Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1743/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13) “mülkiyyət hüququnun vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12037/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi (əvvəlki Kommunist küçəsi), döngə 6, ev 1 ünvanında yerləşən əmlak və torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X10 məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi döngə 6, ev 1 (Əvvəlki Kommunist küçəsi) ünvanında yerləşən əmlak X10 məxsus olmuşdur. Həmin ünvana dair 1961-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfı Nazirliyi tərəfindən texniki pasport çəkilərək verilmişdir.Texniki pasportda Musalyan Araş kimi qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hüquqi fakt müəyyən edilmişdir. Texniki pasportun X10 mənsub olması müəyyən edilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə X7 25 dekabr 1995-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi döngə 6 ev 1 (Əvvəlki Kommunist küçəsi) ünvanında yerləşən əmlak və torpaq sahəsi üzərində mərhum X8 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın (arayışın) verilməsində köməklik göstərilməsi üçün iddiaçı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdehin məktubunda qeyd edilmişdir ki, texniki pasport idarənin arxivində aşkar edilməmiş və buna görə də ərizənin icrası mümkün olmamışdır. Cavabdehin imtinası əsassızdır. “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 saylı xx.xx.2010-cu il tarixli qərarının 7.2-ci bəndinə görə mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi DTXK-nin müvafiq struktur bölməsinin mütəxəssisinin, DTXK-nin rayon (şəhər) şöbəsinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnamələri əsasında vəkil etdikləri nümayəndələrinin iştirakı ilə aparılır. Torpaq sahəsinə dörd tərəfdən daş hasar çəkdirmiş və torpaq sahəsinin ölçüləri İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfindən ölçülərək ona verilmiş həddədir və bu vaxta kimi torpaq sahəsində hər hansı bir dəyişiklik olmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-12037/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi (əvvəlki Kommunist küçəsi), döngə 6, ev 1 ünvanında yerləşən əmlak və torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə İddiaçı arayış verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi (əvvəlki Kommunist küçəsi), döngə 6, ev 1 ünvanında yerləşən əmlak və torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X10 məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi (əvvəlki Kommunist küçəsi), döngə 6, ev 1 ünvanında yerləşən əmlak və torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə İddiaçı arayışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un nüsxəsi idarənin arxivində mövcud deyil. xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən texniki pasportda qeyd olunan perimetrik ölçülərlə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və ümumi ərazi mişar daşı ilə 4 hissəyə bölünmüş, “B” yaşayış evində yenidənqurma işləri aparılaraq əlavə otaqlar inşa edilmişdir. Texniki pasportda qeyd olunan “A” yaşayış evinə texniki baxış keçirməyə şərait yaradılmamışdır. İdarə tərəfindən təqdim edilmiş dəlillər məhkəmə tərəfindən araşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X13 hazırki iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (adi cəlbetmə). Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-5806/2018 nömrəli qətnaməsinə əsasən X9 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin olunması, ərizəçi X3yınatası (əri 30 mart 1950-ci il təvəllüdlü X6 atası) X8 25 dekabr 1995-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3356/2019 nömrəli qətnaməsinə əsasən ərizəçi İddiaçı maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı «evin texniki pasportunda göstərilən adın, ölüm haqqında şəhadətnamələrdə göstərilən adların, qətnamədə göstərilən adın və digər sənədlərdə göstərilən adların eyni şəxs olmasının müəyyən edilməsi tələbinə dair» ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, döngə 6, ev 1 (köhnə Kommunist küçəsi, döngə 6, ev 1) ünvanındakı evin texniki pasportunda göstərilən Musalyan Araş adının, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5806/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə və həmin qətnaməyə əsasən verilən AZ-1 № 987485 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X12 kimi oxunması və həmin texniki pasportun məhz X10 mənsub olması (eyni şəxsə aid olması) faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci ildə verilmiş AZ-İ seriyalı 987485 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1995-ci ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 206 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, mərhum X1mış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə Bakı şəhəri 35 saylı notariat kontoruna İddiaçı tərəfindən müraciət olunmuşdur. X8 25 dekabr 1995-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bunu nəzərə alaraq, mərhum X8 adına olan ünvan 3 ünvan Kommunist) döngə 6, 1 saylı evə dair çıxarış və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasma (yüklülüyünə) dair dövlət reyestrində (1 saylı forma üzrə) arayış verilməsi xahiş olunur. İş materiallarında olan ünvan 4 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 5də ünvan 3 ünvan Kommunist) döngə 6, ev 1 ünvanında qeydiyyatda olmuş 25 dekabr 1995-ci il tarixdə vəfat etmiş X8 adından vərəsəlik işi açılmayıb, vərəsəsi İddiaçı müraciəti əsasında həmin evlə əlaqədar olaraq Daşınmaz Əmlakın Ərazi idarəsinə sorğu göndərilib. İş materiallarında olan texniki pasportdan görünür ki, ünvan 6 ünvanda yerləşən evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən xx.xx.1961-ci ildə Musalyan Araşın adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport tərtib edilmişdir. İş materiallarında olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, iddiaçının müraciəti əsasında Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, döngə 6, ev 1 ünvanına cavabdehin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, ümumi ərazi mişar daşı ilə 4 hissəyə bölünüb və ərazidə bir neçə ailə yaşayır, B fye rekonstruksiya işləri aparılıb və əlavə otaqlar inşa edilib, A fye yaşayan vətəndaş işdə olduğunu bildirdi və həmin evə kənardan viziual baxış keçirildi (köhnə tikilidir), ərazidə bir neçə ədəd fərdi yaşayış evi inşa edilib, torpaq sahəsinin bəzi perimetrik məsafələrində fərq var. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”: 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. İşin faktiki hallarından görünür ki, ünvan 6 ünvanda yerləşən evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən xx.xx.1961-ci ildə Musalyan Araşın adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport tərtib edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(010)-5806/2018 nömrəli qətnaməsinə əsasən X8 25 dekabr 1995-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilmişdir. Həmçinin İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-3356/2019 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsi, döngə 6, ev 1 (köhnə Kommunist küçəsi, döngə 6, ev 1) ünvanındakı evin texniki pasportunda göstərilən Musalyan Araş adının, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5806/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə və həmin qətnaməyə əsasən verilən AZ-1 № 987485 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X12 kimi oxunması və həmin texniki pasportun məhz X10 mənsub olması (eyni şəxsə aid olması) faktı müəyyən edilmişdir. İddiaçı qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı ilə müəyyən edilir ki, iddiaçının qeyd etdiyi ünvanda yerləşən torpaq sahəsi mişar daşı ilə 4 hissəyə bölünüb və ərazidə bir neçə ailə yaşayır, rekonstruksiya işləri aparılmış və əlavə otaqlar inşa edilmiş, habelə ərazidə bir neçə fərdi yaşayış evi inşa edilmişdir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi torpaq sahəsi və fərdi yaşayış evi təqdim edilmiş texniki sənədlə müqayisədə çox dəyişikliyə uğramış, rekonstruksiya işləri aparılmış və əlavə tikililər tikilmiş, torpaq sahəsi bir neçə şəxs arasında bölüşdürülmüşdür. Qeyd olunan ərazi bir neçə şəxs arasında mişar daşı ilə bölünərək ayrı-ayrı şəxslərin istifadəsindədir. Belə olan halda cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12037/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1743/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1743/2024
25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver