Məhkəmə qərarları › İş №2-1(103)-1739/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1739/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1739/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2709/2024 saylı 14 oktyabr 2024cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 14 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********677400 nömrəli qərarına əsasən iyun 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 8.724,26 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 8.724,26 manat müəyyən edilmişdir; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********219500 nömrəli qərarına əsasən iyul 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 4.923,08 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğ 4.923,08 manat müəyyən edilmişdir; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********606800 nömrəli qərarına əsasən avqust 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 2.737,23 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğ 2.737,23 manat müəyyən edilmişdir; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********58500 nömrəli qərarına əsasən sentyabr 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 7.072,57 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğ 7.072,57 manat müəyyən edilmişdir; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********535200 nömrəli qərarına əsasən oktyabr 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 9.658,56 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğ 9.658,56 manat müəyyən edilmişdir; Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********625500 nömrəli qərarına əsasən noyabr 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 8.930,59, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləğ 8.930,59 manat müəyyən edilmişdir; “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********176900 nömrəli qərarına əsasən dekabr 2022-ci il əlavə dəyər vergisi üzrə hesabat dövrü ərzində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 5.736,12, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 5.736,12 manat müəyyən edilmişdir. Həmin qərarlardan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********219500, **********677400, **********606800, **********585000, **********625500, **********176900, **********535200 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmə icraatına qəbul edildikdən sonra cavabdeh qurum tərəfindən iddiaçıya münasibətdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********515200 nömrəli qərar qəbul olunmuş və həmin qərara əsasən təsdiq olunmuş 2022-ci il gəlir vergisi üzrə hesabat dövrü ərzində gəlir vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 4.069,00 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 22.419,77 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 18.350,77 manat müəyyən edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixində elektron kabinet vasitəsilə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək iddia tələbinin həcmini artıraraq, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********219500, **********677400, **********606800, **********585000, **********625500, **********176900, **********535200 və xx.xx.2023-cü il tarixli **********515200 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********219500 nömrəli Qərara əsasən 2022-ci ilin iyul ayının Əlavə dəyər vergisi üzrə 4,923.08 manat, xx.xx.2023-cü il tarixli **********677400 nömrəli Qərara əsasən 2022-ci ilin İyun ayının Əlavə dəyər vergisi üzrə 8,724.26 manat, xx.xx.2023-cü il tarixli **********606800 nömrəli Qərara əsasən 2022-ci ilin avqust ayının Əlavə dəyər vergisi üzrə 2,737.23 manat, xx.xx.2023-cü il tarixli **********585000 nömrəli Qərara əsasən 2022-ci ilin sentyabr ayının Əlavə dəyər vergisi üzrə 7,072.57 manat, xx.xx.2023-cü il tarixli **********625500 nömrəli Qərara əsasən 2022-ci ilin noyabr ayının Əlavə dəyər vergisi üzrə 8,930.59 manat, xx.xx.2023-cü il tarixli **********176900 nömrəli Qərara əsasən 2022-ci ilin dekabr ayının Əlavə dəyər vergisi üzrə 5,736.12 manat, xx.xx.2023-cü il tarixli **********535200 nömrəli Qərara əsasən 2022-ci ilin oktyabr ayının Əlavə dəyər vergisi üzrə 9,658.56 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 2022-ci ilin iyuldekabr aylarına ƏDV üzrə ümumilikdə 47,782.41 manat əlavə vergi məbləği hesablamışdır. Başqa sözlə, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 2022-ci ilin iyuldekabr aylarına ƏDV üzrə ümumilikdə 47,782.41 manat əlavə vergi məbləği hesablamışdır. Həyata keçirilmiş hesablamalar ilə bağlı cavabdeh vergi orqanının ƏDV məqsədləri üçün əlavə dövriyyəni necə müəyyən etdiyi qeyri-müəyyəndir. Digər yandan, İddiaçı vergi orqanında sadələşdirilmiş verginin ödəyicisi kimi qeydiyyatdan keçdiyi halda, vergi orqanı iddiaçının sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə aldığı malların satışından əldə olunan gəlirini ƏDV-yə cəlb edə bilməzdi. Halbuki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. İddiaçı malları sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə aldığından və həmin mallara görə əvəzləşdirmə hüququna malik olmadığından, həmin malların satışı ƏDV məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən iddiaçı 2022-ci il üzrə təqdim etdiyi cari gəlir vergisi bəyannaməsində ödənilməli gəlir vergisini isə 10,471.18 manat bəyan etmişdir. Daha sonra cavabdeh vergi orqanı qeyd olunan vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirmiş və bəyanamədə öz əksini tapmış 87,005.85 manat xərclər öz təsdiqini tapmadığından, iddiaçıya xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərmişdir. Göstərilən kənarlaşmalar aradan qaldırılmadığından cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023- cü il tarixli **********515200 nömrəli qərara əsasən iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə 18,350.77 manat əlavə vergi məbləği hesablamışdır. Göründüyü kimi, mübahisənin yaranmasının səbəbi 2022-ci il üzrə gəlir vergisi bəyannaməsində sənədlərlə təsdiqini tapmayan xərclərin qeyd olunmasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisinin xərclərinə dair təsdiqedici sənədi olmadığından 2022-ci il üzrə ödənilməli gəlir vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq şərti rentabellik norması əsasında hesablanmışdır. Cavabdeh vergi orqanı isə həmin hesabat ilə razılaşmayaraq qeyd edir ki, vergi ödəyicisinin əldə etdiyi gəliri (mənfəəti) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (mənfəətin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. hazırki iş üzrə cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı iddiaçı üçün əlverişli olan halları aydınlaşdırmamış və iddiaçının malların satışından əldə etdiyi gəlirləri qəbul etdiyi halda, həmin malların alışı ilə bağlı faktiki olaraq çəkilmiş, lakin rəsmiləşdirilməmiş xərclərə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasını tətbiq etmək hüququndan, hər hansı əsaslandırma olmadan imtina etməkdə haqlı olmamış və nəticədə iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etmişdir. İddiaçıya 2022-ci ilin iyun-dekabr ayları üzrə hesablanmış əlavə dəyər vergisinə münasibətdə aşağıdakıları qeyd edirik: İş materiallarından göründüyü kimi, iddiaçının vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 ay ərzində 200,000.0 manatı keçdiyindən, cavabdeh vergi orqanı iddiaçını 2023-cü ilin yanvar ayında məcburi olaraq əvvəlki xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirmişdir. Bundan sonra cavabdeh vergi orqanı iddiaçıya məxsus onlayn kassa və bank hesabı üzrə əməliyyatları əsas götürərək, 2022-ci ilin iyun-dekabr aylarına ƏDV üzrə əlavə vergi məbləğləri hesablamışdır. İddiaçı kameral vergi yoxlaması ilə əhatə olunan, başqa sözlə satış əməliyyatlarının baş tutduğu dövrdə (2022-ci ilin iyun-dekabr aylarında) sadələşdirilmiş verginin ödəyicisi olmuş və satdığı malların dəyərinə hər hansı ƏDV məbləği əlavə etməmişdir. Əgər vergi ödəyicisi ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməmişdirsə, həmin şəxsin apardığı əməliyyat o halda ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilir ki, həmin şəxs satdığı mallara ƏDV tətbiq (əlavə) etmiş olsun. İşin hallarından göründüyü kimi, iddiaçı 2022-ci ilin iyun-dekabr ayları ərzində sadələşdirilmiş vergi ödəyicisi olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş və apardığı əməliyyatlara (satdığı mallara) ƏDV tətbiq (əlavə) etməmişdir. Bu isə o 5 deməkdir ki, iddiaçının həmin satış əməliyyatları ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Bundan başqa, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Qeyd olunan normadan aydın olduğu kimi, vergi ödəyicisi malları alarkən ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququ mövcud olmamışdırsa, bu halda həmin malların satışı ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilmir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz və ona əlavə verilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı. həmçinin iyun ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 57192,38 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********205000 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022- ci ilin iyun ayı üçün 8724,26 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********677400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin iyul ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 32273,55 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********203600 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergı bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022ci ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə müvafiq olaraq 4923,08 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********219500 nömrəli "Vergilerin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərarlar göndərilmişdir. Aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin avqust ayı üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə 17944,05 manat (BDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********201200 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə müvafiq olaraq 2737,23 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********606800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin sentyabr ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 46364,59 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********208100 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022ci ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 7072,57 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********585000 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin oktyabr ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 63317.23 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********207400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilmesi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022ci ilin oktyabr ayı üçün ƏDV bəyannaməsi üzrə müvafiq olaraq, 9658,56 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli nömrəli **********535200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin noyabr ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 58544,99 manat (ODV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-ci il tarixli **********206700 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022ci ilin noyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 8930,59 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********625500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Aparılan araşdırma zamanı ardıcıl 12 ay üzrə vergi tutulan əməliyyatların həcminin 200000,00 manatdan çox olduğu üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin dekabr ayı üzrə bank hesablarınıza və onlayn kassa əməliyyatları üzrə 37603,49 manat (ƏDV daxil) vəsaitin daxil olmasına baxmayaraq müvafiq dövr üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cı il tarixli **********202900 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə müvafiq olaraq, 5736,12 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-ci il tarixli **********176900 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Hemçinin, vergi ödəyicisinə "Təqdim edilmiş bəyannamələr üzrə aşkar edilmiş kənarlaşmalar barədə" xx.xx.2023-cü il tarixli **********186000 nömrəli bildiriş göndərilmişdir. Həmin bildirişdə qeyd olunmuşdur ki, uçot-baza məlumatlarına əsasən 2022-ci ilin 12 ayı ərzində vergi ödəyicilərinin bank hesablarına daxil olmuş vəsaitlərin cəmi ilə həmin dövr üzrə təqdim edilmiş bəyannamələrin müvafiq göstəricilərinin müqayisəli təhlili aparılmışdır. Aparılan təhlillərin nəticəsinə əsasən, 2022-ci il üzrə İddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə göstərilmiş dövriyyə məbləğlərinin bank hesablarına daxil olmuş vəsaitlərin cəmindən az olduğu, bir sıra hallarda isə ümumiyyətlə əks etdirilmədiyi və ya bəyannamə (arayış) təqdim edilmədiyi müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar olaraq, 5 (beş) gün ərzində yaranmış kənarlaşma üzrə müvafiq bəyannamənin və ya zəruri olan sənədlər əlavə edilməklə əsaslandırılmış ətraflı izahat məktubunun təqdim edilməsi bildirilmişdir. Lakin iddiaçı tərəfindən həmin bildirişə uyğun olaraq müvafiq bəyannamə və ya sənədlər verilməmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdeh vergi orqanının ƏDV məqsədləri üçün əlavə dövriyyəni necə müəyyən etdiyi qeyri-müəyyəndir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddiaçının xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alındığı, həmçinin müvafiq aylar üzrə bank hesablarına və onlayn kassa əməliyyatları üzrə vəsaitlərin daxil olmasına baxmayaraq, müvafiq dövrlər üzrə ƏDV bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. xx.xx.2023-cü il tarixdə Kassa metodu ilə təqdim edilmiş 2022-ci ili gəlir vergisi bəyannaməsinin müvafiq sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (101 725,08 manat), vergi ödəyicisi tərəfindən əvvəlki il üzrə təqdim edilmiş "Sadələşdirilmiş verginin bəyannaməsinin 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna sütununda eks etdirilmiş mal-material qalığının məbləği (3004 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə- fakturaların və alış aktlarının məbləği (11550.00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış malmaterialların (0 manat) cəmi məbləğindən (14719.23 manat) bəyannamənin 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (14719.23 manat) məbləğin müqayisəsi nəticəsində 87.005,85 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş və uyğunsuzluq məktubu göndərilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********322000 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il GV bəyannaməsi üzrə 18 350,77 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********515200 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Bununla yanaşı, mübahisələndirilən digər qərarlarla bağlı əlavə olaraq bildirilir ki, Vergi Məcəlləsinin 159.7ci maddəsi ƏDV məqsədləri üçün qeydiyyatda olan şəxsin əldə etdiyi elektron vergi hesab-fakturaları (xx.xx.2020-ci il tarixdən etibarən elektron qaimə-fakturalar) üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr edildiyi halda ƏDV-ni əvəzləşdirmək hüququnun olmadığı hallara münasibətdə tətbiq edilir. Eyni zamanda ƏDV ödəyiciləri tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilən hallar və məhdudiyyətlər Vergi Məcəlləsinin 175-ci maddəsində təsbit edilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Bu səbəbdən vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyata alınanadək əldə etdiyi halda malların təqdim edilməsi ƏDV-nin vergitutma obyekti hesab edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2709/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023cü il tarixli **********515200 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın “iddianın rədd edildiyi” hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda məhkəmə qərarından narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın “iddianın təmin edilən” hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla yanaşı, əlavə olaraq bildirilmişdir ki, məhkəmə hesab edir ki, VM-nin 159.7-ci maddəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicisinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edilir və şəxsin sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə ƏDV daxil ödədiyi malların ƏDV-nin məqsədləri üçün qeydiyyatda alındıqdan sonra təqdim edilməsi ƏDV tutulan əməliyyat sayılır. Bununla bağlı qeyd edir ki, VM-nin 159.7-ci maddəsinə əsasən aşağıdakı şərtlər ödənildikdə, malların göndərilməsi (təqdim edilməsi) ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır: 1) vergi ödəyicisi malları ƏDVnə cəlb edilən əməliyyatlar nəticəsində əldə edərsə 2) malları əldə edərkən, Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmazsa. Normanın məzmunundan aydın olduğu kimi, əgər vergi ödəyicisi ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində mal alır, lakin ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququna malik deyilsə, həmin malın satışı ƏDV-yə cəlb edilmir. Belə ki, qanunvericinin məqsədi vergi ödəyicisini iki qat (həm mal alarkən, həm də satarkən) ƏDV ödəmək yükündən azad etməkdir. Göründüyü kimi, 159.7-ci maddə ƏDV məqsədləri üçün qeydə alınmış vergi ödəyicilərinə aid olsa da, həmin normada satılan malların hansı dövrdə alınması ilə bağlı hər hansı konkret şərt qoyulmamışdır. Başqa sözlə desək, ƏDV ödəyicisi malları istər ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən əvvəl, istərsə də sonra almasından asılı olmayaraq, əgər həmin mallar ilə bağlı əvəzləşdirmək hüququ olmayıbsa, qeyd olunan malların satışı ƏDV üzrə vergitutma obyekti (vergiyə cəlb edilən əməliyyat) sayılmır. Digər yandan, bu maddənin yalnız ƏDV ödəyicilərinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən sonrakı münasibətlərə aid olmasına münasibətdə qeyd edir ki, VM-nin 159.7-ci maddəsində əvəzləşdirmək hüququnun həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq müəyyən edilməli olduğu qeyd edilir. Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən isə vergi ödəyicisi əvəzləşdirmək hüququnu aşağıdakı hallarda itirir: malların alışı elektron qaimə-faktura (idxal zamanımüvafiq gömrük bəyannaməsi) ilə rəsmiləşdirilmədikdə - əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilmədikdə - malların (işlərin, xidmətlərin) alışı qeyri-sahibkarlıq fəaliyyəti məqsədləri, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün həyata keçirildikdə - malların (işlərin, xidmətlərin) alışı ƏDV-dən azad olunan əməliyyatlar üçün həyata keçirildikdə - dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alındıqda - malların (işlərin, xidmətlərin) alışı əmtəəsiz əməliyyatlar çərçivəsində həyata keçirildikdə - alınmış mallarla (işlərlə, xidmətlərlə) bağlı yaranmış borclar üzrə faktorinq (tələbin güzəşti) əməliyyatları çərçivəsində əməliyyatın dəyəri faktorun (tələb güzəşt edilən şəxsin) bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənilmədikdə - kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri, ƏDV-ni ticarət əlavəsindən hesabladığı halda - idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri ƏDV-ni tam dəyərdən yox, ticarət əlavəsindən ödədiyi halda. Yuxarıda göstərilən 9 halda, ƏDV ödəyicisi mal (iş, xidmət) alışı zamanı ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququnu itirir. Məhkəmənin VM-nin 159.7-ci maddəsi ilə bağlı yanaşmasını əsas götürsək belə nəticə əldə olunur ki, yuxarıda qeyd olunan 9 halda, alınan malların satışı ƏDV-yə cəlb edilməməlidir. Məsələn, əgər vergi ödəyicisi aldığı malın dəyərini nağd ödəyirsə və ya alış elektron qaimə-faktura ilə yox, kassa çeki ilə rəsmiləşdirilirsə və ya alış əmtəəsiz əməliyyat çərçivəsində həyata keçirilirsə, bu halda həmin malların satışı VM-nin 159.7-ci maddəsinə əsasən ƏDV-yə cəlb edilən əməliyyat sayılmır. Halbuki, istər cavabdeh inzibati orqanının, istərsə də məhkəmə təcrübəsinə görə bu hallarda sadəcə vergi ödəyicisinin əvəzləşdirmə hüququ etibarsız sayılır və satılmış mallar ümumi qaydada ƏDV-yə cəlb edilir. Göründüyü kimi, məhkəmənin VM-nin 159.7-ci maddəsini sadəcə vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatda olduğu dövrdə apardığı əməliyyatlar ilə məhdudlaşdırması düzgün olmamışdır. Belə ki, bu halda həmin norma tamamilə qeyri-işlək hal alır. Həmçinin nəzərə almaq lazımdır ki, VM-nin 159.7-ci maddəsi ümumi normadır və həmin normanın ehtiva etdiyi əməliyyatların dairəsinin məhdudlaşdırılmasını zəruri edən hər hansı hal mövcud deyil. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirsək, VM-nin 159.7-ci maddəsi ƏDV ödəyicilərinə aid olsa da, həmin maddədə əvəzləşdirmə hüququ olmadan alınan mallar deyidikdə, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməzdən əvvəlki (o cümlədən sadələşdirilmiş verginin ödəyicisi olduğu) dövrdə alınan mallar da nəzərdə tutulur. 2. Məhkəmənin ikinci – iddiaçının ƏDV-nin məqsədləri üçün ərizəni təqdim etmək vəzifəsini bilavasitə cavabdeh vergi orqanının bu barədə məlumat verməməsi, vergi orqanının nəzarəti ilə şərtləndirməsinin hüquqdan sui-istifadə halına gətirib çıxarması barədə dəlilinə münasibətdə qeyd edir ki, işin faktiki hallarına əsasən cavabdeh vergi orqanı iddiaçını 2023-cü ilin yanvar ayından əvvəlki tarixdən – xx.xx.2022-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata almış və iddiaçının sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə (2022-ci ilin iyun-dekabr ayları ərzində) ƏDV tətbiq etmədən satdığı mallara görə 18% dərəcə ilə ƏDV hesablamışdır. Başqa sözlə desək, cavabdeh vergi orqanı iddiaçını ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yarandığı tarixdən 6 ay sonra əvvəlki tarixdən məcburi şəkildə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçirmişdir. İddiaçının ƏDV məqsədləri üçün uçota alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları və onlayn kassa məlumatları), eləcə də 200,000.0 manat həddini keçməsi cavabdeh vergi orqanına 2023-cü ilin yanvar ayından əvvəl, satış əməliyyatlarının faktiki olaraq baş tutduğu tarixlərdə də məlum olmuşdur. Buna baxmayaraq, cavabdeh vergi orqanı iddiaçını məhz satış əməliyyatları tam baş tutduqdan sonra məcburi qaydada ƏDVnin məqsədləri üçün qeydiyyatdan keçirmişdir. Halbuki, cavabdeh vergi orqanı iddiaçının ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmək öhdəliyinin yarandığı barədə məlumatı vergi ödəyicisinə əvvəlki tarixdə (xx.xx.2022-ci il tarixdə) vermiş olsaydı, iddiaçı satdığı malların dəyərinə ƏDV tətbiq etmək imkanına və aldığı mallar üzrə ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququna malik olardı. Belə ki, məcburi qeydiyyat zamanı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə qeydiyyat tarixi qüvvəyə minməsinə dair normanın məzmunu aydın olsa da, hansı müddətdə tətbiq edilməsinə dair aydın göstəriş – tənzimləmə yoxdur. Belə olduğu təqdirdə, norma onun məqsədinə uyğun tətbiq edilməlidir. ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə ödəyici üçün müddətin 5 iş günü nəzərdə tutulması vergi orqanı üçün hüququnun tətbiqi üçün müddətlərin tətbiq edilməsini zəruri edir. Mövcud vəziyyətdə vergi orqanı diskresion səlahiyyətlərindən həmin səlahiyyətlərin məqsədinə uyğun istifadə etməli, vergi qanunvericiliyinin “vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətlərinin və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməsi” prinsipini pozmamalı və (vergi orqanı kimi) hüququnun (eləcə də vəzifəsinin) tətbiq edilməməsi nəticəsində iddiaçı üçün əlverişsiz şərait yaratmamalıdır. Belə ki, vergi ödəyicisinin (iddiaçının) ƏDV məqsədləri üçün qeydiyyata alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları, onlayn kassa məlumatları), eləcə də iddiaçının vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi artıq növbəti hesabat dövründə vergi orqanına məlum olduğu halda, məcburi qeydiyyatı vaxtında təmin etməmiş, nəticədə, ödəyici də satdığı mallara görə ƏDV tətbiq etmək və daha sonra əvəzləşdirmə hüququndan məhrum olmuşdur. Başqa sözlə desək, vergi qanunvericiliyində ƏDV-nin məqsədləri üçün ərizə təqdim etmək üçün vergi ödəyicisinə 10 gün müddət verildiyi halda, ərizə təqdim edilmədikdə, vergi orqanının təşəbbüsü ilə vergi ödəyicisinin bu məqsədlə qeydə alınmasına dair hər hansı müddətin müəyyən edilməməsi, vergi orqanını vergi ödəyicisinin qanunla qorunan maraqlarını gözləmək və müdafiə etmək vəzifəsindən azad etmir. Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 3. Həmçinin iddiaçı kameral vergi yoxlaması ilə əhatə olunan, başqa sözlə satış əməliyyatlarının baş tutduğu dövrdə (2022-ci ilin iyun-dekabr aylarında) sadələşdirilmiş verginin ödəyicisi olmuş və satdığı malların dəyərinə hər hansı ƏDV məbləği əlavə etməmişdir. Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 159.8-ci maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDVdən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Qeyd olunan normaların qarşılıqlı təhlilindən aydın olur ki, əgər vergi ödəyicisi ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməmişdirsə, həmin şəxsin apardığı əməliyyat o halda ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilir ki, həmin şəxs satdığı mallara ƏDV tətbiq (əlavə) etmiş olsun. İşin hallarından göründüyü kimi, iddiaçı 2022-ci ilin iyun-dekabr ayları ərzində sadələşdirilmiş vergi ödəyicisi olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş və apardığı əməliyyatlara (satdığımallara) ƏDV tətbiq (əlavə) etməmişdir. Bu isə o deməkdir ki, iddiaçının həmin satış əməliyyatları ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Həmçinin, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları(işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlir ki, iddiaçı ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədiyi dövrdə satdığı malların dəyərinə hər hansı ƏDV məbləği tətbiq (əlavə) etmədiyindən, malları aldığı dövrdə sadələşdirilmiş verginin ödəyicisi olduğundan, aldığı mallar üzrə müvafiq əvəzləşdirmə almadığından və almaq hüququna malik olmadığından, həmin malların satışı ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdeh etirazın məzmununa uyğun apelyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə vergi orqanının ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı xərc nəzərə alınmadan vergi hesablanması metodu ilə razılaşmır, vergi orqanının mübahisələndirilən dövrlər üzrə qüvvədə olan qanunvericiliyə əsasən birbaşa ümumi gəlirə 20% mənfəət vergisi dərəcəsi tətbiq etməklə vergi hesablanması kimi bir metodunun olduğunu da qəbul etmir. Vergi Məcəlləsi vergi ödəyicisinin mühasibat uçotunu aparmadığı və ya müəyyən edilmiş qaydada aparmadığı halda vergi orqanının ödənilməli olan verginin məbləğini 67-ci maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququnun olduğunu bilavasitə təsbit etmişdir. Eyni zamanda mübahisələndirilən dövr üzrə qüvvədə olmuş VM-nin 83.9-cu maddəsi mənfəətin birbaşa müəyyən etmək mümkün olmadığı halda, mənfəətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanmasını nəzərdə tutmuşdur. Qeyd etməyi zəruri hesab edirik ki, bu dəlil formal olmaqla yanaşı yanlış məntiqə əsaslanan dəlildir. Bildiririk ki, vergi orqanı təqdim edilmiş bəyannamə üzrə yaranmış uyğunsuzluqla bağlı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********322000 nömrəli uyğunsuzluq məktubu göndərmiş, qanunvericiliklə müəyyən olunmuş müddətdə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.4-1-ci və 16.1.7. maddəsinin tələblərinə görə bu Məcəllənin 14- 1.9-cu maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalarda nəzərdə tutulmuş sənədləri vergi orqanının tələbi ilə təqdim etmək və qanunvericiliklə müəyyən edilmiş müddətdə uçot sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən olunmuşdur. Həmçinin, məhkəmə qanunvericiliyin qeyd olunan normasını təhlil edərkən yanlış nəticəyə gəlmiş, belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququnu vergi orqanının üzərinə vəzifə kimi qoymuşdur. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Belə ki, həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq hüququna malikdir. Lakin vergi orqanının üzərinə bu norma vəzifə kimi qoyulmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, vergi ödəyicisi ümumi dövriyyəsini formalaşdıran malların alışını qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirməmiş, 2022-ci ili üzrə gəlirdən çıxan xərclərin uçotunu aparmamışdır. Lakin eyni zamanda o hal da müəyyən olunur ki, vergi ödəyicisinin əldə etdiklərindən e-qaimə faktura ilə malları (işlərin, xidmətlərin) təqdim etdiyi mübahisələndirilmir. Başqa sözlə, vergi orqanı vergi ödəyicisinin 2022-ci il hesabat dövrü üzrə alış sənədləri olmayan malların satışını qəbul edir. Bildirir ki, Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Göründüyü kimi, gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Gəlirlərin və xərclərin, vergi obyektlərinin uçotunu aparmaq, bu barədə gəlir və xərc sənədlərini mühasibat uçotu qaydalarına uyğun tənzimləmək ilk öncə vergi ödəyicisinin vəzifəsidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qismən- iddianın təmin edilmədiyi hissədə ləğv edilib, həmin hissədə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 cavabdehin apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, cavabdeh qurumun apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edildiyi hissədə ləğv edilib, həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hər iki apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2709/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qərarını hər iki tərəf mübahisələndirdiyi üçün həmin qərarın qanuniliyi və əsaslığı tam həcmdə yoxlanılır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********219500, **********677400, **********606800, **********585000, **********625500, **********176900, **********535200 saylı inzibati aktların ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Sonradan işin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdeh iddiaçıya münasibətdə xx.xx.2023-cü il tarixli **********515200 nömrəli qərar qəbul etdiyi üçün iddiaçı tələbini dəqiqləşdirərək, həmin qərarın da ləğv edilməsini tələb etmişdir. Odur ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarların ləğvi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddət daxilində müraciət edildiyi üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı 2022-ci il üzrə təqdim etdiyi cari gəlir vergisi bəyannaməsində ödənilməli gəlir vergisini 10.471,18 manat bəyan etmişdir. Daha sonra cavabdeh vergi orqanı qeyd olunan vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirmiş və bəyanamədə öz əksini tapmış 87.005,85 manat xərclərin öz təsdiqini tapmadığından, iddiaçıya xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərmişdir. Həmin məktubdan sonra vergi orqanı tərəfindən iddiaçı barəsində 2022-ci ilin iyun-dekabr ayları üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********677400, **********219500, **********606800, **********58500, **********535200, **********625500 və **********176900 nömrəli qərarlar qəbul edilmişdir. Bundan sonra işin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə xx.xx.2023-cü il tarixli **********515200 nömrəli qərar da qəbul edilmişdir. Hazırda iddiaçı vergi orqanının qəbul etdiyi həmin qərarların ləğvini tələb edir. İddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən - xx.xx.2023-cü il tarixli **********515200 nömrəli qərarın ləğv edilməsi hissəsində təmin edilmiş, digər qərarların ləğvi hissəsində isə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən- xx.xx.2023-cü il tarixli **********515200 nömrəli qərarın ləğv edilməsi hissəsində razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:

1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);

2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən onun qanunla müəyyən edilmiş qaydada qəbul edildiyi müəyyən edilir. Bu hal işin mübahisəsiz halıdır. Lakin həmin inzibati aktın maddi-hüquqi baxımdan qanuniliyi yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.9-cu maddəsinə görə vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 16.1.3-cü maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; Həmin Məcəllənin 16.1.7-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdu ki, iddiaçı uçot-baza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə əsas fəaliyyət növü geyimlərin pərakəndə satışı üzrə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmiş, xx.xx.2022-ci il tarixdən qüvvəyə minməklə xx.xx.2023-cü il tarixdən isə məcburi ƏDV qeydiyyatına alınmışdır. İddiaçıya cavabdehin xx.xx.2023-cü il tarixli **********515200 nömrəli qərarı ilə gəlir vergisi, xx.xx.2023-cü il tarixli qərarları ilə isə 2022-ci ilin iyun ayından-dekabr 2022- ci il daxil olmaqla əlavə dəyər vergisi hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci ilin gəlir verigisi bəyannaməsindən görünür ki, iddiaçı 2022-ci il üzrə malların təqdim edilməsindən ümumi gəliri 122 070,10 manat, malların təqdim edilməsi üzrə xərcləri 101 725, 08 manat, vergiyə cəlb olunan gəlir 20.345,02 manat, ödənilməli gəlir vergisi kimi 4.069,00 manat vergi bəyan etmişdir. Cavabdeh orqan vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsində xərclər hissəsində (87005,85 manat) xərci sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərc olaraq müəyyən etmiş və nəticədə mübahisələndirilən qərarla iddiaçıya 2022-ci ilin gəlir vergisi üzrə əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır; 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Yuxarıda qeyd edilən qanunvericlik normalarından görünür ki, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Gəlirlərin və xərclərin, vergi obyektlərinin uçotunu aparmaq, bu barədə gəlir və xərc sənədlərini mühasibat uçotu qaydalarına uyğun tənzimləmək ilk öncə vergi ödəyicisinin vəzifəsidir. Qanunvericilik vergi ödəyicisinin qeyd edilən vəzifələrinə qarşılıq olaraq isə vergi orqanının vergilərin düzgün hesablanması, vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsinin təmin edilməsi kimi vəzifə müəyyən etmiş, eyni zamanda vergi ödəyicisinin vergilərin tam və vaxtında ödənilməsinə nəzarət edərkən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyi də həvalə etmişdir. Hazırkı işin faktiki hallarından görünür ki, vergi ödəyicisi ümumi dövriyyəsini formalaşdıran malların alışını qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirməmiş, 2022-ci ili üzrə gəlirdən çıxan xərclərin uçotunu aparmamışdır. Həmçinin iş üzrə tərəflər vergi ödəyicisinin əldə etdiklərindən e-qaimə faktura ilə malları (işlərin, xidmətlərin) təqdim etdiyini mübahisələndirmir. Yəni, cavabdeh vergi orqanı vergi ödəyicisinin 2022-ci il hesabat dövrü üzrə alış sənədləri olmayan malların satışını qəbul edir. Birinci instansiya məhkəməsi iddiaçının xərc sənədləri olmadığından vergi ödəyicisinin öz təşəbbüsü ilə şərti rentabellik normasını tətbiq edərək mənfəət vergisi hesablamaq hüququnun olduğunu və yaxud cavabdeh orqanın xərc sənədi olmadığı halda şərti rentabellik norması tətbiq etməklə vergi hesablamaq kimi bilavasitə vəzifəsinin olduğunu qəbul etməsə də, eyni zamanda vergi orqanının mübahisələndirilən dövrlər üzrə qüvvədə olan qanunvericiliyə əsasən birbaşa ümumi gəlirə 20% mənfəət vergisi dərəcəsi tətbiq etməklə vergi hesablanması kimi bir metodunun olduğunu qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi; 67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir; 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır; 67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır; 83.9-cu maddəsinə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minən Vergi Məcəlləsindəki dəyişikliklərə əsasən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilmiş, Vergi Məcəlləsinin 83.9-cu maddəsi ləğv edildiyinə görə, bu maddə əsasında hazırlanmış Nazirlər Kabinetinin 55 saylı qərarı da öz qüvvəsini itirmişdir. Vergi Məcəlləsinə yeni əlavə olunmuş 67.3-1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) xx.xx.2024-cü il tarixindən etibarən 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Belə ki, vergiyə cəlb edilən mənfəət (gəlir) müəyyən edilərkən sənədlərlə rəsmiləşdirilən faktiki mənfəət (gəlir) 2025-ci ilin yanvar ayının 1-dək rentabellik səviyyəsi 50 faizdən çox olmayaraq müəyyən edilir. Bu müddətdən sonra vergi tutulan mənfəət (gəlir) sənədlərlə rəsmiləşdirilən faktiki gəlirlər və xərclər əsasında müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bu isə o deməkdir ki, vergi ödəyicisinin gəlirləri müəyyən olunub, lakin xərcləri qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdirsə, gəlir tam olaraq vergiyə cəlb oluna bilər. Hazırki işdə mübahisəli hüquq münasibətləri xx.xx.2024-cü il tarixdən əvvəl yarandığından qeyd edilən dəyişiklik həmin münasibətə tətbiq oluna bilməz. Belə ki, edilən dəyişiklik 2024-cü ilin yanvarın 1-dən sonra baş verən yoxlamalar və aşkarlanan hallarla bağlı hesablamalara aiddir. Odur ki, hazırki işdə cavabdeh qurum ümumi gəlirə vergi dərəcəsi tətbiq etməklə vergi hesablamaqda haqlı olmamışdır. Belə olan halda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********515200 nömrəli qərarı vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan həmin qərarın ləğv edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ona görə də cavabdeh qurumun apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərarı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023cü il tarixli **********515200 nömrəli qərarın ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********219500, **********677400, **********606800, **********585000, **********625500, **********176900, **********535200 nömrəli qərarların ləğv edilməsi barədə iddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən rədd olunmasına gəldikdə isə hesab edir ki, məhkəmənin bu barədə qənaəti düzgün olmamışdır. Birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 6.1.3-cü maddəsinə əsasən əlavə dəyər vergisi (ƏDV) dövlət vergilərinə aiddir. 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər. 157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. 157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. 157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək;- bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə. 157.3.2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə. 157.3.3. Bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir. 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Sadalanan normalardan görünür ki, qanunvericilikdə sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan vergi ödəyicisinin 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi nəzərdə tutulsa da, vergi ödəyicisinin belə ərizəni könüllü şəkildə 10 gün ərzində vermədiyi halda sonrakı gündən vergi orqanının həmin vergi ödəyicisini ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata almaq vəzifəsi müəyyən olunmuşdur. Lakin bu məcburi qeydiyyata almaqla bağlı vəzifəsinin həyata keçirilməsi üçün vergi orqanına münasibətdə konkret müddət müəyyən edilməmişdir. ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə müddətin 10 iş günü nəzərdə tutulması vergidən yayınma halının qarşısını almaqla yanaşı, vergi ödəyicisi tərəfindən ƏDV-nin hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu, əvəzləşdirmə hüququnun nə vaxt yarandığını dəqiqləşdirmək məqsədi daşıyır. Belə ki, qanunvericiliyə əsasən ƏDV vergisi bu məqsədlə dövlət qeydiyyatına alınmış vergi ödəyicilərinə satdığı malların dəyərinə ƏDV tətbiq etmək və malları alarkən ödədikləri ƏDV-ni əvəzləşdirmək hüququ verir. Vergi Məcəlləsinin: 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. 159.8. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. 175.3. Bu Məcəllənin 109.4-cü və 119.2-ci maddələrində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrıayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. 175.5. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalıvəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir. 175.7. Sıfır (0) dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar ƏDV cəlb olunan əməliyyatlar hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin müddəalarına uyğun olaraq əvəzləşdirilir. 175.8. ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaiməfakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 175.9. Qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaydada tərtib edilməyən elektron qaimə-fakturalar bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 175.10. Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğləri malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdirilir. 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175- ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 175.12. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 5 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. 175.13. Bu Məcəllənin 175.12-ci maddəsinin müddəalarından asılı olmayaraq idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisi məlumat formasını qeyd edilən müddətdə təqdim etmədikdə bu Məcəllənin 175.12-ci maddəsinin müddəaları tətbiq olunur. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir. 175.14. Alınmış mallarla (işlərlə, xidmətlərlə) bağlı yaranmış borclar üzrə faktorinq (tələbin güzəşti) əməliyyatları çərçivəsində əməliyyatın dəyəri faktorun (tələb güzəşt edilən şəxsin) bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənildikdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı uçot-baza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə əsas fəaliyyət növü geyimlərin pərakəndə satışı üzrə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmiş, xx.xx.2022-ci il tarixdən qüvvəyə minməklə xx.xx.2023-cü il tarixdən məcburi ƏDV qeydiyyatına alınmışdır. İddiaçıya cavabdehin xx.xx.2023-cü il tarixli qərarları ilə 2022-ci ilin iyun ayındandekabr 2022- ci il daxil olmaqla əlavə dəyər vergisi hesablanmışdır. Halbuki iddiaçı 2022-ci ilin iyun-dekabr ayları ərzində gəlir vergisi ödəyicisi olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş, apardığı əməliyyatlara (satdığı mallara) ƏDV tətbiq (əlavə) etməmiş, gəlir ödəyicisi ödəyicisi olduğundan malları alarkən əvəzləşdirmə almamış və ya əvəzləşdirmə hüququna malik olmamışdır. Vergi orqanı tərəfindən vergi ödəyicisinin (iddiaçının) vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi aşkar olunduğu halda iddiaçının ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alınmasını 9 ay sonra həyata keçirməsi, bununla da qeyd edilən müddətdə satdığı mallara görə faktiki olaraq (ƏDV əlavəsi tətbiq etmədiyindən) əvəzləşdirmə hüququnu tətbiq etmək imkanından məhrum olması normanın məqsədlərinə uyğun hesab edilə bilməz. Məcburi qeydiyyat zamanı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə qeydiyyat tarixi qüvvəyə minməsinə dair normanın məzmunu aydın olsa da, hansı müddətdə tətbiq edilməsinə dair aydın göstəriş – tənzimləmə yoxdur. Belə olduğu təqdirdə, həmin norma onun məqsədinə uyğun tətbiq edilməlidir. ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə ödəyici üçün müddətin 10 iş günü nəzərdə tutulması vergi orqanı üçün hüququnun tətbiqi üçün müddətlərin tətbiq edilməsini zəruri edir. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud vəziyyətdə vergi orqanı diskresion səlahiyyətlərindən həmin səlahiyyətlərin məqsədinə uyğun istifadə etməli, vergi qanunvericiliyinin “vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətlərinin və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməsi” prinsipini pozmamalı və (vergi orqanı kimi) hüququnun (eləcə də vəzifəsinin) tətbiq edilməməsi nəticəsində iddiaçı üçün əlverişsiz şərait yaratmamalıdır. Belə ki, vergi ödəyicisinin (iddiaçının) ƏDV məqsədləri üçün qeydiyyata alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları, onlayn kassa məlumatları), eləcə də iddiaçının vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi artıq növbəti hesabat dövründə vergi orqanına məlum olduğu halda, məcburi qeydiyyatı vaxtında təmin etməmiş, nəticədə, ödəyici də satdığı mallara görə ƏDV tətbiq etmək və daha sonra əvəzləşdirmə hüququndan məhrum olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası bildirir ki, cavabdeh inzibati orqanın da qanundan irəli gələn məsuliyyəti mövcuddur. Belə ki, o, qanunvericiliklə ona verilmiş səlahiyyətə uyğun olaraq vergi ödəyicilərinin təqdim etdikləri hesabat və bəyannamələrə əsasən onların ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcminin 200.000 manatdan artıq olmasını hesabat və bəyannamələr təqdim olunmasını hesabat və bəyannamələr təqdim edilən vaxt məlum olmasını bilmək imkanına malik olmuş, həmin vaxt kameral vergi yoxlaması əsasında araşdırma aparmaq hüququ olmuş, lakin bu imkandan istifadə etməmişdir. Odur ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarların qəbul edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında formalaşan hüquqi mövqe yuxarıdakı qaydada olmuşdur (2-1(102)-302/2025 saylı 13 mart 2025-ci il tarixli, 2-1(102)-103/2025 saylı 13 mart 2025-ci il tarixli qərarlar). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh orqan vergi ödəyicisinin mübahisələndirdiyi "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********219500, **********677400, **********606800, **********585000, **********625500, **********176900, **********535200 nömrəli qərarların qəbul edilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” X1 Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında özünün təqsirsiz olmasını subut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanının üzərinə düşür. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi hesablanmasının zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2709/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qərarı “iddianın təmin edilmədiyi” hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" vergi orqanının qəbul etdiyi xx.xx.2023-cü il tarixli **********219500, **********677400, **********606800, **********585000, **********625500, **********176900, **********535200 nömrəli qərarlar ləğv edilməli, məhkəmə qərarı “iddianın təmin edildiyi”, yəni “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********515200 nömrəli qərarın ləğv edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2709/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qərarı “iddianın təmin edilmədiyi” hissədə ləğv edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********219500, **********677400, **********606800, **********585000, **********625500, **********176900, **********535200 nömrəli qərarları ləğv edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2709/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qərarı “iddianın təmin edildiyi”, yəni cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023cü il tarixli **********515200 nömrəli qərarının ləğv edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X8 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar