Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1738/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsinə (hazırda Dövlət X9 X8 üzrə Mərkəzi Filialı) qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsinə (hazırda DSMF-nun X8 üzrə Mərkəzi Filialı) qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4480/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından Dövlət X9 X8 üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İnsan hüquqları məsələləri üzrə şöbənin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci ildə aparılmış struktur dəyişikliyi ilə əlaqədar olaraq İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu ildə «Dövlət qulluğu haqqında» Qanunun 33.1.1-ci maddəsinə əsasən başqa işə keçməsi ilə əlaqədar olaraq xx.xx.2019cu il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Nazirlər X3 və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdən pensiyaya çıxması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək dövlət qulluğuna xitam verilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona təyin edilmiş pensiyanın düzgün hesablanmadığına istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubda qeyd olunur: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası «bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Təqdim etdiyiniz sənədlərdən görünür ki, sizə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən x xxxxx 2019-cu il tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində işləyən dövlət qulluqçularına ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilmədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyanızın hesablanması zamanı nəzərə alınması mümkün hesab edilmir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamının tələbləri nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildən müxtəlif dövlət orqanlarında işləmiş və xx.xx.2019-cu il tarixdən pensiyaya çıxmışdır. Lakin ona təyin olunan pensiya düzgün hesablanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləyən dövlət qulluqçularına ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ona əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o, xx.xx.2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilməsi müəyyən edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamına xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamla dəyişiklik edilərək «Milli Məclisində» sözlərindən sonra «Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikası Hesablama Palatasında» sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamı xx.xx.2019-cu il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamı xx.xx.2019-cu il tarixdə qüvvəyə minərkən o, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləmişdir. Odur ki, hesab edir ki, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsi ərizəsini təmin etməməklə haqsız olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdehin iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4480/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, İdarənin **********5 saylı xx xxxx 2020-ci il tarixli əmək pensiyasının təyin edilməsi haqqında qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə müvafiq olaraq xx.xx.2019-cu il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçıya aid 001884 saylı pensiya işindən görünür ki, iddiaçı pensiya hesablanması üçün əmək haqqı barədə 2 arayış təqdim etmişdir: 1-ci arayış Konstitusiya Məhkəməsi tərəfindən tərtib olunmuşdur. Həmin arayışda iddiaçının 2017-ci ilin 8 ayı (aprel-avqust, oktyabr-dekabr), 2018-ci ilin 11 ayı (yanvar-iyul, sentyabr-oktyabr) və 2019-cu ilin 3 ayı (yanvar-mart) üzrə aldığı əmək haqqı barədə məlumatlar var. 2019-cu ilin aprel ayı üzrə əmək haqqı bu arayışa daxil edilməyib. 2-ci arayış isə Nazirlər Kabineti tərəfindən tərtib edilmişdir. Bu arayışda isə yalnız 2019-cu ilin 8 ayı (aprel-noyabr) üzrə əmək haqqı barədə məlumatlar yer alıb. Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 194 saylı Qərarı ilə təsdiqlənmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 3-cü bəndinə görə “Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır”. Həmin Qaydaların 4-cü bəndinə görə “Əmək pensiyası üçün müraciət edən dövlət qulluqçusunun arzusuna əsasən dövlət qulluğuna işə qəbul edildiyi və işdən azad edildiyi natamam aylar, uşağa qulluğa görə qismən ödənişli məzuniyyət dövrü, əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr həmin aylardan çıxılır. Bu halda çıxılmış aylar göstərilmiş 24 və ya 60 aylıq müddətdən əvvəl və ya sonra gələn aylarla əvəz edilir”. Göründüyü kimi, iddiaçının özünün təqdim etdiyi Konstitusiya Məhkəməsi tərəfindən tərtib edilən arayışda onun 2019cu ilin aprel ayındakı əmək haqqısı, o cümlədən də bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni almasına dair heç bir qeyd yoxdur. Başqa sözlə, iddiaçı bu dövrün əmək pensiyasının hesablanması zamanı diqqətə alınmasını istəməyib. Deməli, iddiaçıya pensiya təyin edilərkən Konstitusiya Məhkəməsində 2019-cu ilin aprel ayı üzrə aldığı əmək haqqı, iddiaçının özünün təqdim etdiyi sənədlərdə öz əksini tapmayıb. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçıiştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı 2000-ci ildən müxtəlif dövlət orqanlarında işlədiyinə, xx.xx.2019-cu il tarixdən pensiyaya çıxdığına, lakin ona təyin olunan pensiyanın cavabdeh inzibati orqan tərəfindən düzgün hesablanmadığına istinad edərək əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləyən dövlət qulluqçularına ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ona əmək pensiyasının hesablanması zamanı nəzərə alınmamışdır. Cavabdeh inzibati orqanın imtina məktubunun məzmunu və apellyasiya şikayətinin dəlilinə görə, iddiaçıya əmək pensiyası onun özünün təqdim etdiyi sənədlər əsasında təyin olunmuşdur. Belə ki, iddiaçı tərəfindən İdarəyə təqdim olunmuş- Konstitusiya Məhkəməsi tərəfindən verilmiş arayışa əsasən onun 2017-ci ilin 8 ayı (aprel-avqust, oktyabr-dekabr), 2018-ci ilin 11 ayı (yanvar-iyul, sentyabr-oktyabr) və 2019-cu ilin 3 ayı (yanvar-mart) üzrə, Nazirlər Kabineti tərəfindən tərtib edilmiş arayışa əsasən isə onun 2019-cu ilin 8 ayı (aprel-noyabr) üzrə əmək haqqı barədə məlumatları göstərilmişdir. İddiaçının Konstitusiya Məhkəməsində 2019-cu ilin aprel ayı üzrə aldığı əmək haqqı onun özünün təqdim etdiyi sənədlərlə təsdiqini tapmayıb. Buna görə də iddiaçıya pensiya təyin olunarkən onun Konstitusiya Məhkəməsində 2019-cu ilin aprel ayı üzrə əmək haqqı, o cümlədən bir aylıq vəzifə maaşı həcmində əlavə haqq alması nəzərə alınmamışdır. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının xx xxxxx 2019-cu il tarixədək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləməsi və həmin tarixədək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamına əsasən müəyyən edilmiş bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni almasının iş materialları ilə təsdiq olunduğuna əsaslanaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddianın təmin olunması barədə qəbul edilmiş qərar qanuni və əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1ci bəndinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması» Qaydalarının 2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Həmin Qaydaların 5-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. «Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularının social müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamına əsasən (2019-cu ilin yanvarın 1-dən qüvvəyə minmişdir) Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsi müəyyən edilmişdir. Sonradan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 855 nömrəli Sərəncamının adına və 1-ci hissəsinə «Milli Məclisində» sözlərindən sonra «Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikasının Hesablama Palatasında» sözlərinin əlavə edilməsi, bu Sərəncamın Azərbaycan Respublikasının Milli Məclisində işləyən dövlət qulluqçularına münasibətdə 2019-cu il yanvarın 1-dən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikasının Hesablama Palatasında işləyən dövlət qulluqçularına münasibətdə isə 2019-cu il aprelin 1-dən qüvvəyə minməsi qərara alınmışdır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində sonuncu dəfə İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işləmiş, xx.xx.2019-cu ildə «Dövlət qulluğu haqqında» Qanunun 33.1.1-ci maddəsinə əsasən başqa işə keçməsi ilə əlaqədar olaraq xx.xx.2019-cu il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İş üzrə cavabdeh inzibati orqan iddiaçıya pensiya hesablanarkən onun tərəfindən təqdim olunan sənədlərdə Konstitusiya Məhkəməsində 2019-cu ilin aprel ayı üzrə aldığı əmək haqqının əks olunmadığına əsaslanmış və buna görə də onun həmin dövrün əmək pensiyasının hesablanması zamanı diqqətə alınmasını istəmədiyi qənaətinə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur (21.1 və 21.2). Həmçinin adı çəkilən Qanunda nəzərdə tutulmuşdu ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.1, 24.2, 24.3, 24.4). Hazırki işdə cavabdeh tərəfindən iddiaçıya pensiya təyin olunarkən onun müraciəti ilə bağlı inzibati icraata dəvət olunub dinlənilməsi, tələbində hüquqi marağının nədən ibarət olması və s. bu kimi məsələlərin araşdırıldığı müəyyən olunmur. Eyni zamanda cavabdeh orqan inzibati icraat zamanı iddiaçının 2019-cu ilin aprel ayında Konstitusiya Məhkəməsində işləyib, xx xxxxx 2019-cu il tarixdə işdən azad olunarkən onun aylıq əmək haqqı və bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni alıb-almaması hallarını da aydınlaşdırmamış, bu məqsədlə əlavə sənədlərin təqdim olunmasına zərurətin olubolmadığını, olduğu təqdirdə isə həmin sənədlərin təqdim olunmasını ərizəçiyə təklif etməmiş, işəgötürənə (Konstitusiya Məhkəməsinə) bu barədə sorğu verib həmin sənədləri tələb etməmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləyən dövlət qulluqçularına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsi ilə bağlı müddəa artıq 2019-cu il aprelin 1-dən qüvvəyə minmişdi. Belə olan halda cavabdeh inzibati orqan inzibati qanunvericiliyin tələblərinə müvafiq qaydada iddiaçıya hüquqi yardım göstərərək onun hüquqi marağına uyğun istədiyi məqsədə nail olması üçün zəruri olan sənədləri tələb etməli və bundan sonra iddiaçının tələbinin təmin olunub-olunmamasının (pensiyasının yenidən hesablanmasının) mümkünlüyünü öz qanundan irəli gələn səlahiyyətləri çərçivəsində yoxlamalı idi. Göründüyü kimi, cavabdeh inzibatı orqan inzibati icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. İş üzrə birinci instansiya məhkəməsinə iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2019-cu il aprel ayı üçün tərtib etdiyi arayışdan görünür ki, İddiaçı 2019-cu il aprel ayı üçün əmək haqqı (894,55 manat), digər əlavələr, eyni zamanda 894,55 manat vəzifə maaşına əlavə hesablanaraq ödənilmişdir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddiaçının xx xxxxx 2019-cu il tarixədək Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində işləməsi və həmin tarixədək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 1022 nömrəli Sərəncamına əsasən müəyyən edilmiş bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni alması faktı iş materialları ilə öz təsdiqini tapır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsin **********1 saylı xx.xx.2020-ci il tarixli qərаrına əsasən X8 üzrə Mərkəzi Filialı ilə əvəz olunsa da, bu məsələ prosessual hüquqi məsələ olub, birinci instansiya məhkəməsi tərəfindən yol verilən prosessual pozuntu kimi qiymətləndirilmədiyi üçün, eyni zamanda qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün hər hansı əsas yaratmadığından birinci instansiya məhkəməsinin qərarı cavabdeh X8 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4480/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin X8 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4480/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin X8 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1738/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1738/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver