Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1739/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndələri Nümayəndə və X2 iştirakı ilə, İddiaçı “TRZ X15 Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12104/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı “TRZ X15 Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “**********610100 nömrəli, 03 iyul 2023-cü il tarixli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Şirketin Azərbaycan Respublikasındakı Filialı Qarabağın müxtəlif bölgələrində gedən tikintilərə yemək xidməti verməklə məşğuldur. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən X3 yemək fəaliyyəti göstərən şirkətin əmtəəsiz əməliyyatla məşğul olmasını iddia edilərək, işi hərtərəfli, obyektiv və şəffaf araşdırmadan **********610100-№li xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim olunan sübutlarda qeyd olunan əsas məsələ əmtəəsiz əməliyyatlar aparılmasına firmanın ehtiyacının olmaması, riskli vergi ödəyiciləri barəsində sistemdə məlumatların olmaması, real məhsulların alqı-satqı prosesinin həyata keçirilməsi və bütün qaimələrdə alıcı və satıcı tərəfin məsul şəxslərinin imzalarının olması qeyd olunmuş, həmçinin malların anbara yüklənməsi barəsində də anbarda video kadrlar mövcuddur. Həmin video kadrlarda digər vergi ödəyicisinin işçiləri malları təhvil verərkən kadrları qeydə alınmışdır. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək. Həmçinin ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub. Catering fəaliyyəti ilə məşğul olan bu firmanın aylıq adambaşına vermiş olduğu yemək sayı təqdim edilib. Burada sual yaranır ki, əgər firma əmtəəsiz fəaliyyət həyata keçirmişsə nə üçün müqavilə bağladığı digər şirkətlər onlara yemək xidməti göstərmədiyi üçün hansısa narazılıq yaranmamışdır və aylarla gedən həmin tikintilərdə yemək fəaliyyəti davam etmişdir. Cavabdeh tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 420386,88 manat məbləğin təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranması faktını məktubunda qeyd edilsə də, həmin qaimə fakturalar üzrə bütün mallar anbarıa daxil olmuşdur. Malların qəbulu zamanı video görüntülər iddiaçı tərəfindən təqdim edilə bilər. Həmçinin malları təhvil vermiş şəxslər, onları qəbul etmiş şəxslər, fəaliyyət göstərilən şantiyedəki nəzarət xidməti, daha sonra mallar qəbul edildikdən sonra mətbəxdə onları istifadə edən şəxslər, anbar işçiləri və digər şantiyedə fəaliyyət göstərən şəxslər faktiki olaraq malların alınmasını təsdiq edə bilər. Catering fəaliyyəti göstərən şirkət olaraq yuxarıda qeyd edilən qaimə fakturalara uyğun olan mallar satılmamış, xidmətlər göstərilməmişdir. Müqavilələr bağlanılar X6 (VÖEN **********), X4 ( VÖEN **********), X7 (VÖEN **********) ilə əlaqə saxlayaraq bu barədə onlara məlumat verdikdən sonra, həmin şəxslər iddiaçıya qaimə faktura ilə hansı şəxslərdən məhsulları almaqları ilə bağlı torpaq sahəsinə sahib olan vətəndaşların şəxsiyyət vəsiqələrini təqdim etmişlər. Hal-hazırda məhsulların kimlərdən alınması ilə bağlı məlumatları olsa da, 3-cü şəxslərin alqı-satqı proseslərinin detalları barəsində məlumat əldə etmək hüququ mövcud deyildir. İddiaçı almış olduğu qida məhsulları olduğu kimi üzərinə mənfəət qoyaraq hər hansı 3-cü şəxsə olduğu kimi satmır. Xidmət göstərdiyi MMC-lərə xidmətləri hazır bişmiş yemək formasında göstərir. Qeyd etmək vacibdir ki, əgər əmtəəsiz əməliyyat aparılırsa xidmət göstərilən başqa şirkətlərə hansı formada hazır yemək çatdıra bilinər. Emil Aslanov üzrə 129, Talib Teymurov üzrə 75, Tiflis Şirinov üzrə 55 qaimə mövcuddur. 1 əməliyyat üzrə köçürmə həyata keçirilməmişdir. Həmçinin yuxarıda adları sadalanan müqavilə üzrə satıcıların malları kimlərdən alması ilə bağlı əldə edilən məlumatlar mövcuddur. İddiaçı əmtəəsiz əməliyyatlar üzrə fayda əldə etməmişdir. Göstərilmiş xərclər real xərclərdir və həmin həcmdə mallar anbara daxil olmuşdur və bişirildikdən sonra xidmət göstərilən müəssisələrə 2022-ci ilin yanvar ayından 278.699 ədəd yemək göndərilmişdir. Vergi əməkdaşları qərəzli şəkildə barəsində **********610100- №li 03.07,2023-cü il tarixli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında qərar qəbul edilərək, 84.077,37 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Cavabdeh təşkilatın qeyd edilən qərarı qanunvericiliyin tələblərinə ziddir və şirkətin hüquqularını kobud şəkildə pozur...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 420386,88 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********027200 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün mənfəət vergisi üzrə 84 077,37 manat vergi məbləği hesablanaraq, xx.xx.2023-cü il tarixli **********610100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1-ci bəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə əməliyyat riskli hesab edilir. Vergi ödəyicisi X4 (VÖEN: **********) tərəfindən 01.08.xx.xx.2022-ci itarixlərində iddiaçıya "patates, salatalık, domates və s." təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Vergi ödəyicisi X6 (VÖEN: **********) tərəfindən 01.08- xx.xx.2022-ci il tarixlərində iddiaçıya "patates, karpuz, nektarin, domates və s." təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Vergi ödəyicisi X7 (VÖEN: **********) tərəfindən 24.08- xx.xx.2022-ci il tarixlərində iddiaçıya "patates, salatalık, armut, elma, kabak, nektarin, domates və s." təqdim edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12104/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, “TRZ X15 Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********610100 nömrəli, 03 iyul 2023-cü il tarixli vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə barədə qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “..İddiaçıya vergi ödəyiciləri - X5 (VÖEN: **********) tərəfindən 01-xx.xx.2022-ci il tarixlərində, X6 (VÖEN: **********) tərəfindən 01.08-xx.xx.2022-ci il tarixlərində, X7 (VÖEN: **********) tərəfindən isə 24.08-xx.xx.2022-ci il tarixlərində "patates, salatalık, armut, elma, kabak, nektarin, domates və s." təqdim edilmişdir. Qeyd olunan mallar həmin vergi ödəyicilərinin alışında və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Vergi orqanında aparılan araşdırmalar zamanı yuxarıda adları qeyd olunan vergi ödəyicilərinin məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Bu barədə sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. Həmçinin, məhz adları qeyd olunan vergi ödəyicilərinin iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə və N.Bağırlı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onlarla razılaşmayaraq iddia ərizəsinə uyğun izahat veərərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin mübahisələndirilən hallarından göründüyü kimi, iddiaçı İPM-in 32.1-ci maddəsinin tələbi qaydasında mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin “**********610100 nömrəli, 03 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsini tələb etmişdir. İş materialları araşdırıldıqda müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıda aparılmış kameral yoxlama nəticəsində 03 iyul 2023-cü il tarixdə “Vergilərin , sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq həmin qərarla iddiaçıya əlaqəli məlumata əsasən 2022-ci ilin hesabat dövründə iddiaçı tərəfindən əldə edilmiş 420386,88 manat dəyərində qaimə fakturalar 2022-ci ilin mənfəət vergisi bəyənnamsində xərc sənədi nəzərə alınmamış və həmin il üçün 84.077,37 manat məbləğində filiala əlavə mənfəət vergisi hesablanmışdır. Cavabdehin iddia ərizəsinə etirazına və apellyasiya şikayətinin dəlillərinə əsasən müəyən olunur ki, əlavə verginin hesablanmasına əsas olaraq iddiaçının riskli vergi ödəyiciləri hesab edilən şəxslərdən, ocümlədən - X5 (VÖEN: **********) tərəfindən 01-xx.xx.2022-ci il tarixlərində, X6 (VÖEN: **********) tərəfindən 01.08-xx.xx.2022-ci il tarixlərində, X7 (VÖEN: **********) tərəfindənisə 24.08-xx.xx.2022-ci il tarixlərində "patates, salatalık, armut, elma, kabak, nektarin, domates və s." mallar təqdim edilməsi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 13.2.82-ci maddəsi də məhz nəzərədə tutur ki, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş cavabdeh vergi orqaının qərarlarından görünür ki, adıçəkilən şəxslər X8 - xx.xx.2022-ci il tarixli qərarı ilə X5, X6 və X7 isə xx.xx.2022-ci il və tarixli qərarı ilə riskli vergi ödəyiciləri hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. İş materiallarından isə aydın olur ki, həmin vergi ödəyiciləri ilə iddiaçı arasında alqı-satqı müqavilələrinə əsasən aparılan əməliyyatlar, o cümlədən təqdim edilmiş mallara görə ödənişlər, onların riskli vergi ödəyiciləri hesab olunmasına qədər olan dövrdə həyata keçirilmişdir. Belə ki, 10 yanvar 2022-ci il tarixli 02 nömrəli iki ayrı-ayrı alqı-satqı müqaviləsinə əsasən satıcılar X5 və X6 tərəfindən, 19 avqust 2022-ci il tarixli 10 nömrəli üçüncü bir alqı-satqı müqaviləsinə əsasən isə satıcı X7 tərəfindən alıcı “TRZ X15 Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına, yəni iddiaçıya razılaşdırılmış qiymətlərldə, miqdarda, keyfiyyətdə və kəmiyyətdə qaimə fakturalar əsasında iddiaçının tədarük ünvanlarına təqdim edilmiş və sonuncu tərəfindən həmin malların dəyəri satıcılar: - X1 bank hesabına xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəmə qəbzləri ilə; -xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, E.M. Aslanovun bank hesabına xx.xx.2022-ci il xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəmə qəbzləri ilə T.F.Teymurovun bank hesabına; - xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ödəmə qəbzləri ilə ödənilmişdir. Göründüyü kimi, iddiaçı həmin vergi ödəyiciləri ilə keçirilən alqı-satqı əməliyyatları, onların vergi orqanının 11 və 12 noyabr 2022-ci il tarixli qərarları ilə rikli vergi ödəyiciləri hesab olunub, riskli vergi ödəyiciləri styahısına daxil edilənədək, artıq 2022-ci ilin yanvar və avqust aylarında aparılmış və 2022-ci ilin sentyabr ayınadək iddiaçı ona təqdim olunmuş malların dəyərini həmin vergi ödəyicilərinə ödəmişdir. Beləliklə də, iddiaçının həmin əməliyyatların aparılmasında vergi qanunvericiliyinin tələblərinin pozulmasında təqsirli hərəkətləri mövcud olmamışdır. Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmamasına görə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Belə olan halda, iddiaçının vergi qanunvericiliyinin tələblərinin pozulmasında təqsirli bilinərək cavabdeh tərəfindən onun 2022-ci ilin aprel-avqust aylarında qeyd olunan vergi ödəyiciləri ilə aparlığı 420386,88 manat dəyəində əməliyyatların əmtəəsiz əməliyyatlar kimi qiymətləndirilməsi və onun həmin əməliyyətlar üzrə xərc sənədlərinin qəbul edilməməsi və bu əsasla da 2022-ci il üçün ona 84.077,37 (420386,88x20%) manat məbləğində əlavə mənfəət vergisi hesablanması qanunsuz olduğu sübuta yetirilir. Birinci instansiya məhkəməsinin qərarında da görünür ki, qeyd olunanlar nəzərə alınmaqla, cavabdehin 2022-ci ilin üçün iddiaçıya əlavə 84.077,37 manat məbləğində əlavə mənfəət vergisinin hesablanması əsassız hesab olunmaqla, həmin qərar ləğv edilmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12104/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12104/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1739/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1739/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver