Məhkəmə qərarları › İş №2-1(103)-1736/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1736/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1736/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və yaranmış fərqin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15177/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cii ildə doğulmuşdur. O. xx.xx.1981-ci ildən xx.xx.1986- cı ilə qədər Bakı Politexnik Texnikumunda əyani təhsil almışdır. Əyani təhsil aldğı müddətdə xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Təhsil aldığı dövrdə xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə qədər SSR Nazirlər Sox eti yanında Geodeziya və Kartoqrafıya Baş İdarəsinin 16 say lı müəssisəsinin 322 saylı Birləşmiş Kompleks ekspedisiyasmın 4 №-li Partiyasına istehsalat təcrübəsi keçmək məqsədi ilə çöl işlərinə 3-cü dərəcəli ölçən vəzifəsinə qəbul edilmişdir. Təhsili başa xurduqdan sonra yəni xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər həmin müəssisədə fexnik-topoqraf. xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilə qədər Baı Aerogeodeziya müəssisəsində mühəndis mexanik. xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər həmin müəssisədə mühəndis mexanik xəzi fəsində işləmişdir. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdən sonra xx.xx.1999-cu ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Dövlət Yer Quruluşu Lay ihə İnstitutunda mühəndis (topoqraf) vəifəsində işləmişdir. İddiaçının əmək fəaliyyətləri ona məxsus əmək kitabçası və arayışlarla öz təsdiqini tapır Bundan sonra iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya ləyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cii il tarixli. 3-1 7-1/2-F-219864/2023 saylı və cavab məktubu ilə onun ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olmaması qeyd edilmişdir. Cavabdeh imtinası onunla əsaslandırmışdır ki. iddiaçı tərəfindən onlara təqdim edilmiş arayışda iddiaçının işlədiyi sahə və vəzifənin güzəştli əmək pensiyası hüququ verən iş olması barədə Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə istinad edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15177/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı sənədlərdə qeyd edilən məlumatlara əsasən güzəştli iş stajı yoxdur. Əlavə olaraq bildiririk ki, "xxxx" MMC- nin və “Ekologiya X4 Nazirliyi Geodeziya və Kartoqrafiya Agentliyi” tərəfindən verilmiş arayışlarda da işlədiyi sahə və vəzifənin güzəştli əmək pensiyası hüququ verən iş olması barədə yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə istinad edilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə məhkəmə İddiaçı güzəştli iş stajı və pensiya kapitalı olmadığı halda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı iddia tələbini rədd etməli idi.. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-15177/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək Bakı Politexnik Texnikumunda əyani təhsil almışdır (4 il, 6 ay, 25 gün).Əyani təhsil aldığı müddətdə xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Təhsil aldığı dövrdə xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilə qədər SSR Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsinin 16 saylı müəssisəsinin 322 saylı X1 4 №li Partiyasına istehsalat təcrübəsi keçmək məqsədi ilə çöl işlərinə 3-cü dərəcəli ölçən vəzifəsinə qəbul edilmişdir. Təhsili başa vurduqdan sonra, yəni xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər həmin müəssisədə texnik-topoqraf, xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilə qədər Bakı Aerogeodeziya müəssisəsində mühəndis-mexanik, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər həmin müəssisədə mühəndis-mexanik vəzifəsində işləmişdir (5 il, 10 ay, 27 gün). İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur (6 il, 6 ay, 2 gün). Həqiqi hərbi xidmətdən sonra xx.xx.1999-cı ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Dövlət Yer Quruluşu Layihə İnstitutunda mühəndis (topoqraf) vəifəsində işləmişdir (15 il, 11 ay, 5 gün). İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “... Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd edilən məlumatlara əsasən sizin güzəştli iş stajınız yoxdur. Əlavə olaraq "xxxx" MMC-nin və “Ekologiya X4 Nazirliyi Geodeziya və Kartoqrafiya Agentliyi” tərəfindən sizə dair verilmiş arayışlarda da işlədiyiniz sahə və vəzifənin güzəştli əmək pensiyası hüququ verən iş olması barədə yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə istinad edilməyib. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuş, onun 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur.İddiaçının hərbi xidmət dövrü və təhsil illəri də nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çoxdur. Hal-hazırda cavabdeh iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasını istinad edir. İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilə qədər SSR Nazirlər Soveti yanında Geodeziya və Kartoqrafiya Baş İdarəsində texnik-topoqraf, xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilə qədər Bakı Aerogeodeziya müəssisəsində mühəndis-mexanik, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə qədər həmin müəssisədə mühəndis-mexanik vəzifəsində işləmişdir (5 il, 10 ay, 27 gün). Həmçinin xx.xx.1999-cu ildən xx.xx.2015-ci ilə qədər Azərbaycan Dövlət Yer Quruluşu Layihə İnstitutunda mühəndis (topoqraf) vəifəsində işləmişdir (15 il, 11 ay, 5 gün). Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasi Ekologiya X4 Nazirliyinin Geodeziya Və Kartoqrafiya Agentliyinin xx.xx.2023-cü il tarixli arxiv arayışında iddiaçının göstərilən müəssilərdə işləməsi öz təsdiqini tapmışdır. Məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının 1999-2015-ci illərdə ləğv edilmiş Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda mühəndis (topoqraf) vəzifəsində işlədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1.3-cü yarımbəndində (Geologiya kəşfiyyat işləri (yerüstü)), ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin son abzasında, Geologiya kəşfiyyat işləri (yerüstü) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər güzəştli siyahıda təsbit edilmişdir. Göründüyü kimi iddiaçının həmin işlərdə işləməsi onun əmək kitabçasına və arxiv arayışlarına əsasən müəyyən edilir. Qeyd edilən işlərin güzəştli olması isə, Nazirlər Kabinetinin qərarlarında təsbit edilmişdir. Göründüyü kimi iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15177/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15177/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar