Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1738/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Nigar Xeyrulla qızı Nəbizadə və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X1, onun nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı cavabdeh Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs X4) qarşı “pasport qeydiyyatına xitam verilməsi tələbi”nə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2-1(81)-3833/2014 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 mənzilə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 avqust 2014-cü il tarixli, 2-1(81)-3833/2014 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş X1 onun mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatdan çıxarılmasının cavabdeh Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsi barədə iddia ərizəsinə əlavə icraata qəbul edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(81)-3833/2014 saylı iş üzrə cavabdeh X5 əsl cavabdeh Binəqədi rayon Polis İdarəsi ilə əvəz edilmiş və X4 2-1(81)- 3833/2014 saylı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2-1(81)- 3833/2014 saylı qərarı ilə (hakim M.Bayramov) iddianın təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mk/r, M.Cəlal küçəsi ev 121, 8 saylı mənzildən X2 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Binəqədi rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2- 1(81)-3833/2014 saylı qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən üçüncü şəxsə hüquqi yardım göstərilərək, bildirilmişdir ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3833/2014 nömrəli, 30 oktyabr 2014-cü il tarixdə qərar çıxarılaraq tərəflərə poçt vasitəsilə göndərilmişdir. Lakin üçüncü şəxs X2 apellyasiya şikayəti məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası üçüncü şəxsə Azərbaycan Respublikası İPMnin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3833/2014 nömrəli, 30 oktyabr 2014-cü il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi və vəkili 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3833/2014 nömrəli, 30 oktyabr 2014-cü il tarixli qərarını xx.xx.2024-cü il tarixdə rəsmi qaydada aldıqlarını bildirərək apelyasiya şikayətinin qanunla nəzərdə tutulan müddət ərzində verildiyini nəzərə alıb, mümkün hesab edilərək baxışa təyin edilib mahiyyəti üzrə baxılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin qanunla nəzərdə tutulan müddət ötürülməklə verildiyindən mümkün hesab edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2-1(81)-3833/2014 saylı qərarı üçüncü şəxs X1 qeydiyyatda olduğu ünvan 3 ünvanına göndərilmiş, həmin məktub “qeyd olunan ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. X11 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qərarın surətini xx.xx.2024-cü il tarixdə əldə etmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışlardan görünür ki, üçüncü şəxs X4 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2-1(81)-3833/2014 saylı qərarı qəbul edildikdən sonra, yəni xx.xx.2017, xx.xx.2017 və xx.xx.2024-cü il tarixlərdə (3 dəfə) şəxsiyyət vəsiqəsini dəyişmiş və qeydiyyat ünvanı kimi ünvan 4zü-özlüyündə deməyə əsas verir ki, üçüncü şəxs X4 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2-1(81)-3833/2014 saylı qərarını 2014-cü ildə almamış olsa belə, sonradan üç dəfə şəxsiyyət vəsiqəsini dəyişdirmiş və həmin vaxtı artıq ona məlum olmuşdur ki, o əvvəllər qeydiyyatda olduğu Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mk/r, M.Cəlal küçəsi ev 121, 8 saylı mənzildən qeydiyyatdan çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Həmçinin, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs X4) qarşı “pasport qeydiyyatına xitam verilməsi tələbi”nə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2-1(81)-3833/2014 saylı qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X1 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli, 2-1(81)-3833/2014 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1738/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1738/2025
04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver