Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1750/2020 22.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Abbasov Mirzəli Əbdüləli oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5998/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, **********528800 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh vergi orqanı tərəfindən cəmiyyətin “xxxxxxxxx” ASC-nin “Bridge Plaza” filialında olan bank hesabına qoyulmuş xx.xx.2020-ci il tarixdə **********2A nömrəli sərəncamın icra edilmədən geri çağırılması, borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamlar istisna olmaqla cəmiyyətin bank hesablarına xx.xx.2020-ci il tarixli, **********528800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış borc məbləği ilə bağlı yeni sərəncamların göndərilməsinin vergi orqanına qadağan edilməsi, göndərildiyi təqdirdə isə icra edilməməsi, cəmiyyətin əmlakının siyahıya alınması barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5998/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxxxx” ASC-nin “Bridge Plaza” filialında olan bank hesabına qoyulmuş xx.xx.2020-ci il tarixli, **********2A nömrəli sərəncamın icra edilmədən geri çağırılması, borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamlar istisna olmaqla cəmiyyətin bank hesablarına xx.xx.2020-ci il tarixli, **********528800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış borc məbləği ilə bağlı yeni sərəncamların göndərilməsinin cavabdehə qadağan edilməsi, göndərildiyi təqdirdə isə icra edilməməsi, cəmiyyətin əmlakının siyahıya alınması barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın icrasının dayandırılması qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının ilkin iclasında izahat vermiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən inzibati akt olan sərəncamın və əmlakın siyahıya alınması haqqında qərarın iddiaçı tərəfindən qanunvericiliyin hansı tələblərini pozması əsasında çıxarıldığını aydınlaşdırmamışdır. Belə ki, məhkəmə qərardadında uğurlu olmasına dəlalət edən hər hansı bir sübuta, formalaşmış məhkəmə təcrübəsinə istinad etməmiş, ümumiyyətlə qeyd edilən məsələ üzrə araşdırma aparmamışdır. İşin faktiki hallarını araşdırmadan, iddianın uğurluluq ehtimalının mövcud olmadığını nəzərə almadan, ilkin məhkəmə araşdırması aparmaqla ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etmədən yalnız özünün və iddiaçının subyektiv mülahizələri əsasında müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul etmişdir. Habelə məhkəmə qərardadı ilə iddiaçının əmlakının siyahıya alınması barədə xx.xx.2020 tarixli qərarının icrasının dayandırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadla vergi orqanının birbaşa səlahiyyətlərinə müdaxilə edilmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh qanunla müəyyən edilmiş hüquqlarından məhrum edilmiş, iddiaçı isə müəyyən edilmiş vəzifələrdən azad edilmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin iclasında izahat vermiş iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-ha-ki-min məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun qismən təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2020-ci il tarixli, **********528800 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul edilmiş və həmin qərara əsasən "xxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-yə ümumilikdə 92158,83 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, **********2A saylı sərəncam qəbul edilmiş və həmin sərəncama əsasən iddiaçının 701270.73 manat məbləğində dövlət büdcəsinə olan borcunun Cəmiyyətin bank hesabından dövlət büdcəsinə alınması üçün «xxxxxxxxx» ASC-yə yönəldilmiş, sərəncam icraya qəbul edildikdən sonra əvvəlki sərəncamların icrası dayandırılmışdır. Hazırda iddiaçı tərəfindən ona hesablanmış borc məhkəmə qaydasında mübahisələndirilir. Bu əsasdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən həmin borcun tutulması ilə bağlı vergi qanunvericiliyində müəyyən edilmiş tədbirlər həyata keçirilməsi davam etdirildiyi halda, hazırki iddia tələbi öz əhəmiyyətini artıq itirilmiş hesab edilə bilər. Belə ki, tətbiq edilməsi zəruri hesab edilən tədbirlə iddiaçının hüquqlarının qorunması ilə dövlət büdcəsinə ödənişlərin həyata keçirilməsi arasında tarazlığı apararkən, iddiaçının hüquqlarının qorunması daha üstün hesab edilməlidir. Çünki əgər iddia təmin edilməzsə, cavabdeh qanunvericiliklə ona verilmiş imkanlardan istifadə etməklə sonrakı hərəkətlərin, yəni artıq siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı verilmiş hüquqların həyata keçirilməsini davam edə bilər. Lakin mübahisələndirilən qərarla bağlı məhkəmə araşdırmasının mövcudluğu anında cavabdeh tərəfindən qərarın tam icrası iddiaçının məhkəmə müdafiəsi hüququnu əhəmiyyətsiz edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 40-cı maddəsinin tələblərinə görə maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, ididaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. Qeyd olunan Məcəllənin 43-cü maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. “Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti xarakterli müdafiə tədbiri kimi sərəncamın icrasını dayandırılması hissəsini təmin edərək haqlı olmuşdur, sərəncamın icra edilmədən geri çağırılması hissəsi təmin edilməsi əsaslı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti xarakterli müdafiə tədbiri tətbiq edilərək hər iki tərəfin hüquqi mənafeyi nəzərə alınmalıdır. Belə ki, nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinin tələbinə görə vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin də vəzifəsidir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Məhz, məhkəmə tərəfindən vergi qanunvericiliyinin sözügedən göstərişləri və İPM-in 41.2-ci maddəsinin müəyyən etdiyi qayda müvəqqəti xarakterli müdafiə haqqında tədbirin müəyyən şərtlərlə görülməsi üçün əsas verir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən sərəncamın icra edilmədən geri çağırılması hissəsini təmin edərək qeyd edilən hallar, nəzərə alınmamış, lazımi hüquqi qiymət verilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçının əmlakının siyahıya alınması barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın icrasının dayandırılması hissəsini təmin etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, **********7 saylı əmlakın siyahıya alınması haqqında qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı çəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” məhdud məsuluyyətli cəmiyyətinin (VÖEN **********) əmlakı siyahıya alınmışdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmənin qərardadının qanunvericiliyə uyğun olmadığını mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5998/2020 saylı qərardadı dəyişdirilərək, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri ərizəsi qismən təmin edilməli, işə mahiyyəti üzrə baxılıb qurtaranadək – cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, ********** nömrəli “vergilərin, sosila sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar və həmin qərara əsasən hesablanmış vergilərin və maliyyə sanksiyasının dövlət mədaxilinə alınması ilə əlaqədar iddiaçının “xxxxxxxxx” ASC-nin “Bridge Plaza” filialında olan bank hesablarına qoyulmuş xx.xx.2020-ci tarixli, **********2A nömrəli sərəncamının icrası dayandırılmalı, borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamlar istisna olmaqla iddiaçının bank hesablarına xx.xx.2020-ci il tarixli, **********528800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən hesablanmış vergilərin və maliyyə sanksiyasının dövlət mədaxilinə alınması üçün yeni sərəncamların qoyulması cavabdehə qadağan edilməli, iddiaçının əmlakının siyahıya alınması barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********7 saylı qərarın icrası dayandırılmalı, ərizə - cavabdeh vergi orqanı tərəfindən cəmiyyətin “xxxxxxxxx” ASC-nin “Bridge Plaza” filialında olan bank hesabına qoyulmuş xx.xx.2020-ci il tarixli, **********2A nömrəli sərəncamın icra edilmədən geri çağırılması hissəsində təmin edilməməlidir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5998/2020 saylı qərardadı dəyişdirilsin. İddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri ərizəsi qismən təmin edilsin. İşə mahiyyəti üzrə baxılıb qurtaranadək – cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi nin xx.xx.2020-ci il tarixli, ********** nömrəli “vergilərin, sosila sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar və həmin qərara əsasən hesablanmış vergilərin və maliyyə sanksiyasının dövlət mədaxilinə alınması ilə əlaqədar iddiaçının “xxxxxxxxx” AÜSC-nin “Bridge Plaza” filialında olan bank hesablarına qoyulmuş xx.xx.2020-ci tarixli, **********2A nömrəli sərəncamının icrası dayandırılsın. Borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamlar istisna olmaqla iddiaçının bank hesablarına xx.xx.2020-ci il tarixli, **********528800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən hesablanmış vergilərin və maliyyə sanksiyasının dövlət mədaxilinə alınması üçün yeni sərəncamların qoyulması cavabdehə qadağan edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı çəhəri Lokal Gəlirlər Baş İdarəsinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” məhdud məsuluyyətli cəmiyyətinin əmlakının siyahıya alınması barədə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********7 saylı qərarın icrası dayandırılsın. Ərizə - cavabdeh vergi orqanı tərəfindən cəmiyyətin “xxxxxxxxx” ASC-nin “Bridge Plaza” filialında olan bank hesabına qoyulmuş xx.xx.2020-ci il tarixli, **********2A nömrəli sərəncamın icra edilmədən geri çağırılması hissəsində təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Mirzəli Abbasov
Məhkəmə qərarları › İş №2-1(103)-1750/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1750/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver