Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1737/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-in X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilmsi ” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 4067/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 57 yaşının tamam olduğu tarixdən sonrakı müddət üçün əmək pensiyası məbəğinin birdəfəlik hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X4 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4067/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4067/2020 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı ilədək topladığı ümumi iş stajı 25 ildən azdır. Ona görə də iddia təmin edilməməlidir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilə qədər Sabir adına meyvəçilik sovxozunda 1 №li briqadada fəhlə işləyib. Hərbi biletə əsasən iddiaçı xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilə qədər həqiqi hərbi xidmətdə olub. “Azərelektroterm” İB-nin Bakı Ağır Elektroqaynaq Avadanlıqları Zavodunda xx.xx.1984-cü ildən 1 nömrəli sexdə 3-cü dərəcəli elektroqaynaqçı, xx.xx.1985-ci ildən xx.xx.1990-cı ilə qədər 30 №-li sexdə elektroqaynaqçı, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər briqadir, xx.xx.1990-cı ildən xx.xx.1999-cu ilə qədər elektroqaynaqçı, xx.xx.1999-cu ildən xx.xx.2009-cu ilə qədər Mexaniklər sahəsində isti və zərərli iş şəraitində qeyri-standartlar üzrə usta vəzifəsində xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə qədər Mexaniklər xidmətində isti və zərərli iş şəraitində qeyri-standart avadanlıqlar üzrə usta, xx.xx.2009-cu ildən xx.xx.2013-cü ilə qədər Mexaniklər xidmətində isti və zərərli iş şəraitində qeyri-standart avadanlıqlar üzrə sahə rəisi, xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilə qədər Mexaniklər Xidmətində isti və zərərli iş şəraitində mexaniki emal sexinin rəisi vəzifəsində işləyib. xx.xx.2019-cu ildən hal-hazıra qədər Təmirtikinti və rekonstruksiya işləri şöbəsinin rəisinin mexaniklər sahəsi üzrə müavini vəzifəsində işləyir. Birinci instansiya məhkəməsi işin hallarına «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2, 9.8, 21.1, 21.2 və 32.1-1 maddələrini, tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı iddiası təmin edilməli, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və 57 yaşının tamam olduğu (xx.xx.2019-cu il ) tarixdən sonrakı müddət üçün əmək pensiyası məbəğinin birdəfəlik hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X4 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinin üzərinə qoyulmalıdır. . Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır.Cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtinasının əsasında iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajının 25 ildən az olması durur. Halbuki iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajının 25 ildən çox olması həm əmək kitabçası, həm hərbi bileti ilə təsdiqlənir. Belə ki, iddiaçının əmək kitabçasına əsasən onun xx.xx.2006-cı ilə qədər 22 il 5 ay iş stajı vardır, iddiaçı həmçinin hərbi biletinə əsasən xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi arxiv arayışlarına əsasən iddiaçı 1 il 1 ay sovxozda işləyərək əmək haqqı almışdır. Göstərilənlərə əsasən cavabdehin iddiaçının xx.xx.2006-cı ilə qədər 25 il ümumi əmək stajının olmaması barədə dəlilinin əsası yoxdur. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı üzrə (XXXİİİ. Ümumi peşələr)(23200000-19756) əl ilə qaynaq aparan elektrik qaynaqçısı, (Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar) (2090100 b- 23187) isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan usta peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifərdir. İddiaçının xx.xx.2006-ci il tarixinə 25 il 5 ay ümumi iş stajı, zərərli əmək şəraitində isə 21 ildən çox iş stajı vardır. Ona görə də şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin yanında Dövlət X6 X5 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-4067/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Mirzəli Abbasov
Məhkəmə qərarları › İş №2-1(103)-1737/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1737/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver