Məhkəmə qərarları › İş №2-1(103)-1751/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1751/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1751/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə (hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı “iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1064/2015 saylı 21 noyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia əriəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmş fərq məbləğinin birdəfəlik ödənilməsi» barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 saylı 11 mart 2015-ci il tarixli qərarı ilə İddiaçı 1 iyun 2007-ci il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin vaxt qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən (2004 – 2005ci illərin əmək haqqından) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması və əvvəlki dövr üzrə yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması qərar alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilmədiyi üçün qərar qanuni qüvvəsini almış və 9 iyun 2015-ci il tarixli məktubla icra olunması cavabdeh inzibati orqan DSMF Bakı şəhəri Nizami rayon şöbəsinə göndərilmişdir. DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin icra olunmuş məhkəmə qərarları barədə məlumat təqdim olunan 26 avqust 2019-cu il tarixli məktubundan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 saylı iş üzrə 11 mart 2015-ci il tarixli qərarı həmin şöbə tərəfindən icra olunmuş məhkəmə qərarlarının sırasındadır. 21 sentyabr 2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sözügedən mübahisəyə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 saylı 11 mart 2015-ci il tarixli qərarına qarşı “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizəsi daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1064/2015 saylı 23 dekabr 2021-ci il tarixli qərardadı ilə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə” ərizənin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasya Məhkəməsinin 2-1(103)-1411/2022 saylı 7 aprel 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1064/2015 saylı 23 dekabr 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1189/2022 saylı 4 iyul 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasya Məhkəməsinin 2-1(103)-1411/2022 saylı 7 aprel 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məktubla müraciət edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 saylı 11 mart 2015-ci il tarixli qərarının icra olunması üçün inzibati orqana göndərildiyi bildirilmiş və qərar icra olunmadığı halda qurumun İPM-in 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi «Əmək pensiyaları haqqında» Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Araşdırmanın nəticəsi olaraq İddiaçı qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri olduğu nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 29 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Bundan başqa vaxtilə İddiaçı əmək pensiyasının təyin olunmasına əsas olmuş Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1064/2015 saylı iş üzrə 23 debabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 9 sentyabr 2021-ci il tarixli **********8 nömrəli məktubla Bakı inzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibat Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərardadına əsasən ərizə mümkün sayılmamış, sözügedən qərardaddan 31 yanvar 2022-ci il tarixində apellyasiya şikayəti verilmişdir. Bakı Apeliyasiya Məhkəməsinin 7 aprel 2022-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəi təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərardad 19 aprel 2022-ci ıl tarixində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuşdur. İPM-in 94-cü maddəsinin tələblərinə uyğun qaydada Mərkəzi Filial tərəfindən 27 aprel 2022-ci il tarixiə kassasiya şikayəti verilmişdir. Göstərilənləri nəzərə alaraq, sözügedən inzibati iş üzrə yekun məhkəmə aktı və Baş Prokurorluqda işlə bağlı araşdırmanın nəticələri barədə məlumat Mərkəzi Filiala daxıl olduqdan sonra qeyd olunan məhkəmə qərarının icrası məsələsinə baxılacaqdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1064/2015 saylı 21 noyabr 2022-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1064/2015 saylı iş üzrə 11 mart 2015-ci il tarixli qərarını icra etmədiyinə görə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 500 manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və cərimənin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsini müvafiq maddələrinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qərardad maddi və prosesual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır və ləğv edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. Ərizəçinin əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişləri dayandırılmışdır. Bundan başqa yalnız icra edilməli olan nəticələr yaradan, başqa sözlə, icra edilmək keyfiyyətinə malik olan məhkəmə aktları üzrə icra hərəkətləri etmək vəzifələri yaranır. Odur ki, məhkəmələrin icraya dair vəzifələrinin yaranıb-yaranmadığına məhkəmə aktının nəticə hissəsində icra ilə bağlı öhdəliklərin təsbit edilib-edilməməsindən asılı olaraq qiymət verilməlidir. Bununla yanaşı, İPM-in 2.2.1 və 2.2.5-ci maddələrində təsbit edilmiş mübahisələndirmə haqqında, müəyyən etmə və ya tanınma haqqında iddialar üzrə, eləcə də İPM-in XVİİİ-İ fəslində təsbit edilmiş icraat üzrə qəbul edilmiş iddianın tam və ya qismən təmin edilməsinə dair məhkəmə qərarları mübahisəni mahiyyəti üzrə həll etsələr də, həmin qərarlar qanuni qüvvəyə mindikdən sonra onların əsasında əlavə icra hərəkətlərinin həyata keçirilməsinə ehtiyac qalmır (İPM-in 70.3 və 71-ci maddəsində təsbit olunmuş hallar istisna olmaqla). Çünki sözügedən növ iddialar üzrə mübahisə predmetləri ilə bağlı hüquqi vəziyyətlərdə dəyişiklik yaratmaq və ya hüquqi vəziyyəti müəyyən etmək üçün həmin məhkəmə qərarlarının özlərinin çıxarılması kifayət edir. İPM-in 2.2.6-cı maddəsində təsbit olunmuş qanunauyğunluq haqqında iddialar üzrə isə məhkəmənin yerinə yetirməli olduğu icra hərəkətlərinin nədən ibarət olduğu İPM-in 123.3-cü maddəsində müəyyən olunmuşdur. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «bu ünvanda yaşamır» səbəbindən geri qaytarıldığı üçün iddiaçı məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçısının izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati orqanın cərimə edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İnzibati Prosessual Məcəllənin 116-cı maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Həmin maddənin dispozisiyasında konkret olaraq qeyd edilmişdir ki, bu Məcəllənin 33.4- cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Göründüyü kimi, cavabdeh inzibati orqan barəsində Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimənin təyin edilməsi üçün həmin inzibati orqan tərəfindən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş halların mövcud olması əsas şərt kimi qəbul edilmişdir. İş materiallarından da görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1064/2015 saylı 11 mart 2015-ci il tarixli qərarının icra olunması üçün inzibati orqana məktub göndərilmiş və qərar icra olunmadığı halda qurumun İPM-in 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə olunacağı barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq 2-1(82)-1064/2015 saylı 11 mart 2015-ci il tarixli məhkəmə qərarı cavabdeh orqanın təqsiri üzündən indiyənədək icrasız qalmışdır. Məhkəmə kollegiyası onu da vurğulayır ki, məhkəmə qərarının icra olunmasına maneçilik törədərək cavabdeh orqan hazırki iş üzrə məhkəmədə oturuşmuş praktikaya uyğun olaraq uğurlu sayılmayan “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizə də vermişdir, hansı ki, həmin ərizə də təmin olunmamışdır. Beləliklə, göründüyü kimi, cavabdeh orqan 2015-ci ildə qəbul edilmiş məhkəmə qərarını əsassız olaraq icra etmədiyi üçün birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı olaraq cərimə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1064/2015 saylı 21 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1064/2015 saylı 21 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar