Məhkəmə qərarları › İş №2-1(103)-1751/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1751/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1751/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi" tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9829/2023 saylı, 02 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 40/85-ci məhəllədə yerləşən sahəsi 291 kv.m olan torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami bələdiyyəsinin 28 fevral 2006-cı il tarixli 10 saylı qərarı ilə Bakı şəhəri Nizami bələdiyyəsi ilə baglanmış 01 mart 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 40/85 məhəllədə yerləşən ümumi sahəsi 291 kv.m torpaq sahəsi verildiyi gündən hal-hazıra kimi iddiaçının istifadəsindədir. Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 02/560 nömrəli məktubu ilə iddiaçıya torpaq üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilmədiyi bildirilmişdir. İddiaçı istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarını, torpaq sahəsinin icarə müqaviləsini, torpaq sahəsinin plan və ölçünü əlavə etməklə dövlət reyestrindən icarə hüququ əsasında çıxarışın verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan heç bir əsas gətirmədən ərizəsinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən sahəsi 291 kv.m olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2020ci və xx.xx.2020-ci il tarixlərində ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamış və yerləşmə cizgisində istinad və məsafələr göstərilməmişdir. Bununla əlavə, torpaq sahəsi su anbarının mühafizə zonasında və yol kənarı ümumi istifadədə olan yaşıllıq ərazidə yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********70 nömrəli, xx.xx.2020-cü il tarixli cavab məktubu ünvanlanmışdır. ünvan 1xli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin olunmuş, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən sahəsi 291 kv.m olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin yerləşməsi müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 911 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Nizami rayonu üzrə 330 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Nizami Bələdiyyəsinə təhvil verilmişdir. -Bakı Şəhər Nizami Bələdiyyəsinin 28 fevral 2006-cı il 02 nömrəli qərarından çıxarışdan görünür ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7ci, Torpaq Məcəlləsinin 47-ci maddəsini, “Bələdiyyə əraziləri və torpaqları haqqında”, “Torpaq icarəsi haqqında” Qanunun 6,8,11,18-ci maddələri, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı, 16.3-cü maddəsi və vətəndaşın ərizəsini nəzərə alaraq, Bakı şəhər X4 rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 291 kv.m. faktiki istifadədə olan torpaq sahəsinin 49 il müddətinə ticarət və iaşə məqsədi ilə İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. - Bakı şəhəri Nizami bələdiyyəsi tərəfindən İddiaçı icarəsinə verilmiş Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 291 kv.m torpaq sahəsinin cizgisi təsdiq edilmişdir. Sxemdən görünür ki, torpaq sahəsi su anbarlarının ərazisi ilə su tikinti xəstəxanasının ərazisinin arasında qalan yolun kənarında yerləşməklə eni 6 metr, uzunluğu 48,5 metr təşkil edir. - Nizami Bələdiyyəsinin 02/560 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 291 kv.m. torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş Bakı şəhər Nizami Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin sərhədləri daxilində olan torpaq sahəsinə aiddir. Nizami Bələdiyyəsi Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi,4085-ci məhəllədə yerləşən ümumi sahəsi 291 kv.m olan bələdiyyə mülkiyyətinin icarə hüququ əsasında iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına etiraz etmir. -Cavabdehin xx.xx.2023-cü il tarixli **********91 nömrəli məktubu ilə bildirilmişdir ki, mübahisəli torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə hər hansı məlumat aşkar edilməmişdir. -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-16/2-03/02-6/8868/2023 nömrəli məktubu ilə məhkəmə sorgusuna cavab olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən araşdırma aparılmış, 07 iyun 2023-cü il tarixində əraziyə baxış keçirilmiş, vətəndaş İddiaçı icarəsinə ayrılmış Bakı şəhəri, Nizami rayon, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən 291 kv.m torpaq sahəsinin "xxxx" ASC-yə məxsus mövcud xətdən 33 m aralı, “+98 Qaraçuxur” su anbarının daş hasarına bitişik olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6310 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nizami Bələdiyyəsinin 02 saylı, 28 fevral 2006-cı il tarixli qərarına əsasən, İddiaçı icarəsinə verilmiş Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən torpaq sahəsinin konfiqurasiyası, sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, planlı yerləşmə mövqeyi ilə naturada təqdim olunmuş torpaq sahəsi arasında hər hansı uyğunsuzluğun və sahə fərqinin olmadığı, naturada təqdim olunan torpaq sahəsinin texniki göstəricilərinin Bakı şəhər Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əlavə edilmiş sxemə uyğun olduğu müəyyən edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci, Torpaq Məcəlləsinin 8-ci, 47-ci və 59.2-ci maddələrində qeyd olunanlara əsasən ümumi istifadədə olan torpaqların bələdiyyə mülkiyyətinə aid olmasını, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar və s. aid olmasını, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşəpark, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimaiiaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələrin bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilməsini, eyni zamanda iddia olunan torpaq sahəsinin yolkənarı boş ərazi olmasını, Bakı şəhəri Nizami Bələdiyyəsinin 02/560 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunanlara əsasən, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 291 kv.m torpaq sahəsinin Bakı şəhəri Nizami bələdiyyəsinə ayrılmış torpaq sahələrinin sərhədləri daxilində olan torpaq sahəsinə aid olmasını, torpaq sahəsinin texniki göstəricilərinin Bakı şəhər Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əlavə edilmiş sxemə uyğun olmasını nəzərə alaraq, iddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bakı şəhəri Nizami Bələdiyyəsinin 02 saylı 28 fevral 2006-cı il tarixli qərarına əsasən İddiaçı icarəsinə verilmiş Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 291 kv.m torpaq sahəsinin torpaqayırma sxemi üzrə və faktiki vəziyyətdə su anbarının yerləşdiyi ərazinin sərhəd hasarından kənarda yerləşməsini nəzərə alaraq həmin sahənin su anbarının mühafizəsi zonasında yerləşmədiyi, eləcə də iddia olunan torpaq sahəsinin yol kənarında yerləşən boş ərazi olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (Məcəllənin 139.3-cü maddəsi). Həmin Məcəlləyə əsasən: 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. 707.1. İcarə müqaviləsi üzrə hüquq münasibətlərinə girməzdən əvvəl icarəyə verən və icarəçi icarəyə verilən torpağın təsvirini birlikdə tərtib etməlidirlər. Təsvirdə torpağın həcmi, habelə verildiyi an olduğu vəziyyət göstərilir. Təsvir hüquq münasibətlərinə xitam verildikdə də tərtib edilir. Təsvirə onun tərtib olunduğu günün tarixi qoyulmalı və müqavilənin hər iki iştirakçısı imza atmalıdır. 707.2. Müqavilə iştirakçılarından biri təsvirin tərtibində iştirakdan imtina etdikdə və ya tərtib zamanı mühüm ixtilaflar yarandıqda müqavilənin istənilən iştirakçısı tələb edə bilər ki, təsvir ekspert tərəfindən tərtib edilsin, amma torpağın icarəyə verildiyi vaxtdan doqquz aydan çox və ya icarə hüquq münasibətlərinə xitam verildiyi vaxtdan üç aydan çox keçdiyi hallar istisna təşkil edir. Belə hallarda tərəflərdən birinin iddiası üzrə ekspert məhkəmənin qərarı ilə məcburi qaydada təyin edilə bilər. Bununla əlaqədar əmələ gələn xərcləri müqavilənin hər iki iştirakçısı yarıbayarı çəkir. 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 710.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin maddənin 2-ci hissəsinə görə mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 6-ci maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərindən biri bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınmasıdır. Həmin Məcəllənin 8-ci maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri müəyyən olunmuşdur: Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Həmin Məcəllənin 47-ci maddəsi: 1.Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 2.Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 3.Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. 4.Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 5.Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 6.Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7.Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 51-ci maddəsinin 3-cü hissəsinə görə icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmin maddənin 6-cı hissəsinə görə isə dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Həmin Məcəllənin 59-cu maddəsinin 2-ci hissəsinə görə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaqların icarəsi haqqında” Qanunun 1-ci maddəsinə görə torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 12-ci maddəsinə görə isə torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsinə görə bələdiyyə torpaqları: 1.Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin malqarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya müvəqqəti (qısa müddətli və uzun müddətli) istifadəsində, eləcə də idarəsində istifadəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 2.Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Kənd təsərrüfatı istehsalı üçün müvəqqəti istifadəyə və icarəyə verilən torpaq sahələrinin normalarını bələdiyyələr müəyyən edir. 3.Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Göründüyü kimi torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 911 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Nizami rayonu üzrə 330 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Nizami Bələdiyyəsinə təhvil verilmişdir. Bakı Şəhər Nizami Bələdiyyəsinin 28 fevral 2006-cı il 02 nömrəli qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 291 kv.m. faktiki istifadədə olan torpaq sahəsinin 49 il müddətinə ticarət və iaşə məqsədi ilə İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami bələdiyyəsi tərəfindən iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin cizgisi təsdiq edilmişdir. Sxemdən görünür ki, torpaq sahəsi su anbarlarının ərazisi ilə su tikinti xəstəxanasının ərazisinin arasında qalan yolun kənarında yerləşməklə eni 6 metr, uzunluğu 48,5 metr təşkil edir. Bakı şəhəri Nizami Bələdiyyəsinin 02/560 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş Bakı şəhər Nizami Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin sərhədləri daxilində olan torpaq sahəsinə aiddir. Nizami Bələdiyyəsi bələdiyyə mülkiyyətinin icarə hüququ əsasında iddiaçının adına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 13-16/2-03/02-6/8868/2023 nömrəli məktubu ilə məhkəmə sorgusuna cavab olaraq bildirilmişdir ki, vətəndaş İddiaçı icarəsinə ayrılmış Bakı şəhəri, Nizami rayon, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən 291 kv.m torpaq sahəsinin "xxxx" ASC-yə məxsus mövcud xətdən 33 m aralıda, “+98 Qaraçuxur” su anbarının daş hasarına bitişik olması müəyyən edilmişdir. Həmçinin, işin birinci instansiya icraatı zamanı alınmış ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nizami Bələdiyyəsinin 02 saylı, 28 fevral 2006-cı il tarixli qərarına əsasən, İddiaçı icarəsinə verilmiş Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən torpaq sahəsinin konfiqurasiyası, sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, planlı yerləşmə mövqeyi ilə naturada təqdim olunmuş torpaq sahəsi arasında hər hansı uyğunsuzluğun və sahə fərqinin olmadığı, naturada təqdim olunan torpaq sahəsinin texniki göstəricilərinin Bakı şəhər Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əlavə edilmiş sxemə uyğun olduğu müəyyən edilmiş, həmin torpaq sahəsinin Bakı şəhəri Nizami bələdiyyəsinə ayrılmış torpaq sahələrinin sərhədləri daxilində olan torpaq sahəsinə aid olmasını, torpaq sahəsinin texniki göstəricilərinin Bakı şəhər Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə əlavə edilmiş sxemə uyğun olmasını nəzərə alaraq, iddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmin rəylə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 02 saylı 28 fevral 2006-cı il tarixli qərarına əsasən İddiaçı icarəsinə verilmiş 291 kv.m torpaq sahəsinin torpaqayırma sxemi üzrə və faktiki vəziyyətdə su anbarının yerləşdiyi ərazinin sərhəd hasarından kənarda yerləşməsini nəzərə alaraq həmin sahənin su anbarının mühafizəsi zonasında yerləşmədiyi, eləcə də iddia olunan torpaq sahəsinin yol kənarında yerləşən boş ərazi olması müəyyən edilmişdir. Ekspertin baxış zamanı, tədqiq olunan torpaq sahəsinin su anbarlarının ərazisi ilə su tikinti xəstəxanasının ərazisinin arasında qalan yolun kənarında yerləşdiyi, torpaq sahəsinin naturada ölçüləri uzunluğu 48,5 metr, eni isə 6 metr təşkil etdiyi, bir tərəfdən küçə ilə, digər tərəflərdən isə qonşu torpaq sahələri ilə əhatə olunduğu müəyyən edilmişdir. Torpaq sahəsinin üzərində hər hansı əsaslı tikilinin olmadığı, ərazinin boş sahə olduğu müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın imtinanın əsası kimi göstərilən hallar formal xarakter daşımışdır. “X.Mustayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə əsasən daşınmaz əmlak üzərində onun icarə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə dair iddiaçının adına icarə hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. ünvan 1xli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar