Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1743/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: “mənzil kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2704/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nəsimi Rayon Məhkəməsinin 22 mart 2000-ci il tarixli,2-402-2000 №-li Qətnaməsinə əsasən İddiaçı cavabdehlər X2 və X6rşı mənzilə hüququnun tanınması və yaşayış sahəsinə mənzil hüququnun itirilməsinə dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri, Tolstoy küçəsi 160 №-li evin 11 №-li 14,0 kv.m sahəsi olan bir otağına hüququ tanınmış və o həmin mənzilin kirayəçisi hesab olunmuş, cavabdehlər X5 və X8 Bakı şəhəri, Tolstoy küçəsi 160 №-li evin 11 №-li mənzilinə hüquqları itirilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli registrdən çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 160 nömrəli bina Bakı şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən ünvan 1 ünvanında xx.xx.2002-ci il təvəllüdlü X11 xx.xx.2015-ci ildən, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı xx.xx.2005-ci ildən, xx.xx.2005-ci il təvəllüdlü X7 xx.xx.2015-ci ildən yaşayış yeri üzrə qeydiyyatdadırlar.
4. Bakı Şəhəri Cavabdeh 24 sentyabr 2024-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi 160 saylı evin 11 saylı mənzili dövlət mənzil fonduna aiddir. Həmin mənzil Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Həmin mənzil xüsusi təyinatlı (xidməti) mənzil deyildir.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı adıan qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi, ev 160, 11 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
6. X7 və X3 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, mənzilə dair kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına etiraz etmirlər.
7. İddiaçı həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması ilə bağlı cavabdehə müraciət etmişdir.
8. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtina məktubunda bildirmişdir ki, “...Nəsimi Rayon Məhkəməsinin xx.xx.2000-ci tarixli, 2-402-2000 №-li qətnaməsində mənzil icarə müqaviləsinin sizinlə bağlanmasına dair Cavabdeh üzərinə hər hansı bir öhdəlik qoyulmadığından xahişinizi təmin etmək mümkün deyildir”.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi, ev 160, 11 saylı mənzilə dair onunla icarə-istifadə hüququnu müəyyən edən mənzil-kirayə müqaviləsinin bağlanılması və buna dair müvafiq sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin bu cür qeyri-qanuni, hüquqa zidd və süründürməçiliklə müşahidə edilən hərəkətləri mövcud qanunvericiliyə ziddir, onun konstitusiya və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozur. Eyni zamanda gələcəkdə həmin mənzilə dair tam mülkiyyət hüquqlarını rəsmiləşdirməyə əngəllər yaradır.
11. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Etiraz məktubunda bildirilmişdir ki, hazırkı işin hallarından o da müəyyən olunur ki, iddiaçı və onun ailə üzvləri mənzilin əvvəlki kirayəçisi (X5 və X10) ailə üzvü və ya onunla birlikdə təsərrüfat aparan şəxs qismində deyil, məlum hadisələrlə əlaqədar boş olan mənzildə 1997-ci ildən müvəqqəti məskunlaşmış şəxsdir. Belə olan halda, cavabdeh hesab edir ki, İddiaçı ailəsi ilə birlikdə ünvan 1-in kirayəçisi kimi tanınmasını, yəni onunla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malik deyil.
13. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2704/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 22 mart 2000-ci il tarixli,2-402-2000 №-li Qətnaməsi ilə iddiaçının Bakı şəhəri, Tolstoy küçəsi 160 №-li evin 11 №-li 14,0 kv.m sahəsi olan bir otağına hüququ tanınmış və o həmin mənzilin kirayəçisi hesab olunmuş, cavabdehlər X5 və X8 Bakı şəhəri, Tolstoy küçəsi 160 №-li evin 11 №-li mənzilinə hüquqları itirilmişdir.
15. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının həmin mənzilə hüquqları müətyyən edilmiş, iddiaçı mənzilin kirayəçisi hesab edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi isə, məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir.
16. 27 ildən artıq mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə edən iddiaçı həmin mənzilə dair hüquq və vəzifələrə malik olmuşdur.
17. Həmçinin iddiaçının oğlu və qızı notarial qaydada ərizə verərək mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Belə olan halda aydın olur ki, mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur.
18. b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-2704/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri 2000-ci ildə yaranıb və həmin dövrdə mənzillə bağli münasibətlər 01 mart 1983-cü ildən 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi ilə tənzimlənmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-402/2000 nömrəli, xx.xx.2000-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının Bakı şəhəri, L.Tolstoy küçəsindəki 160 saylı evin, 11 nömrəli 14.0 kv.m sahəsi olan bir otağına hüququ tanınmış və o həmin mənzilin kirayəçisi hesab olunmuş, cavabdehlər X5 və X10 Bakı şəhəri, L.Tolstoy küçəsi 160 nömrəli evin 11 nömrəli mənzilinə hüquqlarının itirilməsi qət edilmişdir. Lakin Cavabdeh 3-cü şəxs qismində prosesə cəlb olunmamışdır. İnzibati məhkəmə isə bu məsələyə qiymət verməmişdir. Baxmayaraq ki bu mənzil dövlət mənzil fonduna aiddir və iddiaçı mənzilə ehtiyacı olan vətəndaşların siyahıda olmamış və Lapuxov ailəsinin üzvü deyildir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 24 il ərzində Rayon İcra Hakimiyyətinə iddiaçı tərəfdən hansı səbəbdən müraciət edilməmişdir? Sual yaranır ki, 14.0 kv.m sahəsi olan bir otağlı mənzildə 6 nəfər yerləşərək yaşaya bilər? Cavabdeh qeyd edir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 36-cı maddəsinə əsasən mənzilə ehtiyacı olan vətəndaşlar iş və yaxud yaşayış yeri üzrə növbəlilik əsasında mənzillə təmin olunurdular. Hazırkı işin hallarından o da müəyyən olunur ki, iddiaçı və onun ailə üzvləri mənzilin əvvəlki kirayəçisi (X5 və X10) ailə üzvü və ya onunla birlikdə təsərrüfat aparan şəxs qismində deyil, məlum hadisələrlə əlaqədar boş olan mənzildə 1997-ci ildən müvəqqəti məskunlaşmış şəxsdir. Belə olan halda, cavabdeh hesab edir ki, İddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy küçəsi, ev 160, 11 nömrəli mənzilin kirayəçisi kimi tanınmasını, yəni onunla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malik deyil. Odur ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar).
25. İddiaçının mübahisəli mənzilə köçməklə yaşadığı, yəni mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Maddə 132. Yaşayış sahəsini icarə müqaviləsi müddət göstərilmədən bağlanmışsa, icarəyə verilmiş sahə ev mülkiyyətçisinin və onun ailə üzvlərinin yaşaması üçün zəruri olduqda mülkiyyətçi müqavilənin məhkəmə qaydasında pozulmasını tələb etmək ixtiyarına malikdir. Müqavilənin pozulması haqqında icarədar üç ay əvvəl xəbərdar edilməlidir. İcarədar yaşayış sahəsindən istifadə və kommunal xidmətlər üçün müntəzəm surətdə haqq vermədiyi, icarədarın və onun ailə üzvlərinin bu Məcəllənin 60-cı maddəsində göstərilən müddətlərdən artıq başqa yerə getdiyi hallarda, eləcə də bu Məcəllənin 97-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsaslara görə ev mülkiyyətçisi icarə müqaviləsinin pozulmasını tələb etmək ixtiyarına malikdir.
26. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. - 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
31. İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı 1997-ci ildən ünvan 1-də yaşayır.
32. Nəsimi Rayon Məhkəməsinin 22 mart 2000-ci il tarixli,2-402-2000 №-li Qətnaməsi ilə iddiaçının cavabdehlər X2 və X6rşı mənzilə hüququnun tanınması və yaşayış sahəsinə mənzil hüququnun itirilməsinə dair iddiası təmin edilmiş, iddiaçının Bakı şəhəri, Tolstoy küçəsi 160 №-li evin 11 №-li 14,0 kv.m sahəsi olan bir otağına hüququ tanınmış və o həmin mənzilin kirayəçisi hesab olunmuş, cavabdehlər X5 və X8 Bakı şəhəri, Tolstoy küçəsi 160 №-li evin 11 №-li mənzilinə hüquqları itirilmişdir.
33. İddiaçı hazırda həmin mənzilə dair daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edir.
34. Cavabdeh isə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2000-ci tarixli, 2-402-2000 №-li qətnaməsində mənzil icarə müqaviləsinin iddiaçı ilə bağlanmasına dair Cavabdeh üzərinə hər hansı bir öhdəlik qoyulmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
35. İşdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 22 mart 2000-ci il tarixli,2-402-2000 №li Qətnaməsi ilə iddiaçının Bakı şəhəri, Tolstoy küçəsi 160 №-li evin 11 №-li 14,0 kv.m sahəsi olan bir otağına hüququ tanınmış və o həmin mənzilin kirayəçisi hesab olunmuş, cavabdehlər X5 və X8 Bakı şəhəri, Tolstoy küçəsi 160 №-li evin 11 №-li mənzilinə hüquqları itirilmişdir.
36. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının həmin mənzilə hüquqları müətyyən edilmiş, iddiaçı mənzilin kirayəçisi hesab edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi isə, məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir.
37. Belə olan halda aydındır ki, 27 ildən artıq mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə edən iddiaçı həmin mənzilə dair hüquq və vəzifələrə malik olmuşdur.
38. Həmçinin iddiaçının oğlu və qızı notarial qaydada ərizə verərək mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər.
39. Beləliklə, mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur
40. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-402/2000 nömrəli, xx.xx.2000-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçının Bakı şəhəri, L.Tolstoy küçəsindəki 160 saylı evin, 11 nömrəli 14.0 kv.m sahəsi olan bir otağına hüququ tanınmış və o həmin mənzilin kirayəçisi hesab olunmuş, cavabdehlər X5 və X10 Bakı şəhəri, L.Tolstoy küçəsi 160 nömrəli evin 11 nömrəli mənzilinə hüquqlarının itirilməsi qət edilmişdir. Lakin Cavabdeh 3-cü şəxs qismində prosesə cəlb olunmamışdır. İnzibati məhkəmə isə bu məsələyə qiymət verməmişdir. Baxmayaraq ki bu mənzil dövlət mənzil fonduna aiddir və iddiaçı mənzilə ehtiyacı olan vətəndaşların siyahıda olmamış və Lapuxov ailəsinin üzvü deyildir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 24 il ərzində Rayon İcra Hakimiyyətinə iddiaçı tərəfdən hansı səbəbdən müraciət edilməmişdir?
41. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-402/2000 nömrəli, xx.xx.2000-ci il tarixli qətnaməsini mübahisələndirməmişdir.
42. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-402/2000 nömrəli, xx.xx.2000-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 24 il ərzində Rayon İcra Hakimiyyətinə iddiaçı tərəfdən müraciət edilməməsi də iddianın təmin olunmasını istisna etmir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2704/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2704/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.