Məhkəmə qərarları › İş №2-1(103)-1749/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1749/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1749/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, X20 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X10 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı qeydiyyatdan çıxarma öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2-1(112)-12368/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı “X14, X13, X8, X2, X17, X18 və X3 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 38 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 54.57 kv metr olan əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (qeydiyyat nömrəsi: **********) verilən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə 2 saylı Asan Xidmət Mərkəzindən yaşayış yeri üzrə qeydiyyat haqqında arayış aldıqda ona məlum oldu ki, mülkiyyətində olan əmlakda kimliyi bəlli olmayan şəxslər X14, X13, X8, X2, X17, X18 və X6 adlı şəxslər passport qeydiyyatındadırlar. Qeyd edilən şəxslərlə heç bir tanışlığı yoxdur və bu şəxslərin mülkiyyətində olan əmlaka qeydiyyata düşmələrinə icazə verilməmişdir. Adı qeyd olunan şəxslər formal olaraq qeydiyyatda olan, lakin faktiki yaşamayan və mənzildən istifadə hüququ olmayan şəxslərdir. Bu şəxslərin qeydiyyatda qalması iddiaçının mülkiyyət (sərəncam) hüququnu pozmaqla yanaşı müxtəlif kommunal haqqlara görə əlavə adambaşına vergi ödəməyi ilə nəticələnir. Müraciətinə cavab olaraq Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Səbail Rayon Polis İdarəsindən iddiaçının müraciətinə imtina olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən xx.xx.2023-cu il tarixli gələn məktubda isə həmin şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması tövsiyyə edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X17 iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Y.Mürsəlov küçəsi, ev 38 ünvanında iki ev yerləşir, başqa sözlə, iddiaçının evi ilə onun evi eyni ünvandadır, lakin bu evlərin bir-birilə heç bir əlaqəsi yoxdur, yeganə evlər arasında olan bağlılıq eyni ünvanda, yəni Y.Mürsəlov küçəsi, 38 saylı ünvanda yerləşməsidir. Beləliklə, iddiaçının adına olan evə üçüncü şəxsin heç bir aidiyyatı yoxdur. Onun qeydiyyatda olduğu ünvanda yerləşən ev tamamilə fərqli bir evdir. İddiaçı ilə olan 26 iyulda telefon söhbətim zamanı, sonuncu da etiraf etdi ki, bir ünvanda başqa evlər yerləşir. Üçüncü şəxsin evi adı çəkilən Y.Mürsəlov küçəsi, 38 saylı ünvanda yerləşir və onun təqdim etidiyi forma 2 arayışından göründüyü kimi, həmin ünvanda qeydiyyatdadır. Onun öz evindən qeydiyyatdan çıxarılmağının tələb edilməsi faktiki olaraq, qeydiyyatsız qalmağı deməkdir. Üçüncü şəxsə məxsus evin yerləşdiyi ünvan iddiaçıya qanunsuz olaraq sonradan verilmiş ünvandır. Üçüncü şəxs göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2-1(112)-12368/2023 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddiа tələbi qismən təmin еdilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 38 ünvanından X14, X13, X8, X2 və X3 pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin olunmasına və ünvan 2 ünvanında pasport qeydiyyatında olan X17 və X11 həmin ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, passport qeydiyyatından çıxarılmayan X17 özü məhkəməyə təqdim etdiyi ərizədə qeyd edir ki, Yüzbəy Mürsəlov küçəsi ev 38 ünvanında 2 ev yerləşir. Bu iki ev eyni ünvanda yerləşsə də, onların bir-biri ilə heç bir əlaqəsi yoxdur (fərqli evlərdir), yeganə evlər arasında olan bağlılıq onların eyni ünvanda yerləşməsidir. Bununla da iş üzrə üçüncü şəxs faktiki özü etiraf edir ki, Y. Mürsəlov küçəsi 38 ünvanında yerləşən onun mülkiyyətində olan evdə yaşamır. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik onun mülkiyyətində olan Yüzbəy Mürsəlov küçəsi 38 ünvanında yerləşən evin qeydiyyata alınması zamanı üçüncü şəxslərin ərizələrin alınması tələb olunmamışdır. Bu da əsas verir ki, onun mülkiyyətində olan və qeydiyyatdan çıxarılmasını tələb etdiyi mübahisəli ünvanla X17 və X11 qeydiyyatda olduqları ünvan eyni olsa da, fərqli-fərqli yaşayış evləridir. Halhazırda iş üzrə üçüncü şəxslər öz yaşadıqları evlərinə dair mülkiyyət hüququnun yaranmasına və rəsmi passport qeydiyyatına düşə bilmələrinə səbəb olacaq, sənədləri lazımı dövlət qurumlarına təqdim edib, öz evlərinə ünvan almaqları əvəzinə onun evində qeydiyyatda qalmaqla mülkiyyət hüququnu pozurlar. Belə ki, hal-hazırda o, öz yaşadığı evi sata bilmir. Notarial alqı-satqı zamanı həmin şəxslərin razılığ ərizəsi tələb olunur. Birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüququ qiymət verməyərək, qəbul etdiyi qərarın etibarlı əsaslarını göstərə bilməmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh Bakı şəhər Səbail rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianın təmin olunan hissəsindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız iddiaçının verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmamış hissəsində yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1953-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin iddiaçı X7 ünvanladığı 14 iyul 2023-cü il tarixli ərizəsinə əsasən bildirilmişdir ki, vətəndaşlar X14, X13, X8, X2, X17, X18 və X6 ünvan 5 ünvanında qeydiyyatdadırlar. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışına əsasən, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 38 ünvanında qeydiyyatdadırlar - X14, X13, X8, X2, X17, X18 və X6. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 38 ünvanı İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti MH seriyalı, ******* nömrəli xx.xx.2007-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində istifadədə olan 0.007458 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 44.45 kv.m yaşayış, 10.12 kv.m köməkçi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Daxili İşlər Nazirliyi Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 18/2-X-51624 nömrəli məktubuna əssən bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddə ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, müraciətdə qeyd edilən şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraat qaydasında baxılması məqsədəmüvafiqdir. Üçüncü şəxs X17 tərəfindən məhkəməyə təqdim edilmiş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, üçüncü şəxs X17 xx.xx.1972-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatarının Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 45 saylı MİKS-nin 372 nömrəli, 01 avqust 2023-cü il tarixli arayışına əsasən bildirilmişdir ki, X17 və X4 Mürsəlov küçəsi, özü tikili (ö/t) 38 nömrəli evdə qeydiyyatdadır. Əlavə olaraq üçüncü şəxs tərəfindən məhkəməyə (baba və nənə)Rüstəmov Musa və Rüstəmova Maya XİV-ЖГ 650723 nömrəli, XİV-ЖГ 650724 nömrəli Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportlarının surətləri, 384608 nömrəli doğum haqqında şəhadətnamənin surəti və AZ-İİ 049849 nömrəli “Nikah haqqında Şəhadətnamə”nin surəti təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə İddiaçı ərizəsi ilə əlaqədar inzibati icraat materialları təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-3- 30/2-32725/2023 **********25 nömrəli “Məlumatın və sənədlərin surətinin verilməsi barədə” məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 38 ünvanına dair X14, X13, X8, X2, X17, X18 və X3 istifadə hüququnun qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Əlavə olaraq həmin ünvana dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 38 iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan, onun ailə üzvü olmayan şəxslərin (X14, X13, X8, X2 və X6) qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Sözügedən mənzildə qeydiyyatda olan şəxslər həmin mənzildə yaşamadıqlarından, eləcə də onların həmin mənzildə istifadə hüquqlarının hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, həmin şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmamaları qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Lakin kollegiya üçüncü şəxslər X17 və X11 da Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 38 ünvanından qeydiyyatdan çıxarılmalı olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız, həmin şəxslərə münasibətdə iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, üçüncü şəxs X17 tərəfindən məhkəməyə təqdim edilmiş XİV-ЖГ 650723 nömrəli və XİV-ЖГ 650724 nömrəli Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportlarının surətlərindən görünür ki, onların ailə üzvləri (baba və nənə) 1984-cü ildən ünvan 5 ünvanında qeydiyyatda olmuşlar.Üçüncü şəxs X1 Fatma Əli qızının qardaşı oğlu olmaqla həmin ünvanda yaşayırlar. İş materiallarına üçüncü şəxs X17 tərəfindən əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatarının Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 45 saylı MİKS-nin 372 nömrəli, 01 avqust 2023-cü il tarixli arayışından görünür ki, X17 və X18 ilə yanaşı, onların digər ailə üzvləri – qardaşı X22, qardaşı oğlu X19 ünvan 5 ünvanında qeydiyyatdadırlar. Həmin şəxslərin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olmaması iş materiallarında olan “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından görünür. Göründüyü kimi, iddiaçının mülkiyyətində evin ünvanı (Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 38) ilə üçüncü şəxslər X17 və X11 qeydiyyatda olduqları ünvan (ünvan 5) eyni deyildir. İddiaçının mülkiyyətində olan daşınmaz əmlakla bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, həmin yaşayış evi 26 Bakı Komissarı XDS-nin 26 may 1989-cu il tarixli sərəncamı ilə Ermənistan Respublikasından qaçqın düşmüş X5 ailəsinə yaşayış üçün verilmiş, daha sonra həmin ünvana ailə üzvləri ilə birlikdə pasport qeydiyyatı aparılmışdır. O zaman daşınmaz əmlakın ünvanı ünvan 5 kimi qeyd edilsə də, sonradan idddiaçının mərhum ərinin adına mülkiyyət hüquqları qeydiyyata alınmış və bu zaman ünvan ünvan 10xslər X17 və X11 qeydiyyatda olduqları ünvan isə ev Ö/T 38 kimi saxlanılmışdır. Bundan əlavə məhkəmə araşdırması nəticəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, ev 38 ünvanının qeydiyyata alınması üçün əsas olmuş sənədlərdə, qeyd edilən üçüncü şəxslərin razılıq ərizələri həmin ünvanın qeydiyyata alınması zamanı tələb edilməmişdir. Bu da ona əsas verir ki, İddiaçı mülkiyyətində olan və qeydiyyatdan çıxarılmasını tələb etdiyi mübahisəli ünvan ilə hazırda X17 və X11 qeydiyyatda olduqları evlər fərqli-fərqli yaşayış evləridir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2-1(112)-12368/2023 nömrəli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar