Məhkəmə qərarları › İş №2-1(103)-1738/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1738/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1738/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı "ezamiyyə xərclərinin ödənilməsi" tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X7 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9346/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N saylı hərbi hissə komandirinin nizami hissə üzrə: - xx.xx.2015-ci il tarixli 034 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 09 fevral 2015-ci il tarixdən 10-cu sərhəd zastavasına ezamiyyətə getmiş hesab edilmişdir. - xx.xx.2015-ci il tarixli 050 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 27 fevral 2015-ci il tarixdən 10-cu sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir. - xx.xx.2015-ci il tarixli 056 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 06 mart 2015-ci il tarixdən 7-12-ci sərhəd zastavalarına ezamiyyətə getmiş hesab edilmişdir. - xx.xx.2015-ci il tarixli 061 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 12 mart 2015-ci il tarixdən 7-12-ci sərhəd zastavalarından ezamiyyətdən qayıtmış hesab edilmişdir. - xx.xx.2015-ci il tarixli 0120 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 20 may 2015-ci il tarixdən Ənix səyyar sərhəd məntəqəsinə ezamiyyətə getmiş hesab edilmişdir. - 30-xx.xx.2015-ci il tarixli 0129 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 20 may 2015-ci il tarixdən Əlix səyyar sərhəd məntəqəsindən ezamiyyətdən qayıtmış hesab edilmişdir. - xx.xx.2015-ci il tarixli 0139 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 11 iyun 2015-ci il tarixdən 3-cü sərhəd zastavalarına ezamiyyətə getmiş hesab edilmişdir. - xx.xx.2015-ci il tarixli 0154 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 29 iyun 2015-ci il tarixdən 3-cü sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir - xx.xx.2015-ci il tarixli 0184 nömrəli Əmrindən çıxarışdan görünür ki, 6-cı sərhəd zastavası rəisinin müavini xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 20 gün müddətinə məzuniyyətə getmiş hesab edilmiş və o, məzuniyyətdə olduğu müddətdə vəzifələrin müvəqqəti icrası iddiaçıya həvalə edilmişdir. - xx.xx.2016-cı il tarixli 061 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 11 mart 2016-cı il tarixdən 10-cu sərhəd zastavasına ezamiyyətə getmiş hesab edilmişdir. - xx.xx.2016-cı il tarixli 064 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 15 mart 2016-cı il tarixdən 10-cu sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir. - 26-xx.xx.2016-cı il tarixli 074 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 26 mart 2016-cı il tarixdən 5-ci sərhəd zastavasına ezamiyyətə getmiş hesab edilmişdir. - xx.xx.2016-cı il tarixli 077 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 30 mart 2016-cı il tarixdən 5-ci sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir. - xx.xx.2016-cı il tarixli 096 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 21 aprel 2016-cı il tarixdən 2-ci sərhəd komendantlığı və 7-12-ci sərhəd zastavalarına ezamiyyətə getmiş hesab edilmişdir. - xx.xx.2016-cı il tarixli 0101 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 27 aprel 2016-cı il tarixdən 2-ci sərhəd komendantlığı və 7-12-ci sərhəd zastavalarından ezamiyyətdən qayıtmış hesab edilmişdir. - xx.xx.2016-cı il tarixli 0160 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 05 iyul 2016- cı il tarixdən 6-cı sərhəd zastavasına ezamiyyətə getmiş hesab edilmişdir. - xx.xx.2016-cı il tarixli 0165 nömrəli Əmrindən çıxarışdan görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı 10 iyul 2016- cı il tarixdən 6-cı sərhəd zastavasından ezamiyyətdən qayıtmış hesab edilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət edərək, ezamiyyə xərclərinin, eyni zamanda məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin rəisi X2 xüsusi mürəkkəb xidmət şəraiti olan və yüksək dağlıq bölgələrdə yerləşən sərhəd məntəqələrində xidmət edən zabit və gizirlərə əlavə güzəştlərin müəyyən edilməsi barədə müvafiq əmrində qeyd olunan güzəştlər xüsusi mürəkkəb xidmət şaraiti olan sərhəd məntəqələrində müəyyən edilmiş müddətdə xidmət etmiş zabit və gizirlərə şamil edilmişdir. 2014-2017-ci illərdə ştat üzrə N nömrəli hərbi hissənin DSMB-nin baş zabiti vəzifəsində olduğu üçün əlavə məzuniyyət günlərinin ona şamil olunması imkan xaricindədir. Daha sonra İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi və s” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşməyə dair ərizələr verərək, sonunda 2014- 2017-ci illərdə N nömrəli hərbi hissəni sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə 13 oktyabr 2023-cü il tarixli ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, 18 yanvar 2018-ci il tarixdən Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmışdır. 2014-2017-ci il tarixlərdə sərhəd zastavalarında uzunmüddətli ezamiyyətdə olmuşdur. Lakin, ona ezamiyyətdə olduğuna görə ezamiyyə xərcləri ödənilməmişdir. İddiaçı hesab edir ki, həmin xərclər ona ödənilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9346/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində istinad edilən 2015-2016-cı il tarixli iddiaçı barəsində qəbul edilmiş ezamiyyətə getmiş hesab edilmə və geri qayıtmış hesab edilmə barədə əmrləri nəzərə alınmaqla sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Ezamiyyə xərclərinin normaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarında Azərbaycan Respublikası ərazisində ezamiyyə xərclərinə dair müddəalar aşağıdakı kimi qeyd olunmuşdur: Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Göründüyü kimi, sözügedən Qərarda Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil etdiyi bildirilmişdir. İddiaçı qeyd olunan dövrlərdə xidməti zərurət ilə əlaqədar Sərhəd Dəstəsinin müxtəlif sərhəd zastavalarına xidməti ezamiyyətə gedərkən sərhəd dəstəsi tərəfindən xidməti nəqliyyat vasitəsilə, sərhəd zastavasında yataqla və ərzaqla tam təmin olunmuşdur. Buna görə də Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-9346/2023 nömrəli qərarında qeyd olunduğu kimi, ödənişlərin 2015-2016-cı il tarixdə qüvvədə olan “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarının redkasiyası əsasında, həmin tarixdə göstərilən məbləğlər nəzərə alınmaqla həyata keçirilməsi qanuna ziddir. Qanunverici hərbi qulluqçuların, o cümlədən ehtiyatda olan hərbi vəzifəlilərin almadığı pul təminatının sonradan tələb edilməsi hüququnu tanımış, lakin bu hüququ müddətlə məhdudlaşdırmışdır. Lakin iddiaçının iddia ərizəsindən görünür ki, iddiaçı 2014-2017-ci illərdə verilməli olan pul təminatını almadığını bildirsə də, bununla bağlı 6 il sonra, 2023-cü il tarixdə cavabdehə müraciət etmiş, bununla da yuxarıda istinad edilən normativ sənədə əsasən müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə qərarında həmin Əsasnamənin 6.1-ci bəndinə istinad etsə də, lakin həmin bənddə Hərbi qulluqçuların vəzifələrə təyin olunmaları ilə və ya hərbi hissənin daimi dislokasiya yerinin dəyişilməsi ilə əlaqədar xidməti yerləri dəyişildikdə yol xərci müavinəti ödənildiyi qeyd edilmişdir. Qeyd olunan halları məhkəmə düzgün araşdırmayaraq maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. Bununla da həmin hallar Dövlət Sərhəd Xidmətinin qanuni maraqları və mənafelərinə xələl gəlməsinə səbəb olmuşdur. İnzibati mübahisə üzrə təqdim edilmiş sübutlar məhkəmə tərəfindən obyektiv qiymətləndirilməmişdir. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Dövlət Sərhəd Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9346/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərarından yalnız cavabdeh inzibati orqan apellyasiya şikayəti vermişdir. İddiaçı iddianın təmin edilməyən hissəsini mübahisələndirmədiyindən həmin hissə qanuni qüvvəsini almışdır. Ona görə də məhkəmə kollegiyası hazırda birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını yalnız iddianın təmin edildiyi hissədə yoxlayır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı tələbi “2014-2017-ci illərdə N nömrəli hərbi hissəni sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Sonradan o, məhkəməyə müraciət etmiş və onun iddiası qismən- “2015-2016-cı il tarixli iddiaçı barəsində qəbul edilmiş ezamiyyətə getmiş hesab edilmə və geri qayıtmış hesab edilmə barədə əmrləri nəzərə alınmaqla sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi hissəsində” təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edildiyi hissədə düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərindən görünür ki, dövlət sərhədinin mühafizə bölməsinin baş zabiti mayor İddiaçı müxtəlif tarixlərdə (2015 və 2016-cı illərdə) müxtəlif sərhəd zastavalarına ezamiyyətə getmiş hesab edilmiş, müxtəlif tarixlərdə isə həmin zastavalardan ezamiyyətdən qayıtmış hesab edilmişdir. “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin müvafiq müddəalarına əsasən hərbi qulluqçuların vəzifələrə təyin olunmaları ilə və ya hərbi hissənin daimi dislokasiya yerinin dəyişməsi ilə əlaqədar xidmət yerləri dəyişildikdə yol xərci müavinəti ödənilir. Hərbi hissə komandirlərinin əmri ilə hərbi qulluqçunun daimi xidmət yerindən müəyyən edilmiş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Ezamiyyət xərclərinin ödənilmə qaydaları və məbləğləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarına əsasən həyata keçirilir. “X4”nın: 1-ci bəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonratəşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilir. 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarının:

1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin.

7. Müəyyən edilsin ki: büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir; büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər; “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2018-ci il tarixli 269 nömrəli Qərarının: 1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9 maddə 854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə 962; 2018, № 3, maddə 592) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1-ci hissədə “65,0” rəqəmləri “90,0” rəqəmləri ilə, “50,0” rəqəmləri “70,0” rəqəmləri ilə və “45,0” rəqəmləri “65,0” rəqəmləri ilə əvəz edilsin; 1.2. 6-cı hissədə “10,0” rəqəmləri “15,0” rəqəmləri ilə əvəz edilsin. 2. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minir. Sadalanan normaların məzmunundan da göründüyü kimi, iddiaçıya ezamiyyətdə olduğu müddət ərzində ezamiyyə xərclərinin ödənilməsi vəzifəsini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti daşıyır. İş materiallarında iddiaçının müəyyən dövrlərdə (2015-2016-cı illərdə) ezamiyyətə göndərilmə və ezamiyyətdən geri qayıtmış hesab edilmə barədə əmrləri mövcuddur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ezamiyyətlə bağlı ödənişlər hazırda qüvvədə olan redaksiyada deyil, onun ezmiyyətə göndərildiyi 2015 və 2016-cı il tarixdə qüvvədə olan “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarının redaksiyası əsasında həmin tarixdə göstərilən məbləğlər nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı "yeni məlumat vərəqinin göndərilməsi" tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-616/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1598/2024 saylı 21 avqust 2024-cü il tarixli qərardadı ilə oxşar işlər üzrə vahid məhkəmə təcrübəsinin mövcudluğu nəzərə alınaraq cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 yanvar 2024-cü il tarixli 2-1(103)-516/2024 saylı qərarından verdiyi kassasiya şikayəti mümkün sayılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin 2015-2016-cı il tarixli iddiaçı barəsində qəbul edilmiş ezamiyyətə getmiş hesab edilmə və geri qayıtmış hesab edilmə barədə əmrləri nəzərə alınmaqla sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edilməsinə dair mövqeyi qanuni və əsaslı olmuşdur. Bununla bağlı cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 2-1(112)-9346/2023 saylı 30 oktyabr 2023cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9346/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar