Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1744/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia ərizəsinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8536/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Kaspiets-2” qaraj kooperativində yerləşən idddiaçıya məxsus sahəsi 31.1 kv.metr olan 68 saylı qarajın sökülməsi nəticəsində 18000 manat məbləğində vurulan ziyanı cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası X4 tikintisi ilə əlaqədar olaraq, Bakı şəhəri, Səbail rayonu, keçmiş F.Mehdiyev küçəsində yerləşən “Kaspiets-2” qaraj kooperativ nəzdindəki ona məxsus sahəsi 31.1 kv.m olan 68 saylı qaraj sökülmüşdür. Qanuni əsaslarla istifadə hüququna malik olduğu qaraj söküldüyündən və ona hər hansı kompensassiya məbləği ödənilmədiyindən, Bakı şəhər İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixdə ərizə ilə rəsmi qaydada müraciət etmiş, müraciətinə hər hansı cavab verilməyib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestrinin Bakı şəhər ərazi idarəsinin xx.xx.2011-ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə göndərdiyi qarajların qiymətləndirmə rəyinə əsasən, “Kaspiets-2” kooperativində yerləşən qarajların hər 1 kv.m metrinin bazar dəyəri 300 manat təyin edilmişdir. Keçən müddət ərzində manatın məzənnəsinin dəyişməsini nəzərə alaraq, iddiaçıya 18.000 dəyərində ziyan dəymişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8536/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, “Kaspiets-2” qaraj kooperativində yerləşən sahəsi 31.1 kv.metr olan qarajın sökülməsi nəticəsində vurulan ziyana görə 9330 manat kompensasiyanın İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmiş və iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati və mülki prosessual hüquq normalarına əsasən iddiaçı mülahizələri hələ sübut deyil, və eyni zamanda iddiaçı tərəfindən təqdim edilən sənədlərin surətləri onları saxlayan orqanların müvafiq təsdiq edici arayışları ilə təsdiq edilmədən o sənədlərin həqiqiliyi şübhə doğurur.Qaraj üçün təqdim edilən sənədlər 80-cı illərə təsadüf etdiyi halda iddiaçının həmin qaraja sahib olub olmadığını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən bu hal araşdırılmamışdır.Nəhayət, iş materiallarına iddia olunan 68 nömrəli qarajın texniki göstəricilərini ifadə edən sənəd- plan (sxem) əlavə edilməmişdir.Həmçinin məhkəmə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə sorğu vermədən sözügedən qarajın iddiaçıya məxsus olub olmamasını yoxlamadan əsassız qərar qəbul etməklə dövlət büdəcəsinə əlavə öhdəlik müəyyən etmişdir.Beləliklə, kompensasiya tələb edilən Kaspiets-2” koperativinə aid 68 saylı qarajın iddiaçının istifadəsinə verilməsi ilə bağlı mötəbər hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, iddia olunan qarajın daş tikili olmaqla, ölçüsü, texniki parametrləri, yerləşdiyi yer (cizgi) göstərilməklə əmlakın naturada mövcud vəziyyətdə mülki dövriyyənin obyekti olmasını təsdiq edən texniki pasportu təqdim edilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8536/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Həmin Məcəllənin: - 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; - 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. - 211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. - 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin 24 aprel 1987ci il tarixli, 11/197 nömrəli Qərarı ilə X3 zabitlər heyətinə kooperativ qarajların tikintisi məqsədi ilə 26 Bakı Komissarı rayonunda Gəmiçiliyin idman klubunun ərazisindəki 29-cu kvartalında torpaq sahəsi ayrılmışdır. Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən 2014-cü il 15 yanvar tarixli, **********038400 nömrəli çıxarışa görə İddiaçı “Kaspies2” kooperativinin payçısıdır. Azərbaycan Respublikası Prezidentinin X4 yaradılması ilə bağlı xx.xx.2007-ci il tarixli 2504 nömrəli sərəncamının icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin Başçısı xx.xx.2008-ci il tarixli 580 nömrəli sərəncam vermişdir. Həmin sərəncamla ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyəti tərəfindən verilmiş sərəncamlar ləğv edilmiş, ərazidə olan qarajların və digər tikililərin sökülməsi Səbail rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Göründüyü kimi iddiaçının hazırkı iddianı irəli sürmək hüququ mövcuddur. Kompensasiya məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 3440/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərarında, “Kaspiets-2” kooperativinin qarajların bazar dəyərinin hər kv.m üçün 300 manat təşkil etməsinə hüquqi qiymət verilmişdir. Belə olan halda iddiaçıya sahəsi 31.1 kv.m olan qaraj üçün cəmi 9330 manat (31.1 kv.m qarajın sahəsi x 300 = 9330 manat) məbləğində kompensasiya ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müvafiq qarajın sökülməsi ilə bağlı kompensasiya tələb etmək hüququ iş materialları ilə öz təsdiqini tapmış və həmin sənədlərin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8536/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8536/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1744/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1744/2024
08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver