Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-174/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: «qərarın ləğvi ») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2374/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-cı il tarixli, **********144530 nömrəli Qərarına əsasən 2018-ci il (yanvar)- 2020-ci ilədək (dekabr) olan dövr üzrə ddiaçı İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və nəticəsi xx.xx.2022ci il tarixli **********144575 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama ilə: 1) 2018-2020-ci illər üzrə mənfəət vergisinin bəyannaməsində göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğinə nisbətən 261 111.23 manat (o cümlədən: 2018-ci il üzrə 72 451.00 manat. 20İ9-cu il üzrə 93 566.54 manat, 2020-ci il üzrə 95 093.69 manat) mənfəət vergisi hesablanılmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 130 555.62 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir; 2) Yoxlanılan dövr ƏDV-nin bəyannamələrdə göstərilən məbləğinin bayannamələrdə göstərilməli olan məbləğinə nisbətən 1 255 971.28 manat azaldılmasına görə hesablama aparılmış və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 627 985.65 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi edilməsi təklif edilmişdir.
2. “Səyyar vergi yoxlaması aktı”-nın əsasında cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********156228 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı MMC-nə yoxlanılan dövr üçün; 2018- ci ilə olan dövr üçün 2018-ciil üzrə 72 451.00 manat, 2019cu il üzrə 93 566.54 manat, 2020-ci il üzrə 95 093.69 manat, cəmi 261 111.23 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 261111.23 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50%-i miqdarında, yəni 130555,61 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisinin yoxlanılması üzrə: yoxlanılan dövr üzrə müəssisə tərəfindən 2018-ci ildə 412 868.52 manat, 2019-cu ildə 474 893.91 manat və 2020-ci ildə 368 208.85 manat olmaqla, cəmi 1 255 97128 manat ƏDV-nin az (mütəxəssis rəyinə əsasən) hesablanması müəyyən edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri pozularaq ********** manat ƏDV azaldılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ayrı-ayrı aylar üzrə azaldılmış 1 255 971.28 manat ƏDV məbləğinin 50% miqdarında, yəni 627 985.64 manat maliyyə sanksiyasının tətbiq edilmişdir.
3. xx.xx.2021-ci il tarixli **********144572 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnaməyə əsasən cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC-dən zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir.
4. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, yoxlama xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 5 dəfə vergi ödəyicisinin rəhbərinin(onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbindən 5 dəfə, xx.xx.2021ci il tarixindən xx.xx.2021-ci il tarixinədək isə “Vergi orqanın təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi” əsası ilə isə 5 dəfə dayandırılmışdır.
5. Vergi orqanın xx.xx.2021-ci il tarixli **********145819 saylı qərarına əsasən yoxlamanın müddəti 30 gün müddətində uzadılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********144575 saylı Aktı və xx.xx.2022-ci il tarixli **********156228 saylı Qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə "xxxx" MMC-nin Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********156228 nömrəli qərarın ləğv edilməsi barədə iddia ərizəsi daxil olmuşdur. iddia ərizəsində qeyd edilənlərə iddiaçı İnzibati Prosessual Məcəllənin 1.2-ci, 47-48-ci maddələrinə və Mülki-Prosessual Məcəllənin 47-ci maddəsinə əsasən etiraz etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cu maddəsilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1 -ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır.
8. Daha sonra iddiaçı tərəfindən iddia ərizəsinə dəqiqləşdirmə verilərək bildirilmişdir ki, “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyi və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156228 saylı qərara əsasən müəssisəyə 1 517 082.51 manat əlavə vergi məbləği hesablanılmış və 758 541.27 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
9. İddia ərizəsində bildirilmişdir ki, qeyd olunan hesablama Vergi Məcəlləsinin və digər qanunvercilik aktlarının kobud şəkildə pozulması ilə aparılmışdır. Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. Həmin maddədə qeyd edilmişdir: “38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə” səyyar vergi yoxlaması təyin edilir. Lakin səyyar vergi yoxlaması təyin edilməsi barədə qərarda vergi orqanın əldə etdiyi mənbəyi bəlli olan məlumatlar açıqlanmamışdır. Eyni zamanda yoxlamanın aparılması zamanı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin bir sıra tələbləri ciddi şəkildə pozulmuşdur. Həmin əsasnamənin; 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə) reyestrə daxil edilməlidir. Belə ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinindən çıxarışa əsasən müəyyən olunmuşdur ki, yoxlamanın müddəti xx.xx.2021-xx.xx.2021-ci il tarixləri müəyyən olunmuşdur. Lakin sonradan yoxlama prosesində yoxlama 10 dəfə müvəqqəti dayandırılmış, 1 dəfə isə uzadılmışdır. SVY aktına əsasən həmçinin müəyyən olunur ki, yoxlama xx.xx.2021-ci il tarixində başlanılmış və xx.xx.2021-ci il tarixində başa çatdırılmışdır. SVY aktında həmçinin müəyyən olunur ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********153009 saylı qərarına əsasən aktın tərtibi müddəti 30 gün uzadılmışdır. Lakin həmin aktın tərtibi müddətinin uzadılması barədə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə müvafiq məlumatlar daxil edilməmişdir. Halbuki yuxarıda qeyd edilən əsasnamənin tələbinə əsasən uzadılma barədə qərar reyestrə daxil edilməli idi. Eyni zamanda aktın tərtibi müddətinin uzadılması qərarı da əsassız olmuşdur. belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Lakin mövcud vəziyyətdə aktın tərtibi müddətinin uzadılması üçün qanunverciliklə müəyyən olunmuş 2 səbəbdən heç biri olmamışdır. Birincisi hesablama üçün əsas olan mütəxəssis rəyi xx.xx.2021-ci il tarixində tərtib edilərək vergi orqanına təqdim edilmiş, yoxlama isə xx.xx.2021-ci il tarixində başa çatdırılmışdır. Digər tərəfdən isə yoxlama zamanı digər şəxslərə sorğuları göndərilməsi və onun cavabının müəyyən olunmuş müddətdə əldə edilə bilməməsi ilə bağlı heç bir məlumat mövcud deyildir.Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılmışdır. Mütəxəssis qisməndə MBA LTD MMC-nin nümayəndəsı X7 iştirak etmişdir. Mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, Aktiv enerji sərfiyyatina görə(1 saata 90.00 kvt olmaqla) aylar ərzində iş saatı müəyyən olunmuş və 1 saata 40 kub beton istehsalı müəyyən olunmaqla, cəmi 112 450.42 kub ümumi beton istehsalı həcmi müəyyən olunmuşdur. Lakin nə rəydə, nə də səyyar vergi yoxlaması aktında istehsal avadanlıqlarının hansı meyar və göstəricilərə əsasən 1 saata 40 kub beton istehsal edə bilməsi əsaslandırılmamışdır. Avadalıqların texniki göstəriciləri barədə heç bir məlumat mövcud olmamışdır. Bu barədə tərəfimizdən vergi orqanına xx.xx.2023-cü il tarixli sorğu göndərilsə, cavabdeh bu sorğuya cavab vermədən, məktubun icrasını basqa bir sənədlər bağlamışdır. Həmçinin xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi barədə” **********152643 saylı protokola əsasən də müəyyən edilmişdir ki, baxış zamanı beton zavod fəaliyyət göstərməmiş, həmin ərazidə müəssisənin təsisçisi X8 tərəfindən icarəyə verilmiş taxta sexi və dəmir məmulatları istehsalı sexlərinin faktiki fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Bildirilmişdir ki, müəssisəyə məxsus olan qeydiyyatda olan təsərrüfat subyektinin adı “BETON İSTEHSALİ VƏ İCARƏ OBYEKTİ” olmuşdur, obyektdə cəmi 1 elektrik sayğacı quarşdırılıb. Yoxlama dövründə həmin icarə obyektində faktiki olaraq neçə icarədarin fəaliyyət göstərməsi və onların dəqiq enerji sərfiyyatı müəyyən olunmamışdır. Obyektlərin hər birinə ayrılıqda sayğac quraşdırılmadığından, mütəxəssis rəyində hər il stabil olaraq 25% digər icarədarların enerji sərfiyyat nəzərə alınsa da, bu doğru yanaşma deyildir. Baxış protokolundan da göründüyü kimi, müşahidə zamanı beton istehsalı zavodu faktiki olaraq fəaliyyət göstərməmiş, digər sexlər isə fəaliyyət göstərmişdir. Bu zaman elektrik enerjisi sərfiyyatının 70%-nin işləməyən müəssisəyə aid edilməsi əsassızdir. Mütəxəssis rəyinə əsasən 112 450.42 kub ümumi beton istehsalı həcmi müəyyən olunmuş, istehsal olunmuş betonun markalar üzrə təsnifatı aparılmamışdır. Lakin səyyar vergi yoxlaması aktında illər üzrə istehsal olunmuş beton məhsulları 8 marka üzrə qruplaşdırılmışdır(M-100, M-150, M-200, M-250, M-300, M- 350, M-400 və M-500). Səyyar vergi yoxlaması aktı ilə hansı meyarlara əsasən bu markalar üzrə istehsal həcmi müəyyən olunduğu əsaslandırılmamış və marklar üzrə istehsal həcmi yoxlayıcının özü tərəfindən müəyyən olunmuşdur. Hansı ki, xüsusi bilik tələb olunduğundan yoxlayıcı tərəfindən müəyyən oluna bilməzdi. Bildirilmişdir ki, yoxlama dövründə müəssisə tərəfindən elektron qaimə fakturalar əsasında 1 592 207.96 manat dəyərində beton satışı aparılmış, mənfəət vergisi bəyənnamələrində 1 598 042.6 manat dövriyyə bəyan olunmuşdur. Lakin səyyar vergi yoxlaması aktına əsasən 8 503 486.18 manat dövriyyə müəyyən olunmuşdur ki, bu absurd bir rəqəmdir. Vergi orqanın yanaşmasına görə yoxlama dövründə vergi ödəyicisi tərəfindən 6 905 443.58 manat dövriyyə kənarlaşması olmuşdur. Halbuki, yoxlama ilə hər hansı bir pərakəndə və ya elektron qaimə faktura olmadan satış aparılması təsdiqini tapmamışdır. Vergi orqanı istehsal həcminin müəyyən olunması məqsədi ilə xronometraj metodu ilə müşahidə təyin edə bildiyi halda, bu hüququndan istifadə etməmişdir. Bunlardan əlavə Vergi ödəyicisinin və ya sığortaedənin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi barədə” **********152643 saylı protokol müşahidəçi kimi MBA LTD MMC-nin mütəxəssisi tərəfindən imzalanmışdır. Halbuki, VM-nin 47.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda səyyar vergi yoxlamasının keçirilməsi zamanı müşahidəçilər dəvət edilir. 47.2. Müşahidəçilər iki nəfərdən az olmayaraq dəvət edilir. 47.3. Müşahidəçilər qismində yoxlamanın nəticələrində maraqlı olmayan fiziki şəxslər dəvət edilə bilər.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12197/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadına əsasən iş üzrə İddiaçı MMC tərəfindən buraxılmış prossesual müddət bərpa edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2374/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçının “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156228 nömrəli qərarın ləğv edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir.
12. Cavabdeh etiraz ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cu maddəsilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1 -ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. İddiaçının iddia ərizəsində qeyd olunan dəlili ilə bağlı bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2021-ci il tarixli **********144530 nömrəli Qərarına əsasən "xxxx" MMCdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Baş İdarənin xx.xx.2021-ci il tarixli **********144572 nömrəli "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında" Tələbnaməsi çıxarılaraq xx.xx.2021-ci il tarixində əlbə-əl qaydada təqdim olunmuşdur. Tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2021-ci il tarixinə kimi təqdim olunmalı olduğu bildirilmiş, lakin müəssisə tərəfindən sənədlər təqdim olunmadığı üçün xx.xx.2021-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” Aktla rəsmiləşdirilərək xx.xx.2021-ci il tarixli **********527800 nömrəli məktubla elektron qaydada təqdim olunmuşdur. Baş idarə tərəfindən xx.xx.2021-ci il tarixli **********527800 və xx.xx.2021-ci il tarixli **********161000 nömrəli “Səyyar vergi yoxlaması haqqında” məktublarla müəsisəyə müraciət olunmuş və Tələbnamədə nəzərdə tutulan məlumatların dərhal təqdim edilməsi xahiş olunmuşdur. Müəssisə tərəfindən yoxlamaya sənədlərin bir qismi təqdim olunmuş və nəticəsi xx.xx.2021-ci il tarixli “Sənədlərin qismən təqdim olunması barədə” Aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı Azərbaycan Respublikasi Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlaması keçirildikdə, vergi orqanlarının və onlann vəzifəli şəxslərin düzgün qərar qəbul edilməsi uçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi odəyicisi üçün əlverişli olan hallar aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə təyin edilmiş qaydada mütəxəssislərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 45-ci maddasinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanın rəhbərinin (onun müavininin) qəranna əsasən mütəxəssis dəvət oluna bilər. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə mütəxəssis dəvət edilməsi zərurəti yaranmışdır. Vergi ödəyicisi tərəfindən tikintidə istifadə etmək üçün beton məmulatlarının real istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2018ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün aylar üzrə real istehsal həcmini müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********149491 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X7 mütəxəssis kimi dəvət olunmuşdur, iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Mütəxəssisin dəvət edilməsi haqqında" Müqavilə bağlanmışdır. Mütəxəssisə xx.xx.2021-ci il tarixli **********986000 nömrəli "xxxx" ASC-nin elektrik enerjisi istehlakı haqqında məlumatları, yoxlama dövrü üzrə elektron vergi hesab faktura məlumatları (e-VHF) və elektron qaimə faktura məlumatları (e- qaimə) təqdim olunmuşdur. Bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin mütəxəssisi X7 tərəfindən xx.xx.2021-ci tarixində baxış keçirilmiş və nəticələri barədə xx.xx.2021-ci il tarixli **********826800 nömrəli Mütəxəssis Rəyi tərtib olunmuşdur. Mütəxəsssis təqdim olunan elektrik enerjisi istehlakı haqqında məlumatları istifadə edərək real istehsal həcmini müəyyən etmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi istehsal olunmuş məhsulların real istehsal həcmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi əsasında vergilər hesablanmışdır. Mənfəət vergisinin yoxlanılması üzrə: Müəssisənin 2018-ci il üçün təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, 2018-ci ildə müəssisənin ümumi gəlirləri 565 491.06 manat (mallann təqdim edilməsindən gəlir), gəlirdən çıxılan xərcləri 499 937.05 manat (o cümlədən: 49 602.80 manat əmək haqqı, 10 912.60 manat sosial siğorta haqqı, 403 939.34 manat xammal və material, 9 922.00 manat enerji, 209.70 manat su və kanalizasiya, 213.60 manat rabitə, 12 797.08 manat bank xidməti üzrə, 9 835.54 manat amortizasiya, 2 504.39 manat gəlirdən çıxılan vergilər və yığımlar) vergiyə cəlb olunan mənfəəti 65 554.01 manat olmaqla 13 110.80 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 2 859 204.72 manat (mütəxəssis rəyinə əsasən), gəlirdən çıxılan xərcləri 2 382 670.60 manat (Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən) vergiyə cəlb olunan mənfəəti keçmiş illərin zərəri çıxılmaqla 427 809.00 ((476 534.12- 40 000.00 (2015-ci il üzrə zərər) manat- 8725.12 (2017-ci il üzrə zərər) manat)) manat olmaqla 85 561.80 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin 2019-cu il üçün təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, 2019-cu ildə müəssisənin ümumi gəlirləri 168 696.58 manat (mallann təqdim edilməsindən gəlir), gəlirdən çıxılan xərcləri 213 800.48 manat (o cümlədən: 54 641.20 manat əmək haqqı, 9 971.35 manat sosial siğorta haqqı, 120 731.23 manat xammal və material, 8 882.02 manat enerji, 723.72 manat qaz, 963.43 manat su və kanalizasiya, 128.16 manat rabitə, 4 154.17 manat bank xidməti üzrə, 192.00 manat bilavasitə malların təqdim edilməsi ilə bağlı digər xərclər, 9 854.74 manat amortizasiya, 270.00 manat siğorta üzrə, 400.00 digər, 2 888.46 manat gəlirdən çıxılan vergilər və yığımlar) olmaqla, 45 103.90 manat zərərə çıxmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 2 806 996.16 manat (mütəxəssis rəyinə əsasən), gəlirdən çıxılan xərcləri 2 339 163.46 manat (Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən) vergiyə cəlb olunan mənfəəti 467 832.70 manat olmaqla 93 566.54 manat mənfəət vergisi hesablanmışdır. Müəssisənin 2020-ci il üçün təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, 2020-ci ildə müəssisənin ümumi gəlirləri 866 169.52 manat (o cümlədən: 863 581.96 manat mallann təqdim edilməsindən gəlir, 2 587.56 manat daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) gəlirdən çıxılan xərcləri 868 206.95 manat (o cümlədən: 76 622.35 manat əmək haqqı, 15 532.00 manat sosial siğorta haqqı, 714 429.64 manat xammal və material, 9 214.32 manat enerji, 1 592.69 manat qaz, 2 407.38 manat su və kanalizasiya, 128.16 manat rabitə, 1 839.72 manat bank xidməti üzrə, 120.00 manat bilavasitə mallann təqdim edilməsi ilə bağlı digər xərclər, 561.60 manat borca görə faizlər və onunla bağlı olan, 31 619.19 manat ümidsiz borclar, 9 854.74 manat amortizasiya, 300.00 manat siğorta üzrə, 450.50 manat digər, 3 534.66 manat gəlirdən çıxılan vergilər və yığımlar) olmaqla, 2 037.43 manat zərərə çıxmışdır. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 2 839 872.85 manat (o cümlədən: 2 837 285.30 manat mütəxəssis rəyinə əsasən, 2 587.55 manat daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) gəlirdən çıxılan xərcləri 2 366 566.71 manat (Nazirlər Kabinetinin 55 saylı qəranna əsasən) vergiyə cəlb olunan mənfəəti 475 468.45 manat olmaqla 95 093.69 manat mənfəət vergisi hesablanmışdır. Nəticədə 2018-ci il üzrə 85 561.80 manat, 2019-cu il üzrə 93 566.54 manat və 2020-ci il üzrə 95 093.69 manat olmaqla cəmi 274 222.03 manat mənfəət vergisi azaldılmışdır (Cədvəl əlavə olunur). Mənfəət vergisinin 274 222.03 manat (Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli qəranna əsasən) azaldılması müəyyən olundu. Yoxlama ilə Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2018-2020ci illər üzrə mənfəət vergisi bəyannamələri üzrə yoxlamaya təqdim edilmiş sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, müəssisənin 2018-2020-ci illər üzrə mənfəət Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qəranna əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək aşağıdakı kimi hesablandı: G1 Ml= xR; 100+R Burada: Ml - vergi ödəyicisinin mənfəəti, G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R - şərti rentabellik normasıdır: 2 859 204.72 Ml = x 20 = 476 534.12 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəət 476 534.12 manat məbləğində hesablanmışdır. Mənfəət vergisi 2018-ci il = (476 534.12- 40 000- 8 725.12)x 20%= 85 561.80 2 806 996.16 Ml = x 20 = 467 832.70 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin 2019-cu il üzrə vergiyə cəlb edilən mənfəət 467 832.70 manat məbləğində hesablanmışdır. Mənfəət vergisi 2019-cu il = 467 832.70 x 20%= 93 566.54 2 837 285.30 Ml = x 20 = 472 880.88 100 + 20 Göründüyü kimi, yoxlama ilə müəssisənin 2020-ci il üzrə vergiyə cəlb edilən mənfəət 472 880.88 manat məbləğində hesablanmışdır. Mənfəət vergisi 2020-ci il üzrə (472 880.88+2 587.55 daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) *20%= 95 093.69.Beləliklə, yoxlama ilə müəssisə tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 72 451.00 ((85 561.80 (yoxlama ilə) manat -13 110.80 (müəsisənin hesablaması ilə) manat) manat, 2019-cu il üzrə 93 566.54 manat, 2020-ci il üzrə 95 093.69 manat, cəmi 261 111.23 manat azaldılması müəyyən edilmişdir. Hesablamaya əsas xx.xx.2021-ci il tarixli **********826800 nömrəli Mütəxəssis Rəyi olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin istehsal olunmuş məhsullarının real istehsal həcmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021- ci il tarixli mütəxəssis rəyi əsasında hesablandı. Mütəxəsssis təqdim olunan elektrik enerjisinin istehlakı haqqında məlumatları istifadə edərək aylar üzrə real istehsal həcmini müəyyən etmişdir. Yoxlama ilə müəssisənin satışları (e-qaimə və e-VHF üzrə) təhlil olunmuş və müəssisənin hər məhsulunun satışdakı xüsusi çəkisinə ((təqdim olunan beton markası (kub metr)/ ümumi təqdim olunan beton markaları (kub metr)) məhsulların orta qiymətlərini təqdim edərək vergilər hesablanmışdır Əlavə dəyər vergisi üzrə: Vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün aylar üzrə istehsal həcmini müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********9491 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq "MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X7 mütəxəssis kimi dəvət olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Mütəxəssisin dəvət edilməsi haqqında” Müqavilə bağlanmışdır. Mütəxəssisə xx.xx.2021ci il tarixli **********986000 nömrəli "xxxx" ASC-nin elektrik enerjisi istehlakı haqqında məlumatları, yoxlama dövrü üzrə elektron vergi hesab faktura məlumatları (eVHF) və elektron qaimə faktura məlumatları (e-qaimə) təqdim olunmuşdur. Bağlanmış müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi X7 tərəfindən xx.xx.2021-ci tarixində baxış keçirilmiş və nəticələri barədə xx.xx.2021-ci il tarixli **********826800 nömrəli Mütəxəssis Rəyi tərtib olunmuşdur. Mütəxəsssis təqdim olunan elektrik enerjisi istehlakı haqqında məlumatları istifadə edərək real istehsal həcmini müəyyən etmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi istehsal olunmuş məhsulların real istehsal həcmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi əsasında hesablanmışdır. Mütəxəsssis təqdim olunan elektrik enerjisinin istehlakı haqqında məlumatları istifadə edərək aylar üzrə real istehsal həcmini müəyyən etmişdir. Yoxlama ilə müəssisənin satışları (e-qaimə və e- VHF üzrə) təhlil olunmuş və müəssisənin hər məhsulunun satışdakı xüsusi çəkisinə (beton markası kub mert ümumi satılmış beton kub metr) məhsulların orta qiymətlərini təqdim edərək vergilər hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1 -ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququna malikdirlər. Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
13. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2374/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********156228 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2374/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Məhkəmə qərarında qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etməsinə rəğmən, cavabdeh vergi orqanı qanunun həmin normasına istinad etməklə kifayətlənmiş, istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamamış, əldə etdiyi mənbəyi bəlli olan məlumatların nələrdən ibarət olduğunu dəqiq göstərməmiş, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmamışdır. Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə qeyd olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmənin hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmənin qeyd edilən dəlili ilə əlaqədar bildirirlər ki, Vergi auditi idarəsinin **********939800 nömrəli xx.xx.2021-ci il tarixli xidməti məktuba əsasən (Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərarı ilə götürülmüş sənədlərə əsasən) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Qeyd olunan xidməti məktubda qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanın Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində adı xidməti məruzəyə əlavə edilmiş vergi ödəyiclərində vergidən yayınma hallarının olması müəyyən edilmişdir. Belə ki, təhlil zamanı vergi ödəyiciləri tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir. Qeyd olunanlara əsasən vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyindən, rekvizitlərini və iqtisadi göstəricilərini əks etdirən məlumatlar göndərilərək, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən həmin vergi ödəyicilərində növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair aidiyyəti üzrə müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm. Qeyd olunanlara əsasən əsaslı olaraq VM-in 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Daha sonra Məhkəmə qərarında qeyd etmişdir ki, iş üzrə materiallara görə (“Səyyar vergi yoxlaması” aktına və xx.xx.2022-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən), iddiaçı tərəfindən MMC-də aparılmış növbədənkənar vergi yoxlaması dəfələrlə (10 dəfə) dayandırılmış və uzadılmış (2 dəfə), lakin cavabdeh dayandırma və uzatma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Vergi yoxlamasının dəfələrlə dayandırılmasına və uzadılmasına rəğmən, vergi yoxlamasının aparıldığı dövrdə cavabdeh tərəfindən müvafiq sənədlərin əldə olunması məqsədi ilə hər hansı müvafiq hərəkətlərin edildiyi və əlavə sənədlərin tələb olunduğu iş üzrə materiallardan müəyyən edilmir. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir. Cavabdeh inzibati orqanın hərəkətləri, həm Vergi Məcəlləsinin 38.7-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun 11-ci və 24-cü maddələrinin pozulması ilə müşayiət olunmuşdur. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanın nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir. Məhkəmənin qeyd edilən dəlili ilə əlaqədar bildirirlər ki, səyyar vergi yoxlamasının dayandırmanın əsasları, səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi və vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ilə bağlı olmuşdur. Səyyar vergi yoxlamasının dayandırmanın əsası, səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi əsası kimi müəssisənin direktorunun müraciət məktubları əsas olmuşdur. Qeyd etmək istəyirlər ki, aktın tərtibi müddətinin uzadılmasının əsasını İddiaçı (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının müddətinin yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və mütəxəssis rəyinin obyektiv formada hazırlanması ilə bağlı sənədlərin araşdırılması əlavə vaxt tələb olunduğu üçün uzadılmaya zərurət yaranmışdır. İddiaçının qeyd olunan müraciətlərinə baxmayaraq Məhkəmə əsassız olaraq yoxlamanın dayandırıldığını qeyd etmişdir. Vergi Məcəlləsinin 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən iş günündən çox olmayan müddətə uzadıla bilər: səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda; nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda;səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Məhkəmə qərarında qeyd etmişdirk ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözlənilmədən birbaşa VM-nin 67.14-cü maddəsini və 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Məhkəmənin qeyd edilən dəlili ilə əlaqədar bildirirlər ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır; Vergi Məcəlləsinin 83.9-ci maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, səyyar vergi yoxlaması keçirilən zaman sənədlər təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, cavabdeh tərəfindən vergilərin əlaqəli məlumatlardan istifadə edilməklə hesablamaq hüququ nəzərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi müəyyən edilmişdir. İşin hallarına görə qiymət verilən məlumata vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumat, görülmüş işlərin fiziki həcmi barədə məlumat əlaqəli məlumat kimi qiymətləndirilməklə vergilərin hesablanması üçün əsas kimi qəbul edilmişdir. Mənfəət vergisinin hesablanmasının xüsusi qaydası isə ondan ibarətdir ki, əgər həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkündürsə, bu halda mənfəət vergisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Mənfəət vergisinin hesablanmasının qaydası Nazirlər Kabinetinin 01.03. 2001-ci il tarixli 55 nömrəli qərarı (əlavə və dəyişikliklər xx.xx.2003cü il tarixli 42 nömrəli qərar) ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” ilə müəyyən edilmişdir. Beləliklə, qanunveriliciyin müddəalarından göründüyü kimi, baxılan məsələ ilə bağlı vergilərin hesablanmasının hüquqi əsası ilk olaraq Vergi Məcəlləsinin 67.1-ci maddəsi təşkil edir ki, həmin maddədə birbaşa olaraq vergi ödəyicisinə aid məlumatlardan istifadə edilməsi nəzərdə tutulmuşdur. Həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirinin dəqiq müəyyən etmək mümkün olduğu halda, vergi orqanına 67.14-cü maddəyə əsasən mənfəət vergisini hesablamaq hüququ verilmişdir. Yuxarıda qeyd olunan maddələrin müddəalarının təhlilinə görə vergi orqanı Məcəllənin 83.2-ci maddəsi ilə ona verilmiş hüquqlar çərçivəsində maddədə göstərilən mənbələrin birinə və ya bir neçəsinə istinad edə bilər. Həmin maddədə hər hansı bir sərt ardıcıllıq müəyyən olunmamışdır, çünki maddədə istifadə edilən “hüququ vardır” ifadəsi belə bir seçimi vergi orqanının ixtiyarına vermişdir. Odur ki, məhkəmənin yuxarıda qeyd olunan dəlilləri əsassızdır. Nəticə etibarı ilə bir daha qeyd etməyi zəruri hesab edirlər ki, Vergi Məcələsinin 67.14 və 83.9-cu maddələrinin tətbiqi əlaqəli məlumatlardan istifadə etməklə mümkün olmuşdur. Lakin məhkəmə Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərini yanlış təfsir edərək düzgün olmayan qənaətə gəlmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması, yoxlanılması, faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz, belə ki, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır. Digər tərəfdən qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirləri istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır. Həmçinin inzibati orqan olaraq yoxlama zamanı ƏDV- nin hesablanması məqsədi ilə təqdim edilmiş malların miqdarını və dəyərini müəyyən etmədən mütəxəssis rəyinə əsasən istehsal olunan məhsulun həcmi əsasında ƏDV-nin hesablanması əsassızdır. Yuxarıda qeyd olunan mövqe formalaşmış məhkəmə təcrübəsi ilə də təsdiq edilir. Belə ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)532/2022 saylı və xx.xx.2022-ci il tarixli 2- 1(102)-386/2022 saylı yuxarıda qeyd edilən mövqe təsdiq edilmişdir. Həmçinin məhkəmə hesab edir ki, baxış protokoluna əsasən müəyyən olunmuşdur ki, işıq və su sayğaclarının müəssisənin yerləşdiyi ərazidə olduğu, beton istehsalalı zavodunun faktiki fəaliyyət göstəmədiyi, lakin ərazidə icarəyə verilmiş taxta sexi və dəmir məmumatları sexinin fəalyyət göstərdiyi müəyyən edildiyi halda, ümumi enerji sərfiyyatının nəyə əsasən 75 % -nin İddiaçı MMC tərəfindən, digər subyektlər tərəfindən isə 25%-nin istifadə olunması qənaətinə gəlinməsi mütəxəssis rəyi və yoxlama aktı ilə əsaslandırılmamışdır. Mütəxəssis rəyi, baxış protokolu və səyyar vergi yoxlaması aktında ərazidə fəaliyyət göstərən hər bir obyektin ayrı-ayrılqda elektrik sayğacının olması və bu sayğacların göstəriciləri barədə heç bir məlumat mövcud deyildir. Həmçinin mütəxəssis rəyində istehsal zamanı istifadə olunan avadanılıqların istehsal gücü, texniki parametrləri, göstəriciləri və s. barədə və elektrik enerjisi sərfiyyatı ilə istehsal həcmi arasında əlaqənin müəyyən olunması barədə sınaq isteshalın aparılması barədə heç bir məlumat mövcud deyildir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən vergi orqanına “enerji sərfiyyatına görə istehsal həcminin müəyyənləşdirilməsinin hansı qanunvercilik normaları ilə tənzimlənməsi barədə və ümumiyyətlə enerji sərfiyyatına görə istehsal həcminin hansı düsturla və ya hesablama qaydası ilə müəyyən olunması barədə bizə rəsmi məlumat verilməsi” barədə sorğu göndərilmiş, cavabdeh tərəfindən həmin sorğuya cavab verilməmişdir. Nə mütəxəssis rəyində, nə də səyyar vergi yoxlaması aktında hansı normativlərə əsasən avadanlıqların istehsal gücü, avadanlığın hansı normativlərə əsasən bu qədər istehsal gücü olması barədə heç bir əsaslandırma mövcud olmamışdır. Eyni zamanda müəyyən olunur ki, mütəxəssis rəyinə əsasən yalnız illər üzrə 112 450.42 kub(2018-ci il 39 450.95, 2019-cu il 35 847.61 kub, 2020-ci il 37 151.86 kub) ümumi beton istehsalı həcmi müəyyən olunmuş, istehsal olunmuş betonun markalar üzrə təsnifatı aparılmamışdır. Lakin səyyar vergi yoxlaması aktına əlavə olaraq yoxlayıcı X9 tərəfindən tərtib olunmuş İddiaçı MMC mütəxəssis rəyi əsasında satış dövriyyəsinin hesablanması” cədvəlinə əsasən müəyyən olunur ki, illər üzrə istehsal olunmuş beton məhsulları 8 marka üzrə qruplaşdırılmış və fərqli qiymətlərlə qiymətləndirilmişdir (M- 100, M-150, M-200, M-250, M-300, M-350, M-400 və M-500). Səyyar vergi yoxlaması aktı ilə hansı meyarlara əsasən bu markalar üzrə istehsal həcmi müəyyən olunduğu əsaslandırılmamış və markalar üzrə istehsal həcmi yoxlayıcının özü tərəfindən müəyyən olunmuşdur. Hansı ki, xüsusi bilik tələb olunduğundan yoxlayıcı tərəfindən müəyyən oluna bilməzdi. Aşağıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, məhkəmə qeyd olunan maddi hüquq normalarını tətbiq etməli olmadığı halda tətbiq etmişdir. Qeyd olunan dəlillərlə bağlı münasibət bildirmək üçün öncəliklə məhusulun maya dəyəri ilə məhsulun istehsal həcminin müəyyən edilməsi qaydası arasında olan əlaqəni təyin etmək zəruridir. Maya dəyəri məhsulun istehsalının effektiv olmasını göstərən ən vacib iqtisadi göstəricidir. Onda təsərrüfat fəaliyyətinin bütün sahələri, bütün istehsal resursları cəmlənir. Təsərrüfat subyektinin fəalliyyətinin maliyyə göstəriciləri maya dəyərindən asılı olur. Maya dəyərinə aşağıdakılar daxildir: 1. Material xərcləri 2. Əlavə xərclər 3. Enerji xərcləri 4. İşçilərin məvacibi 5. Xidmət və məhsulların realizasiyası İstehsal gücü, müəyyən bir şəraitdə mümkün olan bir müəssisənin (bölmələri, avadanlıqları) vaxt vahidi üzrə istehsal etdiyi həcmdir. İstehsal gücünün dəyəri dinamikdir və istehsal şərtlərinə və məhsulların (görülən işlərin, xidmətlərin) xarakterinə, işçi qüvvəsinin mövcudluğuna və onun keyfiyyətlərinə, müəssisənin iş rejiminə və digər amillərə görə dəyişir. Göründüyü kimi məhsulun maya dəyərinin müəyyənləşdirilməsi üzrə qaydalarla, istehsal həcminin müəyyənləşdirilməsi qaydası fərqlidir. İstehsal gücünün təyin edilməsi üçün avadanlıqların texniki göstəriciləri əsas götürülməklə elektrik enerjisi sərfiyyatı əsasında nəticəsnin sonlandırılması mümkündür. Yəni, texniki avadanlığın göstəriciləri əsasında bir saat ərzində nə qədər məhsul istehsal edilməsinin müəyyən edilməsi imkan daxilindədir. Lakin məhsulun maya dəyərinin müəyyənləşdirilməsi üçün xərc elementləri birlikdə götürülməli və vahidin maya dəyəri müəyyən olunmalıdır. Maya dəyəri məhsulun əmələgəlmə xərclərini əhatə etdiyi halda, istehsal həcmi məhsulun fiziki ölçüsünü müəyyən edir. Yoxlama zamanı Azərbaycan Respublikasi Vergi Məcəlləsinin 36.2-ci maddasinə əsasən vergi yoxlaması keçirildikdə, vergi orqanlarının və onlann vəzifəli şəxslərin düzgün qərar qəbul edilməsi uçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi odəyicisi üçün əlverişli olan hallar aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə təyin edilmiş qaydada mütəxəssislərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 45-ci maddasinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanın rəhbərinin (onun müavininin) qəranna əsasən mütəxəssis dəvət oluna bilər. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə mütəxəssis dəvət edilməsi zərurəti yaranmışdır. Vergi ödəyicisi tərəfindən tikintidə istifadə etmək üçün beton məmulatlarının real istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün aylar üzrə real istehsal həcmini müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********149491 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X7 mütəxəssis kimi dəvət olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Mütəxəssisin dəvət edilməsi haqqında” Müqavilə bağlanmışdır. Mütəxəssisə xx.xx.2021-ci il tarixli **********986000 nömrəli "xxxx" ASC-nin elektrik enerjisi istehlakı haqqında məlumatları, yoxlama dövrü üzrə elektron vergi hesab faktura məlumatları (e-VHF) və elektron qaimə faktura məlumatları (e-qaimə) təqdim olunmuşdur. Bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin mütəxəssisi X7 tərəfindən xx.xx.2021-ci tarixində baxış keçirilmiş və nəticələri barədə xx.xx.2021-ci il tarixli **********826800 nömrəli Mütəxəssis Rəyi tərtib olunmuşdur. Mütəxəsssis təqdim olunan elektrik enerjisi istehlakı haqqında məlumatları istifadə edərək real istehsal həcmini müəyyən etmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi istehsal olunmuş məhsulların real istehsal həcmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi əsasında vergilər hesablanmışdır. Hesablamaya əsas xx.xx.2021-ci il tarixli **********826800 nömrəli Mütəxəssis Rəyi olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin istehsal olunmuş məhsullarının real istehsal həcmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi əsasında hesablandı. Mütəxəsssis təqdim olunan elektrik enerjisinin istehlakı haqqında məlumatları istifadə edərək aylar üzrə real istehsal həcmini müəyyən etmişdir. Yoxlama ilə müəssisənin satışları (e-qaimə və e-VHF üzrə) təhlil olunmuş və müəssisənin hər məhsulunun satışdakı xüsusi çəkisinə ((təqdim olunan beton markası (kub metr)/ ümumi təqdim olunan beton markaları (kub metr)) məhsulların orta qiymətlərini təqdim edərək vergilər hesablanmışdır Baxış protokoluna əsasən bildiririk ki, baxış zamanı beton istehsalı zavodunun faktiki fəaliyyət göstərməməsi onun yoxlanılan dövürlərdə fəaliyyət göstərməməsi anlamına gəlmir. Mütəxəssis rəyinə nəzər yetirsək ərazidə icarəyə verilmiş taxta sexi və dəmir məmumatları sexinin enerji sərfiyyatı mütəxəssisin rəyində nəzərə alınmışdır. Mütəxəssis rəyində, baxış protokolunda və səyyar vergi yoxlaması aktında ərazidə fəaliyyət göstərən hər bir obyektin ümumi elektrik sayğacından istifadə edildiyi qeyd olunmuşdur. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləş dirilməyən əməliyyatlar üzrə məlumatlar. Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz təqdim olunmuşdur.
d) Proses iştirakçılarının izahatları
17. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının:
26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
20. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 38.7-ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.4-1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması ilə əlaqədar olaraq müvafiq məlumatın və ya sənədlərin əldə edilməsi məqsədilə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində vergi orqanının nümayəndəsinin xarici dövlətin ərazisində vergi yoxlamasında iştirak etməsilə bağlı xarici ölkənin səlahiyyətli orqanına müraciət edildikdə - xarici dövlətdə aparılan yoxlama yekunlaşanadək. 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləş dirilməyən əməliyyatlar üzrə məlumatlar. 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir.İddia mümkün iddiadır.Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12197/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadına əsasən iş üzrə İddiaçı MMC tərəfindən buraxılmış prossesual müddət bərpa edilmişdir.
25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu qərarın-20-ci bəndi) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
26. Belə ki, işin faktiki hallarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021 tarixli **********144530 nömrəli Qərarına əsasən "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir.
27. Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********527800 və xx.xx.2021-ci il tarixli **********161000 nömrəli “Səyyar vergi yoxlaması haqqında” məktublarla müəsisəyə müraciət olunmuş və Tələbnamədə nəzərdə tutulan məlumatların dərhal təqdim edilməsi xahiş olunmuşdur. Müəssisə tərəfindən yoxlamaya sənədlərin bir qismi təqdim olunmuş və nəticəsi xx.xx.2021-ci il tarixli “Sənədlərin qismən təqdim olunması barədə” Aktla rəsmiləşdirilmişdir.
28. Vergi Məcəlləsinin 45-ci maddasinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanın rəhbərinin (onun müavininin) qəranna əsasən mütəxəssis dəvət oluna bilər. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə mütəxəssis dəvət edilməsi zərurəti yaranmışdır. Vergi ödəyicisi tərəfindən tikintidə istifadə etmək üçün beton məmulatlarının real istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2018ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün aylar üzrə real istehsal həcmini müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********149491 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X7 mütəxəssis kimi dəvət olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Mütəxəssisin dəvət edilməsi haqqında” Müqavilə bağlanmışdır. Mütəxəssisə xx.xx.2021-ci il tarixli **********986000 nömrəli "xxxx" ASC-nin elektrik enerjisi istehlakı haqqında məlumatları, yoxlama dövrü üzrə elektron vergi hesab faktura məlumatları (e-VHF) və elektron qaimə faktura məlumatları (e-qaimə) təqdim olunmuşdur. Bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin mütəxəssisi X7 tərəfindən xx.xx.2021-ci tarixində baxış keçirilmiş və nəticələri barədə xx.xx.2021-ci il tarixli **********826800 nömrəli Mütəxəssis Rəyi tərtib olunmuşdur. Mütəxəsssis təqdim olunan elektrik enerjisi istehlakı haqqında məlumatları istifadə edərək real istehsal həcmini müəyyən etmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi istehsal olunmuş məhsulların real istehsal həcmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi əsasında vergilər hesablanmışdır. Mənfəət vergisinin yoxlanılması üzrə:
29. Müəssisənin 2018-ci il üçün təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, 2018-ci ildə müəssisənin ümumi gəlirləri 565 491.06 manat (mallann təqdim edilməsindən gəlir), gəlirdən çıxılan xərcləri 499 937.05 manat (o cümlədən: 49 602.80 manat əmək haqqı, 10 912.60 manat sosial siğorta haqqı, 403 939.34 manat xammal və material, 9 922.00 manat enerji, 209.70 manat su və kanalizasiya, 213.60 manat rabitə, 12 797.08 manat bank xidməti üzrə, 9 835.54 manat amortizasiya, 2 504.39 manat gəlirdən çıxılan vergilər və yığımlar) vergiyə cəlb olunan mənfəəti 65 554.01 manat olmaqla 13 110.80 manat mənfəət vergisi hesablanmışdır.
30. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 2 859 204.72 manat (mütəxəssis rəyinə əsasən), gəlirdən çıxılan xərcləri 2 382 670.60 manat (Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən) vergiyə cəlb olunan mənfəəti keçmiş illərin zərəri çıxılmaqla 427 809.00 ((476 534.12- 40 000.00 (2015-ci il üzrə zərər) manat- 8725.12 (2017-ci il üzrə zərər) manat)) manat olmaqla 85 561.80 manat mənfəət vergisi hesablanmışdır.
31. Müəssisənin 2019-cu il üçün təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur.Belə ki, 2019-cu ildə müəssisənin ümumi gəlirləri 168 696.58 manat (mallann təqdim edilməsindən gəlir), gəlirdən çıxılan xərcləri 213 800.48 manat (o cümlədən: 54 641.20 manat əmək haqqı, 9 971.35 manat sosial siğorta haqqı, 120 731.23 manat xammal və material, 8 882.02 manat enerji, 723.72 manat qaz, 963.43 manat su və kanalizasiya, 128.16 manat rabitə, 4 154.17 manat bank xidməti üzrə, 192.00 manat bilavasitə malların təqdim edilməsi ilə bağlı digər xərclər, 9 854.74 manat amortizasiya, 270.00 manat siğorta üzrə, 400.00 digər, 2 888.46 manat gəlirdən çıxılan vergilər və yığımlar) olmaqla, 45 103.90 manat zərərə çıxmışdır.
32. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 2 806 996.16 manat (mütəxəssis rəyinə əsasən), gəlirdən çıxılan xərcləri 2 339 163.46 manat (Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən) vergiyə cəlb olunan mənfəəti 467 832.70 manat olmaqla 93 566.54 manat mənfəət vergisi hesablanmışdır.
33. Müəssisənin 2020-ci il üçün təqdim etdiyi mənfəət vergisi bəyannamələrində göstərilmiş gəlir və xərclərin tərkibi araşdırılarkən gəlir və xərclərin tərkibində kənarlaşmalar müəyyən olunmuşdur. Belə ki, 2020-ci ildə müəssisənin ümumi gəlirləri 866 169.52 manat (o cümlədən: 863 581.96 manat mallann təqdim edilməsindən gəlir, 2 587.56 manat daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) gəlirdən çıxılan xərcləri 868 206.95 manat (o cümlədən: 76 622.35 manat əmək haqqı, 15 532.00 manat sosial siğorta haqqı, 714 429.64 manat xammal və material, 9 214.32 manat enerji, 1 592.69 manat qaz, 2 407.38 manat su və kanalizasiya, 128.16 manat rabitə, 1 839.72 manat bank xidməti üzrə, 120.00 manat bilavasitə mallann təqdim edilməsi ilə bağlı digər xərclər, 561.60 manat borca görə faizlər və onunla bağlı olan, 31 619.19 manat ümidsiz borclar, 9 854.74 manat amortizasiya, 300.00 manat siğorta üzrə, 450.50 manat digər, 3 534.66 manat gəlirdən çıxılan vergilər və yığımlar) olmaqla, 2 037.43 manat zərərə çıxmışdır.
34. Yoxlama ilə müəssisənin ümumi gəlirləri 2 839 872.85 manat (o cümlədən: 2 837 285.30 manat mütəxəssis rəyinə əsasən, 2 587.55 manat daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) gəlirdən çıxılan xərcləri 2 366 566.71 manat (Nazirlər Kabinetinin 55 saylı qəranna əsasən) vergiyə cəlb olunan mənfəəti 475 468.45 manat olmaqla 95 093.69 manat mənfəət vergisi hesablanmışdır.
35. Nəticədə 2018-ci il üzrə 85 561.80 manat, 2019-cu il üzrə 93 566.54 manat və 2020-ci il üzrə 95 093.69 manat olmaqla cəmi 274 222.03 manat mənfəət vergisi azaldılmışdır.Mənfəət vergisinin 274 222.03 manat (Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qəranna əsasən) azaldılması müəyyən olunmuşdur.
36. Yoxlama ilə Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 2018-2020-ci illər üzrə mənfəət vergisi bəyannamələri üzrə yoxlamaya təqdim edilmiş sənədlərə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, müəssisənin 2018-2020-ci illər üzrə mənfəət Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qəranna əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır.Beləliklə, yoxlama ilə müəssisənin 2020-ci il üzrə vergiyə cəlb edilən mənfəət 472 880.88 manat məbləğində hesablanmışdır.
37. Mənfəət vergisi 2020-ci il üzrə (472 880.88+2 587.55 daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) *20%= 95 093.69
38. Beləliklə, yoxlama ilə müəssisə tərəfindən mənfəət vergisinin 2018-ci il üzrə 72 451.00 ((85 561.80 (yoxlama ilə) manat -13 110.80 (müəsisənin hesablaması ilə) manat) manat, 2019-cu il üzrə 93 566.54 manat, 2020-ci il üzrə 95 093.69 manat, cəmi 261 111.23 manat azaldılması müəyyən edilmişdir.
39. Hesablamaya əsas xx.xx.2021-ci il tarixli **********826800 nömrəli Mütəxəssis Rəyi olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin istehsal olunmuş məhsullarının real istehsal həcmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021ci il tarixli mütəxəssis rəyi əsasında hesablandı. Mütəxəsssis təqdim olunan elektrik enerjisinin istehlakı haqqında məlumatları istifadə edərək aylar üzrə real istehsal həcmini müəyyən etmişdir. Yoxlama ilə müəssisənin satışları (e-qaimə və e-VHF üzrə) təhlil olunmuş və müəssisənin hər məhsulunun satışdakı xüsusi çəkisinə ((təqdim olunan beton markası (kub metr)/ ümumi təqdim olunan beton markaları (kub metr)) məhsulların orta qiymətlərini təqdim edərək vergilər hesablanmışdır. Əlavə dəyər vergisi üzrə:
40. Vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün aylar üzrə istehsal həcmini müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********149491 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X7 mütəxəssis kimi dəvət olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Mütəxəssisin dəvət edilməsi haqqında” Müqavilə bağlanmışdır. Mütəxəssisə xx.xx.2021-ci il tarixli **********986000 nömrəli "xxxx" ASC-nin elektrik enerjisi istehlakı haqqında məlumatları, yoxlama dövrü üzrə elektron vergi hesab faktura məlumatları (e-VHF) və elektron qaimə faktura məlumatları (e-qaimə) təqdim olunmuşdur. Bağlanmış müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi X7 tərəfindən xx.xx.2021-ci tarixində baxış keçirilmiş və nəticələri barədə xx.xx.2021-ci il tarixli **********826800 nömrəli Mütəxəssis Rəyi tərtib olunmuşdur. Mütəxəsssis təqdim olunan elektrik enerjisi istehlakı haqqında məlumatları istifadə edərək real istehsal həcmini müəyyən etmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi istehsal olunmuş məhsulların real istehsal həcmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi əsasında hesablanmışdır.
41. Mütəxəsssis təqdim olunan elektrik enerjisinin istehlakı haqqında məlumatları istifadə edərək aylar üzrə real istehsal həcmini müəyyən etmişdir. Yoxlama ilə müəssisənin satışları (e-qaimə və e-VHF üzrə) təhlil olunmuş və müəssisənin hər məhsulunun satışdakı xüsusi çəkisinə (beton markası kub mert / ümumi satılmış beton kub metr) məhsulların orta qiymətlərini təqdim edərək vergilər hesablanmışdır.
42. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etməsinə rəğmən, cavabdeh vergi orqanı qanunun həmin normasına istinad etməklə kifayətlənmiş, istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamamış, əldə etdiyi mənbəyi bəlli olan məlumatların nələrdən ibarət olduğunu dəqiq göstərməmiş, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmamışdır.
43. Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə qeyd olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmənin hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
44. Birinci instansiya məhkəməsinin qeyd edilən dəlili ilə əlaqədar məhkəmə Kollegiyası bildir ki, Vergi auditi idarəsinin **********939800 nömrəli xx.xx.2021-ci il tarixli xidməti məktuba əsasən (Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərarı ilə götürülmüş sənədlərə əsasən) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
45. Həmin xidməti məktubda qeyd olunmuşdur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq alt sistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində adı xidməti məruzəyə əlavə edilmiş vergi ödəyiclərində vergidən yayınma hallarının olması müəyyən edilmişdir. Belə ki, təhlil zamanı vergi ödəyiciləri tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir.Qeyd olunanlara əsasən vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyindən, rekvizitlərini və iqtisadi göstəricilərini əks etdirən məlumatlar göndərilərək, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən həmin vergi ödəyicilərində növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair aidiyyəti üzrə müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm.
46. Qeyd olunanlara əsasən əsaslı olaraq VM-in 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir.
47. Belə ki, məhkəmə Kollegiyası diqqətə çəkir ki, qeyd olunduğu kimi, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Normanın məzmunundan göründüyü kimi, burada söhbət vergitutma obyektinin müəyyənləşdirilməsi və ödənilməli olan verginin məbləğinin hesablanması məqsədi ilə istifadə olunan əlaqəli məlumatlardan deyil, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi üçün istifadə olunan “mənbəyi bəlli olan hər hansı məlumat”dan gedir.Belə mövqe analoji işlərlə bağlı Ali Məhkəmənin Qərarlarında da əksini tapmışdır.
48. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2455/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir:”..47. Qeyd olunduğu kimi, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). 48. Normanın məzmunundan göründüyü kimi, burada söhbət vergitutma obyektinin müəyyənləşdirilməsi və ödənilməli olan verginin məbləğinin hesablanması məqsədi ilə istifadə olunan əlaqəli məlumatlardan deyil, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi üçün istifadə olunan “mənbəyi bəlli olan hər hansı məlumat”dan gedir. 49. Cavabdeh təsdiq edir ki, Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq altsistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, X6 2018- ci ildə 978,0 min manat, 2019-cu ildə isə 300,0 min manat dövriyyəsi olmuşdur. Eyni zamanda, müəssisə bu dövrləri zərərlə başa vurmuşdur. 2019-cu ilin sonuna isə mal qalığı müəyyən edilməmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə şçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi əsas götürülmüş, qeyd olunan məsələlərin səyyar vergi yoxlaması keçirilməklə yoxlanılmasına zərurət yaranmış və əsaslı olaraq Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. 50. Beləliklə, məhkəmə cavabdehin “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarının qanuniliyinə qiymət verərkən istinad edilən həmin məlumatların qərarın qəbul edildiyi vaxtda inzibati orqanın sərəncamında olub-olmaması faktından çıxış etməlidir....”
49. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, iş üzrə materiallara görə (“Səyyar vergi yoxlaması” aktına və xx.xx.2022-ci il tarixli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa əsasən), iddiaçı tərəfindən MMC-də aparılmış növbədənkənar vergi yoxlaması dəfələrlə (10 dəfə) dayandırılmış və uzadılmış (2 dəfə), lakin cavabdeh dayandırma və uzatma üçün istinad etdiyi əsaslardan irəli gələn lazımi araşdırmanı aparmamış, yoxlamanın dayandırılması və uzadılması məqsədlərinə nail olmaq üçün zəruri sübutları toplamamışdır. Vergi yoxlamasının dəfələrlə dayandırılmasına və uzadılmasına rəğmən, vergi yoxlamasının aparıldığı dövrdə cavabdeh tərəfindən müvafiq sənədlərin əldə olunması məqsədi ilə hər hansı müvafiq hərəkətlərin edildiyi və əlavə sənədlərin tələb olunduğu iş üzrə materiallardan müəyyən edilmir. Bu da öz növbəsində cavabdeh tərəfindən vergi yoxlaması üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılmadığına dəlalət etməklə yanaşı, həm də yoxlamanın əsassız və lüzumsuz uzadılması kimi qiymətləndirilməlidir.
50. Cavabdeh inzibati orqanın hərəkətləri, həm Vergi Məcəlləsinin 38.7-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun 11-ci və 24-cü maddələrinin pozulması ilə müşayiət olunmuşdur. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanın nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir və həmin imkanlardan sui-istifadə olunması yolverilməzdir.
51. Qeyd olunan dəlili ilə əlaqədar məhkəmə Kollegiyası bildir ki, səyyar vergi yoxlamasının dayandırmanın əsasları, səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi və vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ilə bağlı olmuşdur.
52. Səyyar vergi yoxlamasının dayandırmanın əsası, səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxsin) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi əsası kimi müəssisənin direktorunun müraciət məktubları əsas olmuşdur.
53. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: -səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda; -nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; -səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.
54. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözlənilmədən birbaşa VM-nin 67.14-cü maddəsini və 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır.
55. Göstərilən dəlilə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır;
56. Vergi Məcəlləsinin 83.9-ci maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
57. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, səyyar vergi yoxlaması keçirilən zaman sənədlər təqdim edilmədikdə və yaxud mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, cavabdeh tərəfindən vergilərin əlaqəli məlumatlardan istifadə edilməklə hesablamaq hüququ nəzərdə tutulmuşdur. İlk olaraq belə əlaqəli məlumatlar kimi iddiaçıya aid olan məlumatlardan istifadə edilməsi müəyyən edilmişdir. İşin hallarına görə qiymət verilən məlumata vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumat, görülmüş işlərin fiziki həcmi barədə məlumat əlaqəli məlumat kimi qiymətləndirilməklə vergilərin hesablanması üçün əsas kimi qəbul edilmişdir. Mənfəət vergisinin hesablanmasının xüsusi qaydası isə ondan ibarətdir ki, əgər həmin məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkündürsə, bu halda mənfəət vergisi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Mənfəət vergisinin hesablanmasının qaydası Nazirlər Kabinetinin 01.03. 2001-ci il tarixli 55 nömrəli qərarı (əlavə və dəyişikliklər xx.xx.2003-cü il tarixli 42 nömrəli qərar) ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” ilə müəyyən edilmişdir.
58. Daha sonra birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması, yoxlanılması, faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır, yəni gəlirlərinin belə metodla hesablanması qanuni sayıla bilməz, belə ki, hər hansı maddi və prosessual hüquq normasına əsaslanmır. Digər tərəfdən qeyd edilməlidir ki, vergi ödəyicisində sərf olunan elektrik enerjisi yalnız istehsalata aid edilə bilməz, burada başqa o cümlədən məişət məsələləri də yer almaqdadır. Təbii ki, belə olan halda, gəlirləri istifadə olunan elektrik sərfiyyatına görə hesablanması qanunsuz olmaqla yanaşı, nəticə etibarı ilə həm də dəqiq olmayan rəqəmlərə gətirib çıxarır. Həmçinin inzibati orqan olaraq yoxlama zamanı ƏDV- nin hesablanması məqsədi ilə təqdim edilmiş malların miqdarını və dəyərini müəyyən etmədən mütəxəssis rəyinə əsasən istehsal olunan məhsulun həcmi əsasında ƏDV-nin hesablanması əsassızdır.
59. Həmçinin, mütəxəssis rəyində istehsal zamanı istifadə olunan avadanılıqların istehsal gücü, texniki parametrləri, göstəriciləri və s. barədə və elektrik enerjisi sərfiyyatı ilə istehsal həcmi arasında əlaqənin müəyyən olunması barədə sınaq isteshalın aparılması barədə heç bir məlumat mövcud deyildir.Nə mütəxəssis rəyində, nə də səyyar vergi yoxlaması aktında hansı normativlərə əsasən avadanlıqların istehsal gücü, avadanlığın hansı normativlərə əsasən bu qədər istehsal gücü olması barədə heç bir əsaslandırma mövcud olmamışdır.Eyni zamanda müəyyən olunur ki, mütəxəssis rəyinə əsasən yalnız illər üzrə 112 450.42 kub(2018-ci il 39 450.95, 2019cu il 35 847.61 kub, 2020-ci il 37 151.86 kub) ümumi beton istehsalı həcmi müəyyən olunmuş, istehsal olunmuş betonun markalar üzrə təsnifatı aparılmamışdır. Lakin səyyar vergi yoxlaması aktına əlavə olaraq yoxlayıcı X9 tərəfindən tərtib olunmuş İddiaçı MMC mütəxəssis rəyi əsasında satış dövriyyəsinin hesablanması” cədvəlinə əsasən müəyyən olunur ki, illər üzrə istehsal olunmuş beton məhsulları 8 marka üzrə qruplaşdırılmış və fərqli qiymətlərlə qiymətləndirilmişdir (M-100, M-150, M-200, M-250, M-300, M-350, M-400 və M-500). Səyyar vergi yoxlaması aktı ilə hansı meyarlara əsasən bu markalar üzrə istehsal həcmi müəyyən olunduğu əsaslandırılmamış və markalar üzrə istehsal həcmi yoxlayıcının özü tərəfindən müəyyən olunmuşdur. Hansı ki, xüsusi bilik tələb olunduğundan yoxlayıcı tərəfindən müəyyən oluna bilməzdi.
60. Aşağıda qeyd olunanları nəzərə alaraq hesab edilir ki, məhkəmə qeyd olunan maddi hüquq normalarını tətbiq etməli olmadığı halda tətbiq etmişdir. Qeyd olunan dəlillərlə bağlı münasibət bildirmək üçün öncəliklə məhusulun maya dəyəri ilə məhsulun istehsal həcminin müəyyən edilməsi qaydası arasında olan əlaqəni təyin etmək zəruridir. Maya dəyəri məhsulun istehsalının effektiv olmasını göstərən ən vacib iqtisadi göstəricidir. Onda təsərrüfat fəaliyyətinin bütün sahələri, bütün istehsal resursları cəmlənir. Təsərrüfat subyektinin fəalliyyətinin maliyyə göstəriciləri maya dəyərindən asılı olur.
61. Maya dəyərinə aşağıdakılar daxildir: 1. Material xərcləri 2. Əlavə xərclər 3. Enerji xərcləri 4. İşçilərin məvacibi 5. Xidmət və məhsulların realizasiyası İstehsal gücü, müəyyən bir şəraitdə mümkün olan bir müəssisənin (bölmələri, avadanlıqları) vaxt vahidi üzrə istehsal etdiyi həcmdir.
62. İstehsal gücünün dəyəri dinamikdir və istehsal şərtlərinə və məhsulların (görülən işlərin, xidmətlərin) xarakterinə, işçi qüvvəsinin mövcudluğuna və onun keyfiyyətlərinə, müəssisənin iş rejiminə və digər amillərə görə dəyişir.
63. Göründüyü kimi məhsulun maya dəyərinin müəyyənləşdirilməsi üzrə qaydalarla, istehsal həcminin müəyyənləşdirilməsi qaydası fərqlidir. İstehsal gücünün təyin edilməsi üçün avadanlıqların texniki göstəriciləri əsas götürülməklə elektrik enerjisi sərfiyyatı əsasında nəticəsnin sonlandırılması mümkündür.
64. Yəni, texniki avadanlığın göstəriciləri əsasında bir saat ərzində nə qədər məhsul istehsal edilməsinin müəyyən edilməsi imkan daxilindədir. Lakin məhsulun maya dəyərinin müəyyənləşdirilməsi üçün xərc elementləri birlikdə götürülməli və vahidin maya dəyəri müəyyən olunmalıdır.
65. Maya dəyəri məhsulun əmələgəlmə xərclərini əhatə etdiyi halda, istehsal həcmi məhsulun fiziki ölçüsünü müəyyən edir.
66. Yoxlama zamanı Azərbaycan Respublikasi Vergi Məcəlləsinin 36.2-ci maddasinə əsasən vergi yoxlaması keçirildikdə, vergi orqanlarının və onlann vəzifəli şəxslərin düzgün qərar qəbul edilməsi uçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi odəyicisi üçün əlverişli olan hallar aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 23.1.14-cü maddəsi ilə təyin edilmiş qaydada mütəxəssislərin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 45-ci maddasinə əsasən səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanın rəhbərinin (onun müavininin) qəranna əsasən mütəxəssis dəvət oluna bilər. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə mütəxəssis dəvət edilməsi zərurəti yaranmışdır. Vergi ödəyicisi tərəfindən tikintidə istifadə etmək üçün beton məmulatlarının real istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üçün aylar üzrə real istehsal həcmini müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********149491 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı X7 mütəxəssis kimi dəvət olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Mütəxəssisin dəvət edilməsi haqqında” Müqavilə bağlanmışdır. Mütəxəssisə xx.xx.2021-ci il tarixli **********986000 nömrəli "xxxx" ASC-nin elektrik enerjisi istehlakı haqqında məlumatları, yoxlama dövrü üzrə elektron vergi hesab faktura məlumatları (e-VHF) və elektron qaimə faktura məlumatları (e-qaimə) təqdim olunmuşdur. Bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin mütəxəssisi X7 tərəfindən xx.xx.2021-ci tarixində baxış keçirilmiş və nəticələri barədə xx.xx.2021-ci il tarixli **********826800 nömrəli Mütəxəssis Rəyi tərtib olunmuşdur. Mütəxəsssis təqdim olunan elektrik enerjisi istehlakı haqqında məlumatları istifadə edərək real istehsal həcmini müəyyən etmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi istehsal olunmuş məhsulların real istehsal həcmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi əsasında vergilər hesablanmışdır.
67. Hesablamaya əsas xx.xx.2021-ci il tarixli **********826800 nömrəli Mütəxəssis Rəyi olmuşdur. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin istehsal olunmuş məhsullarının real istehsal həcmi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021ci il tarixli mütəxəssis rəyi əsasında hesablandı. Mütəxəsssis təqdim olunan elektrik enerjisinin istehlakı haqqında məlumatları istifadə edərək aylar üzrə real istehsal həcmini müəyyən etmişdir. Yoxlama ilə müəssisənin satışları (e-qaimə və e-VHF üzrə) təhlil olunmuş və müəssisənin hər məhsulunun satışdakı xüsusi çəkisinə ((təqdim olunan beton markası (kub metr)/ ümumi təqdim olunan beton markaları (kub metr)) məhsulların orta qiymətlərini təqdim edərək vergilər hesablanmışdır.
68. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, Baxış protokoluna əsasən baxış zamanı beton istehsalı zavodunun faktiki fəaliyyət göstərməməsi onun yoxlanılan dövürlərdə fəaliyyət göstərməməsi anlamına gəlmir. Mütəxəssis rəyinə nəzər yetirsək ərazidə icarəyə verilmiş taxta sexi və dəmir məmumatları sexinin enerji sərfiyyatı mütəxəssisin rəyində nəzərə alınmışdır. Mütəxəssis rəyində, baxış protokolunda və səyyar vergi yoxlaması aktında ərazidə fəaliyyət göstərən hər bir obyektin ümumi elektrik sayğacından istifadə edildiyi qeyd olunmuşdur.
69. Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır:Vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; Vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;Vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;Vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar;Vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;Vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;Vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;Vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.
70. Həmçinin, Vergi Məcəlləsinin 45.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər.
71. Bundan başqa apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur.xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il Rəyi daxil olmuşdur.
72. Ekspert Rəyinə əsasən: Birinci sual üzrə: Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********144575 saylı aktında və xx.xx.2022-ci il tarixli **********156228 saylı qərarında göstərilən vergi məbləğlərinin (az hesablanmış vergilər bağlı) düzgünlüyü müəyyən olunmur. İkinci və dördüncü sual üzrə: Tədqiqi hissədə qeyd edildiyi kimi, "MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyətindən mütəxəssis cəlb olunmuş və mütəxəssis tərəfindən PAŞASOY İNŞAAT” MMC üzrə faktiki istehsal edilmiş beton məhsulunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, enerji sərfiyyatı əsasında beton məhsulunun istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyksiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində (yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan) nəzərdə tutulmamışdır. Üçüncü sual üzrə: Tədqiqi hissədə qeyd edildiyi kimi, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; -Qaytarılmış tullantılar; -Texniki məqsədlər üçün yanacaq enerji və su; - İstehsal fəhlələrinin əsas əmək haqqı; -İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; -Avadanlığın saxlanması və istismarı xərcləri.o cümlədən amortizasiya; -Ümumi sex xərcləri; -Ümumi zavod xərcləri; -Zay məhsul və itkilər; -Sair istiehsalat xərcləri; -əmtəəlik məhsulun tam maya dəyəri İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elekirik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq "MBA LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi tərəfindən İddiaçı MMC üzrə faktiki istehsal edilmiş beton məhsulunun faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Beşinci və altıncı suallar üzrə: Tədqiqi hissədə qeyd edildiyi kimi, faktiki istehlak olunmuş enerji sərfiyyatı hər bir obyekt üzrə ayrı-ayrılıqda müəyyən edilməli idi. Belə ki, digər obyektlərdə istehlak olunmuş enerji sərfiyyatı müəyyən edilərkən həmin obyektlərin istehsal gücü, avadanlıqlarının aşınmaya (köhnəlməyə) məruz qalıbqalmaması, istehsal prosesindən kənar sərfiyyatçılarin olub-olmaması, olduğu təqdirdə elektrik enerjisi sərfiyyatı mövsümündən asılı olaraq (yəni elektrik avadanlıqlarından və həmin avadanlıqlardan istifadə, elektrik qızıdırıcı cihazlarından istifadə, işıqlandırma sistemindən və həmin işıqlandırmadan istifadə və sairə) müəyyən olunmalı idi. Bununla yanaşı digər obyektlərin hansı tarixdən fəaliyyət göstərməsi və digər məlumatlar də müəyyən edilməli idi. Lakin mütəxəssis rəyində isə qeyd edilən hallar nəzərə alınmadan digər obyektlərin istehlak etdiyi enerji sərfiyyatı və müəssisədə istifadə edilən elektrik enerjisinə görə 5 faiz itki müəyyən olunmuşdur. Yeddinci və səkkizinci suallar üzrə: Tədqiqi hissədə qeyd edildiyi kimi, tədqiqata təqdim edilmiş sənədlər (elektron qaimə fakturalar, bank çıxarışları, əmək haqqı hesablanması cədvəlləri, bəyannamələr, cədvəllər və s.) və hesabatlar nəzərə alındıqda isə yoxlamanın əhatə etdiyi dövrdə müəssisənin təqdim etdiyi bəyannamə (ƏDV, mənfəət) göstəriciləri ilə sənədlər arasında uyğunsuzluq müəyyən edilmədi.
73. Məhkəmə Kollegiyası hazırkı halda iş üzrə digər sübutlar əsasında birgə qiymətləndirmə apararaq ekspert rəyi ilə razılaşmağa əsaslar görmür.
74. Belə ki, ekspert Rəyindən göründüyü kimi Rəydə suallar cavablandırılarkən nəzəri biliklərə əsaslanılmış, normativ hüquqi-akta istinad edilmədən ekspertin mülahizəsinə uyğun rəy tərtib edilmişdir.
75. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
76. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
77. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən: Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
78. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2374/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalı və iddia rədd edilməlidir.
79. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2374/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.