Məhkəmə qərarları › İş №2-1(103)-1746/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1746/2023

03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1746/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X7) “sərəncamın etibarsız hesab edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda olan köşkün X4 tərəfindən də rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verməsinə dair Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 №-li sərəncamının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti xx.xx.2007-ci il tarixli, 220 №-li Sərəncamı ilə iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən köşkün rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə vermiş, iddiaçı da həmin vaxtdan köşkü rekonstruksiya edib ticarət obyekti kimi istifadə etmiş, lakin hazırda iddiaçıya məlum olmuşdur ki, yəni Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin eyni tarixli, eyni nömrəli (xx.xx.2007-ci il tarixli, 22 №-li) sərəncamı ilə ona məxsus evin qarşısında olan həmin köşk, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan X4 tərəfindən də rekonstruksiya edilib ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. İddiaçı hesab edir ki, həmin sərəncam qanunsuz və etibarsızdır Çünki, iddiaçıya məxsus ticarət köşkünə eyni tarixdə həm iddiaçıya, həm də Süleyman Məmmədova sərəncam verilə bilməz, həmin köşkün sahibi olmayıb, iddiaçının icarəyə götürəni olub, onunla razılaşıb köşkü ona icarəyə vermiş, özü isə Rusiyaya getmiş, qayıdan da görmüşdür ki, S.Məmmədov köşkü başqa şəxslərə verib. Ona görə də köşkü onun icarəsindən almış, həmin vaxtdan da S.Məmmədov köşkə gəlməmiş, iddiaçının onunla əlaqələri kəsilmişdir. S.Məmmədov xx.xx.2019-cu il tarixdə vəfat etmiş, bundan sonra onun arvadı X7 özünü vərəsə kimi tanıtmış, qeyd edilən sərəncamı çıxarıb iddiaçıya qarşı iddia tələbi irəli sürmüşdür. Köşkü iddiaçı inşa etdirmiş, ona aiddir. Köşkə aid olmayan və heç bir bağlılığı olmayan şəxsə eyni tarixli və nömrəli sərəncam verilməsi etibarsızdır. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin yazılı etirazı daxil olmamış, məhkəmə iclasında iştirak edən nümayəndəsi (X9) iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, mübahisələndirilən köşk Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına əsasənvətəndaş X3 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdır. Həmin sərəncam qanunvericiliyin tələblərinə uyğun verilmişdir, etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud köşkünün rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilməsi barədə Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin eyni tarixli və eyni nömrəli - xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamı isə mövcud deyildir, belə bir sərəncam imzalanmamışdır. İddia tələbi əsassızdır. Birinci instansiya məhkəməsində işə baxılarkən üçüncü şəxs X5 nümayəndəsi (Vəkil1)11 avqust 1987-ci ildə X4 ilə rəsmi nikaha daxil olmuş və onlara nikahlarının rəsmiləşdirilməsinə dair xx.xx.1987-ci il tarixli Nikah haqqında şəhadətnamə verilmişdir. ünvan 3 ünvanda yerləşən tikinti Süleyman Məmmədova məxsus olmuş və həmin tikinti onun tərəfindən rekonstruksiya edilərək, həmin sahə ticarət obyekti kimi istifadə edilməsi qərara alınmış və bununla bağlı onun tərəfindən 2007-ci ildə Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunmuşdur. Əzizbəyov (hazırda Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamına əsasən, Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X3 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilməsi qərara alınmışdırX4 həmin ticarət obyektində fəaliyyət göstəməyə başlamış və bununla bağlı xx.xx.2009-cu ildə onun adına Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmış, bu barədə arayış verilmiş (VÖEN **********). kökdə nəzarət kassa aparatı quraşdırılmışdır. xx.xx.2019-cu ildə o, vəfat etmiş və ticarət obyekti nəzarətsiz qalmışdır. Mağazada fəaliyyət dayandırılmış və qapısı açarla bağlanmışdır. X8 tərəfindən vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət olunmuş və adı çəkilən əmlak da miras kütləsinə daxil edilmişdir. Həmin əmlakın özəlləşdirilməsi ilə bağlı müvafiq sənədləşmə işləri aparılarkən məlum olmuşdur ki, İddiaçı əmlakın qapısını qırmış, əmlaka yiyələnərək orada olan Gülnarə Məmmədovanın ailəsinə məxsus əşyaları götürüb aparmış və özünə məxsus əşyaları yerləşdirərək orada özünün tanışları vasitəsi ilə fəaliyyət göstərməyə başlamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “Birinci instansiya məhkəməsi iş üzçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, cavabdehin eyni gündə iki sərəncamının ceə verilməsini müıyyən etmək üçün əmrların qeydiyyatı kitabını gətirməmiş və əmrin kimə verildiyi müəyyən etməmişdir. Məhkəmə yalnız arxiv idarəsinə sorğu vermişdir. Bundan başqa ümumi qəbul edilmiş qayda ondan ibarət olmuşdur ki, icra hakimiyyətləri əmrlərə gerbli möhür vurmamışlar, bu gün də vurmurlar. Lakin, hazırkı işdə gerbli möhürdən istifadə edilməsini cavabdehin nümayəndəsi heç nə ilə izah edə bilməmişdir. Məhkəmə araşdırmamışdır ki, möhürdə soyadı yazılmış şəxs həmin vaxt Xəzər Rayon İcra Hakimi olmuşdur ya yox. Həmin icra başçısının digər imzaları ilə hazırkı qərardakı imzaları uyğun gəlir ya yox. Əgər həqiqətən sərəncam Süyeman Məmmədovun adına idisə nə üçün bu müdddət ərzində ondan istifadə etməməməsi və özgəsinin istifadəsinə heç bir pretenziya bildirməməsinə aydınlıq gətirməmişdir. Həmin ticarət köşkü birbaşa iddiaçının evinin qarşısıdır və bütün müddət ərzində də iddiaçı tərəfindən istifadə edilmişdir. S.Məmmədovun yoldaşının mümayəndəsi bildirmişdir ki, guya ki həmin köşkdən nə vaxtsa istifadə etmişdir. Lakin, nə vaxtsa işıqdan, sudan istifadə, bəldiyyə ödənişi, VÖEN ödənişləri və əs tələb edilsə də məhkəmə bu məsələlərin heç birinə aydınlıq gətirməmişdir.” Məhkəmə saxtalaşdırılmış əmrlə bağlı ekspertiza təyin etməmiş, köşkün kim tikdiyini və S.Məmmədovun və ya həyat yoldaşının orada işləyibişləmədiyini araşdırmamış, nəticə etibarı ilə qanunsuz qərar qəbul etmişdir.” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil3 apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki (xx.xx.2023) iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi vəkil X10 iddiaçının sərəncamının arxiv kökünün olmadığını, saxta olduğunu və üçüncü şəxsin vəfat etməsindən istifadə edərək obyektin qapısını qıraraq oranı mənimsədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasnı məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumat verilmiş cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kolegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 220 №-li sərəncamının etibarsız hesab edilməsin tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 220 saylı Sərəncamının (İddiaçı barəsində) surəti məhkəməyə təqdim edilsə də, belə bir sərəncam mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. İşdən görünür ki, Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin mübahisələndirilən xx.xx.2007-ci il tarixli 220 saylı sərəncamına əsasən Bakı şəhəri, B.Nuriyev küçəsi, ev 6, mənzil 12-də yaşayan vətəndaş X3 məxsus Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud tikilinin rekonstruksiya olunub ticarət obyekti kimi istifadə edilməsinə icazə verilmiş, daha sonra həmin qeyri-yaşayış sahəsi 40 kv m sahədən ibarət ölçüdə S.Məmmədovun adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış, lakin xx.xx.2019-cu il tarixdə vəfat etmiş və həyat yoldaşı X7 (üçüncü şəxs) onun qanuni vərəsəsi kimi tanınaraq, 9 saylı Notarifat ofisində vərəsəlik işi açılmışdır. Eyni zamanda, iddiaçının məhkəməyə təqdim etdiyi, Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyətinin eyni - xx.xx.2007-ci il tarixli 220 saylı digər bir sərəncamının kserosurətindən də görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, ev 50, mənzil 1-də yaşayan vətəndaş İddiaçı (iddiaçı) adına Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 50 saylı ünvanda yerləşən mövcud köşkünün rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən hər iki şəxsin adına olan sərəncamın arxiv materiallarında mövcudluğunun müəyyən edilməsi üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, habelə, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinə sorğular verilmişdir. Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli BA- 01935-2022 nömrəli və xx.xx.2022-ci il tarixli BA-03299-2022 nömrəli məktubları ilə yalnız vətəndaş X2 adına oolan sərəncam aşkar edilərək, təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur (i.v.53-54) Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli məktublarında isə məhkəməyə bildirilmişdir ki, İcra Hakimiyyətinin 2007-ci ilə aid sərəncamları Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən hər iki şəxsin adına Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 220 saylı sərəncamlarla bağlı məlumat vermək mümkün olmamışdır, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcud olan xx.xx.2007-ci il tarixli 220 saylı sərəncam isə X4 ilə əlaqədardır, İddiaçı ilə əlaqədar belə bir sərəncam mövcud deyildir. X1 adına olan xx.xx.2007-ci il tarixli 220 saylı sərəncamın təsdiq olunaraq məhkəməyə təqdim olunmuş sürətindən isə görünür ki, sərəncamı qəbul edən Bakı şəhəri Əzizbəyov İcra Hakimiyyəti başçısı G.İslamov, ünvanladığı şəxs S. Məmmədovun adları aydın aydın göstərilmiş və sərəncam başçisı tərəfindən imzalanıb dairəvi möhürlə möhürlənmişdir. Sərəncam səlist həflərlə yazılmış, qaralama və düzəlişlər mövcud deyildir. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsinin nəzərdə tutduğu inzibati aktın etibarsız sayılmasına əsas olan hallardan hər hansı biri mübahisələndirən sərəncamda mövcudluğu müəyyən olunmur . Belə ki, həmin maddədə inzibati aktın etibarsız sayılmasına əsas olan hallar aşağıdakılardır: 65.1.1.hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2.müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmaya inzibati akt. Qanunun qeyd olunan tələblərinə münasbətdə tədqiq olunan, Süleyman Məmədovun adına olan sərəncamın etibarsız hesab olunmasına əsas ola bilən sadalan hallardan hər hansı biri mövcud deyildir. Qanunun qeyd olunan tələbləri baxımından, sərəncamı qəbul edən cavabdehin müvafiq səlahiyyətə malik olmasına gəldikdə, həmin sərəncamın qəbul olunduğu vaxt qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” 32-ci maddəsinin 2-ci bəndi ilə - “şəhər rayon icra hakimiyyyətləri başçısının qanunvericiliyə müvafiq olaraq mülkiyyət formasından asılı olmayaraq ticarət, ictimai-iaşə, məişət xidməti müəssisələrinin lazımi istismarına və əhaliyə xidmətin təşkil edilməsinə nəzarəti həyata keçirmək, istehlakçıların hüquqlarının müdafiəsini qanunvericiliklə müəyyən edilmiş qaydada təmin etmək” səlahiyyəti; 5-ci bəndinə əsasən isə “kooperativ və fərdi tikintinin inkişafına kömək göstərmək” səlahiyyəti nəzərdə tutulurdu. Göründüyü kimi, sərəncamı qəbul edən cavabdeh müvafiq səlahiyyətə malik olmuşdur. Mübahisələndirilən sərəncamın icra olunmasının mümkünlüyü məsələsinə gəldikdə, həmin sərəncamın icrasının hüququ nəticələridir ki, məhz, təsərüfat subyekti kimi mərhum S.MMədovun adına qeydiyyata alınmış, daha sonra da qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Qeyd olunanlardan göründüyü kimi, mübahisələndirilən sərəncamın etibarsız hesab olunması üçün heç bir əsas yoxdur. İddiaçının İddiaçı təqdim etdiyi, onun öz adına olan sərəncamın isə arxiv nüsxəsi aşkar edilmədiyindən, həm də iddiaçıının özü tərəfindən də əsli məhkəməyə təqdim olunmadığından, həmin sərəncam həqiqi və mötəbər sənəd kimi qəbul edilə bilməz. Əsli və arxiv nüsxəsi mövcud olmadığı halda da həmin sərəncamın saxtalığı ilə bağlı ekspertiza təyin olunması zərurəti aradan qalxır. İddiaçının istianad etdiyi, Xəzər RPİ-nin İstinataş Şöbəsi tərəfindən üçüncü şəxsin müraciəti üzrə qəbul olunmuş “cinayət işin rədd olunması barədə” qərarında təsbit olunan məlumatların da mərhum S. Məmmədovun adına olan sərəncamının etibarsız sayılmasına əsas ola bilən hallar kimi qiymətləndirilə bilməz. İddiaçının köşkün S.Məmmədova icarəyə verib, özü isə Rusiyaya getməsi ilə bağlı dəlillərinə gəldikdə, bununla bağlı onun heç bir sübutetmə vasitəsi yoxdur. Əksinə,köşkün 10 ildən də çox S.Məmmədovun idarəçiliyində olması, o, 2019-cu ildə vəfat edənədək ona qarşı hər hansı bir iddia tələbi irəli sürməməsi, sonuncunun hətta köşkü qeyri-yaşayış sahəsi kimi öz adına mülkiyyət hüüququnu qeyd aldırması – bütün bunlar onun adına olan sərəncamın mötəbərliliyindən irəli gələn hüquqi nəticələridir. İddiaçının isə burada, məhz, xx.xx.2019-cu il tarixdə onun vəfatından sonra köşkü sahibliyinə qaytarıdını bildirsə də bunu hansı formada həyata keçirdiyini və məhz nəyə görə ölümündən sonra bu addımı atması və artıq güc işlətməklə, köşkü sahibliyinə alması əəsaslandırılmamışdır ki, bunun nəticəsi olaraq da mərhum mülkiyyətçinin vərəsəsi olan üçüncü şəxs ona qarşı, iddiaçının özü də deydiyi kimi mülki icraat qaydasında iddia qaldırmışdır. Beləliklə də, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işdə olan sübutlara maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını, iddianı rədd etməklə, qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7099/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar