Məhkəmə qərarları › İş №2-1(103)-1746/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1746/2024

17.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1746/2024 17.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-34/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin imtina cavabının qanunsuz hesab edilərək Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X2 Departamentinin X3 və İstismarı Birliyi tərəfindən iddiaçıya Hövsan ərazisindəki 45q nömrəli bağın istifadəyə verilməsi haqqında 8114 saylı, 19 sentyabr 2005ci il tarixli müqaviləyə əsasən, ayrılmış 0,12 hektar torpaq sahəsinin bir hissəsi X9 verildiyi halda, torpağın qalan hissəsinə,yəni 0.10 hektar 44 kv.m sahəyə çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 8114 saylı müqaviləyə əsasən, Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı artıq uzun müddətdir ki, həmin bağ sahəsindən istifadə edir.İddiaçı 2016-cı ilin may ayında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsini özəlləşdirmək məqsədi ilə çıxarışın və plan-ölçünün verilməsini xahiş etmişdir. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, bildirmişdir ki, X3 və İctimai Birliyi tərəfindən verilmiş 8114 saylı xx.xx.2005-ci il tarixli müqavilə İdarənin arxivində aşkar edilməmişdir və bu səbəbdən sənədlərin həqiqiliyinə dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən aidiyyəti təşkilata sorğu göndərilmişdir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki,torpaq sahəsinin bir hissəsinə, yəni 156 kv.m sahəyə artıq X4 adına çıxarış verilmişdir.Bu səbəbdən iddiaçının ərizəsinin icrası dayandırılmışdır.Bundan sonra iddiaçı Bağlar təsərrüfatı İnkişafı və X6 ərazisindəki 45q nömrəli bağın istifadəyə verilməsi haqqında 14 saylı, 19 sentyabr 2005-ci il tarixli müqaviləyə əsasən ona ayrılmış 0,12 hektar torpaq sahəsinə çıxarışın və plan-ölçünün verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ilə 2 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinə müraciət etmişdir.Həmin məhkəmədə torpaq sahəsinin bir hissəsinə artıq başqa şəxsə çıxarış verildiyi üçün iddia təmin edilməmişdir.Bundan sonra iddiaçı yenidən DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə bu dəfə iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsinə başqa şəxsə hüquqmüəyyənedici sənəd verilibsə, torpağın qalan hissəsinə ona - İddiaçı adına plan-ölçü və çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh bu dəfə də yeni əsaslarla rədd cavabı vermişdir.İddiaçı hesab edir ki, cavabdehin intinası qanunsuz və əsassızdır. Belə ki, bu dəfə cavabdeh imtina cavabında göstərmişdir ki, "göstərilən torpaq sahəsi bağçılıqyoldaşlıq təsərrüfatının ərazisinə düşmür”.Halbuki iddiaçıya torpaq sahəsi bağçılıqyoldaşlıq təsərrüfatı tərəfindən yox, Abadlaşdırma və X2 Departamentinin Bağların İnkişafı və İstismarı Birliyi tərəfindən verilmişdir. Cavabdeh əlavə bildirmişdir ki "həmin torpaq sahəsinin 156 kv.m hissəsinə dair qonşu torpaq sahəsinin mülkiyyətçisi X10ma çıxarış verilmişdir. Hətta torpaq sahəsi Neft Şirkətinin ərazisinə düşür”. Lakin ayrılmış torpaq sahəsinin bir hissəsinə başqa şəxsə çıxarışın verilməsi iddiaçıya bəllidir. Ona görə də, iddiaçı bağın torpaq sahəsinin qalan hissəsinə çıxarışın verilməsini xahiş etmişdir. O ki qaldı torpaq sahəsinin Neft Şirkətinin ərazisinə düşməsinə, o zaman belə çıxır ki, cavabdeh inzibati orqan Neft Şirkətinin ərazisi olan qonşu torpaqlara o cümlədən X9 neft şirkətinə aid torpağa çıxarış vermişdir ki, bu da qeyri-mümkündür. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-34/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz hesab edilərək Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X2 Departamentinin X3 və İstismarı Birliyi tərəfindən iddiaçıya Hövsan ərazisindəki 45q nömrəli bağın istifadəyə verilməsi haqqında 8114 saylı, 19 sentyabr 2005-ci il tarixli müqaviləyə əsasən, ayrılmış 0,12 hektar torpaq sahəsinin bir hissəsi X9 verildiyi halda, torpağın qalan hissəsinə,yəni 0.10 hektar 44 kv.m sahəyə İddiaçı adına çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı adına verilən Bakı şəhəri, Suraxanırayonu, Hövsan bağ massivi ünvanında yerləşən 45q saylı bağ sahəsinə dair təqdim olunmuş müqavilənin qovluğu İdarənin arxivində aşkar olunmamışdır. Torpaq sahəsinin iddiaçıya qanunamüvafiq qaydada ayrılması məhkəmə tərəfindən araşdırılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1888/2022 saylı Qərarı ilə eyni iddia tələbi rədd edilmiş, qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 177/2023 saylı qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin qismən təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Həmin Plenum qərarının 8.3-cü bəndinə görə, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Lakin, 8.4-cü bənddə isə qeyd edilmişdir ki, bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İşin hallarından aydın olur ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Abadlaşdırma və X2 Departamentinin X3 və İstismarı Birliyi tərəfindən iddiaçıya Hövsan ərazisindəki 45q nömrəli bağın istifadəyə verilməsi haqqında 8114 saylı, 19 sentyabr 2005ci il tarixli müqaviləyə əsasən, ayrılmış 0,12 hektar torpaq sahəsinin bir hissəsi X9 verildiyi halda, torpağın qalan hissəsinə, yəni 0.10 hektar 44 kv.m sahəyə çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsində aparılan araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçı əvvəllərdə eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park X5 Departameni Bağlar X1 8114 saylı xx.xx.2005-ci il tarixli müqaviləsinə əsasən Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin onun adına mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edildikdən sonra Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park X5 Departameni Bağlar X1 8114 saylı xx.xx.2005-ci il tarixli müqaviləsinə əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yerləşən sahəsi 0.12 ha olan 45q saylı bağ sahəsinin onun adına mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ iddia tələbinin rədd edilməsi ilə yekunlaşmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən eyni tələblə eyni torpaq sahəsinə dair məhkəmə mübahisəsi mövcud olmuş və həmin mübahisə yuxarda qeyd edilən şəkildə həll edilmişdir. İddiaçı elektron məhkəmə informasiya sistemində mövcud olan şəxsi kabineti vasitəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o vaxtı ilə həmin torpaq sahəsinin tam hissəsinə çıxarış verilməsi barədə məhkəməyə müraciət etmişdir. Bundan sonra isə torpaq sahəsinin qalan hissəsinə çıxarış verilməsi üçün müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçının qeyd etdiklərinə münasibətdə bildirir ki, istər əvvəlki istərsədə indiki məhkəmə mübahisələrinin mübahisə predmeti Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində sahəsi 0,12 ha olan 45q saylı bağ sahəsi olmuşdur. Kollegiya bir daha qeyd edir ki, iddiaçının həmin bağ sahəsinə dair tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1888/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qərarı ilə rədd edilmiş və həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-177/2023 nömrəli, xx.xx.2023 tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən qərarında qeyd edilmişdir ki, “.....İş üzrə iddiaçının istifadəsində olduğu və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini tələb etdiyi bağ sahəsinin ona 17 saylı xx.xx.2004-cü il tarixli protokol əsasında verildiyi bildirilsə də, həmin protokol, həmçinin 8114 saylı xx.xx.2005-ci il tarixli müqavilənin əsli təqdim edilməmiş və onların mövcudluğu sübuta yetirilməmişdir.... İddiaçı iddiasının əsası kimi istinad etdiyi sənədin (müqavilənin) əslini və ya təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilmədiyindən, həmin müqavilə, həmçinin onun kökündə duran və verilməsi üçün əsas olan protokol isə arxivdə və cavabdeh orqanda aşkarlanmadığından onun iddia etdiyi torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuna zidd olmamaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göründüyü kimi, əvvəlki mübahisə zamanı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının hazırkı mübahisə premeti olan torpaq sahəsinə hüquqları tanınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-34/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilərək iddia mümkün sayılmamlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-34/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar