Məhkəmə qərarları › İş №2-1(103)-175/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-175/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-175/2023 03.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X3 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) “pensiyanın bərpa olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə 31 yanvar - 03 fevral 2023-cü il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 14 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdən təyin edilmiş 3-cü qrup ömürlük əlillik dərəcəsi üzrə 05 noyabr 2019-cu il tarixdən ödənişi dayandırılmış təqaüdün həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-984/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1641/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçının nümayəndəsi-vəkili Qanuni nümayəndə xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək İddiaçı xx.xx.2018-ci il tarixdən təyin edilmiş 3-cü qrup əlillik pensiyasının dayandırılması hərəkətinin qanunsuz sayılması və 01 oktyabr 2019-cu il tarixdən pensiyanın ödənilməsinin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2022 saylı, 04 mart 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: A.Əhədova) Həmin qərardan cavabdeh və üçüncü şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflərindən X5 məhkəməyə təqdim etdikləri məlumatlara əsasən, İddiaçı əlilliyə görə əmək pensiyası bərpa edilərək xx.xx.2022-ci il tarixdən hal-hazıradək həm əvvəlki dövrlər üzrə, həm də cari dövr üzrə pensiya ödənişləri həyata keçirilir. Bu haldan da aşkardır ki, hazırki inzibati iş üzrə iddiaçının iddia tələbi “əlilliyə görə əmək pensiyasının bərpa edilməsi olduğundan və cavabdeh tərəfindən tələb təmin olunduğundan artıq həmin iddia tələbi mübahisə predmeti deyildir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 ərizəni müdafiə edərək iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Qanuni nümayəndə və üçüncü şəxsin nümayəndəsi X2 ayrı-ayrılıqda iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş X5 görünür ki, iddiaçıya pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cari dövr üzrə 2444,99 manat və keçmiş dövr üzrə 23185,56 manat ödəniş olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası bərpa edildiyindən və pensiyanın ödənişi ilə bağlı tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə icraata xitam verildiyi üçün cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri araşdırılmamalı və onlara münasibət bildirilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2018-ci il tarixdən təyin edilmiş 3-cü qrup əlillik pensiyanın dayandırılması hərəkətinin qanunsuz sayılması və 01 oktyabr 2019-cu il tarixdən pensiyanın ödənilməsinin bərpa edilməsi vəzifəsinin cavabdehə tapşırılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar