Məhkəmə qərarları › İş №2-1(103)-1748/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1748/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1748/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N038N/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq iddiaçının xx.xx.N993-xx.xx.N993-cü illərdə N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, N983-N985-ci illərdə keçmiş SSRİ Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra vətən müharibəsinə səfərbərliklə əlaqədar olaraq X2 hərbi xidmətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin 2N avqust N993-cü il tarixli 2N0 nömrəli əmri ilə 5-ci motoatıcı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək əsgəri xidməti vəzifəsinin icrasına başlamışdır. 25 avqust N993-cü il tarixdə düşmən gülləsindən yaralanaraq 25 avqust N993-cü ildən 24 sentyabr N993-cü ilədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunmuşdur. Hospitalda ona yaralanma nəticəsində “sağ bazunun aşağı N/3-nin yumşaq toxumalarını dəlib keçən odlu silah yaralanması nəticəsində irinlənmə ilə fəsadlaşma diaqnozu qoyulmuşdur. MN MHHK-nin rəyi ilə iddiaçının yaralanmağı “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. İddiaçının hərbi bileti N saylı hərbi hissədə itirildiyi üçün və onu əvəz edən bileti 26 noyabr 2005-ci ildə alanadək və digər sənədləri toplayanadək müharibə veteranı adı almaq üçün müraciət edə bilməmişdir. MN-yi isə öz təşəbbüsü ilə veteran adını verməmişdir. Nəticədə, 02 noyabr 202N-ci il tarixdə 236 nömrəli məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsi Azərbaycan Respublikası MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasına göndəriş vermişdir. Mərkəzi Hərbi Həkim Komissiyası özünün NN noyabr 202N-ci il tarixli 3N7 nömrəli qərarı ilə müəyyən etmişdir ki, həqiqətən iddiaçı 25 avqust N993-cü ildə odlu silahdan yaralanaraq MN-NİN Baş Klinik Hospitalında müalicə almış və hospitaldan verilmiş 24 sentyabr N993cü il tarixli çıxarış epikrizə əsaslanaraq komissiya "Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır" qərarı vermişdir. Ancaq bunlara baxmayaraq, MN-in katibliyi Mərkəzi Arxivi 23 yanvar 2023-cü il tarixli 4/2- 242 nömrəli məktubu ilə bildirilmişdir ki, iddiaçının N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında və hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. Ancaq onun N nömrəli hərbi hissədə xidmətdə olduğu və döyüş zamanı yaralandığını sübut edən sənədlər olduğu halda N nömrəli h/h-nin əmrlərinə düşmədiyi onun deyil, hərbi hissənin təqsiri üzündən olmuşdur. Arxiv idarəsinin verdiyi arayışdan məlum olur ki, Müdafiə Nazirliyi tərəfindən iddiaçının sənədləri itirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-3363 nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçının N nömrə hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil edilmişdir, lakin hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması, yəni xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstəilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N038N/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı N993-cü ilin döyüşləri zamanı müharibə veteranı vəsiqəsinin alınma mexanizmləri barədə düşünmədiyindən, inzibati orqana (Müdafiə Nazirliyinə) etmiş olduğu etimada əsasən Vətən uğrunda döyüşmüşdür. O zaman fikirləşmirdi ki, onun daxil olma və çıxış əmrləri düzgün qaydada qeydiyyata alınıb ya yox, onların müvafiq kserosurətlərini əldə edib saxlamaq lazımdır ki, kiminsə məsuliyyətsizliyi nəticəsində sənədlər ardıcıllığı pozulsun və nəticədə onun haqlı tələbinə imtina edilsin. O, hərbi xidmətdə olmuş, yaralanmış, sağalıb qayıtmışdır. Əgər barəsində cinayət işi də qaldırılmayıbsa, deməli qanuni əsaslarla tərxis olunmuşdur. Mümkün deyil ki, bu iki haldan biri olmasın. O ya veteran hesab edilməlidir, ya da cinayətkar. Barəsində rəsmi orqanlar cinayət işinin açılmadığını yazırlarsa deməli o, veteran statuslu keçmiş hərbiçidir. Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli qərarı onun vəziyyətini ağırlaşdırırsa, deməli Konstitusiyamıza əsasən ona şamil edilməməlidir. Onun adının arxiv əsaslarında çıxmaması, xidmətdən xaric edilməyi sənədlərdə (əmrlərdə) əks etdirilməməsi cavabdeh orqanın təqsiridir və faktın gizlədilməsi kimi qiymətləndirilməlidir. Hərbi xidmətə çağırılan şəxsin hərbi xidmətdən "fərari" olmadan ayrılması necə mümkündür ki? Sənədlər məhkəmədən gizlədilir. Cavabdeh orqan özü iddianın təmin edilməməsində birbaşa maraqlıdır və bu səbəbdən arxiv məlumatlarını gizlədir. Cavabdehin etirazında Konstitusiya Məhkəməsinin şərh qərarına istinad edilir. Orada hazırki iddia tələbində göstərdiyi əsaslara zidd hər hansı fikir qeyd edilmir. Yəni həmin qərara əsasən də ona "veteran adı" verilməlidir. Ali Məhkəmənin qərarındaki nəticəyə də istinad yanlış edilib. Onun yalnız ordu sıralarına qoşulmağı yeganə sübut deyildir. Onun haqlı olduğuna dəlalət edən çoxsaylı sübutlar mövcuddur. Maraqlı hal odur ki, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarında onun hərbi travma alması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alması qeyd edilmişdir. Xidmətdən yayınma halı ilə bağlı hər hansı sübut mövcud deyil. İnzibati orqan bu faktı müxtəlif əsassız dəlilləri ilə ört basdır etmək istəyir ki, veteran statusunu ona verilməsin. Mərkəzi Hərbi Həkim Komissiyasının NN noyabr 202N-ci il tarixli, 3N7 saylı qərarında onun travmasının "hərbi travma olması və Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması" qeyd edilmişdir. Bundan başqa, MN Baş Klinik Hospitalından verilmiş xx.xx.N993-cü il tarixli çıxarış epikrizi, xx.xx.N993-cü il tarixli, N345 nömrəlli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilmişdir. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin xx.xx.202N-ci il tarixli, 236 saylı arayışında onun xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçməyi qeyd edilmişdir. Həmçinin, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarxili N8/4823 saylı məktubunda onun barəsində cinayət işi və təqsirləndirici materialların olmadığı qeyd edilmişdir. Cavabdeh orqanın səriştəsiz və məsuliyyətsiz əməkdaşlarının hərəkətlərinə görə nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat aşkar edilməmişdir. Onların günahı ucbatından müharibə veteranları üçün nəzərdə tutulmuş Prezident təqaüdünü ala bilmir və maaşından əsassız olaraq vergi tutulur. Qeyd edilən faktların mövcudluğu onun qanunla almalı olduğu "veteran statusu"nun alınmasına maneə yaratmamalıdır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.N), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N6 saylı, 22 sentyabr N995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin Nci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “«Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat”ın N.6-cı bəndinə əsasən N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (7 oktyabr N997-ci il tarixli, 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və aşağıdakı sübutlara nəzər yetirir: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki; - Müdafiə Nazirliyi Katibliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-3944 nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərlə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-242 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.N993-cü il tarixdən sonra həqiqi hərbi xidməti əmrlərlə tam təsdiqlənmədiyinə görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. - Qarabağ Hərbi Prokurorluğunun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, N8/4823 nömrəli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. - Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-242 nömrəli arayışına əsasən bildirilmişdir ki, X2 hərbi xidmətə çağırılmış, N965-ci il təvəllüdlü, İddiaçı N nömrəli hərbi hissə komandirinin 2N avqust N993-cü tarixli 2N0 №-li əmrilə (əsas: §-4,səh-8,sıra-2N) 5-ci motoatıcı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək əsgəri xidməti vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə xx.xx.2020-ci il tarixli 9/2-3973 №-li məktubla ünvanına cavab göndərilmişdir - Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 3N7 nömrəli, xx.xx.202N-ci il tarixli Qərarına əsasən, Bakı şəhər Nəsimi RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli N8/4823 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: ”Sağ bazunun aşağı N/3-nin yumşaq toxumalarının dəlib keçən odlu silah yaralanması irinləmə ilə fəsadlaşması” (Azərbaycan Respublikası SHXÇDX-nin Nəsimi rayon İdarəsinin xx.xx.202N-ci il tarixli 236 nömrəli göndərişi, xx.xx.N993-cü il tarixli çıxarış epikrizi, xx.xx.N993-cü il tarixli N345 nömrəli arayışı, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. - Birinci instansiya məhkəməsinin sorğusu əsasən Müdafiə Nazirliyinin 2N iyun 2023-cü il tarixli, 4/2-3363 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il dekabr N993-cü il yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən məhkəməyə xx.xx.N965-ci il təvəllüdlü İddiaçı hərbi xidməti barədə sənədlərin təsdiq olunmuş surətləri təqdim edilmişdir: Müdafiə nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu, Qarabağ hərbi prokurorluğunun xx.xx.2020-ci il tarixli, N8/4823 nömrəli məktubu, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı, hərbi bileti əvəzi arayışının təsdiq edilmiş surətləri. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 2N0 nömrəli əmrinə əsasən, X2 hərbi xidmətə çağırılmış aşağıda adları göstərilən çağırışçılar xx.xx.N993-cü il tarixdən N nömrəli hərbi hissənin 5-ci taborunda şəxsi heyətin siyahısına salınsınlar, bütün növ müavinatlarla təmin olunmaqla əsgəri xidmətlərinin icrasına başlasın. – 2N. İddiaçı. İş üzrə araşdırılmış hallardan görünür ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi müddətdə iddiaçının hərbi xidmətdə olması onun müharibə veteranı olmasına dəlalət etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli, 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında da göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Qanunvericiyilin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmətkeçmə məfhumu ilə hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə əlaqədar hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmətkeçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə, bu zaman zəruri sənədlər anlayışına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli, 422 nömrəli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Halbuki, iddiaçı xx.xx.N993-cü il tarixdə hərbi hissə komandirinin müvafiq əmri ilə N nömrəli hərbi hissənin 5-ci taborunda şəxsi heyətin siyahısına daxil olsa da, sonradan, tərxis olunması ilə bağlı hər hansısa sübut yoxdur. O cümlədən, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-242 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir; hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması barədə məlumat mövcud deyildir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir (həmin Qanunun 7-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. İstinad edilən maddi hüquq normalarının tələblərinə əsasən, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona müharibə veteranı adının verilməsi üçün təqdim edilməsi qanunvericiliklə imperativ qaydada tələb olunan sənədlərə malik deyil. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh inzibati orqanın imtinasının qanunazidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75, 8N, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N038N/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar