Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1741/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı (X8 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: ” şəhid ailəsi kimi mənzillə təmin edilmə”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X7 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2, 3-cü şəxs X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4064/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları.
1. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 227 saylı xx.xx.2022- ci il tarixli sərəncamına əsasən şəhid ailəsi üzvü İddiaçı 2 nəfər ailə tərkibi ilə (özü, arvadı) yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir.
2. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli **********0 nömrəli məktuba əsasən bildirilmişdir ki, Vətən Müharibəsi şəhidi Coşqun Orucovun anası X10 Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 may 2021-ci il tarixində mənzillə təmin olunmuşdur. Azərbaycan Respublikası Mənizl Məcəlləsinin tələblərinə müvafiq olaraq şəhid ailəsi kimi verilmiş mənzil şəhidin digər ailə üzvləri ilə birgə yaşayış üçün nəzərdə tutulmuşdur.
3. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış O- 9-068 nömrəli xx.xx.2022-ci il tarixli məktuba əsasən bildirilmişdir ki, keçmiş arvadı X8 4 nəfər ailə tərkibi ilə (özü, üç övladı) Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 11 saylı sərəncamına əsasən şəhid ailəsinin üzvü kimi Suraxanı rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilmişdir. F.M.Bağırovanın şəhid ailəsinin üzvü kimi növbəyə alındığı və mənzillə təmin olunduğu ərəfədə aralarında olan nikahlarının xx.xx.2020-ci il tarixdən pozulduğu və həmin dövrdə onun Bakı şəhərində qeydiyyatda olmadığı müəyyən edilmişdir. Həmçinin nəzərinə çatdırılmışdır ki, onun şəhid ailəsi statusuna mlaik olması nəzərə alınaraq yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasına münasibət bildirilməsi üçün Sosial Xidmətlər Agentliyinə məktubla müraciət edilmişdir. Nazirlikdən RİH-ə daxil olmuş xx.xx.2022-ci il tarixli **********0 nömrəli cavab məktubunda yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasının Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən həyata keçirildiyi bildirilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2390/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən İddiaçı cavabdeh X5 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdkaı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilmişdir: 1. İddiaçı cavabdeh X4 ona “R+N İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 3, mənzil 173 ünvanına köçüb yaşamasına razılıq verməsi müqabilində, hazırkı “ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi” tələbi barədə iddia ərizəsindən imtina etmişdir. 2. Cavabdeh X9 İddiaçı ona qarşı hazırkı “ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi” tələbindən imtina etməsi müqabilində onu “R+N İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 3, mənzil 173 ünvanına köçüb yaşamasına razılıq vermişdir.
5. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 11 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamından çıxarışa əsasən X8 4 nəfər ailə tərkibi ilə (özü, qızı, 2 oğlu) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddiaçının əsaslandırması:
6. İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı şəhid ailəsi kimi mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu öz təsdiqini Naxçıvan şəhər Qeydiyyat Şöbəsindən verilən xx.xx.2020-ci il tarixli AZ-İ seriyalı N 801131 saylı ölüm haqqında şəhadətnamə ilə tapır. O, oğlu öldükdən sonra xx.xx.2022-ci il tarixli ərizə ilə Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 2 nəfər ailə tərkibi ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülmüşdür. O, sözügedən sərəncamla mənzil növbəsinə götürülməsinə baxmayaraq, sərəncam icra olunmamış və sözügedən mənzillə təmin olunmamışdır.
Cavabdehin etirazları:
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək iddianın əsassız hesab edilməklə təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Etiraza əsasən, şəhid X11 ailə üzvü qismində X8 Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətində xx.xx.2021-ci il tarixindən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmışdır. Sözügedən vətəndaşa xx.xx.2021-ci il tarixində Agentlik tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Yeni yaşayış kompleksindən mənzil verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014- cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1- dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, onstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi nüəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Sözügedən Sərəncamların mətninə uyğun olaraq müvafiq kateqoriyada olan şəxslərin (yerli icra hakimiyyəti orqanlarında aşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailələrinin) mənzil və ya fərdi evlə təmin edilməsi tapşırılmışdır, yəni Sərəncamda mənzil və ya fərdi evə münasibətdə ismin kəmiyyət halı “tək” formada şləndiyindən Sərəncamın məzmunu bir şəhid ailəsinə birdən artıq mənzilin verilməsi qənaətinə gəlməyə əsas vermir. Əlavə olaraq bildirilmişdir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin sərəncamları - qeyri-normativ hüquqi aktdır və konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilir və ya digər birdəfəlik tətbiq nalları üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Mövcud vəziyyətdə vətəndaşların mənzillə təmin olunması həm qanunvericilik baxımından mümkünsüzdür, həm dövlət büdcəsinin və dövlət mənzil fondunun imkanları xaricindədir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4064/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilməsi, İddiaçı şəhid ailəsi kimi mənzillə təmin edilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə həvalə edilməsi, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, inzibati orqan şəhidin anasının mənzillə təmin edilməsi ilə bağlı məsələni həll edərkən bununla bağlı apardığı icraata şəhid ailəsi statusuna malik olan hazırkı iddiaçını cəlb etməmiş, onun maraqlarını nəzərə almamışdır.Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə tərəfindən müstəqil şəkildə məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadığından cavabdeh məhkəmənin bu qərarda qeyd olunan mövqeyi nəzərə alınmaqla məsələyə yenidən baxılaraq müvafiq inzibati akt qəbul etməlidir.
12. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
ç) Prosses iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni qüvvəsini alarsa icrası mümkün olmayacaq.Belə ki, cavabdeh yenidən inzibati icraat aparması üçün X18 anası X5 cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzil verilməsi ləğv olunmalıdır.Halbuki, ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2390/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən İddiaçı cavabdeh X5 qarşı mənzilə köçürmə tələbinə dair iddiası üzrə mübahisə predmetini təşkil etmişdir.Beləliklə, İddiaçı cavabdeh X5 qarşı mənzilə köçürmə tələbinə dair iddiası üzrə mübahisə predmetini təşkil etmiş mənzilə dair artıq qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Məhkəmə Kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2390/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən İddiaçı cavabdeh X5 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdkaı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilmişdir.Həmin Qərardada əsasən İddiaçı cavabdeh X4 ona “R+N İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 3, mənzil 173 ünvanına köçüb yaşamasına razılıq verməsi müqabilində, hazırkı “ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi” tələbi barədə iddia ərizəsindən imtina etmişdir. X1 ona “R+N İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 3, mənzil 173 ünvanına köçüb yaşamasına imkan vermir.Həmin qərardadla bağlı icra vərəqəsi verilməmiş və bu mübahisə ilə bağlı hər hansı icra şöbəsində icra işi yoxdur. X9 ilə onun arasında aliment tələbi üzrə və şəhid ailəsi kimi verilmiş 11.000,0 manatın bölünməsinə dair mülki mübahisə ilə bağlı icra işi olmuş, X1 aliment borcu tələbindən imtina etməsi müqabilində o da 11.000,0 manatın bölünməsinə dair tələbindən imtina etmişdir.Həmçinin, verilən suala cavab olaraq onu da bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2390/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən İddiaçı cavabdeh X5 qarşı mənzilə köçürmə tələbinə dair iddiası üzrə mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən mənzil cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs tərəfindən şəhid ailəsi kimi X5 verilmiş mənzildir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X8 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.Məhkəmə Kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı evinə və ailəsinə heç vaxt baxmamışdır.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2390/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən İddiaçı cavabdeh X5 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdkaı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilmişdir.Həmin Qərardada əsasən İddiaçı cavabdeh X4 ona “R+N İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 3, mənzil 173 ünvanına köçüb yaşamasına razılıq verməsi müqabilində, hazırkı “ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi” tələbi barədə iddia ərizəsindən imtina etmişdir.İddiaçı başqa qadınla 6 otaqlı digər yaşayış sahəsində yaşayır.Həmin qərardadla bağlı icra vərəqəsi verilməmiş və bu mübahisə ilə bağlı hər hansı icra şöbəsində icra işi yoxdur. X9 ilə onun arasında aliment tələbi üzrə və şəhid ailəsi kimi verilmiş 11.000,0 manatın bölünməsinə dair mülki mübahisə ilə bağlı icra işi olmuş, X1 aliment borcu tələbindən imtina etməsi müqabilində iddiaçı da 11.000,0 manatın bölünməsinə dair tələbindən imtina etmişdir.Həmçinin, verilən suala cavab olaraq onu da bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2390/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən İddiaçı cavabdeh X5 qarşı mənzilə köçürmə tələbinə dair iddiası üzrə mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən mənzil cavabdeh Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxs tərəfindən şəhid ailəsi kimi ona, yəni X5 verilmiş mənzildir.
Tətbiq edilən hüquq
18. Mənzil Məcəlləsi: Maddə 4. Mənzil hüququnun həyata keçirilməsi üçün şəraitin təmin edilməsi 4.0. Dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə ... 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması ... 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz .... Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar ... 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir.
19. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.
20. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.
2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; ...
21. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarı” Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”: 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları ... 3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanunvericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağıdakı qaydada verilir; ... 3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar;
23. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir Maddə 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4064/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalı, iddia rədd edilməlidir.
27. Bu, aşağıdakı səbəblərdən irəli gəlir:
28. Hazırkı iş üzrə tətbiq edilən qanunvericilik normalarının tələblərinə (Bu qərarın 18- 22-ci bəndləri) və işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
29. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
30. Mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının oğlu X6 Müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı şəhid olmuşdur. Coşqun Orucova “şəhid” statusu, onun ailəsinə isə “şəhid ailəsi” statusu və bunu təsdiqləyən müvafiq vəsiqə verilmişdir. İddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 227 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamı ilə şəhid ailəsi üzvü kimi 2 nəfər ailə tərkibi ilə (özü və arvadı) güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir. Eyni zamanda X18 anası, yəni iddiaçının birinci nikahdan olan arvadı X8 da, şəhid ailəsinin üzvü kimi 4 nəfər ailə tərkibi ilə (özü, qızı və 2 oğlu) Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 11 nömrəli xx.xx.2021-ci il tarixli sərəncamına əsasən yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci növbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir. X18 anası X8 cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzillə təmin edilmişdir.
31. Hazırda iddiaçının hüquqi marağı şəhid ailəsi statusuna və Suraxanı rayon icra hakimiyyətində ehtiyacı olan qismində mənzil növbəsində olduğuna əsaslanaraq ona şəhid ailəsinin üzvü kimi mənzil verilməsinə nail olmaqdan ibarətdir.
32. Cavabdeh şəhidin anasının 4 nəfər ailə tərkibi ilə (özü, qızı və 2 oğlu) evlə təmin olunduğuna və bu səbəbdən artıq şəhid ailəsinin mənzillə təmin olunduğuna istinad edərək, onun atası olan və şəhid ailəsi kimi tanınmış iddiaçıya mənzil verilməsindən imtina etmişdir.
33. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçının da, şəhid ailəsi kimi həmin sərəncamda nəzərdə tutulmuş şərtlər daxilində mənzillə təmin olunma hüququna malik olma imkanını nəzərə almamışdır.Belə ki, şəhidin anasının mənzillə təmin edilməsi onun şəhid ailəsi statusuna malik olan atası qismində iddiaçıya mənzil ayrılmasını istisna edə bilməz.
34. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
35. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2390/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən İddiaçı cavabdeh X5 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdkaı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilmişdir: 1. İddiaçı cavabdeh X4 ona “R+N İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 3, mənzil 173 ünvanına köçüb yaşamasına razılıq verməsi müqabilində, hazırkı “ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi” tələbi barədə iddia ərizəsindən imtina etmişdir. 2. Cavabdeh X9 İddiaçı ona qarşı hazırkı “ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi” tələbindən imtina etməsi müqabilində onu “R+N İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 3, mənzil 173 ünvanına köçüb yaşamasına razılıq vermişdir.
36. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, cavabdeh yenidən inzibati icraat aparması üçün X18 anası X5 cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzil verilməsi ləğv olunmalıdır.Halbuki, ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2390/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən İddiaçı cavabdeh X5 qarşı mənzilə köçürmə tələbinə dair iddiası üzrə mübahisə predmetini təşkil etmişdir.Beləliklə, İddiaçı cavabdeh X5 qarşı mənzilə köçürmə tələbinə iddiası üzrə mübahisə predmetini təşkil etmiş mənzilə dair artıq qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur.
37. Məhkəmə onu da diqqətə çəkir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı məhkəmə Kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2390/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən İddiaçı cavabdeh X5 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdkaı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilmişdir.Həmin Qərardada əsasən İddiaçı cavabdeh X4 ona “R+N İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 3, mənzil 173 ünvanına köçüb yaşamasına razılıq verməsi müqabilində, hazırkı “ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi” tələbi barədə iddia ərizəsindən imtina etmişdir. X1 ona “R+N İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 3, mənzil 173 ünvanına köçüb yaşamasına imkan vermir.Həmin qərardadla bağlı icra vərəqəsi verilməmiş və bu mübahisə ilə bağlı hər hansı icra şöbəsində icra işi yoxdur.
38. Göründüyü kimi, iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olması və X4 ona “R+N İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X19 küçəsi, ev 3, mənzil 173 ünvanına köçüb yaşamasına imkan verməməsi səbəbindən, yəni Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2390/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişini pozması səbəbindən həmin qərardadın məcburi icrasını tələb etməmiş, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
39. Halbuki, sazışin şərtləri iddiaçı və ya cavabdeh tərəfındən pozulduqda Saziş məhkəmə tərəfındən verilmiş icra sənədi əsasında Azərbaycan Respublikası Qanunvericiliyinin ("İcra haqqında Azərbaycan Respublikasının Qanunu") tələblərinə əsasən məcburi qaydada icra edilir.
40. Məhkəmə Kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.2.16cı bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 2008-ci il 13 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 2007-ci il 21 yanvar tarixli qərarı).
43. Məhkəmə Kollegiyası yuxarıda göstərilənlərə əsasən nəticəyə gəlir ki, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmadığından və həmin hallara tətbiq edilməli olan hüquq normaları tətbiq olunmadığından cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4064/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı tamamilə ləğv olunmalı, iddia rədd edilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 73.2.-ci, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin olunsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4064/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.