Məhkəmə qərarları › İş №2-1(103)-1742/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1742/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1742/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Prokurorluğuna qarşı “hərəkətsizliyə və prosessual pozuntulara son qoyulması tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5981/2022 saylı, 09.03.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Nərimanov Prokurorluğunun prokuroru Hidapyət Nurəlibəyovoun müstəntiqi Emil Mehdiyev ilə birgə hərəkətsizlikləri və səthi yanaşmaları ilə bağlı barələrində müvafiq tədbir görülməsini və 400-C-21 saylı iş üzrə prosessual pozuntuya yol verildiyi üçün müvafiq tədbir görülərək məcburi istintaq aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5981/2022 saylı, 09.03.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iddia ərizəsində göstərilənlərə düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Apellyasiya şikayət Azərbayjan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci madddəsinin tələbləri baxımından mümkün sayılır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasınıniclası barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib və iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanlarıncinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Cavabdeh Prokurorluğun birinci instansiya məhkəməsinə ünvanladığı 23 fevral 2022-ci il tarixli, 400-C-21 nömrəli məktubundan görünür ki, iddiaçının müraciəti əsasında araşdırması aparılmış 400-C-21 nömrəli material üzrə qəbul edilən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21.10.2021-ci il tarixli qərar iddiaçının şikayətinə əsasən Nərimanov Rayon Məhkəməsi tərəfindən 02.02.2022-ci il tarixində ləğv edilmişdir. İddiaçı da hazırki iddia tələbində məhz sözügedən 400-C-21 nömrəli material üzrə prokurorluq əməkdaşları tərəfindən hərəkətsizliyi və prosessual pozuntulara yol verilən hərəkələrini ehtiva edən cinayət-prosessual fəaliyyətinə şamil olanan məsələləri mübahisələndirir. İPM-in 2.1-ci maddəsinin tələbinin mənasından isə görünür ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, həmin mübahisənin inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Məcəllənin qeyd olunanan norması baxımından, iddiaçının cavabdeh Nərimanov rayon prokuprorluğu və onun vəzifəli şəxslərinə qarşı, onların cinayət prosesual fəaliyyət dairəsinə aid məsələləri mübahisələndirən hazırkı iddia tələbinin inzibati məhkəmə icraatının mümkünlüyü istisna edilir. Beləliklə də, hazırkı iddianın inzibati məhkəmə icraatını zəruri edən faktiki şərtləri mövcud olmadığından, İPM-in 35.1-ci maddəsinin nəzərdə tutduğu əsaslandırılmış iddia kimi qiymətləndirilməsi mükün deyil. İPM-in 35.3-cü maddəsinin tələbinə əsasən isə m iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Eyni zamanda, iddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəiməsinin qərardadından da görünür ki, qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə, iddianın mümkün sayılmaması barədə işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən onun tələbinə düzgün hüquqi qiymət verilmədiyini, maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5981/2022 saylı, 09.03.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5981/2022 saylı, 09.03.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar