malik olmuşdur. Odur ki, işin bu cür halında İddiaçı sığorta stajı 24 il 11 ay 20 gün təşkil etdiyindən, yəni natamam sığorta stağı yalnız bir ay üçün 20 gün təşkil etdiyindən və beləliklə də 15 gündən artıq olduğundan, həmin 20 gün müddəti tam bir ay hesabı ilə hesablanmalıdır.İşin bu cür halında isə İddiaçı tam halda 25 il sığorta stajına malik olur. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən Natamam iş stajı ilə pensiyaların məbləği tələb edilən tam iş stajına mütənasib olaraq aşağıdakı qaydada hesablanır: əvvəlcə müvafiq tam pensiya hesablanır, bu pensiya tələb edilən iş stajı aylarının sayına bölünür, alınmış məbləğ faktik iş stajı aylarının sayına vurulur (bu stajda 15 gündən artıq olan dövr tam ay kimi hesablanır, 15 günədək olan dövr isə hesaba alınmır). Göründüyü kimi, iddiaçı E.Abdullvyevə güzəştli şərtlərlə əmək pensiyası - əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinədək qüvvədə olmuş qanuna, yəni «Vətəndaşların pensiya təminatı haqqındax Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təyin edilməlidir. Həmin Qanunda isə stajın 15 gündən artıq olduğu halda həmin dövrün tam bir ay kimi hesablanması nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə İddiaçı işləmiş olduğu vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 1 No-li və ya 2 N°-li əlavəsində göstərilən vəzifələrdən hansına uyğun gəlməsini ümumiyyətlə araşdırmamış, nəticədə əsassız olaraq İddiaçı ümumi sığorta stajının 24 il 11 ay 09 gün olmasına və buna görə də güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajına malik olmamasına əsaslanmaqla iddianın təmin edilməməsinə dair əsassız nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən yazılı etiraz və yazılı etiraza əlavə daxil olmuşdur.

c) Prosses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş, İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Bunun səbəbləri barədə məhkəmə iclas katibi telefon əlaqəsi saxlamış (Həmçinin həmin telefon nömrəsinə SMS bildiriş göndərilmişdir) və iş üzrə İddiaçı məhkəmə iclası barədə məlumatlı olduğunu və işə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir.

22. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanında nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın ( qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşında çatlamış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından əsas olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüqu verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşaına və staja görə əvvəllər qüvvədə olmuş qanununvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin verilir.

24. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə quvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun: 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nomrəli Qərarı ilə təsdiq olunmuş 2 No-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

29. İddianın mahiyyəti ilə bağlı bağlı isə məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək aşağıdakıları qeyd edir:

30. İddiaçı xx xxxx 1963-cü il tarixdə anadan olmuşdur. İddiaçı iddia edir ki, 25 il ümumi sığorta stajına malikdir. Həmin sığorta stajının 12 il 6 aydan artıq hissəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda göstərilən vəzifədə işləmişdir. Buna görə də ona 57 yaşdan, yəni 18 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair cavabdeh inzibati orqana müraciət etmişdir.

31. Cavabdehin 29 iyul 2020-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Həmin imtina qanuni və əsaslıdır.

32. Belə ki, qeyd edilməlidir ki, "Əmək pensiyaları haqqında" Qanunun tələblərinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanında nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. (Qanunun 1.0.2ci və 21.1-ci maddəsi)

33. İşin məhkəmədə araşdırılan hallarindan göründüyü kimi iddiacıya işlədiyi peşələrə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanununvericiliyin tələb olunan şərtinə (12 il 6 ay güzəştli və 25 il ümumi iş stajı) əməl olunmamışdır. Belə ki, iddiacının ümumi iş stajı aşağıda qeyd olunan kimidir:

34. Hərbi xidmət dövrü: xx.xx.1981-xx.xx.1983= 2 il 1 ay 17 gün

35. Təhsil dövrü: xx.xx.1984-xx.xx.1985= 8 ay 15 gün əmək stajı: xx.xx.1980-xx.xx.1981; xx.xx.1983-xx.xx.1984; xx.xx.1985

36. -xx.xx.2006. Ümumilikdə 24 il 11 ay 09 gün

37. Əmək kitabçasına vizual baxış zamanı orada qeyd olunan 1-ci və 2-ci qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır.

38. Belə ki, iddiacıya məxsus əmək kitabçasının (i/v-82-83) səhifələrində müvafiq olaraq 1-ci qeyddə işə daxil olma tarixinə və Əmr tarixinə, sol sütundaki nömrələnmələrə düzəlişlər edilmişdir.

39. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi" Qaydalarının 3.6-cı bəndinə əsasən əmək kitabçasında və onun əlavə içliyində "İş haqqında məlumat" bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: "......" nomrəli qeyd etibarsızdır".

40. Müəyyən edilmişdir ki, iddiacı İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 6 ay 21 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (11 il 1 ay 16 gün) təşkil edir .

41. İddiaçının ümumi iş stajının tələb olunandan -25 ildən az olması işin mübahisəsiz halıdır.Belə ki, iddiacı öz apellyasiya şikayətində də bildirir ki, iddiaçının ümumi iş stajı 24 il 11 ay 20 gün təşkil edir.

42. Belə olan halda iddiacı İddiaçı güzəştli şərtlərlə yaşa görə Əmək pensiyasının təyin edilməsi qanununvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir.

43. "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

44. 7-ci maddəsinə əsasən 65 yaşında çatlamış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından əsas olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

45. Həmçinin, sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüqu verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşaına və staja görə əvvəllər qüvvədə olmuş qanununvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin verilir.

46. İddiacı öz apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 24 il 11 ay 20 gün təşkil etdiyindən və beləliklə də stajın gün hissəsi 15 gündən artıq olduğundan həmin 20 gün müddəti tam bir ay kimi hesablanmalıdır. Belə olan təqdirdə İddiaçı 25 il sığorta stajına malik olur.

47. İddiacı öz tələbini "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 20-ci maddəsi ilə əsaslandırmışıdır.

48. Belə ki, həmin maddəyə görə şəxsin ümumi natamam iş stajı ilə pensiyaların məbləği tələb edilən tam iş stajına mütənasib olaraq aşağıdakı qaydada hesablanır: əvvəlcə müvafiq tam pensiya hesablanır, bu pensiya tələb edilən iş stajı aylarının sayına bölünür, alınmış məbləğ faktik iş stajı aylarının sayına vurulur ( bu stajda 15 gündən artıq olan dövr tam ay kimi hesablanır, 15 günədək olan dövr isə hesaba alınmır).

49. Sözügedən maddənin mənasından göründüğüyü kimi burada söhbət iş stajına görə pensiya məbləğının hesablanmasından gedir.

50. Hal-hazırda əmək pensiyalarının hesablanması qaydası "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi" Qaydasına əsasən hesablanır.

51. Həmçinin, xx.xx.2006-cı ilədək "Vətəndaşların pensiya təminatı haqqında" Qanunla tam iş stajı və natamam iş stajı olmakla iki növ əmək pensiyası müəyyən edilmişdir.

52. Analoji mövqe "Əmək pensiyaları haqqında" Qanunda Əmək pensiyası ve sosial müavinət olaraq öz əksini tapmışdır.

53. Belə ki, tələb olunan 25 il sığorta stajı olan və nəzərdə tutulan yaş həddinə çatmış şəxslərə yaşa görə əmək pensiyası, tələb olunan sosial sığorta stajı olmadıqda (natamam iş stajı) isə sosial Müavinət təyin olunur.

54. Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsi tətbiq olunan zaman tam və natamam iş stajını nəzərə alaraq çaşqınlıq yaranmaması üçün bir başa şərt nəzərdə tutulmuşdur.

55. Belə ki 9.8-ci maddədə deyilir: bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işləərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin verilir.

56. Göründüyü kimi, qanunverici orqan bu maddə ilə natamam iş stajının tətbiqini istisna edir.

57. Qeyd olunanlara əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir.

58. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2127/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2127/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar