Məhkəmə qərarları › İş №2-1(103)-1738/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1738/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1738/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-537/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Nərimanov rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdən xx.xx.2006-cı il tarixə qədər 25 il 06 ay 22 gün iş stajı qeydə alınaraq yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulmasına dair qərar qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 61 yaş 6 aydan yəni, xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1958-ci ildə doğulmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildən başlamış və 2012-ci ilin sonuna qədər davam etmişdir. xx.xx.1975-ci il tarixdən 01.01 2006-cı il tarixə qədər 25 il 06 ay 22 gün iş stajı olmuşdur. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə müraciət edərək, yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, sonuncu tərəfindən **********9 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə və tələb olunan iş stajı olmadığına görə pensiya təyin edilməsinin qanuna zidd olduğu qeyd olunaraq, pensiya təyin edilməsindən imtina olunmuşdur. Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1980-cı il tarixə qədər olan dövr əmək kitabçasının 3-cü səhifəsində qeyd edilsə də həmin səhifəyə möhür vurulmamışdır. Məlum səbəblərə görə əmək kitabçasına möhür vurulması mümkün deyil, işlədiyi həmin dövrün qeydiyyata alınmaması nəticəsində ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Bununla bağlı tərəfindən ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunaraq xx.xx.1975-ci ildən xx.xx.1980-ci ilə qədər olan dövrdə Ermənistan Razdan rayonu Meşə Yaşıllaşdırma İdarəsində işləməsi ilə bağlı hüquqi faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi ərizəyə etiraz təqdim edərək hüquq üzrə mübahisə olduğunu əsas göstərərək, yəni onun Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində xx.xx.1975-ci ildən xx.xx.1980-cı ilə qədər işlədiyi dövrü hüquqi fakt olaraq qəbul etdiyini, sadəcə olaraq əmək kitabçasında həmin dövrdə işləməsilə bağlı qeydlər möhürlə təsdiq olunmadığından o müddətin iş stajı kimi qəbul edilmədiyini bildirmişdir. Tərəfindən xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə ərizə göndərilərək xx.xx.1975-ci ildən 01.01 2006-cı ilə qədər 25 il 06 ay 22 gün iş stajını nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Müraciət etdiyi vaxtdan 1 aydan artıq vaxt keçməsinə baxmayaraq nəticəsi barədə ona hər hansı məlumat verilməmişdir. Cavabdeh inzibati orqanın müraciətinə heç bir cavab verilməməsini müraciətindən imtina etməsi kimi qəbul etmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı S.Ə.Ğülməmmədovaya nəzərən birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AA seriyalı 142163 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, xx.xx.2020-ci ildə yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının 1975-2012-ci illər arasında işlədiyini iddia etdiyi illər onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edildiyi təqdirdə, iddiaçının subyektiv hüquqi marağı - pensiya almaq hüququ yaranır. Lakin həmin illərin iddiaçının ümumi iş stajına aşağıda göstərilən əsaslarla əlavə edilə bilməz. İsin faktiki hallarına əsasən, iddiaçının xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasının ilk qeydində iddiaçının xx.xx.1975-ci ildə Razdan rayon Meşə Yaşıllaşdırma idarəsində əmək fəaliyətinə başladığı göstərilmişdir. 1985-ci ildə qeydiyyata alınan əmək kitabçasına 1975- ci ilin qeydinin aparılması qeydlərin sonradan əlavə olunduğunu göstərir. Həmçinin əmək kitabçasındakı 15-ci qeyddə iddiaçının xx.xx.1982-ci ildə məzuniyyətə çıxdığı göstərilsə də növbəti qeyddə xx.xx.1983-cü ildə isə qəbul olunduğu qeyd olunmuşdur. İddiaçının həmin bu müddətlər arasında isdən azad olunma haqqında əmri yoxdur. İddiaçının Razdan rayonunun Meşə Yaşıllaşdırma idarəsində işlədiyini iddia etdiyi dövrlər müəssisənin rəsmi möhürü ilə təsdiq olunmamışdır. Eyni zamanda, əmək kitabçasının 10-cu səhifəsində iddiaçının xx.xx.1996-cı ildə Yaşıllaşdırma Trestindən isdən azad olunduğu daha sonrakı qeyddə isə xx.xx.1996-cı ildə Bakı Dövlət Pambıqəyirmə fabrikində işə qəbul olduğu göstərilmişdir. Əmək kitabçasının qeydləri arasındakı bu kimi uyğunsuzluqlar və möhürlə təsdiq edilməmə halı iddia edilən illərin sığorta stajına əlavə edilməsi tələbini əsassız hesab etmək üçün vacib sübutlardandır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə xx.xx.2021-ci il tarixli **********2 nömrəli sorğu ünvanlanmışdır. Milli Arxiv idarəsinin xx.xx.2021 -ci il tarixli 4/585 nömrəli cavab məktubunda Bakı şəhər Yaşıllaşdırma Trestinin (hal-hazırda fəaliyyət göstərən X2) arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Eyni zamanda, iddiaçının Ermənistanın Razdan rayonu Meşə Yaşıllaşdırma İdarəsində işləməsi ilə əlaqədar qeyd olunmuşdur ki, Ermənistan Respublikasında anadan olmuş və vaxtı ilə orada yaşayan, lakin məlum hadisələr zamanı köçkün düşmüş vətəndaşların iş stajı və başqa sosial-hüquqi xarakterli hər hansı bir sənədi Azərbaycan Respublikası Dövlət Arxivində yoxdur. İnzibati işin tam araşdırılması məqsədi ilə Dövlət Sosial Müdafiə Fonduna iddiaçının xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarını barəsində məlumatın əldə edilməsi üçün sorğu ünvanlanmışdır. Fondun xx.xx.2021-ci il tarixli **********8 nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin “X1 Sistemi”nin Sığorta (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (SSN: **********903) 20 aprel 2007-ci il tarixdən sığortaolunan kimi uçotdadır. Lakin Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən İddiaçı (FİN: xxxxxxx) xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək hər hansı sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasındakı qeydlərdə isə xx.xx.1996-cı il tarixdən iddiaçının xadimə vəzifəsinə təyin edilməsi, xx.xx.2012-ci il tarixli 108 nömrəli əmrlə işdən azad edilməsi göstərilmişdir. Bu qeydlərdən də aydın olduğu kimi, iddiaçı xx.xx.2012-cı il tarixə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu halda “Sığorta AS”-də onun adına ödənilən məcburi dövlət sığorta haqları göstərilməli, yığılmış pensiya kapitalı əks olunmalı idi. Lakin göstərilən heç bir hal bas verməmiş, iddiaçının adına ödənilən heç bir məcburi dövlət sosial sığorta haqqı qeydə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-537/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 61 yaş 6 ayının tamam olduğu yəni, xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinə etirraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən (şəxsiyyət vəsiqəsi üzrə məlumatlar) müəyyən olunur ki, İddiaçı xx.xx.1958-ci ildə Ermənistan SSR Razdan rayonunda doğulmuşdur. - İddiaçıya məxsus 28 mart 1985-ci il tarixdə doldurulmuş ПТ-İ seriyalı ******* №- li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, 1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1975-ci ildə Razdan meşə təsərrüfatı Meqradzor k.s-nə mövsüm fəhləsi qismində işə qəbul edilmişdir (xx.xx.1975, Əmr № 84); xx.xx.1975-ci ildə mövsüm bitməsi ilə əlaqədar işdən azad edilmişdir (xx.xx.1975, Əmr № 307); xx.xx.1976-cı ildə işə qeydə alınmışdır (xx.xx.1976, Əmr № 65); xx.xx.1976-ci ildə işdən azad edilmişdir (xx.xx.1976, Əmr № 231); xx.xx.1977-ci ildə işə qeydə alınmışdır (xx.xx.1977, Əmr № 54); xx.xx.1977-ci ildə öz hesabına məzuniyyət verilmişdir (xx.xx.1977, Əmr № 290); xx.xx.1978-ci ildə işdə hesab olunmuşdur (xx.xx.1978, Əmr № 66); xx.xx.1978-ci ildə işdən azad olmuşdur (xx.xx.1978, Əmr № 181); xx.xx.1979-cu ildə işə qeydə alınmışdır (xx.xx.1979, Əmr № 14); xx.xx.1979-cu ildə öz hesabına məzuniyyət verilmişdir (xx.xx.1979, Əmr № 113); xx.xx.1980-ci ildə işdə hesab olunmuşdur ( xx.xx.1980, Əmr № 30);xx.xx.1980-ci ildə öz hesabına məzuniyyət verilmişdir (xx.xx.1980, Əmr № 110); xx.xx.1981-ci ildə işə qəbul edilmişdir (xx.xx.1981, Əmr № 66); xx.xx.1981-ci ildə öz hesabına məzuniyyət verilmişdir (xx.xx.1981, Əmr № 101); xx.xx.1982-ci ildə işdə hesab olunmuşdur (xx.xx.1982, Əmr № 28);xx.xx.1982-ci ildə öz hesabına məzuniyyət verilmişdir (xx.xx.1982, Əmr № 168); xx.xx.1983-cü ildə işə qeydə alınmışdır (xx.xx.1983, Əmr № 45); xx.xx.1983-cü ildə öz hesabına məzuniyyət verilmişdir, (xx.xx.1983, Əmr № 305); xx.xx.1984-cü ildə işdə hesab olunmuşdur (xx.xx.1984 Əmr №57); xx.xx.1984-cü ildə öz hesabına məzuniyyət verilmişdir (xx.xx.1984, Əmr № 252); xx.xx.1985-ci ildə işdə hesab olunmuşdur (xx.xx.1985, Əmr № 55); xx.xx.1985-ci ildə öz hesabına məzuniyyət verilmişdir. (xx.xx.1985, Əmr № 220); xx.xx.1986-cı ildə mövsüm işlərinin başlanması ilə əlaqədar olaraq işdə hesab edilmişdir (xx.xx.1986, Əmr № 56); xx.xx.1986-cı ildə mövsüm işləri açılana qədər öz hesabına məzuniyyət verilmişdir (xx.xx.1986, Əmr № 226); xx.xx.1987- ci ildə mövsüm işlərinin açılması ilə əlaqədar işdə hesab edilmişdir (xx.xx.1987, Əmr № 56); xx.xx.1987-ci ildə mövsüm işləri açılana qədər öz hesabına məzuniyyət verilmişdir (xx.xx.1987, Əmr № 226 ); xx.xx.1988-ci ildə mövsüm işlərinin açılması ilə əlaqədar işdə hesab edilmişdir (xx.xx.1988, Əmr № 67); xx.xx.1988-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir (xx.xx.1988, Əmr № 146); xx.xx.1988-ci ildə 2 №li X3nə 2-ci dərəcəli fəhlə qəbul edilmişdir (Əmr № 102, xx.xx.1988); xx.xx.1994-cü ildə 3 №li YİT-yə keçirildiyinə görə xx.xx.1993-cü il tarixli 105 əmri ilə işdən azad edilmişdir (xx.xx.1994, Əmr № 1); xx.xx.1994-cü ildə 3 №-li X3-Köçürmə yolu ilə Sabunçu rayonuna 3-cü dərəcəli bağ fəhləsi təyin edilmişdir (xx.xx.1994, Əmr № 1); xx.xx.1996-cı ildə öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.1996, Əmr № 49); xx.xx.1996-cı ildə Bakı Dövlət Pambıqəyirmə fabirikinə hazırlıq sexinə xadimə qəbul edilmişdir (xx.xx.1996, Əmr № 28); xx.xx.2012-ci il tarixdə işdən azad edilmişdir (xx.xx.2012, Əmr № 108). - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən iddiaçının vəkili Vəkil ünvanlanmış 08 sentyabr 2020-ci il tarixli 5/1395 №li məktubda göstərilmişdir ki, Ermənistan Respublikasında doğulmuş və vaxtı ilə orada yaşamış, lakin məlum hadisələr zamanı köçgün düşmüş vətəndaşlarının iş stajı və başqa sosial-hüquq xarakterli hər hansı bir sənədi Azərbaycan Respublikasının Dövlət Arxivində mühafizə edilmir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 10041/2021 №li qərardadının surətindən müəyyən olunur ki, ərizəçi İddiaçı “əmək stajı faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci ildən xx.xx.1980-ci ilə qədər olan dövrdə Ermənistan Respublikası, Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2400/2021 saylı 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2400/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ərizəçi İddiaçı (maraqlı şəxs DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və Bakı şəhər Nərimanov rayon şöbəsi) qarşı “əmək stajı faktının müəyyən olunması” barədə ərizəsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçi kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-652/2022 №li qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 10041/2021 №li iş üzrə 03 noyabr 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası həmin qərarında göstərilmişdir ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ərizəçi 1975-1980-ci illərdə Ermənistan Respublikası Razdan rayon Meşə Yaşıllaşdırma İdarəsində işləməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edərkən ərizəsinə əmək kitabçasını əlavə etmiş və həmin əmək kitabçasında onun 1975-1980-ci illərdə Razdan rayonunun Meşə Yaşıllaşdırma İdarəsində işləməsi barədə qeydiyyat aparılmışdır. Göstərilən vəziyyətdə hüquqi əhəmiyyəti olan həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün əsasların olmaması barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. - İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli **********9 saylı məktubda bildirilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədiyinə və tələb olunan iş stajı olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. - İddiaçı daha sonra hazırki tələblə bağlı DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun xx.xx.2020-ci il tarixli **********7 saylı cavab məktubunda bildirilmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 21 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. xx.xx.1985-ci il tarixli əmək kitabçasında 1975-1980-cı illərdə işlədiyi dövrlərin sığorta stajına əlavə olunması mümkün hesab olunmur. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, xx.xx.2006-cı il tarixədək olan sığorta stajına uyğun (21 il 11 ay) sığorta kapitalı 16246,83 manat olmaqla tələb olunan 28.800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən 200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, pensiya kapitalının məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 06 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə - 144 aya bölünməsi ilə alınan məbləğ “Əmək pensiyaları haqqında” Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunaları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müavinətin təyin edilməsi üçün müvafiq xidmət nümayəndəliyinə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə qərarından göründüyü kimi işə baxan məhkəmə əmək kitabçasındakı qeydlər əsasında iddiaçının 01 yanvar 2006-cı ilədək 25 ildən artıq stajına malik olmasını nəzərə alaraq yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyyən edilmiş 61 yaş 6 ay yaş həddinə catdığından iddianı təmin edərək 25 fevral 2020-ci il tarixindən yaşa görə pensiya təyin etməsi öhdəliyini cavabdeh orqanın üzərinə qoymuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsihesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Göründüyü kimi əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (“Əmək pensiyaları haqqında” Qanunun tələblərinə görə 01 iyul 2019-cu il tarixdən 30 iyun 2020-ci il tarixədək qadınlar üçün yaş həddi 61 yaş 6 ay müəyyən edilmişdir) xx.xx.2020-ci il tarixdə çatmışdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. İş materiallarından görünür ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə (iddiaçının xx.xx.1985-ci il tarixli ******* nömrəli əmək kitabçasının ilk qeydində iddiaçının xx.xx.1975-ci ildə Razdan rayon Meşə Yaşıllaşdırma idarəsində əmək fəaliyətinə başladığı göstərildiyi halda 1985-ci ildə qeydiyyata alınan əmək kitabçasına 1975-ci ilin qeydinin aparılması; əmək kitabçasındakı 15-ci qeyddə iddiaçının xx.xx.1982-ci ildə məzuniyyətə çıxdığı göstərildiyi halda növbəti qeyddə xx.xx.1983-cü ildə isə qəbul olunduğunun qeyd olunması (iddiaçının həmin bu müddətlər arasında isdən azad olunma haqqında əmrinin olmaması); iddiaçının Razdan rayonunun Meşə Yaşıllaşdırma idarəsində işlədiyini iddia etdiyi dövrlərin müəssisənin rəsmi möhürü ilə təsdiq olunmaması; 4) əmək kitabçasının 10-cu səhifəsində iddiaçının xx.xx.1996-cı ildə Yaşıllaşdırma Trestindən isdən azad olunduğu halda, sonrakı qeyddə xx.xx.1996-cı ildə Bakı Dövlət Pambıqəyirmə fabrikində işə qəbul olduğunun qeyd olunması kimi hallar) mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut təqdim olunmamışdır. Əksinə iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmışdır. Məhkəmə kollehiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın “Əmək kitabçasının doldurulması” adlanan 3-cü bəndində işə götürən tərəfindən əmək kitabçasının hansı müddətdə doldurulmalı olması ilə bağlı heç bir göstəriş müəyyən olunmamışdır. Qeyd olunan halla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-817/2021 №li xx.xx.2021-ci tarixli qərarında Məhkəmə Kollegiyası göstərmişdir ki, iddiaçının 1982-ci ildən əmək fəaliyyətinə başlamasına baxmayaraq əmək kitabçasının 1984-cü ildə tərtib edilməsi, 1997-ci ildə işdən azad olunması barədə əmrin əmək kitabçasında möhürlə təsdiq olunmaması barədə apellyasiya məhkəməsinin mövqeyini əsaslı saymayan məhkəmə kollegiyası qeyd edir ki, ən azından 1982-1997-ci illərdə iddiaçının “1 May” kolxozunda işləməsi dövlət arxivinin arayışı ilə təsdiq olunduğundan həmin dövrün onun sığorta stajına daxil edilməməsi hər hansı şübhə doğura bilməz (bənd 52). Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, iddiaçı Razdan rayonunun Meşə Yaşıllaşdırma idarəsində mövsümü işlərin yerinə yetirilməsi ilə məşğul olmuşdur. İddiaçının həmin idarədə işlədiyi qeydlərə əsasən o, mövsümü olaraq yerinə yetirdiyi işlərdən azad edilmiş. daha sonra isə yenidən qeydə alınmışdır və həmin qeydlər əmək kitabçasının 3-cü səhifəsində möhürlə təsdiqlənməsə də, 4-cü səhifədə işəgötürən tərəfindən yekun olaraq imzalanmaqla, müəssisənin möhürü ilə təsdiqlənmişdir. Əmək kitabçasının 15-ci qeydində iddiaçının xx.xx.1982-ci ildə məzuniyyətə çıxdığı göstərilmiş, növbəti qeyddə yəni, xx.xx.1983-cü ildə isə cavabdeh inzibati orqanın bildirdiyi kimi, isə qəbul olunmağı deyil, işdə hesab olunması (həmin idarədə işlədiyi digər qeydlərdə olduğu kimi) qeyd olunmuşdur. Əmək kitabçasının 10-cu səhifəsində iddiaçının xx.xx.1996-cı ildə Yaşıllaşdırma Trestindən isdən azad olunduğu halda, sonrakı qeyddə xx.xx.1996-cı ildə Bakı Dövlət Pambıqəyirmə fabrikində işə qəbul olduğunun qeyd olunması barədə cavabdeh inzibati orqanın dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd olunan halla bağlı qeyd etməyi zəruri hesab edir k, həmin dövr üzrə iddiaçının əmək stajının hesablanması zamanı təkrarlan (22.04-30.04) 8 (səkkiz) günlük fərq yalnız bir dəfə hesaba alınmaqla nəzərə alınır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından iddiaçının hüquqlarının reallaşdirılması üçün məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 04 mart 2020-ci il tarixli “yaşa görə əmək pensiyasının təyinatından imtina haqqında” məktuba əsasən iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 03 mart 2020-ci il tarixində müraciət etdiyindən, iddiaçıya ödəniləcək pensiya ona pensiya təyin olunmalı olan xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-537/2022 saylı, 16 fevral 2022ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar