Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1750/2021 12.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “avtomobilin qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-1968/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı buraxılış ili 2009-cu il olan, universal tipli, ban nömrəsi JTJBT20XX90173530 olan, qara rəngli “Lexus GX470” markalı avtomobilin qeydiyyata alınmasının və qeydiyyat hərəkətlərinin aparılmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı buraxılış ili 2009-cu il olan, universal tipli, ban nömrəsi JTJBT20XX90173530 olan, qara rəngli “Lexus GX470” markalı avtomobili 14 may 2018-ci il tarixdə almışdır. Göstərilən avtomobilə dair 14 may 2018-ci il tarixdə öz adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi almışdır. Lakin, sonradan avtomobilin ban nömrəsinin qeyri zavod üsulu ilə vurulması bildirilmişdir. Bundan sonra həmin halla bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası DİN BDYPİ-nin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılmış və buraxılış ili 2009-cu il olan, universal tipli, ban nömrəsi JTJBT20XX90173530 olan, qara rəngli “Lexus GX470” markalı avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin hansı şəraitdə aparılması müəyyən edilmədiyi üçün nəqliyyat vasitəsinin qeydiyyata alınması məqsədəmüvafiq hesab edilməmişdir. Buraxılış ili 2009-cu il olan, universal tipli, ban nömrəsi JTJBT20XX90173530 olan, qara rəngli “Lexus GX470” markalı avtomobilin qeydiyyata alınmasından imtina edilməsi əsassızdır Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-1968/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-1968/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı hazırkı iddia tələbi ilə ona məxsus olan buraxılış ili 2009-cu il olan, universal tipli, ban nömrəsi JTJBT20XX90173530 olan, qara rəngli “Lexus GX470” markalı avtomobilin qeydiyyata alınmasını xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə ünvanlanan 005-3293- 1219 nömrəli məktubunda göstərilmişdi: “Lexus GX470 markalı ** NH *** dövlət qeydiyyat nişanlı 2009-cu il buraxılışlı JTJBT20XX90173530 ban nömrəli avtomobil DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin ekspertlərinə təqdim edilmiş, tədqiqat aparılaraq KTİnin 28.01.2019-cu il tarixli 19/162a №-li arayışı alınmaqla müəyyən edilmişdir ki, təqdim edilmiş avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş “JTJBT20XX90173530” hərf və rəqəmlərinin 1-16-cı mövqedə duran hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. 17-ci mövqedə duran «0» rəqəmi sonradan kustar-üsulla vurulmuşdur. Həmin “0” rəqəmi ban nömrəsində olan digər hərf və rəqəmlərdən vurulma dərinliyinə və ölçülərinə görə fərqli olması müşahidə edildi. Sonradan «0» rəqəminin orta hissəsi kustar üsulla yonulmuşdur. Həmçinin avtomobilin ban nömrəsinin dörd tərəfində qaynaq işləri aparılmışdır. Zavod lövhəciyinin və qapıların dirək hissələrində yapışqan kağız üzərində olan ban nömrəsi “JTJBT20XX90173530” çap üsulu ilə vurulmuşdur. Avtomobilin qabaq ön şüşəsinin alt hissəsində ban nömrəsi vurulması nəzərdə tutulan hissədə ban nömrəsi aşkar edilmədi. Odur ki, Lexus GX470 markalı **-NH-*** dövlət qeydiyyat nişanlı 2009-cu il buraxılışlı JTJBT20XX90173530 ban nömrəli avtomobilin ban nömrəsi ətrafında qaynaq işlərinin hansı şəraitdə aparılması müəyyən edilmədiyi üçün nəqliyyat vasitəsinin qeyliyyata alınması məqsədəmüvafıq hesab edilmir.” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə ünvanlanan 06.02.2019-cu il tarixli 005-3293-1219 nömrəli məktubundan görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin mübahisə predmeti olan avtomobilin qeydiyyata alınmasından imtina edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yol hərəkətinin təhlükəsizliyi — yol hərəkəti iştirakçılarının və cəmiyyətin yolnəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiə olunma dərəcəsini göstərən yol hərəkəti vəziyyətidir. Həmin Qanunun 2-ci maddəsinə əsasən yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir. Həmin Qanunun 4-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək, nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və yenidən quraşdırılmasına, aqreqat, ban və ban hissələrinin dəyişdirilməsinə icazə vermək və yol hərəkəti təhlükəsizliyinin tələblərinə uyğun olmasına nəzarət etmək yol hərəkəti sahəsində dövlətin vəzifələrindəndir. Həmin Qanunun 27-ci maddəsinin 4-cü hissəsinə əsasən hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. Həmin Qanunun 27-ci maddəsinin 14-cü hissəsinə əsasən təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli, 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.5-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə texniki baxışlararası müddətlərdə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən avtonəqliyyat vasitələrinin istismarını qadağan etmək onları qeydiyyata alan orqanın əsas vəzifələrinə aiddir. DİN-in 16 may 2012-ci il tarixli Q6-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X2 nəzarəti qaydaları barədə Təlimat”ın 1.4-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş texniki tələblərə və bu tələblərin icrası üzrə DYP-nin göstərişlərinə riayət etməlidirlər. Həmin Təlimatın 6.3.10-cu bəndinə əsasən dövlət qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədlərdə saxtakarlıq əlamətləri, mühərrik, ban və şassi nömrələrinin nəqliyyat vasitələrinin qeydiyyat sənədlərindəki yazılarla uyğun gəlməməsi, aqreqat və qovşaqların nömrələrinin silinməsi, yaxud onlara saxta üsulla nömrələrin vurulması halları aşkar edildikdə sənədlər götürülür və nəqliyyat vasitələri müəyyən edilmiş qaydada saxlanılır. Aşkar edilmiş faktı sənədləşdirmək üçün şahidlərin iştirakı ilə akt tərtib edilir, sürücüdən (nəqliyyat vasitəsinin sahibindən) izahat alınır. Həmin faktla bağlı araşdırılmış ilkin materiallar baxılmaq üçün müvafiq təhqiqat orqanına göndərilir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisə predmeti olan Lexus GX470 markalı **-NH-*** dövlət qeydiyyat nişanlı 2009-cu il buraxılışlı JTJBT2OXX90173530 ban nömrəli avtomoilin mühərrik nömrəsinin silinmə-nömrəsiz və ban nömrəsinin dəyişdirilməsi (ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması) işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia təmin edilməməlidir. Beləliklə, kollegiya qeyd edir ki, cavabdehin imtinası əsaslı olmuş və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-1968/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1750/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1750/2021
12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver