Məhkəmə qərarları › İş №2-1(103)-174/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-174/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-174/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının prosessual hüquq varisi X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3173/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 11 noyabr 2018-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin 11 noyabr 2018-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, «xx.xx.1961-ci il təvəllüdlü iddiaçı xx.xx.1979xx.xx.1980-ci illərdə Zod qızıl mədənində yer altı işlərdə işləmiş, xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmət keçmiş, qayıtdıqdan sonra yenidən xx.xx.1982-xx.xx.1988-ci illərdə yenidən Zod qızıl mədənində yer altı işlərdə işləmiş, xx.xx.1985-xx.xx.1986-cı illərdə 65 saylı Vardenis Peşə Məktəbində oxumuş, xx.xx.1990-xx.xx.1990-cı illərdə şirniyyat sexində fəhlə, xx.xx.1990- 21.04. 1992-ci illərdə 12 saylı mağazində satıcı, xx.xx.1992xx.xx.2016-cı illərdə Bakı Metropolitenində müxtəlif peşələrdə (iş yalnız gecə tuneldə xüsusi ağır şəraitdə) işləmişdir. Bundan sonra məlum məsələlərlə əlaqədar olaraq 1980-ci ildə Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycan Respublikasına gəlmiş, buna görə də hesab edir ki,onun iş stajı 05 dekabr 1988-ci ildən 11 may 1990-cı ilədək nəzərə alınaraq hesablanmalıdır. xx.xx.2018-ci il tarixdən 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və yaranacaq fərqin 11 noyabr 2018-ci il tarixdən hesablanaraq birdəfəlik ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinə xx.xx.2021-ci il tarixli məktubu ilə imtina edərək məhkəməyə müraciət etmək hüququnun olmasını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur.» Cavabdeh iddia ərizəsinə yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 25 dekabr 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1992xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-də motovoz maşinistinin köməkçisi və motovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə dəmiryol nəqliyyatına aid deyil. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Bundan başqa İddiaçı 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 23 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1988-ci il, xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1998-ci il və xx.xx.1998-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3173/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: «Qərar əsassız və qanunsuzdur. Məhkəmə qərar qəbul edərkən prosessual və maddi hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Belə ki, onun güzəştli şərtlərlə təqaüdə getmək üçün iş ştajı 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıq, güzəştli şərtlərlə iş stajı isə 20 ildən artıq olduğuna görə ona 57 yaşından, yəni 11 noyabr 2018-ci il tarixdən pensiya təyin edilməlidir. Məhkəmə qərar qəbul edərkən Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan Respublikasından qaçqın düşərək 05 dekabr 1988-ci il tarixədə məcbur olub işdən çıxmağını nəzərə almamış və 05 dekabr 1988-ci il tarixdən 11 may 1990-cı il tarixədək Bakı şəhərində şimiyat sexində fəhlə işinə düzələnə kimi iş stajını hesablamamışdır. Əgər məhkəmə qaçqın statusunu nəzərə alıb, 05 dekabr 1988-ci ildə 11 may 1990-ci illəridə nəzərə alsaydı (1 il 6 ay 6 gün) xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 il 6 ay 6 gün olardı. Azərbaycan SSR-nin DQMV-də və onun ətrafında baş vermiş hadisələrlə əlaqədar daimi yaşayış və iş yerlərini tərk etməyə məcbur olmuş fəhlə və qulluqçuların fasiləsiz əmək staşınm bərpa edilməsi barədə Azərbaycan Həmikarlar İttifaqları Şurası Rəyasət heyətinin 11 yanva,£ 1990-cı il tarixli Qərarının 2-ci bəndinə əsasən qaçqınların fasiləsiz əmək stajı bərpa edilmişdir. Lakin məhkəmə fasiləsiz əmək stajımın yaranmasını əmək əmək kitabçamda bilavasitə qeyid olumadığına görə tələb olunan ümumi iş stajımım 25 ildən az olduğu qənaətinə gələrək qanunsuz və əsassız qərar qəbul etmişdir. Bundan başqa, məhkəmə qərar qəbul edərkək həm də belə nəticəyə gəlmişdir ki, iddiaçının işlədiyi motovoz maşinisti peşəsi ilədiyi sahəyə-metropoliten sahəsinə aid güzəştli peşələr siyahısında nəzərdə tutulmadığından onun xx.xx.2006-cı ilədək 12 il 6 ay xüsusi stajı olmadığı müəyyən olunduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Hesab edir ki, məhkəmənin belə nəticəyə gəlməsidə tam əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siayhı”sının 21 “Nəqliyyat sahəsi5' bölməsinin “Metropolitenlər” adlanan 21.5-ci maddəsində yalnız gecə vaxtlarında tünellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr güzəştli peşə kimi nəzərdə tutulmuşdür. Bu barədə həm cavabdehə və həmdə məhkəməyə işlədiyim "xxxx" QSC-nin arayılarını təqdim etsəmdə məhkəmə qanunsuz və əsassız olaraq iddiamı təmin etməmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, "xxxx" QSC-də onun kimi eyni motovoz işləyən şəxsin eyni tələbi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1 (82)l010/2017 saylı, 30 may 2017-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır (Qərarı məhkəməyə təqdim etmişdim və apellyasiya şikayətinədə əlavə edir).” Hazırkı məhkəmə iclasında iddiaçının oğlu, X4, ərizə ilə məhkəməyə müraciət edərək, atası İddiaçı 15 yanvar 2023-cü il tarixdə vəfat etdiyini bildirərək, ona məxsus Suraxanı rayonu VVAQ şöbəsi tərəfindən 28 iyul 1993-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsini və atasının (iddiaçının) «ASAN Xidmət Mərkzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş “ölüm haqqında şəhadətnamə”ni məhkəməyə təqdim edərək, onun iddiaçının prosessual hüquq varisi kimi işə cəlb olunmasını məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən onun ərizəsi təmin olunmuşdur. Daha sonra ərizəçi birinci instansiya məhkəməsinin qərarını ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Hətəmova apellyasiya şikayəti ilə razılaşmamış, iddiaçının 2006-cı ilin yanvarı ayına qədər 25 il ümumi ümumi stajı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmsını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını tələb etmişdir. Ona 57 yaşından əmək pensiyası təyin edilməsi üçün isə qanunvericiliyin aşağıdakı tələbləri mövcuddur. xx.xx.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədən qüvvəyə minmiş 9.1-ci maddəsinin redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin «d» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, döktoanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir; Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1.1 və 3.2.1-ci bəndlərinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir). Qanunvericiliyin qeyd olunan normalarının qarşılıqlı təhlili onu deməyə əsas verir ki, iddiaçının 01.01. 2006-cı il tarixinə qədər əmək kitabçası üzrə azı 25 il ümumi və 12 il 6 ay güzəştli pensiya hüququ verən stajı mövcud olmalıdır ki, yaxud, onun 01 iyul 2017-ci il tarixinədək 57 yaşı tamam olmalıdır ki, onun 2006-cı ildən sonrakı stajının da nəzərə alınması və 25 il ümumi iş stajının tamamlanması ilə ona həmin yaşdan güzştli pensiyanın təyin edilməsi mümkün olsun. Qanunvericiliyin imüəyyən etdiyi həmin şərtlər isə iddiaçı tərəfindən yerinə yetirilmir. Birincisi, iddiaçının işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinə (№0*******; Suraxanı RPİ xx.xx.2012) əsasən müəyyən olunur ki, o, xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Yəni, onun 57 yaşı xx.xx.2018-ci il tarixində tamam olmuşdur. Belə olan halda, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyası baxımından iddiaçıya 2006-cı ildən sonrakı iş stajı da nəzərə alınmaqla 57 yaşından pensiya təyin olunması istisna olunur. «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, 2006-cı ilə qədərə qüvvədə olan «Vətəndaşların pensiyatəminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndi tətbiq olunduqda da, iddiaçının 2006-cı ilə qədər 25 il ümumi iş stajı mövcud olmadığından 57 yaşından pensiya hüququna malik olmur. Belə ki, isə işdə olan 25 dekabr 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasına əsasən 25 il ümumi stajı toplanmır. Beələ ki, konkret halda əmək kitabçasına əsaəsən iddiaçının aşağıdakı kimi iqş stajı müəyyən olunur: xx.xx.1979-xx.xx.1980: Zod qızıl mədənində yeraltı mədən fəhləsi -3 ay 11 gün; xx.xx.1980-xx.xx.1982: müddətli həqiqi hərbi xidmət -1 il 11 ay 24 gün; xx.xx.1982-xx.xx.1988 Zod qızıl mədənində yeraltı fəhlə,elektrovoz maşinisti – 6 il 5 ay 27 gün (həmin dövrdə xx.xx.1985-xx.xx.1986: 65 saylı Vardenis Peşə Məktəbində oxumuşdur) xx.xx.1990-xx.xx.1990: «Bakı Ticarət birliyi» qənnadi sexində sexində fəhlə - 2 ay 13 gün; xx.xx.1990- 21.04. 1992: 12 saylı mağazində satıcı -1 il 7 ay 1 gün; xx.xx.1992 - xx.xx.2006: yalnız gecə işlərində Bakı Metropolitenində motovoz maşinisti köməkçisi və motovoz maşinisti – 13 il 6 ay 7 gün . Beləliklə də, iddiaçının xx.xx.2006-cı il tarixinə qədər olan əmək fəaliyyəti üzrə qeyd olunan iş stajı toplandıqda, onun cəmi 24 il 24 gün ümumi iş stajı mövcud olur. Yəni, 57 yaşından əmək pensiyası təyin olunması üçün onun azı 25 il sığorta stajı tamamlanmır (11 ay 6 gün çatmır). Belə olan halda, onun 12 il 6 ay güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraitində sığorta stajı mövcud olsa belə, qanunla müəyyən edilən azı 25 il ümumi sığorta stajı olmadığından (məhkəmə prosessual qənaət prinsipi baxımından xüsusi stajı ilə bağlı hissədə araşıdırma aparılmasını zəruri hesab etməmişdiir), yəni qanunun qeyd olunan imperativ şərti yerinə yetirilmədiyinə görə onun 57 yaşından güzəştli şərtlərlə əmək pensiya hüququ yaranmır. Odur ki, cavabdeh tərəfindən ona 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina olunması qanuni və əsaslıdır. Bu baxımdan həmin imtina iddiaçının hüquqlarının pozulması kimi yozula bilməz. İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, məhkəmə o halda inzibati aktın qəbul edilməsi barədə inzibati orqanın üzərinə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya onun hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu, qərar qəbul edilərkən prosessual və maddi hüquq normalarını düzgün tətbiq edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3173/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3173/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar