Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1743/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinin nömrəsində uyğunsuzluğun aradan qaldırılmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinə dair iş üzrə ünvan 1 qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ləğv edilmiş Bağlar İdarəsi ilə vəfat etmiş atası X8 arasında 13 sentyabr 1991-ci ildə bağlanılmış bağın icarəyə verilməsi haqqında 23503 saylı müqaviləyə əsasən atasına ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 1704a saylı bağ sahəsinin nömrəsindəki uyğunsuzluğun aradan qaldırılaraq bağın faktiki yerləşmə yerinə uyğun yeni nömrə verilməsi, həmin bağın 0,12 ha torpaq sahəsi üzərində vəfat etmiş atası X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha ölçüdə 1704 saylı bağ sahəsinin nömrəsindəki uyğunsuzluğun aradan qaldırılmaqla, X3 həmin bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2-1(82)- 320/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha ölçüdə 1704a saylı bağ sahəsinin nömrəsindəki uyğunsuzluğu aradan qaldırılmaqla X3 həmin bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1481/2018 saylı, 27 iyun 2018-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-320/2018 saylı, 30 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 2-1(102)-2458/2018 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)- 1481/2018 saylı iş üzrə 27 iyun 2018-ci il tarixli qərarı ləğv edilmişdir. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-619/2019 saylı, 13 mart 2019-ci il tarixli qərardadı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-320/2018 saylı,30 mart 2018ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2019-ci il tarixli 2-1(102)-2103/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış,, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 619/2019 saylı, 13 mart 2019-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bir sıra prosessual hərəkətlər edildikdən sonra inzibati iş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı 31 oktyabr 2019-cu il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha ölçüdə 1704 saylı bağ sahəsinin nömrəsindəki uyğunsuzluğun aradan qaldırılmaqla, həmin bağın 0,12 ha torpaq sahəsinə hüququ olmuş vəfat etmiş atası X4 məxsus olması barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 3-cü bəndinə əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmiş, həmin sərəncamın 1.2-ci bəndinə əsasən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bu Sərəncamın 1 – 3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Təşkilatı tədbirlər ilə əlaqədar olaraq hazırki inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İddia ərizəsində, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə tələb onunla əsaslandırılmışdır ki, ünvan 6 bağ sahəsi 0.25 ha torpaq sahəsindən ibarət olmuş, sonradan bağ sahələrinin 0.12 hadan artıq torpaq sahəsi ayrılmaması nəzərə alınaraq, həmin bağ sahəsinin 0,12 ha hissəsinə Birliklə anası arasında 25 oktyabr 1991-ci ildə bağın icarəyə verilməsi haqqında 16333 saylı müqavilə bağlanmış, həmin müqavilə əsasında 0.12 ha torpaq sahəsindən ibarət 1704 nömrəli bağ sahəsi anasının icarəsinə verilmişdir. Bağın qalan 0.12 ha torpaq sahəsi isə Birlik ilə vəfat etmiş atası X8 ilə bağlanmış bağın icarəyə verilməsi haqqında 23503 saylı müqavilə əsasında Akif Rzayevə verilmiş, bağın nömrəsi isə 1704 a kimi qeyd olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 19.06.2014-cü il tarixli 2-1(82)-1609/2014 saylı qərarı ilə iddiası təmin olunaraq 1704a saylı bağ sahəsinə plan-sxemin verilməsi Xidmətin Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərarın icrası zamanı isə qanunda dəyişiklik edildiyindən bağın özəlləşməsi zamanı bağın plan-sxeminin alınması tələb olunmamışdır. Bundan sonra atasına ayrılmış 1704a saylı bağ sahəsinin nömrəsindəki uyğunsuzluğun aradan qaldırılaraq bağın faktiki yerləşmə yerinə uyğun yeni nömrə verilməsi, həmin bağın 0.12 ha torpaq sahəsi üzərində vəfat etmiş atası X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi barədə müraciət etmək üçün cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan 30 mart 2017-ci il tarixli **********38 saylı məktubla ərizəsini təmin etməyərək, təqdim etdiyi sənədlərin kserosurət olmasına, İdarənin elektron baza məlumatına əsasən bağ sahəsinin nömrəsinin bağ sahəsinin yerləşməsi ilə uyğunsuzluq təşkil etməsinə, göstərilən sahənin 1577a saylı bağın ərazisinə düşməsinə istinad etmişdir. Lakin həmin bağ ilə bağlı hər hansı bir sənəd mövcud deyildir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuzdur və iddiaçının torpaq sahəsi üzərində mülkiyyət və vərəsəlik hüquqlarının əldə edilməsinə maneçilik törədir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi 29 mart 2018-ci il tarixdə məhkəməyə **********46 saylı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlər surətdir. Həmçinin İdarənin elektron baza məlumatlarına əsasən bağ sahəsinin yerləşməsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə 1577a saylı bağ ərazisinə düşür. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 30.03.2017-ci il tarixli, **********38 saylı cavab məktubu ünvanlanmışdır. ünvan 1 qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha ölçüdə 1704 saylı bağ sahəsinin nömrəsindəki uyğunsuzluğun aradan qaldırılmaqla, həmin bağın 0,12 ha torpaq sahəsinə hüququ olmuş vəfat etmiş atası X4 məxsus olması barədə müvafiq arayışın iddiaçıya verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar 95 (doxsan beş) manat məbləğində prosessual xərcin “xxxx” MMCnin hesabına ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-30/2021 saylı, 14 aprel 2021-ci il tarixli qərardadı ilə ünvan 1 qərarında yol verilmiş yalnışlıq düzəldilmiş, qərarın təsviri hissəsində 2-ci səhifədə 8-ci abzasda və qərarın nəticə hissəsində “1704” ifadəsinin “1704a” kimi oxunması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini iddiaya dair etirazına uyğun əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, 13 sentyabr 1991-ci il tarixdə X5 və İstismarı Birliyi ilə X8 arasında bağ icarəyə verilməsi haqqında 23503 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha sahəsi olan 1704a nömrəli bağ sahəsi X3 istifadəsinə verilmişdir. AR Ədliyyə Nazirliyi Bakı şəhəri 3 saylı “Asan xidmət” mərkəzinin notariat kontoru tərəfindən AR ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinə 31 yanvar 2017-ci il tarixdə məktub ünvanlanaraq bildirilmişdir ki, X7 19.01.2009-cu il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi X9 ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. ( arvadı –X11, oğlu- X19, qızı - X17, qızı- X15, X12, oğlu –İddiaçı) Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanda yerləşən 1704 “a” saylı bağ evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinə və üzərində tikiliyə dair çıxarışın verilməsi xahiş olunmuşdur. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 1704 a saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, lakin Bakı şəhər Ərazi İdarəsi 30 mart 2017-ci il tarixdə **********38 saylı məktubla ərizəyə cavab olaraq bildirmişdir ki, təqdim olunmuş sənədlər surətdir. İdarənin elektron baza məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağ sahəsinin yerləşməsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə 1577 a saylı bağın ərazisinə düşür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 30.09.2020- ci il tarixli **********27 saylı sorğuya cavab məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən və torpaq sahələrinin üst-üstə düşməsi iddia olunan 1577a saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 25.02.2021-ci il tarixli **********27 saylı məktub ünvanlayaraq bildirmişdir ki, ünvan 6 bağ sahəsi 0,25 ha torpaq sahəsindən ibarət olmuş, sonradan bağ sahələrinin 0,12 ha-dan artıq torpaq sahəsi ayrılmaması nəzərə alınanaq, həmin bağ sahəsinin 0,12 ha hissəsinə BTİ və İB-yi (X5 və İstismarı Birliyi) ilə İddiaçı anası arasında 25.10.1991-ci ildə bağın icarəyə verilməsi haqqında 16333 saylı müqavilə bağlanmış, həmin müqavilə əsasında 0,12 ha torpaq sahəsindən ibarət 1704 nömrəli bağ sahəsi anasının icarəsinə verilmişdir. Bağın qalan 0,12 ha torpaq sahəsi isə BTİ və İB-yi ilə vəfat etmiş İddiaçı atası X8 ilə bağlanmış bağın icarəyə verilməsi haqqında 23503 saylı müqavilə əsasında ona verilmiş, bağın nömrəsi isə 1704a kimi qeyd olunmuşdur (ilkin cizgisinin surəti əlavə olunur). Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1704a saylı bağ sahəsinin müəyyənləşdirilməsi ilə bağlı İdarənin mühəndisinventarlaşdırıcısı X1 texniki baxışda iştirak etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, müvafiq bağ sahəsinin nömrəsi ilə bağ sahəsinin yerləşməsi uyğunsuzluq təşkil edir. İddiaçı “1704a saylı” kimi iddia etdiyi bağ sahəsi İdarənin elektron baza məlumatlarına əsasən 1577a saylı bağın ərazisinə düşür. İdarənin arxiv əsaslarında 1577a saylı bağ sahəsinə dair sənəd (order, müqavilə) aşkar edilməmişdir. Lakin 103 nömrəli BTK-nin qovluğunda mövcud olan yerləşmə sxemində 1577a saylı bağ sahəsi göstərilmişdir. Keçmiş BTİ və İB-yi tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından, həmçinin vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən göndərilmiş 18 mart 2021-ci il tarixli **********11 saylı məktubunda tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində hazırlanmış mütəxəssis rəyinin təqdim edilməsi qeyd edilmişdir. Araşdırma nəticəsi olaraq müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsinə baxış keçirilərək, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin faktiki ölçüsü 1237 kv m-dir. Araşdırma təqdim edilmiş sənədlərə, verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış sxemlər tərtib edilmişdir (sxemlər əlavə edilir). Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X10nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X10 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli 2- 1(112)-1330/2020 nömrəli qərardadı ilə mütəxəssis qarşısında qoyulmuş sualın cavablandırılması məqsədi ilə mübahisələndirilən torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə təqdim edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qoşma əlavə edilməklə aşağıdakı kimi cavablanmışdır: ünvan 6 bağ sahəsi 0,25 ha torpaq sahəsindən ibarət olmuş, sonradan bağ sahələrinin 0,12 ha-dan artıq torpaq sahəsi ayrılmaması nəzərə alınanaq, həmin bağ sahəsinin 0,12 ha hissəsinə BTİ və İB-yi (X5 və istismarı Birliyi) ilə İddiaçı anası arasında 25.10.1991-ci ildə bağın icarəyə verilməsi haqqında 16333 saylı müqavilə bağlanmış, həmin müqavilə əsasında 0,12 ha torpaq sahəsindən ibarət 1704 nömrəli bağ sahəsi anasının icarəsinə verilmişdir. Bağın qalan 0,12 ha torpaq sahəsi isə BTİ və İB-yi ilə vəfat etmiş İddiaçı atası X8 ilə bağlanmış bağın icarəyə verilməsi haqqında 23503 saylı müqavilə əsasında ona verilmiş, bağın nömrəsi isə 1704a kimi qeyd olunmuşdur (ilkin cizgisinin surəti əlavə olunur). Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1704a saylı bağ sahəsinin müəyyənləşdirilməsi ilə bağlı İdarənin mühəndis-inventarlaşdırıcısı X1 texniki baxışda iştirak etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, müvafiq bağ sahəsinin nömrəsi ilə bağ sahəsinin yerləşməsi uyğunsuzluq təşkil edir. İddiaçı “1704a saylı” kimi iddia etdiyi bağ sahəsi İdarənin elektron baza məlumatlarına əsasən 1577a saylı bağın ərazisinə düşür. İdarənin arxiv əsaslarında 1577a saylı bağ sahəsinə dair sənəd (order, müqavilə) aşkar edilməmişdir. Lakin 103 nömrəli BTK-nin qovluğunda mövcud olan yerləşmə sxemində 1577a saylı bağ sahəsi göstərilmişdir. Keçmiş BTİ və İByi tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından, həmçinin vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşin araşdırılan hallarından görünür ki, 13 sentyabr 1991-ci il tarixli, 23503 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0,12 ha sahəsi olan 1704a nömrəli bağ sahəsi X3 istifadəsinə verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 25-ci maddəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X10 tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpalara da şamil edilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X10nin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan X10 ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X10 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarında olab mütəxəssis rəyindən də görünür ki, iddiaçının mübahisələndirdiyi bağ sahəsinin nömrəsi ilə bağlı uyğunsuzluq mövcuddur. İddiaçı “1704a saylı” kimi iddia etdiyi bağ sahəsi İdarənin elektron baza məlumatlarına əsasən 1577a saylı bağın ərazisinə düşdüyü bildirilmişdir. Lakin İdarənin arxiv əsaslarında 1577a saylı bağ sahəsinə dair sənəd (order, müqavilə) aşkar edilməmişdir. Lakin 103 nömrəli BTK-nin qovluğunda mövcud olan yerləşmə sxemində 1577a saylı bağ sahəsi göstərilmişdir. Keçmiş BTİ və İByi tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından, həmçinin vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. İş üzrə alınmış mütəxəssis rəyindən və sorğulara cavab məktublarından görünür ki, 1704a saylı bağın yeri sxematik xəritəyə əsasən 1577a saylı bağ sahəsinin üzərinə düşür. Lakin 1577a saylı bağa dair heç bir sənəd İdarə arxivində mövcud deyil və həmin bağa dair hüquqlar qeydiyyata alınmamışdır. Bundan başqa iş üzrə mübahisələndirilməyən hallardan biri odur ki, ünvan 6 bağ sahəsi 0,25 ha torpaq sahəsindən ibarət olmuş, sonradan bağ sahələrinin 0,12 ha-dan artıq torpaq sahəsi ayrılmaması nəzərə alınanaq, həmin bağ sahəsinin 0,12 ha hissəsinə BTİ və İB-yi (X5 və istismarı Birliyi) ilə İddiaçı anası arasında 25.10.1991-ci ildə bağın icarəyə verilməsi haqqında 16333 saylı müqavilə bağlanmış, həmin müqavilə əsasında 0,12 ha torpaq sahəsindən ibarət 1704 nömrəli bağ sahəsi anasının icarəsinə verilmişdir. Bağın qalan 0,12 ha torpaq sahəsi isə BTİ və İB-yi ilə vəfat etmiş İddiaçı atası X8 ilə bağlanmış bağın icarəyə verilməsi haqqında 23503 saylı müqavilə əsasında ona verilmiş, bağın nömrəsi isə 1704a kimi qeyd olunmuşdur. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, vaxtilə 0,25 ha sahəsi olan 1704 saylı bağ sahəsi 1991-ci il tarixdə ayrılmış, 0.12 ha bağ sahəsi iddiaçının anasının icarəsinə verilmiş, həmin mübahisə zamanı 1704 saylı bağın 1576 saylı bağ ilə üst-üstə düşməsi əsası ilə cavabdeh inzibati orqan tərəfindən hüquqlar qeydiyyata alınmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2731/2017 saylı, 15 avqust 2017-ci il tarixli qərarı ilə 1704 saylı bağ sahəsi üzərində iddiaçının anasının mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuş, qərar icra edilmişdir. Hazırda da iddiaçı 0.25 ha sahəsindən ayrılmış digər bir hissə-0.12 ha torpaq sahəsindən ibarət 1704a saylı bağın mərhum atasına məxsus olmasına dair arayışın verilməsini xahiş edir. Ona görə də oxşar əsasla yəni, bağın 1577a saylı bağla üst-üstə düşməsi əsası ilə cavabdeh inzibati orqan tərəfindən edilən imtinanı məhkəmə kollegiyası qanunsuz və əsassız hesab edir. Bundan başqa Bakı ŞİH X2 İnşikafı və İstismarı Birliyi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1704a saylı bağ sahəsinə dair iddiaçının mərhum atası X7 ilə bağlanmış müqavilədəki qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən sübuta yetirilməmış, müqavilə mübahisələndirilməmiş, ləğv olunmamış, etibarsız sayılmamışdır Ona görə də həmin sənəd də sübut kimi mötəbər qiymətləndirilməlidir. Həmçinin məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı onu da qeyd edir ki, vətəndaşların qanuni istifadəsində olmuş bağçılıq təsərrüfatının torpaqlarının rəsmiləşdirilməsi zamanı mövcud uyğunsuzluqların aradan qaldırılması müvafiq (DƏDRX haqqında) Əsasnamə ilə hazırkı cavabdehin vəzifələrindən biridir. Odur ki, belə hal hüququ olan şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamasına heç bir halda əsas vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üizrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə huqüqu əldə etmiş: şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir. Bu təlimatın 7.1-ci bəndi və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. (7.3) İstinad edilən qanunvericilik normalarının məzmunundan da göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ ilə əldə etmiş şəxslər istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də, daşınmaz əmlaka hüquqlara dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəslərinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları da məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə ünvan 1 qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1743/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1743/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver